Rafiq Tağı: “Allah məni hələlik qoruyur”
Oxunub: 2972
05 Aug 2014 | 20:20
Rafiq Tağı: “Allah məni hələlik qoruyur”

Bu gün sevimli yazıçım, unudulmaz dostum Rafiq Tağının doğum günüdür.Üç  il öncə doğum günündə (ölümündən dörd ay əvvəl) söhbətləşmişdik. Bir az gileylənsə də, tanıyanların yaddaşında necə qalıbsa elə idi ”“ gülərüz, pozitiv, həyat dolu...Gileyində də küsəyənlik, inciklik yox idi ”“ dostlarını sevən və dostlardan da eyni sevgini uman səmimi dost  gileyi idi...

Köhnə yazılara göz atarkən söhbətimizi tapdım. Yenidən oxudum. Mənə elə gəldi ki, üç il əvvəlki kimi yenə onun həlim, nəzakətli səsini eşidirəm. Nə qədər möhkəm olmağa çalışsam da, Rafiq Tağı ilə bağlı oxuduğum hər yazı, hər söhbət məni kövrəldir. Doğum günü və qətlə yetirildiyi gün bütün yaxınları və dostları kimi daha həssas oluram. Kimsə onu haqsız ittiham edəndə, haqqında xoşagəlməz nə isə yazanda qəzəbimdən boğuluram. Tanıyanlar bilir, Rafiq Tağı başqa cür adam idi. Heç kəsi qısqanmaz, həsəd aparmaz, paxıllıq etməz, təmənnasız sevərdi...

Amma onun ölümünü də qısqananlar, ölümündən sonra bir zərrədə azalmayan şöhrətinin və hörmətinin paxıllığını çəkənlər var...

...Tez-tez yadıma düşür... Gülüşü, söhbətləri, səmimiyyəti, qayğıkeşliyi...

Onun uşaq məsumiyyəti ilə gülən gözlərinin arxasında dəmir iradəli, barışmaz, kəskin fikirli sərt bir yazıçı boylanırdı. O ölkəsini, xalqını dəhşətli dərəcədə çox sevirdi. Amma tənqidində barışmaz, radikal və sərt idi...

...Onu öldürdülər...

Onu, bütün qəlbi ilə sevdiyi xalqının hansısa bir yaramaz nümayəndəsi kürəyindən vurdu. Onun qatlini tapmadılar. Bəlkə də o qatil hardasa əlini-qolunu sallaya-sallaya gəzib, kef çəkir. Bəlkə də, vicdan əzabından dəli olub öz əməlinə lənət yağdırır. Bilmirəm...

Bildiyim odur ki, Rafiq Tağı hələ də bizimlə eyni cərgədə, ön sırada addımlayır... O ölməyib vəə ölməyəcək!

 

Sən bizimləsən, Rafi Tağı!

Doğum günün mübarək, ustad!

 

Cəlil Cavanşir


- Ad gününüzü təbrik edirik. Həyat bu doğum günündə necədir?


- Hər bir insanın doğum günü əslində onun ömründə adi günlərdən biridir. Ad gününə bilərəkdən layiq olmadığı yüksək dəyəri verirlər: əsas rəngi qara olan, kökündə dinamit kimi faciə yerləşdirilmiş həyatı bəzəmək üçün. Bir aldanış və bozluqdan yalançı qurtuluş günüdür ad günü. Əlbəttə, mən belə qarabatdaq düşüncələrlə camaatın qanını qaraltmaq istəməzdim. Sadəcə, fakt budur. Təkcə uşaqlıqda ad günləri işıqlı və cevincli olur. Özü də mən ad gününü təntənəli keçirməkdən həmişə uzaq olmuş, bundan vaz keçmişəm. Təntənədə məna görmürəm. Mən bu günü tələbə olduğum 16 yaşdan etibarən, bir dəqiqəsini belə boş keçirməməklə, qeyd etmişəm. Baxaq görək, bu neçə gün edir?

- 61 ”“ 16 = 45

- Bəli, mən cəmi 45 il vaxt itirmədən yaşamışam. Hər şey nisbidir. Pasportlarında nənəmin də, anamın da doğum günləri yazılmamışdı. Xarakterlərinə görə bürclərini, bürclərinə görə də doğulduğu ayları təyin etməyə çalışmışam.

