Vəhhabinin saqqalını qırxan şəxs barədə həbs qətimkan tədbiri seçildi
Gündəm
Oxunub: 2338
09 Jul 2014 | 09:21
Vəhhabinin saqqalını qırxan şəxs barədə həbs qətimkan tədbiri seçildi

Azərbaycanda dini zəmində gərginliyin artması ilə bağlı narahatlıq var. Bir neçə gün əvvəl Sabirabadda sələfi əqidəli şəxsin saqqalının qırxılması, bundan sonra bir qrup radikal dindarın Müşviqabad qəsəbəsində şiə dindarlara hücum etməsi ölkədə ciddi şəkildə gərginlik ab-havası yaradıb. Sosial şəbəkələrdə, mediada məzhəblərarası gərginliyi qızışdıracaq çağırışlar artıb.


İraq və Suriyada baş verən məzhəblərarası toqquşmaların Azərbaycana sirayət edəcəyi ilə bağlı qorxulu proqnozlar da var. 

Azərbaycan bu təhlükələrdən nə qədər sığortalanıb? Hakimiyyət, cəmiyyət, siyasi müxalifət dini zəmində gərginliyin qarşısını almaq üçün nə düşünür? 

Qeyd edək ki, ötən gün qafqazinfo saytı Sabirabadda saqqal kəsən Rəmzi Zeynalov barəsində rayon prokurorluğunda Cinayət Məcəlləsinin 221.1.2 (xuliqanlıq) maddəsi ilə cinayət işi açılması ilə bağlı xəbər yayıb. Saytın məlumatına görə, onun barəsində istintaq müddəti üçün iki aylıq həbs-qətimkan tədbiri seçilib. 


Müsavat Partiyası Divanının bazar ertəsi günü keçirilən toplantısında Azərbaycanda son günlər dini zəmində artan gərginlik müzakirə olunub. Bu barədə “Yeni Müsavat”a Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verdi. Onun sözlərinə görə, Müsavat cəmiyyəti dini mövzularda həssas olmağa çağırıb: “Biz hesab edirik ki, dini mövzu, xüsusən də müxtəlif istiqamətlər arasında olan münasibətlər həssas mövzulardır. İlk növbədə Azərbaycan cəmiyyəti son dərəcə ehtiyatlı olmalıdır. Siyasətçilər, jurnalistlər, cəmiyyətdə ictimai fikrə təsiri olan şəxslər bu xırda, lokal kimi görünən hadisənin böyüyərək böyük bir qarşıdurma və dağıntılara səbəb olacağını nəzərə alaraq bu kimi məsələlərə ehtiyatla yanaşmalıdırlar”.

Yaxın Şərqdə baş verən gərginliklərin Azərbaycana da təsir etdiyini təxmin edən A.Hacılının fikrincə, Azərbaycan cəmiyyəti İraq və Suriyadan fərqləndiyi üçün ölkəmizdə bu cür gərginliklərin olması ehtimalı azdır, ancaq bununla belə, Müsavat funksioneri cəmiyyətin həssas olmasını və əlaqəli şəxslərin xüsusi diqqətli olmasının vacib olduğunu bildirdi: “Burda kimlərinsə kiməsə güc göstərməsi, kiminsə başqaları qarşısında əzələ şişirtməsi yolverilməzdir. Çünki İslam dini insanları qarşıdurmaya, digərlərini alçaltmağa, sıxışdırmağa yox, əksinə, insanlar arasında ilk növbədə müsəlmanlar arasında birlik və bərabərlik yaratmağa yönəlik bir inancdır. Allah-təala Məhəmməd Peyğəmbər (s.ə.s) vasitəsilə göndərdiyi tövsiyələrində birgə olmağı, bərabərliyi, insanlara qarşı dözümlü yanaşmağı tövsiyə edib. Hazırda həm dünyada, həm də regionda gedən proseslər, eyni zamanda İraqda, Suriyada və digər ölkələrdə baş verən qarşıdurmalar Azərbaycan cəmiyyətində də müəyyən gərginlik yaradır. Ancaq Azərbaycan cəmiyyəti istər Suriya cəmiyyəti, istərsə də İraq cəmiyyətindən inkişaf etmiş, daha irəli getmiş bir cəmiyyətdir. Biz geriyə qayıtmamalı, irəli baxmalıyıq və Azərbaycan cəmiyyətini ayıran yox, birləşdirən cəhətlərin təbliğatı ilə məşğul olmalıyıq”.

