Xəbər lenti
02/06/2020 [07:31]:
Ceki Çanın etirafları hər kəsi şoka saldı: Körpə uşağını…
02/06/2020 [07:29]:
"Facebook"un əməkdaşları Mark Zukerberqə etiraz olaraq tətilə hazırlaşırlar
02/06/2020 [07:27]:
Dünyada koronavirusa yoluxanların sayı 6,3 milyonu ötdü
02/06/2020 [07:26]:
Hakerlər xüsusi proqramla yanacaqdoldurma məntəqələrindən benzin oğurlayıb
02/06/2020 [06:58]:
Ruhi gərginliyi aradan qaldırmağın ən yaxşı yolu...
02/06/2020 [01:16]:
ABŞ bu dəfə Rusiyanın sayıqlığını belə yoxlayacaq: Qorxunc raketlər daşıyan səssiz təyyarələrlə...
01/06/2020 [23:38]:
Naxçıvan istiqamətində hərbi texnikanın vurulması videosu - FOTO/VİDEO
01/06/2020 [23:28]:
Tramp və Putin arasında telefon danışığı olub
01/06/2020 [22:51]:
Avropa Olimpiya Komitəsinin prezidenti ölüb
01/06/2020 [22:50]:
ADY-də əmək şəraiti standartları daha da yüksəldiləcək - MÜSAHİBƏ
01/06/2020 [22:42]:
Türkiyədə COVID-19 qurbanlarının sayı 4 500-ü ötdü
01/06/2020 [22:40]:
İlham Əliyev: "Şimal-Cənub istiqamətində dəmir yolumuzun bərpası prosesindəyik"
01/06/2020 [22:39]:
Prezident: "Dörd ayda qeyri-neft sənayesində 16 faizdən çox artım müşahidə olunmuşdur"
01/06/2020 [22:38]:
İlham Əliyev: "ÜST vasitəsilə yardıma ən çox ehtiyacı olan 15 ölkəyə dəstək göstərəcəyik"
01/06/2020 [22:38]:
Dövlət başçısı: "Biz hazırda bərpa olunan enerji mənbələri üzərində fəal şəkildə işləyirik"
01/06/2020 [22:35]:
"Qalatasaray" “Beşiktaş”ın çempionluq iddiası ilə bağlı bəyanat yayıb
01/06/2020 [22:34]:
Xuraman Şuşalı: “Nə qayınanamdan, nə də ki baldızımdan kömək gözləyirəm” - FOTO/VİDEO
01/06/2020 [22:07]:
Azərbaycan Prezidenti: "Hazırda biz yeni layihələr üzərində işləyirik"
01/06/2020 [21:40]:
Məşhur parodiyaçı koronavirusa yoluxub
01/06/2020 [21:39]:
Xristian  döyüş ustası İslamı qəbul etdi  və müsəlman qızla evləndi…- FOTO
01/06/2020 [21:35]:
Türkiyədə koronavirusa yoluxanların sayı 164 mini keçib
01/06/2020 [21:25]:
İlk görüşdəcə cinsi əlaqədə olun, çünki... - Alimlərdən şok tövsiyə
01/06/2020 [21:21]:
Azərbaycanda keçmiş məmuru döyüb xəstəxanalıq etdilər
01/06/2020 [21:20]:
Bakı metrosunda müşahidə olunan sıxlığın səbəbi açıqlandı - VİDEO + YENİLƏNİB
01/06/2020 [20:58]:
Azərbaycanda orqan köçürülməsinə ehtiyac yaranan canlı donor orqanla növbədənkənar təmin olunacaq
01/06/2020 [20:56]:
Meyitdən transplantasiya üçün hansı orqanların icazəsiz götürülə biləcəyi açıqlanıb
01/06/2020 [20:50]:
Azərbaycan Premyer Liqasında 5 əvəzetməyə icazə verildi
01/06/2020 [20:38]:
Ermənistanın müxalif deputatının keçmiş əri Rusiyaya qaçıb
01/06/2020 [20:37]:
Sahibkar həkimin maaşından çox pul təklif edir, amma çoban tapılmır- MARAQLI...
01/06/2020 [20:00]:
Trolleybusa minə bilməyən qadın bu cür səyahət etdi - MARAQLI... + VİDEO
01/06/2020 [19:40]:
Etirazlara qatılan bələdiyyə sədrinin qızı həbs edildi - FOTO
01/06/2020 [19:24]:
Polis əməkdaşları etirazlara diz çökərək dəstək verdi - MARAQLI... + VİDEO
01/06/2020 [19:05]:
ABŞ-lı polis məmuru heç kimin qaça bilmədiyi həbsxanaya göndərildi - FOTOLAR
01/06/2020 [19:04]:
Düşmən Uşaqların Beynəlxalq Müdafiəsi Gününü Cıdır düzü və Xankəndində belə qeyd edir – FOTOLAR!