Əksərən yanılırdım. Ona görə də onların ad gününü başlı-başına buraxası oldum. İstədiyim vaxta, çox zaman maaş günlərimə salırdım: bir şey alıb təbrik etmək üçün. Bir növ, bu ad günləri sosioloji xarakterli olmuşdu. Yubileyləri isə Hicri təqvimindəki kimi gah yaza düşürdü, gah qışa və sair. Nənəm rəhmətə gedib, anamı isə hələ yenə, məhz bu cür təbrik etməkdəyəm. Keçən il yubiley yaşı idi: əlim aşağı oldu, özümü bilməməzliyə vurdum. Amma heç öz yadına da düşmədi... Təhqir baş vermədi.

- Sizi doğum günlərinizdə ilk olaraq kim təbrik edir?

- Qızım Qəmər. 5 avqustun ilk saniyələrindəcə mesajını alıram. Evin içində ola-ola mənə yazır: özünə yaxşı bax, yolu-zadı yaxşı keç, enli küçələrdən adlama. Onu yaradıcılığım-düşüncələrim yox, salamatlığım maraqlandırır. Onun üçün appendiksim hekayə kitablarımdan üstündür. Uğurlarımı yalnız canımın sağlığı şərtiylə qəbul edir.

- Yazıçı dostlardan təbrik edən oldumu?

- Bu il məni ilk təbrik edən, hələ 4-5 gün əvvəl, sevimli dostum Niyazi Mehdi oldu. Bir sözlə, AYO-çulardan savayı hamı bu günümü qutlayıb. Qınaq üçün demirəm, bizim AYO-çularda yenilikçilik məhz elə bu cür də olur. Bir-birinə vız atmamaq dahilik və böyüklük sayılır. Hə, bir-birinin kitabını oxumamaq da böyüklük sırasındadır. Məsələn, Seymur Baycan bir tək “Ölü Həsən” hekayəmi oxuyub. Adımın orda-burda hallanmağına əsasən də bir dəfə nə desə yaxşıdır: Rafiq müəllim, axır əsl yazıçı oldunuz. Dedim, Seymur bala, siz hələ anadan olmamışdınız, mən yazıçı idim. Bax, siz təzəlikcə yazıçı olubsunuz. Amma eləliyinə baxmayın, qəlbi incədir: ayrılandan sonra mesajını aldım: xətrinizə dəydim, bağışlayın. Kövrəldim, ona hörmətim birə-beş artdı. Söhbətdi, edirik. Murad Köhnəqala da cəmi bir hekayəmi oxuyub: “Opera-balet”i. Orda heç nəyi izah edə bilməsə də, heyranlığını bildirdi. Rasim Qaraca heç bir hekayəmi axıracan oxumayıb. O mənim hekayələrimi məqalə kimi tez oxumağa can atır, dişi batmır, alınmır deyə, yarımçıq qoyur. Həmid Herisçi dünyada bir it-qurd qalmayıb oxumasın. Rafiq Tağıdan nə oxuyub, deyə bilməz. Amma çox şey itirir. Nərmin Kamalın və Sevinc Pərvanənin məni oxumalarına əminliyim yoxdur. Onlar gözləyir ki, yalnız onları oxusunlar. Bu yaxınlarda Aqşin Yenisey etika xatirinə ikicildliyimin bir cildini oxuduğunu bildirdi. Onda etika yalan kimi parladı. Kitabdan özümə çəkdiyi misal da mənə aid deyildi. Ümumi faciəmizdir bu. Bu sevimli dostlarımın psixolojisi balta effektlidir.
İnsafən, Günel Mövlud və Şərif Ağayar oxuyublar. Uzun sözün qısası, yazıçılarımız yazır, oxucularımız oxuyur. Oxucular yaza bilmir, yazıçılar oxuya. Bizdə yazıçı çukça haqqında lətifədəki kimi ancaq yazmaq üçündür.

- Hədiyyə verən oldumu? Ümumiyyətlə, ən yaddaqalan hədiyyəniz nə olub?

- Bu gün evdən çıxmamışam. Ancaq çıxsaydım da heç kim hədiyyə verməyəcəkdi. Çıxmadım ki, dost-tanışın diqqətsizliyi ört-basdır olsun. Yaddaqalan hədiyyəni uşaqlıqda görmüşəm. Rəhmətlik atam göyümtül məktəb forması almışdı: belində qayışı, kepkası dimdikli. Praktik əhəmiyyətli bu hədiyyəni ölənəcən unutmaram.

