Keçmiş vicdan məhbusu, hüquq müdafiəçisi Vidadi İsgəndərli Moderator.az-a göndərdiyi yazısında Müsavatla AXCP arasındakı soyuq münasibətlərdən bütövlükdə xalqın əziyyət çəkdiyini bildirib və hamını birliyə çağırırb:
“Bu gün hamı (xalq )müxalifəti bir olmamaqda günahlandırır.Qoy məndən nə müsavatçı qardaşlarım, nə də çəbhəçi qardaşlarım inçisin. Bu partiyaların arasında olan münasibətləri mən islam dünyasında artıq bir problemə çevrilmiş sünni-şiə münasibətlərinə bənzədirəm. Əfsuslar olsun ki, bu, təkzibedilməz bir faktdır. Necə ki,dində bu münasibətlərdən bütün müsəlmanlar əziyyət çəkir, bu iki partiyanın və bütövlükdə müxalifətin də ixtilafından 9 milliyon xalq əziyyət çəkir. Bu həm siyasətdə ,həm də dində bir bəlaya çevrilib. Müqəddəs Ramazan bayramından istifadə edərək məramı,məqsədi bir olan həm din qardaşlarımı ,həm siyasi qardaşlarımı birliyə səsləyirəm.Yoxsa tarix boyu hər iki sahədə uduzan tərəf millətimiz və dinimiz olacaq. Bu mənim gəldiyim məntiqi nəticədi.”