Çatarsan
Burax getsin bu dünyanı,
Ardınca qaçıb çatarsan.
Bir əlin var,bir ayağın,
Buxovdan açıb çatarsan.
Fələk
yellər yelpiyini,
Yer nazilər,göy çatlayar.
Dəvənin quyruğu yerdə,
Qum çiçəklər,daş otlayar.
Gah
eyhamdı,gah bəhanə,
Dəccalın gözünün yaşı.
Durub Dəccala əl açır
Qarunun qohum-qardaşı.
Haçandır səni gözləyir,
İsrafil,əlində suru.
Adəm Məkkəni süpürür,
Musa
da dolanır Turu.
Fani dünya sənə qalmaz,
Bir az belə baş qatarsan.
Burax
getsin bu dünyanı,
Dalıyca qaçıb çatarsan.
Boş yer
Baxışlarım boş yer gəzir,
Adamların arasında
Yerdə, göydə, havada
Qara tabut arxasınca,
Gedənlərin
sırasında.
Təyyarədə,qatarda,
Boş yer vardır görən
harda?
Xəzəl olmuş
yarpaqların içində,
Boş yer yoxdu
Nə ABŞ-da,nə Çındə.
Nə ölülər,nə dirilər
arasanda
Boş yer yoxdu.
Nə mələklər,nə pərilər
arasında
Boş yer yoxdu.
Ölülər məzarda,
Doğulan körpələr bələkdə.
Hərə tutub öz yerini
Bir ürəkdə.
Baxışlarım boş yer gəzir
Suda,torpaqda
havada.
Adamlar çörək növbəsində,
Quşlar yuvada.
Baxışlarım boş yer gəzir,
Boş yer.
Boş ver, qardaş, boş
ver.
6.01.2014
İçimdəki səs
Dağa-daşa
çırpa-çırpa
Çiynimdəki
qanadları.
Addım-addım yol
gedirəm,
İçimdəki səsə sarı.
O ilıq səs, o həlim
səs
Yuduqca öz sahilini.
Baxar,bircə lal
baxışla
Duyar,anlar lal
dilini.
İçim bir quş
yuvasıdı,
Yağmur yuya,gün isidə.
O səs bir yaz
havasıdı,
O,üşütməz heç pisi də.
Çiynimdəki qanadları
Çırpa-çırpa dağa,daşa.
Addım-addım yol gedirəm,
İçimdəki səslə qoşa.
5.01.2014