Moderator.az-a Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla bağlı ilginc iddia daxil olub. Belə ki, bir müddət öncə “Abidə” MTK Bakıda “Şeytanbazar” ərazisində bina tikir, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar yerin alınmasına kömək etdiyinə görə həmin MTK Yazıçılar Birliyinə həmin binadan 10 mənzil verir. AYB siyahı tərtib edərək 10 mənzili təxminən 40 nəfər arasında bölür. Yəni bir mənzili sataraq 4 nəfər arasında böləcəkdilər...
Ev siyahısında adı olanlardan biri də şair Şaiq Vəli imiş. Şaiq Vəli təxminən il yarım öncə rəhmətə gedib. Deməli, indi yazıçılara verilən evlər satılıb və bölünüb, hərəyə təminən 30 min manat pul düşüb. Amma Şaiq Vəliyə çatacaq 30 min manat onun ailəsinə verilməyib. Bəhanə isə budur ki, Şaiq Vəlinin yaxın qohumlarından, əziz adamlarından bu pula iddia edənlər çoxdur. Həyat yoldaşı, bacıları və s. Bax belə...