İctimaiyyət isə dini radikalizm təhlükəsi ilə bağlı həyəcan təbili çalır 


Politoloq Arzu Nağıyev isə radikal dini qrupların Azərbaycanda qarşıdurma yaratmaq imkanlarının olmadığını bildirdi. Ancaq bununla belə, onun fikrincə, dini radikalizmin qarşısının alınması üçün ölkə daxilində ciddi dini maarifçilik və tolerantlıq mühiti bərqərar olmalıdır: “Bu gün dünyada milli dövlətçiliyi məhv etməyin variantlarından biri də dini zəmində qarşıdurmalardır. Yəni bütün siyasi qüvvələr artıq kənarda qalıb və Azərbaycana təsir edə biləcək əsas məsələlərdən biri məhz budur. Ölkədə birtərəfli dini təbliğat olmamalıdır. Bütün cərəyanlara müəyyən meydan verilməlidir. Radikallıqla maarifçiliyin arası bir addımdır. Bu gün maarifçi olan şəxsi sabah radikala çevirmək çox rahatdır, bir dəfə ”Allahu Əkbər" şüarı deyirsən və qızışdırıcı çağırışlar edirsən. Dövlət dini təbliğat sahəsinə nəzarəti artırmalıdır. Tolerantlıq daha ciddi şəkildə təbliğ olunmalıdır. Mən həmişə deyirəm ki, hər bir dini icmanın sosial layihələri, internet saytı, sosial şəbəkədə səhifəsi olsun. Bu insanlar görsün ki, harada nə baş verir. Nə qədər ki, bu yoxdur, insanlara doğru olan İslam çatdırılmır. Bu çox çətin olacaq".


A.Nağıyevə görə, hazırda ölkədə elə bir təhlükəli radikal qüvvə yoxdur: “Ayrı-ayrı icmalar ola bilər ki, radikal çağırışlar etsin. Ancaq bu qrupların radikal fəaliyyətlər edəcəyinə inanmıram. Azərbaycanlıların Suriyaya getməsi səbəblərinə nəzər salmaq lazımdır. Onları Suriyaya çəkib aparan nədir? Əgər bu insanlar Şamı müqəddəs sayırlarsa, niyə Şuşanı müqəddəs saymırlar? Heç icazə olmadan da gedib orda vuruşa bilərlər. İkincisi isə çox maraqlıdır ki, o gedənlərin hamısı Türkiyənin ərazisindən gedir. Yəni Türkiyə bunun qarşısını ala bilməzmi? Əlbəttə, alar. Mənə elə gəlir ki, bu, planlı bir fəaliyyətdir. Bizim dövlət üçün deyil, hansısa kənar qüvvələrin planına uyğun olaraq bu işlər görülür. Bu, bir sıra ölkələrin marağındadır”.  


Milli Məclisin deputatı Zahid Oruc isə deyir ki, radikal dini təşkilatların Azərbaycana keçməsi cəhdləri artıq inkar olunmazdır. Deputatın fikrincə, hakimiyyətlə yanaşı, cəmiyyət özü də bu cür tendensiyalara qarşı olmalıdır: “Mənə elə gəlir ki, dövlət bu məsələləri nə qədər nəzarət altında saxlasa da, cəmiyyətə bir müraciətə də ehtiyac var. Dövlət millətlə birlikdə bu təhlükəyə qarşı mübarizə aparmalıdırlar, əks halda, çox çətin olacaq. İraq və Suriyada döyüşənlər, sonradan bu fəaliyyətlərini başqa bir ölkəyə keçirəcəklər”.
Radikal, təkfirçi düşüncənin konkret bir icma və ya cərəyanda mövcud olmadığını qeyd edən deputatın fikrincə, beyinləri doldurulmuş, zombiləşmiş qruplar hər zaman təhlükəlidir: “Açığı desəm bunların sosial sinfi siması yoxdur. Dini baxımdan da onları ayrı-ayrı sərhədlərə bölmək olmaz. Məncə, onlar artıq legioner yetişdirən, vahid bir mili kimliyi olmayan qladiatorlardır. Azərbaycanda da ya vəhhabilər adı altında, ya radikal sələfilik adı altında belə proseslərə cəhdlər edənlər var ki, bu ölkədə oturuşmuş dini sistem, tolerantlıq mühiti pozulsun. 

