Yerin görünür, Bəy...
Oxunub: 3452
22 Aug 2014 | 14:00
Yerin görünür, Bəy...
Bundan sonra Onun haqqında hələ çox yazılacaq, deyiləcək. On illər keçəcək tədqiqatçılar yenə də onu anlamaqda çətinlik çəkəcəklər, sirr dolu bir ömrü araşdırmaqda davam edəcəklər - Elçibəy ömrünü. Çünki “Hər şeyin zamana ehtiyacı var” deyibən çox mətləbləri açmadı, sirr, müəmma dolu bir ömrü başa vurub dünyamızı tərk etdi... 

O, bir Turan sevdalısı idi. Güney Azərbaycandan Altaylaradək, Kərkükdən uyğurlaradək Türkün qalibiyyətinə inanırdı. Bir gün bütün yolların dağlar sultanı, dağlar piri Savalana aparacağına əmin idi. “Bu gün, sabah Xudafərin qurular” deyirdi. Sovet quruluşunun dağılacağını dediyi üçün başı müsibətlər görsə də, o günün şahidi oldu, ancaq Türk dünyasının azadlığına, Türk dövlətlərinin bir yumruğa dönməsinə, Qarabağın, Təbrizin, Kərkükün azad olmasına şahidlik etməyə ömrü çatmadı. 

Əminəm ki, Elçibəy sağ olsaydı, bu gün Güneydə dar ağacına çəkilən hərəkatçıların müsibətinə, Krımın ilhaqına, Kərkükdə İŞİD-in törətdiyi qətliamlara, Rusiyada skinxedlərin azərbaycanlıları döyə-döyə öldürməsinə, Çindəki uyğurların terroruna, türk generallarının həbsinə Azərbaycan cəmiyyəti indiki tək laqeyd qalmazdı, Bakıda hər gün diplomatik nümayəndəliklərin qarşısında azadlıq hayqırtıları səslənərdi. Çünki onun missiyası bir özgə idi. 
   
Elçibəy “bu yolda həbs də var, ölüm də, mühacirət istisnadır” deyirdi. Dediyi kimi də etdi. Həbsi də seçdi, ölümü də, lakin 1993-cü ilin ağır iyun günlərində hətta doğma Türkiyəyə belə mühacirət etmək təklifini qəbul etmədi, kəndinə getdi...
 
İllərdir ki, Elçibəyin yoxluğu hər yerdə özünü göstərir, həm siyasətimizdə, həm ədəbi-bədii məclislərimizdə, həm mədəniyyətimizdə, həm də jurnalistikamızda...Elçibəy olsaydı, Azərbaycan siyasətdə indiki kimi yetim, boynubükük görünməzdi. O, istənilən an proseslərə dinamika gətirməyi bacaran, hər açıqlaması ilə geniş polemikaya yol açan lider idi. 

Nədənsə mənə elə gəldi Elçibəyi həyatı boyu 7 rəqəmi izləyib. 7 illik Unuskənd məktəbini bitirib, 1957-ci ildə BDU-ya daxil olub. 1975-ci ildə tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaqda ittiham olunub, 17 iyul 1976-cı ilədək azadlıqdan məhrum edilib. 1992-ci ilin 7 iyununda prezident seçilib. 17 iyundan səlahiyyətlərinin icrasına başlayıb. 1993-cü ilin 17 iyun gecəsi Bakını tərk edərək Kələkiyə gedib və 1997-ci ildə geri dönüb. Bəlkə də bu yeddilərdə özünün də hiss etmədiyi bir qanunauyğunluq olub...

**** 

O, başdan-ayağa birləşdirici fiqur idi. Müxalifətin Elçibəyli dövrünü xatırlayın, masa ətrafında kimlər yox idi? Hətta onun devrilməsində iştirak edən, ayağını qazanlar da yanakı stulda əyləşərdi. Auditoriyanı ələ almaq bacarığı baxımından əsl fenomen idi.  

Xudafərindən söz düşəndə Elçibəy xatırlanır, Savalandan, Təbrizdən danışılır, Onu anırıq, “Qaragilə” mahnısı səslənir, “Süleymani” çalınır, yenə O. Bir müddət öncə Türkiyədə olarkən Sakarya bölgəsində müsafir olduq, Bəyin sevə-sevə dediyi Nəcip Fazil Kısakürəyin  “Sakarya türküsü”nü elə türkiyəli qardaşlarımız xatırladılar. Alparslan Türkeşdən sonra Elçibəy itkisi Türk dünyasında böyük bir boşluq yaradıb, türkləri sarmış ümidsizlik ovqatı həm burdan yanadır... 