- Xüsusi bir tədbir düşünürsünüzmü bu günə?


-
Ad günü təşkilatçılığını xoşlamıram, bacarmıram. Facebook sayəsində bu il ad günüm qabarıq görsənir. Yüzlərlə təbrik almışam. Hamıya da bir-bir təşəkkürümü bildirməyə çalışıram. Təşəkkürlər mərhələsi hələ bitməyib. Deyirəm, nə xəbərdi, xata olub doğulmuşam?.. Ancaq yox, sağ olsunlar. Ad günlərində yeganə məna insanın insana diqqətindədir.

- Günlər necə ötdü? Xatirələr şirindirmi?

-
Bəzən xatirələri inkar edirlər; guya bu, köhnəlikdir. Xatirə insanı geri çəkir, deyirlər. Kimlərsə də qətiyyən geri baxmadığını, yalnız irəlini düşündüyünü söyləyir. Məncə, yalnız gələcəyi düşünən bu tipli insanlar asanlıqla qətl də törədə bilər. Normal psixolojisi olanlar üçün ötən həyat qalan həyatdan həmişə şirin və qiymətli olur. Mahnıda necə deyilir: ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim.

 

- Bu yaşda özünüzü necə hiss edirsiniz?

- Allah məni hələlik qoruyur. Yaxşıyam. Bu, fəxarət səbəbi olmasa da, qoy deyim ki, xəstəliyim-zadım da yox. Arıqlığı xəstəlik bilənlər görsün ki, kökəlmişəm. Köklüyü xoşbəxtlik sananlar eşitsin və bilsin ki, kökəlmişəm. Bir sözlə, xoşbəxtlik üçün arqumentlərim çoxdur.

Söhbətləşdi: Cəlil Cavanşir
5 avqust 2011-ci il


Oxşar xəbərlər
13:12, Bu gün
Son bir həftədə 38 terrorçu zərərsizləşdirilib
13:05, Bu gün
Əqli Mülkiyyət Agentliyi ötən il 2 milyon manata yaxın gəlir əldə edib
13:00, Bu gün
Amerikalı ekspert: "ABŞ-nin məqsədi Rusiyanın Ermənistanı ələ keçirməsinin qarşısını almaqdır" - FOTO
12:55, Bu gün
Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu
12:50, Bu gün
Azərbaycan gimnastları Fransada Qran-pri turnirinə qatılacaqlar
12:45, Bu gün
KTMT 2024-cü ildə yeddi təlim keçirəcək: Ermənistan iştirak edəcəkmi?
12:40, Bu gün
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
12:38, Bu gün
Azərbaycanda dəhşətli qəza - ata və oğlu öldü - FOTOLAR
12:34, Bu gün
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
12:31, Bu gün
Ağdərədə odlu silah-sursat aşkar edildi
12:28, Bu gün
Rusiyalı sənətçilər “Crocus City Hall” qurbanlarını Müslüm Maqomayevin mahnıları ilə andılar - VİDEO
12:24, Bu gün
Sabahın hava proqnozu açıqlandı
12:20, Bu gün
Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
12:16, Bu gün
Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb
12:12, Bu gün
Sumqayıtda qanunsuz tikili söküldü - FOTO/VİDEO
12:08, Bu gün
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
12:04, Bu gün
Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR
12:02, Bu gün
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:00, Bu gün
Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilətullantısız gələcək - FOTO
11:58, Bu gün
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında - VİDEO
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
11:55, Bu gün
Elşən Orucov: “Türkiyədən çoxlu təkliflər var, deyirlər, ən yaxşı azərbaycanlı aktyorsan” - MÜSAHİBƏ + FOTO
11:50, Bu gün
“Xocalı özü böyüklüyündə soyqırım abidəsinə, milli-tarixi yaddaş yerinə çevrilməlidir”
11:50, Bu gün
Qazaxda tanışını öldürən şəxsin məhkəməsi başlayır
11:45, Bu gün
Azərbaycanda qadın döyüşçülərin qədim məzarlığı aşkar edilib: Amazonların mövcudluğunun daha bir sübutu - FOTO
11:40, Bu gün
Sözçü: Ermənistan hökuməti qayıtmağımıza imkan yaratmaqla yanaşı, vurduğu zərərləri kompensasiya etməlidir
11:37, Bu gün
"Kəskin ağrı zamanı bunu etmək qətiyyən olmaz"
11:36, Bu gün
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
11:30, Bu gün
11-ci sinif şagirdinin ana olduğu məktəbin direktoru işdən çıxarıldı
11:26, Bu gün
Azərbaycan millisinin futbolçusu: "Öz üzərimizdə çox işləməliyik"
11:25, Bu gün
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
11:22, Bu gün
Politoloq: Rusiyada yaşayan zəngin ermənilər Moskva üçün təsir və təzyiq vasitəsidir
11:21, Bu gün
BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
11:19, Bu gün
Diş ətinizə diqqət edin, infarkt ola bilərsiniz
11:16, Bu gün
Metroda niyə zibil qabı yoxdur?
11:15, Bu gün
Azərbaycan Mərkəzi Bankı inflyasiyaya dair proqnozunu sabit saxlayıb
11:11, Bu gün
Bərdədə Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR
11:08, Bu gün
Nazirliyin şöbə rəisi vəfat edib
11:08, Bu gün
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
11:07, Bu gün
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
11:02, Bu gün
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
10:58, Bu gün
Magistraturaya qəbulun ikinci cəhdində iştirak üçün qeydiyyat başlayıb
10:53, Bu gün
İdeal səhər rejimi necə olmalıdır?
10:52, Bu gün
Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
10:49, Bu gün
Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
10:48, Bu gün
Qərbi Azərbaycan İcması Ermənistanı Fransanın oyunlarına getməməyə çağırıb
10:40, Bu gün
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
10:34, Bu gün
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
10:31, Bu gün
İşdə yüksələ bilməməyinizin səbəbləri nələrdir?
10:29, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
10:15, Bu gün
“Simpsonlar” bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO
10:12, Bu gün
Hərbi institutda məşğələ: kursantlar gəmiləri döyüşə hazır vəziyyətə gətirib
10:05, Bu gün
İstedadlı qələm adamı, sədaqətli dost... - O, həm də siyasi şərhçidir
09:59, Bu gün
Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb
09:58, Bu gün
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
09:55, Bu gün
Əli Nağıyev: Daşaltı əməliyyatında itkin düşmüş daha 73 nəfərin adı yaxın günlərdə açıqlanacaq
09:54, Bu gün
Ötən il DTX 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb
09:52, Bu gün
Bu meyvələr iştahı azaldır
09:43, Bu gün
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
09:40, Bu gün
Dörd rayonda qaz olmayacaq
09:40, Bu gün
Messi karyerasını nə vaxt bitirəcək? - Özü açıqladı
09:37, Bu gün
Naxçıvanda avtomobil yolunda uçqun olub
09:33, Bu gün
