“Demokratik İslahatçı Gənclər” İctimai Birliyi Avropa Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Avqustun 6-da “Azərbaycanda beynəlxalq tanınmış vətəndaş cəmiyyəti liderlərinin həbsi barədə” başlığı altında yaydığı bəyanatı pisləyən bəyanatla çıxış edib.
Birliyin mətbuat xidmətindən Moderator.az-a daxil olan bəyanatda belə bir bəyanatın qəbulunun Avropa ilə Azərbaycan arasında inkişaf etməkdə olan münasibətlərə ciddi şəkildə mane ola biləcəyinə və Azərbaycan Vətəndaş Cəmiyyətinin Avropaya inteqrasiyasına ciddi manelər yaratdığı qeyd olunur: “Avropa Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu kimi Avropanın nüfuzlu bir təşkilatı ölkə qanunvericiliyini kobud şəkildə pozaraq, ölkənin qanununu və hüquqlarını tapdayanların müdafiəsinə qalxır. Biz çox istərdik ki, Avropa Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu belə bir müdafiəni Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş 1 milyondan artıq qaçqın və məcburi köçkünün hüquqlarının bərpası ilə bağlı nümayiş etdirsin”.
İctimai birlik bəyanatın birtərəfli hazırlandığını bildirib, “Biz Avropa Şərq Tərəfdaşlığı
Vətəndaş Cəmiyyəti Forumunun qəbul etdiyi qətnamə layihəsini öz tərəfimizdən Azərbaycana qarşı göstərilən təzyiq
və növbəti qərəzli addım kimi dəyərləndirirdiyimizi bir daha bəyan edirik”.
Əlaqə üçün
(+99412 449 59 26)