Dini toqquşmalar baş versin, hakimiyyət üçün siyasi müxalifətdən kənar dini müxalifətlə toqquşmalar real mahiyyət daşısın. Burda məsələnin cazibəli tərəfi də var, onları nə qədər sıxışdırsalar onlar fəaliyyətlərini davam etdirəcəklər, ”Müsəlman Qardaşları"na çevriləcəklər. Səudiyyə hökuməti vəhhabiliyin rəsmi ideologiyası olaraq dünyada yayılması üçün hər il milyonlarla vəsait xərcləyir. Bir çoxları maddi səbəbdən də həqiqətən də inandıqları, real dini məsələləri gördükləri üçün bu cərəyana qoşulur. Mən bilirəm ki, siz dinə yaxın bir jurnalistsiniz, müxtəlif zamanlarda yazılarınızı da oxumuşam. Mən bizim mötəbər din xadimlərindən də eşitmişəm ki, vəhhabilik çox normaldır. Burada heç bir təhlükə yoxdur, ona qarşı mübarizə təhlükə yaradır. Təxminən belə bir formul var, “İslamı qapıdan qovdun, gedib silahla qayıtdı”. Yəni dinlə savaşanda böyük bir təşkilatlanmış kütləyə çevrilir. Düşünürəm ki, dini azadlıqlar geniş olmalıdır. Birləşmiş Ştatlar bütün dinlərin vahid məkanına necə çevrildi? Dünyada bir-biri ilə savaşan dinlər orada dinc yanaşı yaşayırlar. Dinlərə azadlıq verilməli, həqiqi dini dəyərlər təbliğ olunmalıdır. Əsl İslamın mahiyyəti ortaya qoyulmalıdır. Din xadimləri savadlanmalıdır, orta məktəblərdə islamın həqiqi əsasları tədris olunmalıdır. Əgər bu gün Gülən məktəblərini din təbliğ edir deyə bağlayırıqsa, o zaman onun əvəzinə alternativi ortaya qoymalıyıq. Əsl İslamı ortalığa qoymaq lazımdır. Nəinki vəhhabilik, hətta bizim dini komitəni təmsil edən məmurlarla yerli axundlar arasında çox ciddi münaqişə var. Bunların özü təhlükədir. Vahid bir koordinasiya, milli birlik konsepsiyası yoxdur. Kimsə deyir ki, dövlət bunu tənzimləməsin, Qafqaz Müsəlmanları İdarəsinə verilsin səlahiyyətlər. Çox gözəl, onlar yaratsınlar. Əgər dövlət görsə ki, bundan sonra hansısa qruplar qanunsuz əməllərə gedir, o zaman dövlət bu prosesə müdaxilə edə bilər". 

