“Qarant Sığorta”nın rəhbər işçisini öldürən şəxs həbs edilib. Bu barədə Moderator. az-a Baş Prokurorluqdan məlumat verilib.
Prokurorluqdan bildirilib ki, iyulun 11-də öz yaşadığı mənzildə vəhşicəsinə qətlə yetirilən “Qarant Sığorta”nın İdarə Heyətinin üzvü, departament rəhbəri 1983-cü il təvəllüdlü Natəvan Əliyevanı Quba rayon sakini, 1988-ci il təvəllüdlü Tahirov Tərlan Rahib oğlu tamah məqsədi ilə iyulun 10-da qətlə yetirib. Qətl tamah və soyğunçuluq məqsədi ilə həyata keçrilib. Qətli həyata keçirən şəxs etdiyi cinayəti boynuna alaraq qətli hansı məqsədlə həyata keçirdiyi barədə istintaqa ifadə verib. Saxlanılan şəxs barəsində həbs qəti imkan tədbiri seçilib. Faktla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə istintaq Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə) maddəsi ilə davam etdirilir.