Mətbuatda ilk yazımı Elçibəydən, daha doğrusu, onun sədrlik etdiyi Bütöv Azərbaycan Birliyinin iclasından yazmışam. AXC-nin qərargahında BAB-ın ənənəvi şənbə iclası olardı, tanınmış simalar toplaşar, Azərbaycanın, Türk dünyasının dərdlərindən danışılardı. Olduqca demokratik ab-havada. Elçibəy elə atmosfer yaradardı ki, hər kəs öz sözünü deyə bilsin. Hətta bir kərə cavanlığıma salıb gündəlikdəki Şah İsmayıl Xətai ilə bağlı müzakirələrdə sünni-şiə mövzusundan uzun-uzadı danışılmasına etiraz eləmişdim. Əbülfəz bəy hələ tanımadığı bir gəncin iradını belə səbrlə dinləyib “bəy, daha yaxşısı budur ki, bütün məsələləri elə burada, öz aramızda müzakirə edək, çünki bayıra çıxdı mahiyyətini dəyişir” demiş, zaldakıları da sakitləşdirmişdi... 

Elçibəyə Səbayel Məhkəməsində qurulan divanı da yaxşı xatırlayıram. Məhkəmədən çox izdihamlı meydan aksiyasına bənzəyirdi. Elə buna görəydi ki, davamına lüzum görülmədi, işə xitam verildi. Ünvanına çox hədyanlar deyildi, ağır təhqirlərə belə məruz qaldı, amma sonucda ölümündən sonra da olsa, eks-prezident olaraq haqqını qazandı. 
  
**** 

...Bir ara meydanda görünməməsi xeyli söz-söhbətlərə səbəb olmuşdu. Yadımdadır, günün birində “Elçibəy işə çıxıb” xəbərini alan kimi Cəbhənin qərargahına qaçmışdım. Qısa müddətdən sonra geri- evə dönürmüş, elə qərargahın qarşısında rastlaşdıq. Mühafizənin cəhdlərinə baxmayaraq ayaq saxladı, danışdıq. İşə çıxmamasının səbəbini soruşanda “heç qrip idi, keçdi, getdi” söylədi. “Necə oldu ki, nəhəng sovet imperiyasını yıxan lider adicə qripin qarşısında gücsüz qaldı” sualımın qarşılığında onun mənə dikilmiş baxışlarını isə ömrüm boyu unutmayacağam. Hər dəfə bu anı düşündükcə elə zənn edirəm ki, bu sualımla Bəyin ürəyinə xal salmış, bəlkə də günaha batmışam. 

Günaha batanlar bilirsinizmi nə qədərdir?

....Sənə bir daş atar yerindən duran,
Səni sevdiklərin daş-qalaq eylər.
Bir əlində daş var, birində Quran
Daş atan bilirmi nə günah eylər?


**** 

O, hər zaman bağışlayardı. Daşı atanı da...Necə ki, dəfələrlə kürəyinə xəncər saplayanları belə bağışlamış, hətta bağrına da basmışdı. Böyük ürək sahibiydi axı. Böyük Azərbaycanla, Türküstanla birgə döyünən ürəyin... 
Doğum gününüz qutlu, ruhunuz şad olsun, Bəy! Amma yerin illər keçdikcə yaman görünür...