Oxşar xəbərlər
19:22, Bu gün
"Rusiya yenidən Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək" - Sırski
19:19, Bu gün
Ərdoğan: Türkiyə Qarabağ imtahanından uğurla keçib
19:13, Bu gün
Rusiya və Ukrayna arasında növbəti meyit mübadiləsi baş tutdu
19:00, Bu gün
Sakinlər Cəlilabadın kəndini niyə tərk edirlər? - VİDEO
18:50, Bu gün
Belarusda Azərbaycanın Milli Qəhrəmanı Anatoliy Davidoviçin xatirəsi anılıb
18:45, Bu gün
“Qarabağ” mövsümün sonuna qədər “Azərsun Arena”ya qayıtmayacaq
18:40, Bu gün
️Tacikistanda Novruz bayramında terror aktları planlaşdıran 15 nəfər həbs edilib
18:35, Bu gün
Bolqarıstan Prezidenti Rumen Radev Prezident İlham Əliyevə zəng edib
18:30, Bu gün
BDU-da Respublika elmi konfransı: “1918-ci il mart soyqırımı tarixi tədqiqatlarda” - FOTO
18:26, Bu gün
Ləzgi xalqının tarixində böyük xidmətləri olan XANIM...
18:23, Bu gün
Britaniya hərbi qulluqçular üçün 100 illik saqqal qadağasını ləğv edir
18:15, Bu gün
Bəstəkarın evinə həbs qoyuldu – Keçmiş kürəkənin şikayəti ilə... 
18:08, Bu gün
Paşinyanın etirafı: “Şahramanyan Ermənistan üçün təhlükə mənbəyidir” - ŞƏRH + FOTO
18:02, Bu gün
BDU Elmi Şurasının növbəti iclası keçirilib - FOTO
17:57, Bu gün
Düşbərə dünyanın ən yaxşı xəmir xörəkləri siyahısına düşüb
17:45, Bu gün
Ceyhun Bayramov Pavel Knyazevi qəbul etdi - FOTO
17:40, Bu gün
Rusiya XİN-dən İrəvana qulaqburma: 102 saylı hərbi baza barədə xatırlatma
17:35, Bu gün
“Qarabağ” Estoniya çempionatının bürünc mükafatçısı oldu
17:30, Bu gün
Hikmət Hacıyev: “Ermənistan geosiyasi oyunlardan çəkinməlidir”
17:25, Bu gün
“Coffee ‘N Joy” paytaxt sakinləri üçün konsert təşkil edəcək - FOTO
17:20, Bu gün
Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır" - FOTO
17:15, Bu gün
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
17:10, Bu gün
Kafe əxlaqsızlıq yuvası imiş - Sahibi cəzalandırıldı
17:06, Bu gün
Sumqayıtda fəhlə işlədiyi zavodda ölüb
17:02, Bu gün
Məhkəmə Ələsgər Məmmədli barədə qərar qəbul edib
16:57, Bu gün
BDU-nun 105 illik yubileyi ilə əlaqədar Tədbirlər Planı hazırlanacaq
16:52, Bu gün
“Coffee ‘N Joy” Avropa Gənclər Parlamentinə dəstək olub - FOTO
16:48, Bu gün
"Azsığorta" ötən il kiçilib, əməliyyat gəlirləri 1,4 milyon manatdan çox azalıb
16:45, Bu gün
Prezidentin köməkçisi: “ABŞ-nin müəyyən bəyanatları və addımları bizi məyus edir”
16:43, Bu gün
Bəşər tarixinin ən qanlı faciələri: 31 mart Azərbaycanlıların soyqırımı  - FOTO
16:38, Bu gün
Məşhur aparıcılar yenidən efirdə - Bu kanalda çalışacaqlar
16:35, Bu gün
"Azərbaycan və Ermənistan sülhə yaxındır" - Hikmət Hacıyev
16:32, Bu gün
“Azerçay” Novruz festivalı ilə sakinləri sevindirdi - FOTO
16:27, Bu gün
Saxta avtoehtiyat hissələri bazarı bürüyüb? - VİDEO
16:25, Bu gün
Nazir sabiq rəisə yeni vəzifə verdi
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
16:16, Bu gün
Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb - FOTO
16:10, Bu gün
BDU-da “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” adlı kitab sərgisi təşkil edilib - FOTO
16:05, Bu gün
Havada toz müşahidə olunur
16:02, Bu gün
Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb
16:00, Bu gün
Bakıda məhkum həbsdə öldü
15:55, Bu gün
Benziadan Qurbanova təşəkkür: “Onun sayəsində milliyə dəvət aldım” - VİDEO
15:50, Bu gün
“Meta” səsimizi dinləyirmi? - Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ
15:44, Bu gün
Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək - FOTO
15:39, Bu gün
Ermənistan yenə MDB tədbirini boykot edib - FOTO
15:34, Bu gün
"İsrailin Suriyaya hava zərbəsi nəticəsində 42 nəfər həlak olub..."
15:28, Bu gün
Qarabağdan köçmüş haylar daha çox Rusiyanın bu regionuna üz tuturlar... 
15:25, Bu gün
Deputat: “65 yaş təqaüdə çıxmaq üçün çox yüksəkdir, uzunömürlülük nağıl kimi keçmişdə qaldı”
15:23, Bu gün
Azərbaycanda ata öz övladını oğurladı
15:20, Bu gün
Məhəmməd Peyğəmbər Ramazanın son 10 gününü necə keçirərdi?
15:18, Bu gün
Hulusi Akar ABŞ konqresmenləri ilə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
15:14, Bu gün
17 yaşlı qızı olan Aşıq Namiq ikinci dəfə evlənmək istəyir
15:10, Bu gün
Sahil Babayev Neftçalada vətəndaşları qəbul etdi - FOTO
15:07, Bu gün
Ukraynada vəfat edən azərbaycanlı jurnalist keçən il əməliyyat olunubmuş
