Qarabağ və “kişilik” sindromu
Oxunub: 5320
22 Jul 2014 | 14:19
Qarabağ və “kişilik” sindromu

Erməni işğalı altındakı doğma yurd yerlərini ziyarət edən Dilqəm Əhmədov, Şahbaz Quliyev və Həsən Həsənovun ermənilər tərəfindən girov götürülməsindən sonra Qarabağ ətrafında yeni situasiya yaranmaqdadır. Söhbət əlbəttə, ilk növbədə respublika əhalisinin diqqətinin bu istiqamətə yönəlməsindən, sosial şəbəkələrdə, yazılı mətbuatda, elektron kütləvi informasiya vasitələrində soydaşlarımızın taleyi ilə əlaqədar narahatlığın ifadəsindən, onların vəhşi xislətli erməni əsirliyindən xilas olmaları, müdafiəsinin təşkili ilə bağlı haqlı tələb və təkliflərdən gedir. Bu baxımdan şübhəsiz ki, əhalinin diqqətinin bir istiqamətə yönəlməsi birliyin ifadəsi kimi qəbul olunmalıdır. 

Bəli, artıq bir həftədən çoxdur ki, ölkə ictimaiyyətinin diqqəti düşmən əsirliyindəki vətəndaşlarımızın taleyi ilə əlaqədar informasiyalara, Azərbaycan hökumətinin bununla bağlı hansı tədbirlər gördüyü haqda bilgilər əldə etməyə yönəlib. Bu da təsadüfi deyil. Çünki uzunmüddətli “yuxudan” sonra bu hadisə Azərbaycan ictimaiyyətində yenidən vətənpərvərlik, milli təəssübkeşlik hisslərinin oyanması, özünün qəti və son sözünü deməsinə səbəb ola bilər. Ona görə də istər dövlət orqanları, istərsə də fərdi şəkildə hər bir kəs məsələni diqqətdə və gündəmdə saxlamalı, bütün gücünü soydaşlarımızın girovluqdan azad olunmasına, onların müdafiəsinə yönəltməlidir. Çünki bu adamlar kartof, soğan satmağa, kef “çatlatmağa”, “samovarı dollarla yandırmağa”, “at oynatmağa” getməmişdilər. Getmişdilər ki, yurdumuzda “at oynadanları” başa salsınlar. Anlatsınlar və sübut etsinlər ki, neçə illərdir Ermənistan ordusunun xəbər tuta bilmədiyi belə səfərlərin birində torpağımızda məskunlaşan haxçılı-dığalı bütün erməniləri bir gecənin içərisində məhv etməyə qadir Azərbaycan oğulları var. Onlar bunu bacardılar. Düşmən ölkənin müdafiə nazirinin Qarabağa gələrək, təşvişə düşən erməniləri sakitləşdirməyə çalışması da bunun əyani sübutudur. Və şübhəsiz ki, düşmənlərimiz öz nazirlərinə deyil, daha çox fakta inanırlar. Fakt isə qeyd olunduğu kimi artıq neçənci dəfədir ki, ortaya qoyulub. Bu adamların müdafiəsini bir dövlət olaraq təşkil etmək, onların geriyə alınmasına nail olmaq həm də ona görə vacibdir ki, düşmənin təşvişi bir az da artsın. Ermənistan hökumətini milli mənafeyimizə, ərazi bütövlüyümüzə uyğun şəkildə danışıqlar masası arxasına gətirməyin həlledici yollarından biri də Qarabağda zorla məskunlaşdırılan erməniləri təşvişə salmaqdan keçir.

Hərbçilərdən Ramil Səfərovun, Mübariz İbrahimovun, Fərid Həsənovun qəhrəmanlığı və həmin hadisələr vaxtı xalqın birlik nümayiş etdirməsi, bir fərd olaraq mülki şəxslərdən Dilqəmin, Şahbazın, Həsənin çəkinmədən, qorxmadan işğal altındakı Kəlbəcərə bir neçə dəfə gedib qayıtmaları, indiki halda ictimaiyyətin diqqətinin onların taleyinə yönəlməsi onu göstərdi ki, ordu da, cəmiyyət də savaşa hazırdı. Xatırladaq ki, R.Səfərovun vətənə qayıtması, üstəlik əfv edilməsi beynəlxalq təşkilatların, azman dövlətlərin narazılığına səbəb olsa da, zabitin yenidən həbsinə səbəb olmadı. Yəni “it hürsə də karvan keçdi”. Bax, cəmiyyət müharibəyə bu cür hazırlanır, savaş əhval-ruhiyyəsinə belə köklənir. Biz bu gün girov düşən hər bir vətəndaşımızın arxasında durmalıyıq. Qarabağ müharibəsi veteranlarına diqqət göstərməli, Dilqəm, Şahbaz və Həsən kimi, necə deyərlər, qurd ürəkli vətəndaşlarımızın erməni girovluğundan azad olunması üçün bütün vasitələrə əl atmalıyıq. Cəsarət nümunəsi göstərən bu adamların, sabah savaş başlayacağı təqdirdə misilsiz xidmət göstərə biləcəklərinin sübuta ehtiyacı yoxdur. Bu baxımdan istər kəşfiyyat məlumatlarının əldə edilməsində, istərsə də diversiyanın təşkilində onların xidmətindən maksimum istifadə oluna bilər və olunmalıdır.

