Moderator.az-ın elektron poçtuna ürək dağlayan bir oxucu məktubu gəlib və müəllif onun harayının saytda yerləşdirilməsini xahiş edib:
"Əziz həmvətənlər,dəyərli xalqımız,bu müqəddəs Ramazan günündə Mingəçevirdə yaşayan və ömrünə saylı günlər qalan,evin tək oğlu olan,bir vaxtlar cəbhə bölgəsində nümunəvi xidmət keçən,hazırda isə qaraciyər serrozundan əziyyət çəkən,imkansız bir ailənin övladı 26 yaşlı Quliyev Pərviz Eyvaz oğluna cərrahi əməliyyat olunmaq üçün hərə öz imkanı daxilində maddi dəstək olsun! Onun tam şəkildə sağlamlığıa qovuşması üçün 50-55 min manat pul tələb olunur.Mingəçevir İcra hakimiyyətinin isə hələ ki imkanı yoxdu...Həkimlərin son rəyinə görə onun həyatı olduqca təhülkəli bir həddə gəlib çatıb.Əgər 1 ay müddətinə bu əməliyyat aparılmasa o ömrünün son günlərini yaşayacaq.Bu bahalı əməliyyatı maliyyələşdirimək isə Pərvizin valideynlərinin imkanları xaricindədi.Çünki ata kənd yerində fəhləlik etməklə ailəsini güc-bəla ilə dolandırır.Maddi durumu olduqca ağırdır. Quliyev Pərviz Eyvaz oğlunu tanıyanlar bilir ki, cəbhə bölgəsində hərbi xidmət keçən və hər zaman xüsusi təşəkkürlər alan bu gənc xalqına,millətinə və dövlətinə həmişə sədaqətli olub.Odur ki,hər bir azərbaycanlıdan dönə-dönə xahiş olunur ki,bu müqəddəs Ramzan bayramı ərəfəsində günlərini ağlamaqla keçirən ana və atanın göz yaşlarını,onların mənəvi sarsıntısını nəzərə alıb evin tək övladı olan Quliyev Pərvizin əməliyyat olunmasına köməklik göstərəsiniz.Bu əlacsız bir atanın,çarəsizi bir ananın yalvarış səsidir...Onlar xalqımızın xeyirxahlığına inanırlar.Əziz həmvətənlər,gəlin bu gəncə hər birimiz öz imkanımız daxilində ona dəstək olaq.Valideynləri gözüyaşlı qoymayaq! Bir sözlə,gəlin Allah rizası üçün və insanlıq naminə Pərvizə köməyimizi əsirgəməyək!
Hesab nömrəsi-- AZ58UBAZ 241572 526 641 010 AZ 001
KOD: 50 30 46
Quliyev Pərviz Eyvaz oğlu
Əlaqə nömrəsi: 055-218-23-88””070-730-10-07