01/06/2020 [18:55]:
İqor Nikulin: “COVID-19 laboratoriyada yaradılıb” - ŞƏRH
01/06/2020 [18:49]:
Bu gün Azərbaycanda daha 80 nəfər koronavirusdan sağaldı
01/06/2020 [18:47]:
Azərbaycanda koronavirusdan rekord ölüm qeydə alındı: 168 yeni yoluxma - RƏSMİ
01/06/2020 [18:36]:
Prezident İlham Əliyev italiyalı həmkarına məktub göndərib
01/06/2020 [18:35]:
Şəkidə tutulan ayı vəhşi təbiətə nə vaxt buraxılacaq?
01/06/2020 [18:32]:
Rusiyadan Bakıya yeni metro vaqonları yola salındı
01/06/2020 [18:31]:
Kazanda çətin vəziyyətdə qalan azərbaycanlı tələbə qardaşlar Vətənə gətirilib
01/06/2020 [18:16]:
Prokurorluğun bir əməkdaşı koronavirusa yoluxub
01/06/2020 [18:14]:
"Prezidentin hədəfi Xalq Cümhuriyyətimizə qarşı ideoloji dava aparmaq deyil"
01/06/2020 [18:11]:
Qənirə Paşayeva Beynəlxalq Müdafiəsi Günündə 500 Tovuz məktəblisinə kitab hədiyyə etdi
01/06/2020 [18:06]:
Azərbaycanda 12 nəfərin koronavirusa yoluxduğu kənddən VİDEOREPORTAJ
01/06/2020 [18:06]:
Daha iki bankla bağlı rəsmi AÇIQLAMA: Onlara da möhlət verilib
01/06/2020 [18:00]:
Nazirlər Kabinetində yeni təyinatlar olub - SİYAHI
01/06/2020 [17:56]:
Azərbaycanda pul bazası yenidən artmağa başlayıb
01/06/2020 [17:54]:
Prokuror koronavirusdan ölməyib - Rəsmi açıqlama
01/06/2020 [17:52]:
“Bir də görürsən ki, biri tanıdı-tanımadı hər kəsə həqarət etməyə başlayır...”
01/06/2020 [17:46]:
Təhsil Nazirliyinin qarşısında aksiya keçirməyə cəhd edən 7 nəfər saxlanıldı
01/06/2020 [17:44]:
“Reanimasiya şöbəsi tam dolub, 1 dənə də yer yoxdur” - Video
01/06/2020 [17:34]:
Əli Əsədova yeni köməkçi təyin edildi
01/06/2020 [17:25]:
İş adamının maşını gülləbaran edildi, sürücü öldü – ANBAAN VİDEO
01/06/2020 [17:11]:
Vüqar Rəhimzadə: "COVID-19-la mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir"
01/06/2020 [17:08]:
"Qanunla qadağan olunsa da bu gün əksər yerlərdə 18 yaşına çatmayan uşaqlara siqaret satılır..." - VİDEO
01/06/2020 [17:06]:
BDU-da “XVI-XVII əsrlərdə Habsburqlar və Səfəvilərin diplomatik əlaqələri” mövzusunda onlayn elmi seminar keçirilib
01/06/2020 [16:53]:
Pandemiya ilə mübarizədə Azərbaycan modeli: İspan mediasında azərbaycanlı jurnalistin məqaləsi çap olunub
01/06/2020 [16:50]:
Netanyahu və ailəsini ölümlə hədələdilər
01/06/2020 [16:47]:
Qənirə Paşayeva uşaqlarla birgə “Xalça Muzeyi”ni ziyarət edib - FOTOLAR
01/06/2020 [16:22]:
Azərbaycan Mərkəzi Bankı bəzi banklarla iş aparmağa başlayıb
01/06/2020 [16:17]:
Tikinti ilə bağlı tələblərdən biri ləğv edildi
01/06/2020 [16:15]:
Azərbaycanda saxta pul nişanlarının aşkarlanması halları azalıb
01/06/2020 [16:15]:
6-7 tələbə və 20 media mənsubu Təhsil Nazirliyinin inzibati binasına yaxınlaşdı...
01/06/2020 [16:14]:
Azərbaycanda 1, 5 və 50 manatlıq pul nişanları yenilənir
01/06/2020 [16:11]:
Mərkəzi Bankın valyuta ehtiyatlarında azalma ola bilər - RƏSMİ
01/06/2020 [16:09]:
Gürcüstan BTQ-nin tam istismara verilməsinin vaxtını açıqladı
01/06/2020 [16:07]:
Uşaqlar günü münasibətilə beş yaşlı uşağı olan yüz ailəyə süd paylanıldı- İBRƏTAMİZ...
01/06/2020 [15:58]:
“Mənə deyirlər ki, Əli Həsənovu sənin qədər müdafiə edən yoxdur, amma isinmədik istisinə...”