Dilqəmgilin erməni danasından kabab çəkməsi səhnəsi isə heç kəsi təəccübləndirməməlidir. Axı erməni danasının bizim halal ərazilərimizin otlaqlarında nə ölümü var? Bir də bilmək olmaz, həmin dana Kəlbəcərin işğalı zamanı ermənilərin oğurladığı minlərlə mal-qaradan, onların törəmələrindən biridir. Yəni öz halal malımızdır. Yeri gəlmişkən, bu, sadəcə qarın probleminin həlli, təbii ehtiyacların ödənməsi kimi başa düşülməməlidir. Rahat oturub dana kababı yeməyin özü də işğalçılara bir mesajdır. Belə oğulların həyatına biganə yanaşdığımız hər gün bizi Qarabağdan uzaqlaşdırır, müharibə əhval-ruhiyyəsinə zərbə vurur.

Bir millət və dövlət olaraq bizim üçün heç də az əhəmiyyət kəsb etməyən başqa fakta da toxunmaq istərdim. Belə ki, bizim əndazəsini aşan yumşaqlığımız, erməni əsir və girovlara doğma münasibətimiz həmişə əks effekt versə də bunun fərqində olmamışıq, səviyyəsizliyə qarşı səviyyə nümayiş etdirmişik, nakişilərə kişilik, namərdlərə mərdlik nümunəsi göstərmişik, pisliyi yaxşılıqla cavablandırmışıq. Əvəzində təqib və təzyiqlərə, təcavüzə məruz qalmışıq, təcavüzkara dəstək nümayişi görmüşük. Təsəvvür edin ki, vaxtilə Bakıdan köçüb gedən erməni, onun evində məskunlaşan azərbaycanlı məcburi köçkündən öz evini geri almaqdan ötrü bizim məhkəməyə müraciət edir, iddia qaldırır və məhkəməni udur. Maraqlıdır, təsəvvür edə bilərsinizmi hansısa bir azərbaycanlı, hələ Ermənistan bir yana dursun, işğal edilmiş Qarabağdakı evinin geri qaytarılması üçün iddia qaldırır və məhkəmə bu iddianı təmin edir? Çox gülüncdür. Təsəvvürə gətirmək belə gülüncdür, deyilmi? Bəs onda bizə nə gəlib? Əsirlikdəki vətəndaşlarımız, qız-gəlinlərimiz toy cöngəsi kimi bəslədiyimiz erməni əsirlərindən bu qədərmi əskikdir? Mərdlik, kişilik budurmu? Xeyr.

“Mən karvanbasan quldur deyiləm”, - deyib özündən həm hərbi texnika, həm də canlı qüvvə baxımdan qat-qat üstün olan qarşı tərəfin üstünə gecə və qəflətən hücum çəkmək təklifini qəbul etməyən Şah İsmayıl babamızın yalnız bu kəlmələrini əsrlərdir ki, yaddaşımızda saxladıq, qan yaddaşımıza hopdura bildik, amma Şah İsmayıl olmağı bacarmadıq. Təsəvvür edin ki, hərbi əməliyyat keçirmək istədiyimiz vaxt düşmən ordusu hissələrinin yuxuya keçdiyi, ya da kef elədiyi, yeyib-içdiyi, çalıb oynadığı, canlı qüvvələrinin, silah-sursatının bizdən az olduğu aşkara çıxır. Yəni bu halda gözləməliyik ki, onlar da silahlarını götürsünlər, əlavə qüvvə çağırsınlar və bərabər döyüş başlansın? Torpaqlarımızı işğal etmiş düşmənə bu cür yanaşma, yersiz mərdlik, kişilik bizə zaman-zaman zərbə vurub. Kişiliyi fikirləşməyən erməni isə həmişə yurdumuzda at oynadıb, dana otarıb. Torpaqlarımız da məhz belə “mərdliyin”, “kişiliyin” güdazına gedib. Düşmənlə onun özü kimi rəftar etmək, “tülkünü tutmaq üçün tülkü donuna girmək” lazımdır.

Yüksək ranqlı məmurdan tutmuş sıravi vətəndaşa qədər kimsə deyə bilərmi ki, düşmənlə dostsayaq davranmaqla dünya siyasətini, taleyini həll edən, müəyyənləşdirən supergüclərin rəğbətini qazana bilmişik? Kimsə deyə bilərmi ki, sorub apardıqları neftimiz Qarabağ məsələsində bizə hansısa fövqəlgücün ciddi və həlledici dəstəyini qazandırıb? Kimsə deyə bilərmi ki, erməni əsirləri ilə adam kimi davranmaqla erməni qəddarlığına son qoymuşuq, yaxşı mənada bizdən nümunə götürməyi öyrədə bilmişik, adamlığa öyrətmişik? Belə bir təcrübə yoxdur, olmayıb. Əksinə, zaman-zaman göstərdiymiz yaxşılıqlar, “yamanlığa yaxşılıq edən ər kişi” olmağımız həmişə əleyhimizə işləyib. Elə indi də işləməkdədir. Biz sıravidən tutmuş dövlət başçısına qədər qəhrəmanlarımızın, qazilərimizin, ən nəhayət qorxubilməz Dilqəmin, Şahbazın, Həsənin  qədrini bilməli, onların arxasında durmalı, taleyi ilə maraqlanmalı, vəhşilərin qanlı caynaqlarından qurtarmalıyıq. Əvvəlki iki nəfərin taleyi məlum olsa da, H.Həsənovla bağlı hələ də dəqiq məlumat yoxdur. İlk növbədə onun taleyinə aydınlıq gətirilməli, xaricdə yaşayan soydaşlarımız, səfirliklərimiz bu işə səfərbər olunmalıdır. R.Səfərovun Bakıya ekstradisiyası və ardınca əfv olunması təcrübəsi göstərdi ki, vətəndaşın arxasında dayanmaq, onu müdafiə etmək millətin, xalqın vətənpərvərlik duyğularını, hisslərini artırır, birlik yaradır. Qarabağın azadlığını istəyən hər kəs bunu nəzərə almalıdır.

 



Oxşar xəbərlər
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
07:22, Bu gün
Sumqayıtda ata-anasını qətlə yetirməkdə şübhəli bilinən gənc saxlanlıb
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:17
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
18 Apr 2024 | 20:09
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
18 Apr 2024 | 20:01
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 19:42
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
18 Apr 2024 | 19:26
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
18 Apr 2024 | 19:19
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
18 Apr 2024 | 19:03
Həddindən artıq duz olan QİDALAR
18 Apr 2024 | 19:01
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18 Apr 2024 | 18:53
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 18:15
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 18:10
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
18 Apr 2024 | 17:58
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 17:42
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
18 Apr 2024 | 17:37
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB
18 Apr 2024 | 17:34
Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
18 Apr 2024 | 17:32
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
18 Apr 2024 | 17:24
Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
18 Apr 2024 | 17:22
Sabiq nazir həbsdə qaldı
18 Apr 2024 | 17:21
Azay Quliyev Almaniyaya səfər edəcək
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 16:36
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:20
“İki dövlət, bir millət” anlayışı ilə birləşdiyimiz Azərbaycanı dəstəkləyirik - Türkiyə MN
18 Apr 2024 | 16:18
"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib
18 Apr 2024 | 16:16
Bayden dayısının cəsədinin itkin düşməsində adamyeyənləri günahlandırıb
18 Apr 2024 | 16:06
Almaniya prezidenti Türkiyəyə özü ilə dönər gətirəcək - 60 kilo...
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 15:56
Gürcüstan prezidenti qanun layihəsinə veto qoydu
18 Apr 2024 | 15:54
İran İsrailin nüvə mərkəzlərinə zərbə endirəcəyi ilə hədələyib
18 Apr 2024 | 15:52
Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib
18 Apr 2024 | 15:40
"Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"
18 Apr 2024 | 15:36
“Yaz xəstəlikləri” nəyə deyilir? - Professor ehtiyatı əldən verməməyi tövsiyə edir
18 Apr 2024 | 15:31
Zəngilanda silah-sursat aşkarlanıb
18 Apr 2024 | 15:23
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
GÜNLÜK
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 08:48
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO
18 Apr 2024 | 08:44
Azərbaycanla Rusiyanı üz-üzə qoymaq istəyənlərə göz dağı
18 Apr 2024 | 09:13
Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 08:46
Rusiyada Leninin abidəsi satışa çıxarılıb - FOTO
18 Apr 2024 | 09:05
Bakıda yük maşını aşıb, sıxlıq müşahidə olunur - FOTO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 08:48
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO
18 Apr 2024 | 08:44
Azərbaycanla Rusiyanı üz-üzə qoymaq istəyənlərə göz dağı
18 Apr 2024 | 09:13
Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 08:46
Rusiyada Leninin abidəsi satışa çıxarılıb - FOTO
18 Apr 2024 | 09:05
Bakıda yük maşını aşıb, sıxlıq müşahidə olunur - FOTO