“İnsanlarımız hələ də “millət necə tarac olur-olsun nə işim var” prinsipi ilə yaşayır”
Oxunub: 6533
14 Jul 2014 | 11:37
“İnsanlarımız hələ də “millət necə tarac olur-olsun nə işim var” prinsipi ilə yaşayır”

Məşhur filosof və yazıçı Əlisa Nicat “Hürriyyət” qəzeti və Moderator.az-a müsahibə verib. Həmin müsahibəni oxucuları diqqətinə çatdırırq. 

 

-Əlisa müəllim, yaxın günlərdə ölkədə maliyyə amnistiyasının elan ediləcəyi və bunun nəticəsində bütün qeyri-leqal, oğurluq pulların leqallaşacağının anonsu verildi. Sizcə xalqdan oğurlanan milyonların bu şəkildə “halal” elan edilməsi nə dərəcədə məntiqlidir və bu “halallaşma” yeni oğurluq və talanların qarşısını ala biləcəkmi?

 

-Təbii ki, baş verənlərin rüşvət və korrupsiyanın qarşısını alacağını düşünmürəm. Sadəcə, dünyanın əksər ölkələrində bu cür addımlar atıldığına görə, Azərbaycanda da bunu həyata keçirməyə çalışırlar. Bununla dünya dövlətləri və beynəlxalq təşkilatlara göstərmək istəyirlər ki, baxın, szin bu tələb və gözləntinizi də həyata keçirdik. Azərbaycanda milyonçular təzə yaranıb. Təzə yaranan milyonçular hədsiz dərəcədə xəsis olurlar. Onlar pul üçün ölümə belə getməyə hazırdırlar. Alicənab milyonçular indiki milyonçuların oğulları və ya nəvələrindən formalaşa bilər. Çünki onlar yüksək təhsil və mədəniyyət görürlər və anlayırlar ki, dünyada hər şey heç də pul deyil. Xalq üçün, mədəniyyət üçün çalışmağın zəruriliyini dərk edirlər. Zamanla bu yolla müəyyən vəsaitlər xərcləyirlər, ölkənin mədəniyyətinə, incəsənətinə qayğı göstərirlər. İndiki məqamda isə belə bir gözlənti sadəcə əhəmiyyətsizdir və illüziyadır. Hətta maliyyə amnistiyası elan edilsə belə, heç bir böyük dövlətli üzə çıxmayacaq, öz həqiqi sərvəti haqqında düzgün məlumat verməyəcək. Azərbaycanda nazirlərin milyardlarla sahib olduğu hər kəsə bəllidir. Indi bu amnistiyadan sonra onlardan hansı durub elan edəcək ki, bəli, mənim milyardlarla pulum var? Bizdə dövlətlilərin əksəriyyətini vəzifəlilər təşkil edir. Vəzifəyə malik olmayan dövlətlilər isə çox azdır və onların sərvəti də digərləri ilə müqayisədə elə də çox deyil. Hakimiyyət qoymaz ki adi bir adam gəlib milyader olsun. Bu, sadəcə gözə qum atmaq kimi bir şeydir.

 

-Bəziləri iddia edir ki, Azərbaycanda rüşvət adi həyat normasına çevrilib və bu səbəbdən də ciddi ictimai təhlükə kəsb etmədiyi üçün ona qarşı mübarizə aparmaq zəruri deyil. Bu qənaəti bölüşürsünüzmü?

 

-Yox, mən bu qənaəti bölüşmürəm. Amma bunu da qeyd etməliyəm ki, reallıq budur.  Bir ölkədə ki, korrupsiyaya qarşı mübarizə aparmalı olan şəxslərin adı korrupsiyada hallanır, o ölkədə korrupsiyaya qarşı ciddi, səmimi mübarizə aparılmasını gözləməyin özü sadəlövhlükdür. Korrupsiyaya qarşı mübarizə məqsədi ilə guya hansısa addımların atılması ilə bağlı həyata keçirilən formal addımlar da beynəlxalq qurum və ictimaiyyətin gözündən pərdə asmağa xidmət edir. Çünki bugünə qədər hələ heç kim eşitməyib ki, korrupsiyaya qarşı mübarizə aparan qurumlar hansısa iri məmuru məsuliyyətə cəlb etsin.

 

-Bəzi ictimai-siyasi xadimlər hesab edir ki, əmək haqlarının artırılması ölkədəki rüşvət problemini həll edə bilər...

 

-Şəxsən mən belə düşünmürəm. Əksinə, nə qədər çox pul versən, bir o qədər çox istəyəcəklər. Çünki pul heç vaxt kifayət etmir. Insanın gözü təbiətən puldan doymur. Azərbaycan insanında isə bu göz həddindən artıq acdır.

 

-Pula, korrupsiyaya, rüşvətə bu qədər meyl bütün xalqlar üçün xarakterikdir, yoxsa bu, daha çox bizim üçün səciyyəvidir?