15:05, Bu gün
Amerikalı politoloq: "Brüssel görüşü Cənubi Qafqazda sülhə növbəti təhlükə ola bilər"
15:03, Bu gün
“Müharibə və postmüharibə dönəmində terrorla üzləşməməyimizə səbəb onların peşəkarlığıdır”
15:00, Bu gün
"Premyer Liqanı sonuncu yerdə "Qəbələ" başa vuracaq" - AFFA rəsmisi
14:57, Bu gün
Rayonların birində gəlinə verilən dəhşətli işgəncələr: "Gecə həyətdə..." – ŞOK
14:52, Bu gün
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO
14:47, Bu gün
Azərbaycan Premyer Liqasında iki turun təqvimi açıqlandı
14:43, Bu gün
Qərbin ikiüzlü oyunu: Ermənistan niyə dəstəklənir? - ŞƏRH + FOTO
14:38, Bu gün
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
14:33, Bu gün
Azərbaycanda aparıcının evini yandırıblar? - DİN-dən RƏSMİ CAVAB + FOTO/VİDEO
14:28, Bu gün
Bu qadınlar pensiyaya 5 il tez çıxacaq - Yeni qanun
14:22, Bu gün
Fələstinin xarici əlaqələri erməni qadına tapşırıldı
14:18, Bu gün
Övladlığagötürülmə ilə bağlı araşdırma: Uşaq həqiqəti hansı yaşda bilməlidir? - FOTO
14:14, Bu gün
"Rusiyalı məmurlar ən yaxşı peyin satanlardır" - Con Kirbi
14:08, Bu gün
Dünyada ilin ən yaxşı avtomobilləri açıqlanıb - SİYAHI + FOTO
14:04, Bu gün
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
14:00, Bu gün
"Onlara 40 min manat maaş verməyə nə ehtiyac var?" -  Qüdrət Həsənquliyev
13:55, Bu gün
Araiklə müsahibə niyə yayımlanmadı? – AzTV-dən açıqlama
13:50, Bu gün
Təbrizli gənc qız ETTELAAT-a çağırıldıqdan sonra şübhəli şəkildə ölüb - FOTO
13:45, Bu gün
Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO
13:40, Bu gün
Bakıda məktəbin həyətində şagirdi it DİŞLƏDİ
13:35, Bu gün
Avtomobili ağ və qırmızı olmayan taksi sürücüləri nə etməlidirlər? - AÇIQLAMA
13:30, Bu gün
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu - FOTO
13:25, Bu gün
Beriyanın əsas günahı – o, Köniqsberqi Almaniyaya, Kurili Yaponiyaya qaytarmaq istəyib
13:24, Bu gün
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
13:20, Bu gün
Zəlzələdən sonra 7 ay çadırda yaşayan ailəyə RİH-dən cavab: “Hər bir vətəndaş evini sığortalamalıdır” - FOTO
13:15, Bu gün
BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri müzakirə olunub - FOTO
13:10, Bu gün
Sabah Bakıda 18 dərəcə isti olacaq
13:07, Bu gün
Ukrayna müharibəsi və onun mümkün nəticələri Cənubi Qafqaza nə vəd edir?
13:05, Bu gün
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO
13:04, Bu gün
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi - FOTO
13:00, Bu gün
"Ukrayna Rusiyanın yeni hücumuna tab gətirməyəcək" - Zelenski
12:56, Bu gün
Təhsil səviyyəsi uzunömürlülüyə necə təsir edir?
12:54, Bu gün
Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ
12:52, Bu gün
Azərbaycanın dörd gimnastı Dünya Kubokunda iştirak edəcək
12:50, Bu gün
Sevgilisinə atacağı ehtiraslı səsi səhvən 23 yaşlı oğluna ATDI: Anasını vəhşicəsinə QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
12:48, Bu gün
Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır - SORĞU + FOTO
12:45, Bu gün
"Qərbin Ermənistana vermək istədiyi “təhlükəsizlik qarantiyasının” məqsədi..."
12:44, Bu gün
Tovuzda qanunsuz tikinti söküldü - VİDEO
12:42, Bu gün
Region üçün ÖLÜMCÜL TƏHLÜKƏ – Paşinyan Metsamorla bağlı niyə YALAN DANIŞIR? 
12:40, Bu gün
Rusiya Ukrayna müharibəsinin gerçək hədəfləri…
12:38, Bu gün
“73 manatlıq şəkər dərmanı 230 manata satılır, “tüccarlar”a kömək edən məmurlar var” - Deputatdan ETİRAZ
12:34, Bu gün
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradılıb
12:31, Bu gün
Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif edildi
12:30, Bu gün
"Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur"
12:27, Bu gün
Hərbi hissədə komanda-qərargah təlimi keçirilib - FOTO
12:24, Bu gün
Roma Papası məhbus qadınların ayaqlarını yudu - VİDEO
GÜNLÜK
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
HƏFTƏLİK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
27 Mar 2024 | 11:21
Azərbaycanın Milli Qəhrəmanı DTX əməkdaşlarının peşə bayramını təbrik edib
AYLIQ
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
09:54, Bu gün
Bakıda iftar qiymətləri- Hansı restoranlar Ramazandan sui istifadəyə cəhd edir?- ARAŞDIRMA
16:22, Bu gün
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib