“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 18 iyul 2014-cü il tarixində Şəki şəhərində “Qloballaşma prosesində mənəvi əxlaqi dəyərlərin qorunması“ mövzusunda tədbir kecirmişdir.
Tədbiri giriş sözü ilə layihənin rəhbəri Tələt Qəribov açaraq tədbir iştirakcılarını salamladı və mövzunun əhəmiyyəti barədə tədbir iştirakcılarına məlumat verdi. Azərbaycan Respublikasının qacılması mümkün olmayan qlobalaşma prosesində dövlət qurumları ilə yanaşı qeyri-hökümət təşkilatlarının da üzərinə düşən vəzifələrdən danışıldı. Sonra Şəki rayonunun ağsaqqal ziyalıları Şahid Məmmədkərimov,Vahid Qəniyev və Mustafa Əhmədov mövzü ətrafında geniş tərbiyəli çıxışlar etdilər. Onların ailəyə sədaqətlik, mərdlik, qonaqpərvərlik, özundən böyüklərə ehtiram, vətənpərvərlik, abır-həya, dinə inam mövzusunda çıxışlarını tədbir iştirakçıları maraqla dinlədilər. Tədbir iştirakciları mövzü ətrafında fikir mübadiləsi apardılar və bəzi televiziyalarda gedən şou proqramlarının mənəvi-əxlaqi dəyərlərimizə mənfi təsirlərindən söz acdılar. Aparılan müzakirələrin nəticəsində münasib təkliflər hazırlanaraq ictimaiyyətə və mətbuata təqdim olundu.