“Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsi ölkəmiz üçün tarixi əhəmiyyət daşıyır. Çünki, həmin müşavirədə Prezident İlham Əliyev diplomatlarımıza strateji əhəmiyyətli tapşırıqlarını verdi”.
Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Deputatın sözlərinə görə, əslində Prezident İlham
Əliyevin diplomatlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, İrəvan
xanlığının tarixinin təbliğ edilməsi, Azərbaycanın beynəlxalq hüquq normaları və
prinsiplərinə əsaslanan mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırılması
yönündəki tapşırıqları “hücum diplomatiyası”nın növbəti mərhələsi oldu.
Sədaqət Vəliyeva eyni zamanda, vurğulayıb ki,
Prezident İlham Əliyevin diplomatlarımıza verdiyi tapşırıqların aydınlığı və
konkretliyi dövlətimizin başçısının AŞPA-dakı, ATƏT PA-dakı proqram xarakterli
çıxışlarının məntiqi davamı idi.
Milli Məclisin deputatı xüsusilə vurğulayıb ki,
hazırda regionda və qlobal miqyasda davam edən proseslər, Yaxın və Orta Şərqdə,
Şimali Afrikada, Şərqi Avropada baş verən olaylar prizmasında Azərbaycanın
tarixi torpaqlarının erməni işğalından azad edilməsi üçün apardığı siyasi kursu
və atdığı diplomatik addımları daha da şaxələndirmək baxımından böyük əhəmiyyət
kəsb edir: “Bəllidir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ya diplomatik, ya
da müharibə yolu ilə olmalıdır. Lakin Azərbaycan sülhpərvər siyasət yürütdüyən
hələlik hərb variantını ikinci vasitə kimi əlində saxlayır. Bu baxımdan da,
Prezident İlham Əliyevin rəhbərliyilə Ermənistanın Dağlıq Qarabağa olan
iddialarını və bu konteksdə apardıqları təhrif dolu kampaniyanı iflasa uğratmaq
üçün diplomatik fəallığımızı daha da artırmalıyıq. Əgər Dağlıq Qarabağ münaqişəsini
ərazi bütövlüyümüz çərçivəsində həll etmək istəyiriksə, o zaman, həm dünya
ictimaiyyətinin düşüncəsini erməni yalanlarından xilas etməliyik, həm də beynəlxalq
hüquq və normalarla mövqeyimizi əsaslandırmalıyıq. Prezident İlham Əliyevin
AŞPA-dakı, ATƏT PA-dakı proqram xarakterli çıxışları bir daha göstərdi ki, biz
daha da irəli getməli və ermənilərin iddialarını yalanları ilə birgə məhv etməliyik.
Ona görə də, Prezident İlham Əliyevin diplomatlara verdiyi bir nömrəli
tapşırıqlar ölkəmizin perspektiv xarici siyasət kursu üçün strateji xarakter
daşıyır”.