P.S. Bu şəkil şəxsi arxivimdəndir. 1999-cu ilin fevralında Aydınlar Birliyinin toplantısında çəkilib...
Oxşar xəbərlər
15:30, Bu gün
"Qafqaz Albaniyası irsinin daha sistemli şəkildə araşdırılmasına ehtiyac var"
15:26, Bu gün
Cavanşir Məmmədovun cənazə namazı qılınır - YENİLƏNİR + FOTO/CANLI YAYIM
15:25, Bu gün
Fuad Hüseynəliyev: “Azərbaycan və Ermənistan danışıqlar masasında daha çox məsələni həll etməyə qadirdir”
15:20, Bu gün
Azərbaycanın iştirakı ilə CAREC ölkələrilə tranzit daşımaları həyata keçirilməsi üzrə beynəlxalq saziş hazırlanır
15:15, Bu gün
Sabiq türkiyəli diplomat: "Ay erməni xalqı, bu fürsətdən sən də yararlan..."
15:14, Bu gün
Kahalarda cəmi 18 gün gizlənə bilmişdilər... - Başlıbel faciəsinin şahidləri ilə Başlıbeldə - REPORTAJ
15:10, Bu gün
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi - FOTO
15:05, Bu gün
Azərbaycan ÜGT-də idxal-ixrac prosedurlarının sadələşdirilməsi üzrə müzakirələ qoşulub - FOTO
15:00, Bu gün
Əsas kapitalını Bakı nefti hesabına toplamış Nobel və separatçı erməni milyonçu - ŞƏRH + FOTO
14:55, Bu gün
Daha bir müntəzəm marşrut xətti "BakuBus"a verildi
14:50, Bu gün
“Ruslar Qarabağdan çıxmaq istəmirdilər, amma...” - Danielyan
14:45, Bu gün
Addım-addım sülhə doğru: Proses Qazaxdan başlandı - ŞƏRH + FOTO
14:40, Bu gün
Boşanmış qadın başqası ilə sevgili oldu, qardaşı biləndə... - "Onu yox, məni öldür..." – ŞOK
14:35, Bu gün
İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO
14:30, Bu gün
Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar etdilər
14:25, Bu gün
Azərbaycanlı iş adamı öldürüldü
14:20, Bu gün
Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”
14:14, Bu gün
Xətaidə “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
14:08, Bu gün
İran-İsrail gərginliyinin simvolik mesajları: Müharibədən qaçmaq mümkündürmü?  
14:03, Bu gün
Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq
13:54, Bu gün
Bakıda növbəti ümumşəhər iməcliyi keçirildi - FOTO
13:50, Bu gün
"Neftçi"nin iki futbolçusu "Zirə" ilə oyunu buraxacaq
13:48, Bu gün
“Bu etirazların Paşinyanın məlum 4 kənd haqda qərarını dəyişdirməsi mümkün deyil...”
13:45, Bu gün
Türkiyədə Osmanlı dövrünə aid tarixi bina yanır - FOTO
13:42, Bu gün
“Burada heç bir təhqir, heç bir alçaldılma yoxdur”
13:40, Bu gün
Biləsuvarda qadın yaylığı ilə özünü asdı
13:36, Bu gün
Parlament seçkilərinin anonsu verildi: Avqustda...
13:30, Bu gün
Dörd kəndin qaytarılması Aİ və ABŞ-nin prosesə müdaxilə cəhdinin iflasa uğramasıdır
13:25, Bu gün
"Ermənistanın “alimləri” və onlara dəstək verənlər elmin yox, siyasətin ardınca gedirlər" - Kamal Abdulla
13:20, Bu gün
AMB sədri Qafqaz və Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlıq perspektivlərini müzakirə edib - FOTO
13:12, Bu gün
IMF Azərbaycanın iqtisadi inkişaf və iqlim hədəflərinə dəstək verməyə hazırdır - FOTO
13:08, Bu gün
Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilib
13:07, Bu gün
Aşağı Əskipara sakini: “Qanadım olsa, ora uça-uça qayıdaram”
13:07, Bu gün
“Ürəyində 4 stent var idi, əsəb yıxdı onun evini” - Cavanşir Məmmədovun ölüm səbəbi - ÖZƏL
13:06, Bu gün
Müdafiə naziri Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıqlar verib
13:06, Bu gün
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib
13:05, Bu gün
Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib
13:00, Bu gün
Zakir Həsənov sülhməramlılarla bağlı tapşırıq verdi - FOTO/VİDEO
12:56, Bu gün
“Abzas Media” və “Toplum TV” işində yeni faktlar
12:54, Bu gün
Kəlbəcərin Başlıbel kəndi-Yandırılmış Məscidin qalıqları üzərində azan verildi- VİDEO
12:51, Bu gün
Antalyada avtobus aşdı: Çox sayda yaralı var - FOTO
12:48, Bu gün
FHN Lənkəranda qanunsuz tikililəri sökdü - FOTO
12:44, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
12:40, Bu gün
Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll etdi”
12:35, Bu gün
Azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı görülən işlər açıqlandı - FOTO
12:30, Bu gün
Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşdü
12:26, Bu gün
Oğuzda yoldakı çala-çuxuru çınqılla doldurdular: Asfalt da olacaq - FOTO/VİDEO
12:21, Bu gün
Ağlaşma bitir, anlaşma zamanıdır - Kənardan qaz verən olmasa, Qafqazda münaqişə az olar
12:15, Bu gün
Qərar verildi: Bu verilişlər bağlanır - Dəqiq tarix
12:13, Bu gün
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:10, Bu gün
Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı
12:05, Bu gün
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı - VİDEO
12:03, Bu gün