 

-Bu, ümumilikdə bütün insan təbiətləri üçün xarakterikdir. Amma ən qabarıq bizdə özünü göstərir. Min illərdir ki, Azərbaycan ailələrində qızıl yığılır, qızıl toplanılır. Doğrudur, dünyanın bütün ölkələrində qadınlar qızıla, brilianta meyilli olur. Lakin qızıl toplamaq ehtirası daha çox bizim üçün xarakterikdir. Bizim üçün qızıl fövqəladə dərəcədə əzizdir. Ermənilərdə sərvətə meyl, rüşvət və korrupsiya kimi hallar var. Gürcülər və başqa xalqlarda da bu belədir. Lakin bizimlə onlar arasında çox mühüm bir fərq var. Onlar lazım olanda malik olduqları bu sərvəti məmnuniyyətlə öz xalqlarının və vətənlərinin mənafeyi xeyrinə sərf edirlər. Onlar buna hazırdırlar.  Şarl Aznavur 90-cı illərdə ermənilərə dəfələrlə təyyarə dolu silah-sursat göndərdi. Bəs eşitmisinizmi ki, bir nəfər azərbaycanlı müharibə illərində öz vəsaiti hesabına bir tüfəng alsın və bunu vuruşan əsgərlərimizə göndərsin? Halbuki, bizim xaricdə olan dövlətlilərimiz bəlkə də ermənilərdən çoxdur.

 

-Erməni diasporları Ermənistan dövlətinə yardım üçün hər il milyonlar yollasa da, Azərbaycan dövləti xaricdəki diasporların saxlanması üçün dövlət büdcəsindən külli miqdarda vəsait xərcləməkdədir. Bu təzadın səbəbi nədir?

 

-Ermənilər qədimdən eyniylə yəhudilər kimi müxtəlif ölkələrə səpələniblər. Dünyanın bütün ölkələrində ermənilərə rast gəlmək mümkündür. Axundovun “Aldanmış Kəvakib” əsərində Şah Abbas təklif edir ki, bunların kökünü kəsək, ölkədən yığışdıraq. Lakin ona məsləhət görürlər ki, bütün ölkələrdə onlar var və bizdə də qalmağı məsləhətdir. Eçmiədzinə hər zaman həmişə külli miqdarda vəsait göndərirdilər. Məqsəd erməni mədəniyyətini inkişaf etdirmək, erməni müəlliflərinin kitablarını çap etmək, erməni sənətkarlarına yardım idi. Ermənlərdə bu ənənəyə çevrilib. XX əsrin əvəllərindən bu ənənə özünü daha aydın büruzə verməyə başladı. Ermənilər ağıllı insanlar kimi hər yerdə böyük vəzifə sahibləri oldular. Onlar külli miqdarda sərvət topladılar və bu sərvətdən hər il Eçmiədzinə göndərdilər. Bu vəsaitdən erməni xalqının ehtiyaclarını ödəmək, lazımi məsələlərinə sərf etmək üçün istifadə etdilər. Azərbaycanlılar isə digər ölkələrdə yaşayan insanlar olmayıblar. Onlar Azərbaycanda yaşayıblar. Yalnız 90-cı illərdən sonra, Cənubi Azərbaycanda isə şah rejimi və Xomeyni dönəmində məcburiyyət qarşısında dünyanın müxtəlif ölkələrinə yayılmalı oldular. Xaricdəki azərbaycanlılar daha çox biznes işi ilə məşğuldurlar. Lakin hələ ki, bizdə belə bir ənənə yoxdur. Doğrudur, Azərbaycan Ermənistan deyil və zəngin bir ölkədir. Buna görə də Azərbaycan dövləti özü xaricdəki diasporlara maliyyə yardımı göstərir.

 

-Sizcə diasporlara ayrılan bu vəsaitdən səmərli surətdə istfadə edilirmi?

 

-Şübhəsiz, onlar bu vəsaitdən lazımınca yararlanmırlar. Orada təşkilatlar, cəmiyyətlər yaratmırlar. Vaqif Sultanlı neçə ildir ki, Dünya Azərbaycanlılarının Konqresini yaradıb bu işlə məşğul olurdu. O, gördükləri işlər, keçirdikləri görüşlərlə bağlı mənimlə söhbət edərdi. Məsələn, V.Sultanlı Almaniyada, İsveçdə konqresin toplantısını keçirirdi. Danışılırdı, danışılırdı, amma nəticə etibari ilə ortaya heç nə çıxmırdı. Yəni ortada hər şey var idi, amma heç nə yox idi. Xaricdəki azərbaycanlı biznesmenlər, elm adamları yığışırdı, 2-3 gün yeyib-içib dünya azərbaycanlılarının birliyinin zəruriliyi haqqında danışırdılar və bununla da iş bitirdi. Axı bununla məsələ bitmir. Bir araya gəlib beynəlxalq radio, beynəlxal televiziya yaradın. Ingilis, fransız, rus, fars və s. dillərdə jurnallar, qəzetlər buraxın. Bunları edin ki, həqiqətən də bir mübarizə aparıldığı, bir iş görüldüyü hiss olunsun. Bunların heç biri yoxdursa, 2-3 ildən bir toplaşıb eyni məsələlər haqqında danışmaq və yenidən bir araya gəlmək nəyə lazımdır? Bu, kimə nə fayda qazandıra bilər? Dövlət baş verənləri gördü və özünəməxsus şəkildə bunun qarşısını aldı. Yəni dövlət özü belə bir təşkilat yaratdı və bu məsələ tamamilə öldü. Bu gün dünyanın heç bir ölkəsində Azərbaycan xalqının mənafeyinə, onun elminə, mədəniyyətinə, incəsənətinə xidmət edən hər hansı bir təşkilatn yarandığı haqqında bir kəlmə söz eşitmək mümkün deyil. Nə bir televiziya, nə bir radio, nə bir qəzet ”“ heç nə yoxdur. Çünki belə şeylər bizim vecimizə deyil. M.Ə.Sabirin sözü ilə desək, insanlar “millət necə tarac olur-olsun nə işim var” prinsipi ilə hərəkət edirlər. Bugünlərdə avtobusda maraqlı və təəssüfedici bir hadisə ilə qarşılaşdım. Belə ki, avtobusa minəndən bir neçə dəqiqə sonra növbəti dayanacaqda  yaşlı və fiziki baxımdan müəyyən problemləri olan bir şəxsin avtobusa  mindiyini gördüm. Avtobusda əlində telefon müxtəlif oyunlar oynayan gənclərdən heç biri ayağa qalxıb ona yer vermədi. Mən məcburiyyət qarşısında qalıb qarşımdakı gənc bir xanımdan ayağa qalxmağı və yaşlı, xəstə şəxsə yer verməyi xahiş etdim. Gənc qadın mənim bu xahişmə əməl etsə də qaş-qabaqlı görkəmindən xeyli narazı olduğunu büruzə verirdi. Həmin qadının həyat yoldaşı da avtobusda idi və düzü heç biri baş verənlərlə bağlı heç nə demədi. Bu mənzərəni müşahidə edən təxminən 50 yaşlarındakı bir qadın mənə üz tutaraq “nə işin var, niyə qarışırsan” deyə səsləndi. Baxın, “nə işin var, nəyinə gərək”? Hardasa bir haqsızlıq, ədalətsizlik, qeyri-etik bir hadisə baş versə, ictimaiyyət bu hadisəyə müdaxilə etmir. Hamı bir şey haqqında düşünür: “nə işimə”, “nəyimə lazım”? Bu, bütün Azərbaycana xas bir şəkil almaqdadır.

 

-Azərbaycanda mədəniyyət və incəsənət tənəzzül etdikdə əməkdar mədəniyyət və incəsənət xadimi, Qarabağ işğal altında qaldıqca general rütbəsi alanların sayı artmaqdadır. Sizcə uğursuzluq və tənəzzülə görə təltif siyasəti nə dərəcədə normaldır?

 

 

Ardı var

 

Seymur Əliyev

 

 

 


Oxşar xəbərlər
21:56, Bu gün
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
21:15, Bu gün
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
21:08, Bu gün
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
21:07, Bu gün
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
20:48, Bu gün
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
20:47, Bu gün
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
20:22, Bu gün
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
20:14, Bu gün
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:09, Bu gün
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
20:01, Bu gün
Azərbaycanda sayt rəhbəri həbs olundu
19:30, Bu gün
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19:21, Bu gün
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19:19, Bu gün
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19:11, Bu gün
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19:09, Bu gün
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
18:34, Bu gün
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
18:23, Bu gün
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
18:04, Bu gün
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
18:02, Bu gün
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
17:58, Bu gün
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
17:56, Bu gün
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
17:54, Bu gün
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
17:49, Bu gün
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
17:40, Bu gün
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
17:34, Bu gün
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
17:33, Bu gün
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
17:27, Bu gün
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
17:18, Bu gün
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
17:13, Bu gün
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
17:08, Bu gün
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
17:03, Bu gün
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
17:03, Bu gün
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
17:00, Bu gün
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
16:58, Bu gün
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
16:55, Bu gün
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
16:53, Bu gün
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
16:45, Bu gün
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
16:38, Bu gün
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
16:36, Bu gün
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
16:25, Bu gün
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
16:20, Bu gün
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
16:19, Bu gün
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
16:17, Bu gün
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
16:14, Bu gün
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
16:11, Bu gün
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
16:07, Bu gün
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
16:02, Bu gün
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
16:01, Bu gün
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
15:58, Bu gün
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
15:56, Bu gün
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
15:49, Bu gün
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
15:47, Bu gün
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
15:44, Bu gün
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
15:40, Bu gün
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
15:38, Bu gün
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
15:35, Bu gün
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:16, Bu gün
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:08, Bu gün
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:55, Bu gün
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:58, Bu gün
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:44, Bu gün
ANAMA sığortaçı seçir
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:02, Bu gün
"İran Qərb üçün təhlükəli nüvə savaşına hazırlaşır" - "The Telegraph"
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
GÜNLÜK
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
16 Apr 2024 | 22:04
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
AYLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR