Sentyabrda Bakıda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyanın növbəti iclası keçriləcək. Nazirlər Kabinetindən Moderator.az-a verilən xəbərdə bildirlir ki, bu məsələ hazırda Moskvada səfərdə olan baş nazirinin birinci müavini Yaqub Eyyubovun başçılıq etdiyi nümayəndə heyətinin keçridiyi görüşlərdə müzakirə olunub və razılığa gəlinib. NK-dan bildirildi ki, nümayəndə heyəti RF baş nazirinin müavini, Rusiya-Azərbaycan hökumətlərarası birgə komissiyasının Rusiya tərəfindən həmsədri Dmitriy Roqozinlə görüşdə ölkələr arasındakı münasibətləri, hər iki ölkənin prezidentlərinin Soçi görüşünün yekunları və bu görüşdə əldə edilən razılaşmalara uyğun olaraq iki ölkə arasındakı münasibətlərinin konkret inkişaf perpsektivləri, xüsusən də iqtisadi və kənd təsərrüfatı sahəsindəki əlaqələrin daha da inkişaf etdirilməsi məsələsi müzakirə olunub. Görüşdə eyni zamanda Hökumətlərarası birgə komissiyasının növbəti iclası müzakirə edilib. RF baş nazirininin müavini D. Roqozin iclasın sentyabr ayında Bakıda keçirilməsini təklif edib və tərəflər iclasın sentyabrda keçirilməsinə razılıq verilib. Hazırda iclasın dəqiq vaxtı, müzakirəyə çıxarılacaq məsələlər və yekundə qəbul olunacaq sənəd üzərində işə başlanıb.