Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.Bu gün Azərbaycan gəncləri cəmiyyətin bərabər hüquqlu üzvləri kimi ictimai həyatın bütün sahələrində uğurla çalışırlar. Gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Azərbaycan gəncləri deyəndə bütün gəncləri nəzərdə tutmutam. Çünki azərbaycanda gənclər qruplala bölünür. Gəlin etiraf edək ki, ətrafımızda əgər 10 gənc varsa onlar müxtəlif təbəqələrə bölünüblər.
Buna səbəb nədi?
Gənclərin yaşam tərzləri, maddi durumları, ailədəki vəziyyət onların istirahətinə, təhsilinə təsir edir. Məsələn, bəzi gənclər maddi duruma görə kino-teatra gedib dincələ bilmir, bəzisi ailədəki mentalitet problemi baxımından istirahətini könlüncə seçə bilmir. Evə gec gəlmək, gecə saatlarda gənclərin düzənlədiyi tədbirlərə getmək kimi imkanları olmur. Bu səbəbdən də gənclər qruplara bölünməyə başlayır.
Təhsil, əyləncə, biznes, din, avtomobil, hətta çayxanada əyləşib, sadəcə, hansısa mövzu ətrafında müzakirə aparmaq xobbisi və sairə. Maraq dairələri gənclərə hansı vədi verir? Üst-üstə düşən və düşməyən maraq sahələri hansılardır?
Hesab edirəm ki, maraqlarını, məşğuliyyətini, çevrəsini özü seçə bildiyi üçün bu günkü gənclik mənəvi təlabatlarını dolğunlaşdırmağa çalışmalıdır.
Azərbaycan Respublikasında gənclər siyasətinin əsas məqsədi gənclərin fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına kömək etməkdir. Buna misal üçün bir faktı xatırladım “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi nəzərdə tutulmuşdur. Bir ölkədə dövlət tərəfindən bu qədər gənclərə şərait yaradılır bir fikirləşək görək kimlər bundan bəhrələnir?
Azərbaycanda müstəqillik dövrünün ilk illərində hökm sürən hərc-mərclik şəraitində çox sayda gənclər təşkilatları yaransa da, onların əksəriyyətində siyasiləşmə meylləri öz əksini tapmışdı. Lakin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması, ölkədə hüquqi demokratik dövlət quruculuğu prosesinin həyata keçirilməsi vəzifələri gənclərin ayrı-ayrı siyasi qurumlarda deyil, ümummilli dövlət mənafeləri əsasında səfərbər olunması, vahid gənclər siyasətinin hazırlanıb həyata keçirilməsi zərurətini ortaya atıbdır. Bəs biz gənclər niyə bu siyasətdən uzağa qaçırıq? Bunadamı madi imkan mənəvi basqı mane olur? Məncə yox, sadəcə öz təmbəlliyimizin nəticəsidir. Ola bilər ki, bir çox gənclər madiyyət baxımından kənarda qalsın amma bir nüans da var, çoxları boş-boşuna vaxt keçirib əylənməyi hər şeydən üstün tuturlar. Kimsə öyüd vermək istəsə cavab isə bu olur; “beş günlük həyatdı, ye, iç, keyf elə” müdriklərin belə bir kəlamı var. “Gənclərin aynada görə bilmədiklərini yaşlılar kərpic parçasında oxuyurlar”. İnsan dünyaya bir dəfə gəlir. Cavanlıq müdrikliyi mənimsəmək, qocalıq isə bu müdrikliyi tətbiq etmək dövrüdür. əziz gənclər gəlin ömrümüzü, vaxtımızı boş-boş şeylərə sərf etməyək! Yaxşılıqlara sərf edək ki, bizdən sonra gələn nəsillər ibrət ala bilsinlər.
Tünzalə İsmayılova