"Yaz günəşi yer səthinə daha yaxın olduğu üçün zərərləri daha çoxdur"
09:31, Bu gün
Energetika Nazirliyində kollegiya iclası keçirilib
09:30, Bu gün
Martın 30-da uşaq bağçalarına müdir vəzifəsinə qəbulun test imtahanı mərhələsi keçiriləcək
09:28, Bu gün
Şakira məşhur aktyorla nahar edərkən fotokameralara tuş gəlib - FOTO
09:27, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
09:26, Bu gün
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
09:20, Bu gün
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
09:17, Bu gün
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
09:07, Bu gün
Tokayev: Dünyanın yeni çoxtərəfli ticarət sisteminə ehtiyacı var
09:03, Bu gün
Podolyak: Terror aktında axtarılan “Ukrayna izi” Kremlə heç nə qazandırmır
09:02, Bu gün
Mask bir sıra “X” istifadəçiləri üçün “Premium”u pulsuz edəcək
08:50, Bu gün
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
08:28, Bu gün
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
08:21, Bu gün
Xəbərdarlıq alan TV kanallar bu verilişlərlərlə bağlı TƏDBİR görməyə başladı - VİDEO
08:19, Bu gün
Fransada həyəcan təbili: Silah ehtiyatı azalır
08:16, Bu gün
Kəlbəcərdə əl qumbaraları aşkarlanıb
07:32, Bu gün
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
07:29, Bu gün
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
00:13, Bu gün
“Meyxananın Messisi mən, Ronaldosu Rəşaddır”
00:07, Bu gün
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar
00:03, Bu gün
Arıqlamaq üçün qarabaşağı belə bişirin
27 Mar 2024 | 23:59
Çay qocalma prosesini necə ləngidir?
27 Mar 2024 | 23:56
Yuxusuzluğun beş əsas səbəbi
27 Mar 2024 | 23:55
Başqasının cəriməsi ona yazılıb: Ağcabədi sakini şikayətçidir - VİDEO
27 Mar 2024 | 23:52
Həbsdən çıxan Dani Alveşin sərvəti nə qədərdir?
27 Mar 2024 | 23:50
“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - VİDEO
27 Mar 2024 | 23:49
“Falck” Klinikası məhkəməyə verildi
27 Mar 2024 | 23:47
Britaniya rekord sayda miqrant axını ilə üzləşib
27 Mar 2024 | 23:40
İtkin düşmüş Gəncə sakini tapılıb
27 Mar 2024 | 23:28
“Bakubus” gömrük qaydalarını pozub? - 1500 manat cərimələnə bilər
27 Mar 2024 | 23:25
"Yenə təkrarlansa, onları rəzil edəcəyəm"
27 Mar 2024 | 23:22
“İdea Education Center” üçün 25 min manatlıq cərimə təhlükəsi
27 Mar 2024 | 23:05
"Səsim batmışdı, elə bilirdilər lalam"
27 Mar 2024 | 23:03
Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub
27 Mar 2024 | 22:56
Tikinti materialları bazarında SON VƏZİYYƏT: Hansı məhsullar UCUZLAŞDI?
27 Mar 2024 | 22:44
Ermənistan “Crocus”da törədilən terror aktını pisləməyib
27 Mar 2024 | 22:43
Varşavada taksi sürücüləri şəhərin mərkəzini bağlamağa çalışırlar
27 Mar 2024 | 22:41
Bakıda bəxbəxt hadisə: Nərdivandan yıxılan kişi öldü
GÜNLÜK
27 Mar 2024 | 13:40
Növbəti köç karvanı Füzuli şəhərinə çatdı - FOTOLAR
27 Mar 2024 | 14:12
Vasif Talıbovun oğlu Ali Məclisdə peyda oldu - Fuad Nəcəfli isə onu qapıdan geri qaytardı
27 Mar 2024 | 14:23
Lerikdə baş verən kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
27 Mar 2024 | 13:32
Ekspertiza BAŞA ÇATDI: Əhməd ailəsini qətlə yetirərkən anlaqlı olub? - YEKUN RƏY...
27 Mar 2024 | 13:41
Bu müğənnilər filmə çəkilə bilməz- ARAŞDIRMA
27 Mar 2024 | 13:42
Xocalıda kütləvi məzarlıqda qalıqları tapılan şəhid Sumqayıtda dəfn olunub - YENİLƏNİB + FOTO
27 Mar 2024 | 15:18
Şirkətlərə niyə daha çox “Xanım işçi tələb edilir”?
27 Mar 2024 | 15:45
Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən İLGİNC AÇIQLAMA
27 Mar 2024 | 13:38
İlham Əliyev təhlükəsizlik orqanlarının bir qrup zabitinə general rütbəsi verib
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!
HƏFTƏLİK
21 Mar 2024 | 13:55
"Qırmızı həyəcan": 2024-cü il son 174 il ərzində ən ağır il olacaq
21 Mar 2024 | 17:32
Türkiyədən mesaj: “Zəngəzurdan marş oxuya-oxuya keçəcəyik”
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
AYLIQ
27 Mar 2024 | 13:40
Növbəti köç karvanı Füzuli şəhərinə çatdı - FOTOLAR
27 Mar 2024 | 14:12
Vasif Talıbovun oğlu Ali Məclisdə peyda oldu - Fuad Nəcəfli isə onu qapıdan geri qaytardı
27 Mar 2024 | 14:23
Lerikdə baş verən kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
27 Mar 2024 | 13:32
Ekspertiza BAŞA ÇATDI: Əhməd ailəsini qətlə yetirərkən anlaqlı olub? - YEKUN RƏY...
27 Mar 2024 | 13:41
Bu müğənnilər filmə çəkilə bilməz- ARAŞDIRMA
27 Mar 2024 | 13:42
Xocalıda kütləvi məzarlıqda qalıqları tapılan şəhid Sumqayıtda dəfn olunub - YENİLƏNİB + FOTO
27 Mar 2024 | 15:18
Şirkətlərə niyə daha çox “Xanım işçi tələb edilir”?
27 Mar 2024 | 15:45
Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən İLGİNC AÇIQLAMA
27 Mar 2024 | 13:38
İlham Əliyev təhlükəsizlik orqanlarının bir qrup zabitinə general rütbəsi verib
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!