Kəsilən saqqal bizi uzaqlara apara bilər...
Köşə
Oxunub: 5963
07 Jul 2014 | 21:22
Kəsilən saqqal bizi uzaqlara apara bilər...

Son zamanlar ölkəmizdə məzhəblər zəminində münasibətlərin getdikcə gərginləşdiyinin şahidi oluruq. Sabirabadda bir “vəhabi” görünüşlü vətəndaşın saqqalının kəsilməsi və hadisənin lentə alınıb youtube vasitəsilə ictimaiyyətə çatdırılması, qonşu rayonlardan buna bənzər xəbərlərin gəlməsi, sələfi adlanan dini qrup üzvlərinin Müşfiqabadda şiə məscidinə hücum çəkməsi kimi hadisələr bu qəbildəndir.

Dindarlar arasında yaranan bu gərginlik kimlərəsə ilk baxışdan Yaxın Şərqdə baş verən qanlı hadisələrin doğurduğu keçici hal kimi görünə bilər. Zənnimcə isə məsələnin daha vahiməli səbəbləri var. Ortaya çıxan görüntülər, hadisələrin baş verdiyi zaman, Azərbaycan hüquq-mühafizə orqanlarının yaşananlara ya vaxtında müdaxilə etməmələri, ya da sadəcə izləyici qismində özlərini aparmaları olayların ciddi şəkildə planlanmış təxribat olması ehtimalından xəbər verir. Azərbaycanın siyasi iradə sahibləri də problemin kökünü məhz bu amildə- hadisənin qlobal güc mərkəzləri tərəfindən hazırlanıb həyata keçirilməsi və bu məsələdə daxili potensialımızdan yararlanmaq ehtimalında axtarmalıdırlar. Fikrimizi daha aydın ifadə etmək üçün məsələni maddə-maddə analiz etməyə çalışaq.

 Hadisələrin zamanlanması

Məzhəblərarası ədavəti qızışdırmağa hesablanmış bu hadisələrin məhz Ramazan ayına təsadüf etməsi məncə səbəbsiz deyil. Bəllidir ki, İslam dünyasının mübarək aylarında möminlər arasında dini əhval-ruhiyyə yüksək olur və dindarlar İslama qarşı istənilən həqarətə aktiv reaksiyaları ilə seçilirlər. Xüsusilə Ramazan ayında dini duyğuların daha diri və reaksion baxımından daha həssas olması heç kimə sirr deyil. Gün boyu ac-susuz qalmaq, yayın istisinə dözüm, gündüzün ən uzun keçdiyi bu ilki Ramazan isə möminlərin hadisələrə həssaslığını artıran amillərdəndir. Belə bir zamanda peyğəmbər sünnəti hesab olunan saqqala qarşı həqarət sayılacaq şəkildə davranılması təbii ki, dini camiada təsirsiz ötüşməyəcəkdi. Mümkündür ki, təxribatı hazırlayanlar məhz bu amili hesaba qatdıqlarından zaman olaraq Ramazan ayını özəlliklə seçiblər.

Zira  bu sınamış metoddur. Müsəlman dünyasını məzhəb savaşlarına sürükləmək istəyən hər hansı qlobal güc mərkəzinin məhz mübarək ayları seçməsi bilinən həqiqətlərdəndir. Buna misal olaraq İraqın işğal olunmasının, demək olar ki, Fələstinə qarşı bütün İsrail  hücumlarının məhz Ramazan ayına düşməsini göstərə bilərik. Eyni zamanda Səddam Hüseynin məhz Qurban bayramında, həm də şiə Mailikinin hakimiyyəti tərəfindən asdırılması da bu cür ssenarilərdən biridir. İndi bənzər ədavətin Azərbaycanda, həm də mübarək ayların birində qızışdırılması bu mənada təsadüfi deyil.

 

Hüquq-mühafizə orqanlarının susqunluğu

 

İstər Sabirabadda baş verən hadisə zamanı, istərsə də qeydə alınmış digər insidentlərdə polisin proseslərə ya ən sonda müdaxilə etməsi, ya da ümumiyyətlə hərəkətsiz qalması xeyli düşündürücüdür. Halbuki Azərbaycan polisi ən kiçik siyasi etiraz aksiyasının dağıdılmasında xüsusi çevikliyi ilə seçilir. İndi isə həmin operativlik təmbəlliklə əvəz olunub və Azərbaycan polisinin xarakterinə yad olan bu yeni xüsusiyyət xeli müəmmalı görünür. Bəzilərimiz bəlkə də bunu hadisələrin gözlənilmədən ortaya çıxmasıyla əsaslandıra bilərik. Sözsüz ki, bu ehtimal da mümkündür. Fəqət hər şeyin plana uyğun şəkildə getməsi versiyasını da istisna etmək olmaz.

Bir sıra polis idarə rəhbərlərinin şəxsən saqqal ovuna çıxmaları və indiyə qədər bəzi vəhabilərin məhz polis orqanlarında rəisin əmriylə təraş olunmaları haqqında verilən xəbərlər prosesin planlı şəkildə yürüdüldüyü ehtimalını qüvvətləndirir.

Elədirsə sual oluna bilər; polis orqanlarının bu prosesdə iştirakı hansı zərurətlərdən doğur və hədəflənən məqsədə bu cür üsullarla çatmaq olarmı?

 

Hakimiyyətin “vəhabi”liklə mübarizəsi

 

Deyə bilərsiniz ki, Azərbaycan hakimiyyəti Yaxın Şərqdə baş verənləri nəzərə alıb bu cür sərt tədbirlərə əl atır. Həqiqətən İŞİD-in İraqda, Suriyada törətdiyi bir sıra qanlı hadisələr radikal dini qruplara qarşı mübarizəni gərəkdirir. Azərbaycan kimi iki məzhəb təmsilçilərinin bir arada yaşadığı ölkələr, sözsüz ki, qonşuda baş verənlərə laqeyd yanaşa bilməzlər. Vaxtında tədbir görülməsə qonşu evini külə döndərən yanğının sabah bizim evimizə sıçraması heç də uzaq ehtimal deyil. Odur ki, Azərbaycan hakimiyyətinin bu hadisələrdən keçirdiyi nigaranlıq hardasa başadüşüləndir.

Fəqət “atəşi” belə söndürməzlər. Bəzən yalnış zamanda və yalnış miqdarda od üzərinə atılan su nəinki onu söndürməz, əksinə yanğını gücləndirər. Yalnış metodlarla dini radikalizmə qarşı mübarizə də əks effekt verə bilər.

Daha aydın ifadələrlə desək, ekstremizmə qarşı mübarizə müqəddəs ehkamlara qarşı yönəlməməlidir. Əks halda bu, inanclı insanlar tərəfindən dinin özünə qarşı mübarizə kimi dərk oluna bilər. Hakimiyyət bu mübarizədə ehkamlara toxunmadan, zor gücünə əsaslanmadan, inanclı insanların önünə alternativ düşüncələr çıxararaq öz işini yürütməlidir.  

Sözsüz ki, cəmiyyətimizdə şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin şəxsi təsərrüfatı kimi tanınan Qafqaz Müsəlmanları Ruhanilər İdarəsi bu funksiyanı yerinə yetirəcək gücdə deyil. Əslində Azərbaycan insanının xaricdən ölkəmizə ixrac olunan dini cərəyanlara meyli də məhz QMRİ-nin fəaliyyətsizliyinin nəticəsidir. Hakimiyyət vəhabiliyə qarşı mübarizəni də məhz bu nöqtədən başlamalı, ilk növbədə öz dini qurumlarımızı insanların fitrətindən doğan dini duyğulara cavab verəcək məkana çevirməlidir.

Bizdə isə nə yazıq ki, ortaya ciddi alternativlər qoyulmadan mübarizə aparılır. Bu isə heç bir effekt vermədiyi kimi niyyətin də saf olmadığını göstərir.

 

Siyasi iradəyə qarşı plan

 

Azərbaycan polisinin məzhəblərarası ədavəti qızışdıra biləcək proseslərdə yer almasının digər bir səbəbi hakimiyyətdaxili mübarizələrdən qaynaqlana bilər. Mümkündür ki, onillər boyu eyni postda möhkəmlənən qüvvələr siyasi iradə sahibinin nəzdində öz etibarlarını itirdiklərindən bu cür oyuna girsinlər, onlarsız məzhəblərarası ədavətin güclənəcəyini və Azərbaycanın Yaxın Şərq ölkələri kimi qanlı mübarizələr meydanına çevrilə biləcəyini əyani yollarla sübut etməyə çalışsınlar.

Bir müddət öncə ABŞ səfirinin Azərbaycan hakimiyyətilə bağlı dediyi məşhur ifadələr də bu mənada təsadüfi deyil. Xatırlayırsınızsa böyük qalmaqal yaradan həmin müsahibədə səfir Azərbaycan hakimiyyətinin monolit olmadığını vurğulamış, iqtidarda bəzi məmurların İlham Əliyevin iradəsinə zidd hərəkət etdiklərini açıq şəkildə qeyd etmişdi. Onun fikrincə, ölkə başçısı Avropaya meylli olmasına baxmayaraq iqtidarın çox önəmli söz sahibləri Azərbaycanı Rusiyanın qucağına sürükləyirlər.

Kim bilir, bəlkə də səfir haqlıdır. Geopolitik məkanımızda Rusiya-Amerika çarpışmalarının şiddətləndiyi bir məqamda bu cür təxribatların törədilməsi bəlkə də Azərbaycanı müəyyən istiqamətə yönəltmək üçündür. Məqsəd ölkəni dini ədavətə sürükləyərək siyasi iradə sahibinin taxtını laxlatmaq, onun Avropaya meyllənməsinin qarşısını almaq, əks təqdirdə hakimiyyət dəyişikliyə nail olmaqdır.


 

Oxşar xəbərlər
10:36, Bu gün
7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi
10:30, Bu gün
Göyçayda vətəndaşlardan 20 odlu silah götürülüb - FOTOLAR
10:24, Bu gün
Kəlbəcərdə toz burulğanı qalxdı- ANBAAN VİDEO
10:20, Bu gün
İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb
10:19, Bu gün
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
10:14, Bu gün
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
10:07, Bu gün
Gürcüstanda etirazlar gecə də davam edib - FOTO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
09:52, Bu gün
Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
08:58, Bu gün
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:17
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
18 Apr 2024 | 20:09
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
18 Apr 2024 | 20:01
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 19:42
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
18 Apr 2024 | 19:26
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
18 Apr 2024 | 19:19
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
18 Apr 2024 | 19:03
Həddindən artıq duz olan QİDALAR
18 Apr 2024 | 19:01
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18 Apr 2024 | 18:53
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 18:15
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 18:10
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
18 Apr 2024 | 17:58
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 17:42
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
18 Apr 2024 | 17:37
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB
18 Apr 2024 | 17:34
Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
18 Apr 2024 | 17:32
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
18 Apr 2024 | 17:24
Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
18 Apr 2024 | 17:22
Sabiq nazir həbsdə qaldı
GÜNLÜK
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 11:16
“Qatil robotlar”: Onları əvəzedilməz edən nədir?
18 Apr 2024 | 10:56
Bakıda azyaşlı qızı qorxudub qızıllarını aldılar
18 Apr 2024 | 12:15
Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalıdır
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 12:38
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 11:16
“Qatil robotlar”: Onları əvəzedilməz edən nədir?
18 Apr 2024 | 10:56
Bakıda azyaşlı qızı qorxudub qızıllarını aldılar
18 Apr 2024 | 12:15
Ermənistanın baş naziri: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı təşviş yaratmamalıdır
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”