Ramazan bayramına aid xüsusi bir şeirim yoxdur. Mən də Moderator.az oxucularının bayramını tələbəlik illərdə yazdığım "Allah" adlı şeirimlə təbrik edirəm.
Heydər Oğuz
Fələklər nuruna pərvanə olub
Başına dönərlər feyzilə, Allah.
Sanki Seyx Sənandır, divanə olub
Qayadan atılan şəlalə, Allah.
* * *
Sevgi dedikləri nə hikmət, nə sirr?
Ulduzlar bu hissi duyaraq əsir.
Can bədən içinə həbs olmuş əsir-
Bitməzmi çəkdiyim bu çilə,Allah?
* * *
Adını yazıram titrəyir qələm,
İsladır kağızı gözündəki nəm.
Sənimi zikr edir, yoxsa, bilmirəm,
İçindəmi qopar zəlzələ, Allah?
* * *
Göylərin gözündən sanki nur çağlar,
Bulud dəsmalını gotürüb ağlar.
Heyrətdən unudub səcdəni dağlar,
Qiyamda veriblər əl-ələ, Allah.
* * *
Bulaqlar sevginlə tökər göz yaşı,
Heyrət yerindəcə qurudar daşı.
Sənə əyilməyən bu cahil başı,
Neylərəm, kül eylə, ver yelə, Allah!
* * *
Daş qədər yararım yoxsa dünyaya,
Cismimlə artmırsa bir qarış qaya,
Barı, al canımı, ac qarışqaya
Ætimi yüzillik yem eylÉ™, Allah!
* * *
Kədər bir ümmandır, mən sınıq gəmi.
Bu şeytan dalğalar sökər sinəmi.
Udduqca kədəri, yedikcə qəmi,
Hər anda dönürəm bir selə, Allah!
* * *
Dünya yol üstündə karvansaraymış,
Heydər ona uyan bəxti qaraymış.
İnsandan geriyə qalan haraymış
Karvanlar çatınca mənzilə, Allah!