Azəri-Talış İctimai Birliyinin sədri Mehdibəy Səfərov Moderator.az-a açıqlamasında rəhbəri olduğu təşkilatın hazırkı vəziyyəti və gələcək aqibəti ilə bağlı gözləntilərini açıqlayıb:
“AR
Ali Məhkəməsi ATİB-ni dövlət qeydiyyatına almaqdan imtina etdi. Biz
də təsisçilər olaraq, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməyə məcbur
olmuşuq. Ona görə də fəaliyyətimizi dayandırmışıq.
Vətəndaş
olaraq, ölkə Konstitusiyasına və AR-nın insan haqqları ilə bağlı qoşulduğu Beynəlxalq
Konvensiyalara söykənməyi üstün tuturuq. Məhz ona görə də,
insan hüquq və haqlarını qoruyan yeganə qanuni yol bu instansiyadan keçdiyini nəzərə
alaraq, ora müraciət etmişik. Gözləntilərimiz ondan ibarətdir ki; hətta, Avropa
İnsan Hüquqları Məhkəməsi xeyrimizə qərar çıxartsa belə, indiki Azərbaycan
iqtidarı ATİB-ni bu adda Dövlət qeydiyyatına almayacaqdır”.
Seymur
Əliyev