Talıbovları çətin suallar gözləyir - “baş kassir”in bildiyi sirlər
12:00, Bu gün
İstirahət gününün HAVA PROQNOZU açıqlandı
11:57, Bu gün
Koray Avcı Bakıda konsert verdi
11:55, Bu gün
Həsən Əblucun xanımına yazdığı məktub xəstəxanada hamını ağlatdı: “Əgər alınmırsa...” - FOTO
11:50, Bu gün
ŞƏT-ə üzv ölkələrin müdafiə nazirləri Astanaya toplaşacaq
11:46, Bu gün
Sülhməramlıların Qarabağdan vaxtından əvvəl çıxarılması niyə ermənilərdən daha çox ermənipərəstləri pərt edib? - Sabiq səfir həqiqətləri açıqlayır.... 
11:46, Bu gün
Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi
11:43, Bu gün
Dörd kəndin qaytarılmasına dair razılıq Qərb dövlətlərinin qərəzli təbliğatını ifşa etdi – RƏY + FOTO
11:39, Bu gün
Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB
11:36, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:33, Bu gün
Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib - YENİLƏNİB + FOTO
11:32, Bu gün
Muxtar Mustafayev: “Azərbaycan vəkilliyində keçmiş hakimlər, prokurorlar, alimlər təmsil olunur” - VİDEO
11:29, Bu gün
Pərviz Şahbazov Nyu-Yorkda BMT Baş Assambleyasının prezidenti ilə görüşdü - YENİLƏNİB + FOTO
11:26, Bu gün
“Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək” - Kamaləddin Qafarov
11:23, Bu gün
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
11:20, Bu gün
Xankəndidə tapança, avtomat və qumbaralar tapıldı
11:18, Bu gün
Zidan baş məşqçiliyə qayıdır: İki klubdan biri!
11:15, Bu gün
Xatirə İslam: “Mənə belə suallar verməyin” - VİDEO
11:13, Bu gün
Fransanın insan sümüklərindən inşa etdiyi KİLSƏLƏR – SENSASİON FAKTLAR/FOTO  
11:12, Bu gün
Çay necə zəhərə çevrilir? - Bu içkini nə zaman içməlisiniz?
11:06, Bu gün
Azərbaycanda çörəyin qiyməti artacaq? - ARAŞDIRMA + VİDEO
11:05, Bu gün
Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni, “Zirə” “Neftçi”ni qəbul edəcək
11:05, Bu gün
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
11:05, Bu gün
Bakıda dava edən iki sürücü saxlanılıb - VİDEO
11:04, Bu gün
İnsanlar ilk dəfə marallar arasında yayılan “zombi” xəstəliyinin qurbanı oldular
11:02, Bu gün
Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
10:59, Bu gün
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
10:55, Bu gün
Şuşadan Cəlilabada gedən Xarıbülbül - Məşhur aktyorumuza onu Xalq artistinin anası verib - FOTO+ÖZƏL
10:52, Bu gün
“Hazırda Gürcüstan uğrunda ciddi bir mübarizə gedir...- Bundan sonra isə Azərbaycana...”
10:51, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi
10:44, Bu gün
Bakıda daha bir cinayət: 34 yaşlı kişi qətlə yetirildi
10:35, Bu gün
Ehtiyatda olan polkovnik-leytenant Qazaxın Azərbaycana qaytarılan kəndləri barədə: "Tarix yazılır"
10:24, Bu gün
Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir? - RƏSMİ MƏBLƏĞ
10:15, Bu gün
Hacı Nuran 1 milyon manatı haradan alıb? - Ağlasığmaz iddia
10:05, Bu gün
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
09:58, Bu gün
42 yaşlı prokuror qəfil vəfat etdi
09:52, Bu gün
Azərbaycanda yumurta KƏSKİN UCUZLAŞDI  - SƏBƏB
09:46, Bu gün
Saakaşvili siyasi mübarizəyə başlayır: Sədr ola bilər
09:45, Bu gün
Palma yağı müəmması: biri deyir zərərsizdir, o biri...
09:35, Bu gün
Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ
09:33, Bu gün
Blinken Qazaxın kəndlərinin qaytarılması barədə: "Mühüm addımdır"
09:20, Bu gün
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:13, Bu gün
İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?
09:08, Bu gün
Qadın barmaq izlərinə görə həbs edildi
09:02, Bu gün
KİV: İsrail ABŞ-dan daha çox silah tələb edir
09:00, Bu gün
Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanıldı
08:57, Bu gün
Burada torpaq sürüşməsi oldu
08:43, Bu gün
ABŞ İraqı vurdu
GÜNLÜK
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 16:14
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 16:01
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
19 Apr 2024 | 16:11
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
19 Apr 2024 | 16:17
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
19 Apr 2024 | 15:56
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
AYLIQ
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 16:14
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 16:01
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
19 Apr 2024 | 16:11
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
19 Apr 2024 | 16:17
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
19 Apr 2024 | 15:56
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib