İrana xoş gəlsin deyə biz öz milli kimliyimizdən imtina etməliyik?
Oxunub: 5492
16 Jul 2014 | 21:16
İrana xoş gəlsin deyə biz öz milli kimliyimizdən imtina etməliyik?

 

Moderator.az-ın bu dəfəki müsahibi BAXCP sədrinin müavini Bünyamin Qəmbərlidir. Onunla söhbətmiz əsasən partiyanın adından doğan məsələlər ətrafında oldu.

-Bünyamin bəy, partiya sədriniz Qüdrət Həsənquluyevin rus ordusunun Azərbaycana gəlməsinin mümkünlüyü ilə bağlı fikirləri ictimaiyyət arasında birmənalı qarşılanmır. Bu təklifi necə şərh edərsiniz?

-Öncə onu deyim ki, Qüdrət bəyin məlum məsələ ilə bağlı fikirləri daxili siyasətə yox, xarici siyasətə hesablanmış çıxışdı. Onu diqqətlə oxuyan, incələyən siyasətçilərin demək olar, hamısı Qüdrət bəyə dəstək verdi. Nə yazıq ki, müəyyən siyasi qüvvələr və dairələr qərəzli şəkildə Qüdrət bəyi nüfuzdan salmaq və ya onu şantaj etmək üçün onun fikirlərini təhrif edərək cəmiyyətə çatdırmağa çalışırlar. Amma alınmır. Qüdrət bəy dəfələrlə vurğulayıb ki, əgər Rusiya Qarabağın qaytarılmasını- Azərbaycanın torpaq bütünlüyünü təmin edərsə, o zaman onunla ciddi müzakirələr və müqavilələr əsasında müəyyən razılaşmalara getmək olar. Bu razılaşmaların içində Azərbaycanda Rusiya hərbi bazasının yerləşdirilməsindən tutmuş, enerji daşıyıcıları, Avrasiya İttifaqı və Gömrük birliyinədək bir çox məsələlər var. Bunların hansı Azərbaycanın maraqlarına cavab verir və ya hansı şərtlərlə razılaşmaq olar; bütün bunlar Azərbaycan hökumətinin insiatifinə bağlıdır. Digər tərəfdən Azərbaycanda Rusiya hərbi bazası var idi. Qəbələ RLS. Bu bazanı kim ləğv elədi? Və ya indi Azərbaycanın işğal olunmuş ərazilərində düşmən dovlətin ordusu yoxmu? Bu orduya hər hansı şəkildə nəzarət etmək imkanımız varmı? Bu ərazilərimizin işğaldan azad edilməsi şərti ilə Rusiyanın hansısa hərbi bazasının ölkəmizdə yerləşməsi daha uyğun bir variant deyilmi? Ən əsası odur ki, belə bir gərgin zamanda bizim vaxt udmağımız çox vacibdi. Süleyman Dəmirəlin məşhur bir sözü var. “24 saat siyasətdə çox uzun müddətdir”. Bunlarla yanaşı Qüdrət bəy dəfələrlə vurğulayıb ki, Qarabağı işğal edən də, onu işğal altında saxlayan da Rusiyadır və problemin həlli də Rusiyadan asılıdır. İndi baxın, Qüdrət bəy Rusiyaya qarşı belə açıq və sərt mövqe bildirdiyi halda onun fikirlərini təhrif edərək nüfuzdan salmağa və ya şantaj etməyə çalışanlar nədən Qarabağın Rusiya tərəfindən işğal olunduğunu və ya həllinə imkan vermədiyini demirlər?!

-Bir çoxları partiyanızın adındakı Bütöv Azərbaycan sözündən qıcıqlanır. Bu cür iddia ilə çıxış etməyin iki qonşu ölkə arasında ziddiyyətlərə səbəb olduğunu düşünənlər də az deyil. Sizin bu cür düşünənlərə cavabınızı bilmək maraqlı olardı.

Öncə onu deyim ki, Azərbaycanı sevən, Azərbaycan dövlətinin bağımsız və güclü olmasını istəyən heç bir türk, heç bir ölkə vətəndaşı Bütöv Azərbaycan sözündən qıcıqlanmaz. Əgər qıcıqlanan varsa deməli sorunu həmin adamın özündə axtarmaq lazımdı. Digər tərəfdən siyasi partiyanın əsas məqsədlərindən biri fikir yaratmaq, istimai rəy formalaşdırmaqdı. İndi kimsə istəmir və ya qıcıqlanır deyə, biz vətənimizin bütövlüyünü istəməməliyik?Ya da kiminsə xoşuna gəlmir deyə, vətənimizin bölünmüş olduğunu deməməliyik? Qaldı ki Bütöv Azərbaycan sözünün iki qonşu ölkə-yəni, İran və Azərbaycan arasında ziddiyyətə səbəb olmasına, onu deyə bilərəm ki, adımızda "bütöv" sözünün olub olmamasına baxmayaraq "Azərbaycan" və "türk" sözləri rəsmi Tehranı, paniranistləri və ölkəmizdəki İran meylli qüvvələri həqiqətən hər zaman qıcıqlandırır. İran "Azərbaycan" sözünə o dərəcədə nifrətlə yanaşır ki, hətta əlində bayraq elədiyi din və şiə anlayışlarını da ayaq altına alaraq müsəlman və şiə türkləri qətl etmək, onların qurduğu dövləti dağıtmaq üçün ermənilərə açıq şəkildə hər cür- siyasi, iqtisadi, informasiya və hərbi yardım göstərməkdən çəkinmir. İran "Azərbaycan" və "türk" sözlərinə o dərəcədə nifrətlə yanaşır ki, öz ərazisində yaşayan 500 min erməniyə öz dilində məktəb açmağa, qəzet və ya digər mətbu orqanları çap etməyə razı olur, amma 40 milyonluq Azərbaycan türkünə eyni haqları nəinki vermir, hətta bunu tələb edənləri müxtəlif ittihamlarla zindanlarda çürüdür. Biz bu adı daşımamışdan əvvəl də belə idi, indi də. Bəlkə İrana xoş gəlsin deyə biz öz milli kimliyimizdən imtina etməliyik?

 -Azərbaycanın hal-hazırda Dağlıq Qarabağ kimi böyük sorunu var. Sizcə, belə vəziyyətdə bütövlük şüarıyla çıxış etmək “özünə umac ova bilmir, başqasına əriştə kəsir” assosasiyasını yaratmırmı?

Qətiyyən. Məgər Qarabağ Azərbaycanın bir parçasıdır, Təbriz, Dərbənd, Göyçə , Borçalı və ya Kərkük yox? Yaxud Dərbənd, Zəncan və ya Zəngibasar çoxdan işğal olunub deyə onları unutmaq olar, Qarabağı yox? Onda belə çıxır ki, bir müddət sonra Qarabağı da digər vətən torpaqlarımız kimi unudacağıq. Vətənin hər qarışı bizim üçün əzizdir və əziz də olmalıdır. Böyük Şah İsmayıl övladlarına deyirdi - “ Yurdumuzun bir qarış torpağını bir ovuc qızıldan, dilimizin bir kiçik sözünü bir ölçü ləl-cəvahirdən üstün tutdum”. Yəni bunun məntiqi açımı budur ki, mən bunu üstün tutdum siz də üstün tutun. Başqa sözlə desək, vətənin bir qarışını başqa birindən ayırmaq, fərqləndirmək vətənin parçalanmasına səbəb və razı olmaq deməkdir. Ən nəhayət, Əbülfəz Elçibəyin məşhur bir sözü var: “Qarabağın həlli Təbrizdən keçir”. Xatırlayırsızsa bir neçə il əvvəl Qüdrət bəy parlamentdə Azərbaycan Respublikasının adının dəyişdirilərək Şimali Azərbaycan Respublikası olmasını təklif etmişdi. Burda üç məqsəd vardı: Əvvəla, bütün dünyanın diqqətinə çatdırmaq istəyirdi ki, Azərbaycan bölünüb və bir hissəsi-yəni, Şimali Azərbaycan bağımsızdır, amma Azərbaycanın cənub hissəsi isə işğal altındadır. İkincisi, Azərbaycanın parçalanmasına səbəb olan Gülüstan və Türkmənçay müqavilələri  hüquqi qüvvəsini itirib. Buna görə də Azərbaycanın birləşməsi gündəmə gəlməlidir. Üçüncüsü, Azərbaycan xalqı vətəninin bölünməsi ilə barışmır və bütövlüyü uğrunda mübarizə aparır.

-İran torpağı tarixən Azərbaycan türklərinin hakimiyyəti altında olub. Faktiki olaraq bu ölkədə farslar türklərə nisbətən azlıqdadır. Niyə İranın demokratikləşməsini arzulayaraq bütün ölkənin türkləşməsini istəmirsiniz, Güney Azərbaycanın ordan ayrılıb bizimlə birləşməsini müdafiə edirsiniz?

 Bax, bayaq dediyiniz “özünə umac ova bilmir, başqasına əriştə kəsir” məsəli indi yerinə düşür. Biz əvvəl öz bütöv, bağımsız, güclü və demokratik dövlətimizi qurmalıyıq ki, digər məsələləri fikirləşməyə və ya həll etməyə imkanımız olsun. Digər tərəfdən çox doğru deyirsiz ki, İranın bütün ərazisi tarixən türklərin hakimiyyəti altında olub. Və mən sizi inandırıram ki, Bütöv Azərbaycan qurulanda tarixi Azərbaycan Dövləti də bərpa olacaq.

-İranın parçalanacağı təqdirdə demoqrafik problemlərin yaşanacağı ehtimalı böyükdür. Uzun əsrlər boyu iç-içə yaşayan toplumdan söhbət gedir. Hazırda Tehran əhalisinin yarısı Azərbaycan türklərindən ibarətdir. Bu da milyonlarla insan deməkdir. Bütövlük ideologiyanızda onların taleyi ilə bağlı nə kimi proqramınız var? Farsların ərazisində qalacaq türklərin aqibəti necə olacaq?

 -Bu sualın bir hissəsinə əvvəl cavab verdim. Yenə təkrar edirəm ki, Bütöv Azərbaycan qurulanda bir çox məsələ doğal olaraq öz həllini tapacaq. Qaldı uyğunlaşmağa, onu deyim ki, 24 ildi Güney və Qüzey Azərbaycan arasında gediş-gəliş var və kifayət qədər uyğunlaşma gedib. Bizə bəzən Bütöv Azərbaycan ərazisini elə təqdim edirlər ki, guya balaca bir xalqın təsadüfi qurduğu dövlətdən söhbət gedir. Ortada çoxlu sayda çaşdırıcı xəritələr dolaşır. Sizə xatırladım ki, 700 min kv.km.-dənartıq ərazisi-sərhədləri şimalda Dərbənd, cənubda Kəngər körfəzi, qərbdə isə Kərkükə qədər uzanan Bütöv Azərbaycan dövləti qurulanda istər Azərbaycan diasporu, istərsə də tarixi Azərbaycan dövləti ilə bağlı bir çox məsələlər doğal olaraq öz həllini tapacaq. Mən fürsətdən istifadə edərək sayı 50 milyondan çox olan xalqımızı qarşıdan gələn Ramazan bayramı münasibəti ilə təbrik edir, xalqımıza da, dövlətimizi idarə edənlərə də tezlikə Bütöv Azərbaycan dövlətinin vətəndaşı olmağı və bu böyük dövlətin rəhbərliyində təmsil olunmağı arzulayıram!

Oxşar xəbərlər
15:36, Bu gün
Bu bank AMB-nin tələblərini pozub
15:32, Bu gün
İranda qadın fəallara ümumilikdə 60 il həbs cəzası verildi - FOTO
15:28, Bu gün
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
15:24, Bu gün
Vilayət Eyvazov Şamaxıda qəbul və sıra baxışı keçirdi - FOTO/VİDEO
15:20, Bu gün
Bakı sakininin telefon və çantasını talayan şəxs tutuldu - VİDEO
15:17, Bu gün
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
15:15, Bu gün
Ana-bacılarını ortalığa qoyurlar - VİDEO
15:11, Bu gün
Qazaxıstanda çay daşdı: Sakinlər küçədə balıq tutdular - VİDEO
15:07, Bu gün
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
15:03, Bu gün
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
15:00, Bu gün
GRE General Test imtahanı keçirilib
14:58, Bu gün
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55, Bu gün
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun dəyişdi
14:53, Bu gün
“Qarabağ” sabah çempion ola bilər
14:51, Bu gün
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
14:47, Bu gün
Qəzzada ölənlərin sayı 32 min 552-yə yüksəlib
14:45, Bu gün
İranda ötən tədris ilində yüzlərlə şagird məktəbi tərk edib - FOTO
14:42, Bu gün
Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası: Azərbaycan bayrağı qaldırıldı - FOTO/VİDEO
14:37, Bu gün
Gənc oğlan məktəbli qızı evinə apardı: "O, yanıma keçəndə anası yatmışdı..." – ŞOK
14:33, Bu gün
ABŞ, Aİ və Ermənistanın müzakirə edəcəkləri hərbi pakt Rusiya, Türkiyə və Azərbaycana qarşı yönəlib - RƏY + FOTO
14:30, Bu gün
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
14:28, Bu gün
Naxçıvanda nəqliyyat problemi necə həll ediləcək? - VİDEO
14:25, Bu gün
Ermənilərin Qazaxda müharibə hazırlığı: Əskiparada səngər qazırlar - VİDEO
14:20, Bu gün
Qaraciyəri qardaşına köçürülən Nərmin Kərimbəyova: “Səhhətimdə problemlər var” - VİDEO
14:15, Bu gün
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
14:14, Bu gün
Bolqarıstanlı futbolçu: "Təəssüf ki, Azərbaycan üzərində qələbə hesabını qoruya bilmədik"
14:10, Bu gün
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
14:10, Bu gün
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
14:05, Bu gün
Paşinyan hökuməti separatçıları küncə sıxışdırır: Bütün ofisləri bağlanacaq
14:01, Bu gün
“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO
13:59, Bu gün
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
13:55, Bu gün
Le Pen Fransa hakimiyyətini fırıldaqçılıqda ittiham edib
13:51, Bu gün
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
13:50, Bu gün
Avroviziya təmsilçimizlə bağlı maraqlı fakt üzə çıxdı - VİDEO
13:45, Bu gün
Rusiyalı aktyor Yuri Vaksman vəfat etdi - FOTO
13:40, Bu gün
Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
13:35, Bu gün
Köhnə güclər və prinsiplər: Vudronun reallaşmayan Ermənistan ideyası dəbdədir - ŞƏRH + FOTO
13:30, Bu gün
Azərbaycan minifutbol millisinin Avropa çempionatında potensial rəqibləri müəyyənləşib
13:25, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
13:20, Bu gün
Rusiya Ermənistan-Aİ-ABŞ görüşündən niyə narahatdır? – Zaxarova AÇIQLADI
13:15, Bu gün
“Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verildi
13:12, Bu gün
Son bir həftədə 38 terrorçu zərərsizləşdirilib
13:09, Bu gün
Viktor Çobanu: “Moldovada Qaqauziyanın muxtariyyətini heç nə təhdid etmir” - MÜSAHİBƏ
13:05, Bu gün
Əqli Mülkiyyət Agentliyi ötən il 2 milyon manata yaxın gəlir əldə edib
13:00, Bu gün
Amerikalı ekspert: "ABŞ-nin məqsədi Rusiyanın Ermənistanı ələ keçirməsinin qarşısını almaqdır" - FOTO
12:55, Bu gün
Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu
12:50, Bu gün
Azərbaycan gimnastları Fransada Qran-pri turnirinə qatılacaqlar
12:45, Bu gün
KTMT 2024-cü ildə yeddi təlim keçirəcək: Ermənistan iştirak edəcəkmi?
12:40, Bu gün
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
12:38, Bu gün
Azərbaycanda dəhşətli qəza - ata və oğlu öldü - FOTOLAR
12:34, Bu gün
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
12:31, Bu gün
Ağdərədə odlu silah-sursat aşkar edildi
12:28, Bu gün
Rusiyalı sənətçilər “Crocus City Hall” qurbanlarını Müslüm Maqomayevin mahnıları ilə andılar - VİDEO
12:24, Bu gün
Sabahın hava proqnozu açıqlandı
12:20, Bu gün
Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
12:16, Bu gün
Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb
12:12, Bu gün
Sumqayıtda qanunsuz tikili söküldü - FOTO/VİDEO
12:08, Bu gün
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
12:04, Bu gün
Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR
12:02, Bu gün
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:00, Bu gün
Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilətullantısız gələcək - FOTO
11:58, Bu gün
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında - VİDEO
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
11:55, Bu gün
Elşən Orucov: “Türkiyədən çoxlu təkliflər var, deyirlər, ən yaxşı azərbaycanlı aktyorsan” - MÜSAHİBƏ + FOTO
11:50, Bu gün
“Xocalı özü böyüklüyündə soyqırım abidəsinə, milli-tarixi yaddaş yerinə çevrilməlidir”
11:50, Bu gün
Qazaxda tanışını öldürən şəxsin məhkəməsi başlayır
11:45, Bu gün
Azərbaycanda qadın döyüşçülərin qədim məzarlığı aşkar edilib: Amazonların mövcudluğunun daha bir sübutu - FOTO
11:40, Bu gün
Sözçü: Ermənistan hökuməti qayıtmağımıza imkan yaratmaqla yanaşı, vurduğu zərərləri kompensasiya etməlidir
11:37, Bu gün
"Kəskin ağrı zamanı bunu etmək qətiyyən olmaz"
11:36, Bu gün
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
11:30, Bu gün
11-ci sinif şagirdinin ana olduğu məktəbin direktoru işdən çıxarıldı
11:26, Bu gün
Azərbaycan millisinin futbolçusu: "Öz üzərimizdə çox işləməliyik"
11:25, Bu gün
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
11:22, Bu gün
Politoloq: Rusiyada yaşayan zəngin ermənilər Moskva üçün təsir və təzyiq vasitəsidir
11:21, Bu gün
BDU-nun akademik və inzibati heyətinin nəzərinə!
11:19, Bu gün
Diş ətinizə diqqət edin, infarkt ola bilərsiniz
11:16, Bu gün
Metroda niyə zibil qabı yoxdur?
11:15, Bu gün
Azərbaycan Mərkəzi Bankı inflyasiyaya dair proqnozunu sabit saxlayıb
11:11, Bu gün
Bərdədə Vətən müharibəsi şəhidi doğum günündə anıldı - FOTOLAR
11:08, Bu gün
Nazirliyin şöbə rəisi vəfat edib
11:08, Bu gün
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
11:07, Bu gün
“Radikal dini cərəyanlarla, terrorla mübarizədən günahsız adamlar zərər çəkməməlidir...”
11:02, Bu gün
İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 10 qaydası
10:58, Bu gün
Magistraturaya qəbulun ikinci cəhdində iştirak üçün qeydiyyat başlayıb
10:53, Bu gün
İdeal səhər rejimi necə olmalıdır?
10:52, Bu gün
Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
10:49, Bu gün
Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında - VİDEO
10:48, Bu gün
Qərbi Azərbaycan İcması Ermənistanı Fransanın oyunlarına getməməyə çağırıb
10:40, Bu gün
Los Ancelesdə yaşayan azərbaycanlı həkim
10:34, Bu gün
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
10:31, Bu gün
İşdə yüksələ bilməməyinizin səbəbləri nələrdir?
10:29, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
10:15, Bu gün
“Simpsonlar” bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO
10:12, Bu gün
Hərbi institutda məşğələ: kursantlar gəmiləri döyüşə hazır vəziyyətə gətirib
10:05, Bu gün
İstedadlı qələm adamı, sədaqətli dost... - O, həm də siyasi şərhçidir
09:59, Bu gün
Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb
09:58, Bu gün
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
09:55, Bu gün
Əli Nağıyev: Daşaltı əməliyyatında itkin düşmüş daha 73 nəfərin adı yaxın günlərdə açıqlanacaq
09:54, Bu gün
Ötən il DTX 340 şəxs barəsində 190 cinayət işinin ibtidai istintaqını aparıb
09:52, Bu gün
Bu meyvələr iştahı azaldır
GÜNLÜK
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 18:44
Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
27 Mar 2024 | 16:20
Cavanşir Məmmədov: "Sən də vaxtında oxuyardın, olardın "briqadir" - VİDEO
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 16:40
Onlayn satılan saç serumları hansı xəstəliklərə səbəb olur? - VİDEO
27 Mar 2024 | 16:00
"Ukrayna energetika savaşını uduzur, vəziyyət çıxılmaz həddədir" - "Time"
27 Mar 2024 | 19:52
Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir
27 Mar 2024 | 16:16
Kamran Əliyev tutduğu vəzifədən azad edildi
27 Mar 2024 | 16:51
"ABŞ NATO ərazisinin hər qarışını qətiyyətlə müdafiə edəcək" - Pentaqon
HƏFTƏLİK
21 Mar 2024 | 17:32
Türkiyədən mesaj: “Zəngəzurdan marş oxuya-oxuya keçəcəyik”
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 18:44
Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
27 Mar 2024 | 16:20
Cavanşir Məmmədov: "Sən də vaxtında oxuyardın, olardın "briqadir" - VİDEO
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 16:40
Onlayn satılan saç serumları hansı xəstəliklərə səbəb olur? - VİDEO
27 Mar 2024 | 16:00
"Ukrayna energetika savaşını uduzur, vəziyyət çıxılmaz həddədir" - "Time"
27 Mar 2024 | 19:52
Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir
27 Mar 2024 | 16:16
Kamran Əliyev tutduğu vəzifədən azad edildi
27 Mar 2024 | 16:51
"ABŞ NATO ərazisinin hər qarışını qətiyyətlə müdafiə edəcək" - Pentaqon