01/06/2020 [15:53]:
“Mənim öz evimdə xəstəliyə nə qədər yoluxan oldu”
01/06/2020 [15:48]:
Avstriyaya aparılan 281 kq heroin Azərbaycanda tutuldu - FOTO/VİDEO
01/06/2020 [15:46]:
Kamran Əliyev onlara yeni vəzifə verdi
01/06/2020 [15:45]:
Məhərrəm ayı avqustun 21-də başlayacaq
01/06/2020 [15:41]:
“Mənim öz evimdə xəstəliyə nə qədər yoluxan oldu”
01/06/2020 [15:38]:
Prezident Milli Məclisin iclaslarına gələndə Dövlət himni ifa ediləcək
01/06/2020 [15:25]:
“Maska cəriməsi 25 manata endirilsin”
01/06/2020 [15:21]:
“Əvvəllər Yaşarla bağlı etiraf məsələsinə gələndə hardasa əsəbiləşirdim, amma indi..”
01/06/2020 [15:16]:
“Prezident “işdən çıxarmaq olmaz” deyir, əmr gəlib ki, ixtisar edin”
01/06/2020 [15:13]:
“Biz heç vaxt ABŞ-ın daxili işlərinə qarışmamışıq” - Peskov
01/06/2020 [15:11]:
“Bu cür fikirlərlə əhalinin evini yıxırıq” - Deputat
Bütün arxiv bir sırada
06/07/2014 [18:56] - Araşdırma - ( 8679 dəfə baxılıb)

Xürrəmilər şiə təriqətli müsəlman idilər



Babək ömrünü Azərbaycanın azadlığı uğrunda mübarizəyə həsr etmiş böyük sərkərdə və dahi şəxsiyyətdir. Babək və xürrəmilər hərəkatı haqqında tarixdə müxtəlif fikirlər mövcuddur. Bunların əksəriyyəti Azərbaycan tarixinə məqsədli və qərəzli yanaşmanın məhsuludur. Babək və xürrəmilər hərəkatı haqqında iftira, böhtan, qeyri obyektiv və heç bir məntiqə sığmayan yazılara inansaq onda bir sıra suallar ortaya çıxır ki, onlara cavab tapmaq mümkün deyil. Ona görə ki, atəşpərəst əxlaqsız və əyyaşlıqla məşğul olan bir ovuc atəşpərəst xürrəmilər və Babək necə oldu ki, bütün Azərbaycanı dünyanın ən böyük imperiyasına qarşı mübarizəyə səfərbər edə bildi? Nə üçün dünyanın ən qüdrətli dövləti olan Ərəb xilafəti xürrəmilər hərəkatını uzun müddət yatıra bilmədi? O, zamanki dünyanın az qala yarısını fəth etmiş altı ərəb ordusuna bir qrup atəşpərəst nəyin hesabına darmadağın edə bildi. İslamı əllərində bayraq edən inanclı ərəb sərkərdələri dinsiz və atəşpərəst Babəkə niyə məğlub olurdular.

     Xilafət sarayına xidmət edən tarixçilərin kommunist ideologiyasına xidmət edən tarixçilərin və bir sıra Avropa tarixçi və tədqiqatçılarının yazdıqları bu kimi çoxlu suallara cavab vermir. Deməli xürrəmilər və Babəkin hansı amallar uğrunda mübarizə apardıqlarını, nəyin uğrunda döyüşdüklərini başqa yerdə axtarmaq lazımdır. Tarixi hadisələrə   qərəzsiz obyektiv yanaşaraq, sağlam məntiqə əsaslansaq bu sualların cavabını tapmaq mümkündür. Əlbəttə bu tarixçilərin və tədqiqatçıların işidir. Çünki Azərbaycan tarixində bu cür qaranlıq səhifələr çoxdur. Azərbaycan tarixinin qaranlıq səhifələrini tarixçilərimiz araşdıraraq bu kimi məsələlərə aydınlıq gətirməlidirlər. Artıq müstəqil dövlətik, bizə bu işdə mane olan diktə edən qüvvələr yoxdur. Tarixçilərimiz Azərbaycan tarixinə qərəzli ədalətsiz və qeyri obyektiv yanaşmalara son qoymalı, öz sözlərini deməlidirlər.
     Mən bu məqalədə bir müəllim kimi Babək və xürrəmilər hərəkatı haqqında öz fikirlərimi oxucularla bölüşmək istəyirəm. İlk öncə xürrəmilər hərəkatının dünya tarixində oxşarı olmayan bir hərəkat olduğunu qeyd etmək lazımdır. Buna oxşar bir hərəkat Şeyx Şamilin başçılıq etdiyi müridizm hərəkatıdır ki, onlar da rus imperiyasina qarşı uzun müddət mübarizə aparmışlar. Şeyx Şamil muridizmin rəhbəri olduqdan sonra bu hərəkat necə geniş vüsət aldısa, Babək də xürrəmilərin rəhbəri olduqdan sonra bu hərəkat geniş vüsət almışdır.
     Allahı tanımayan pis əməllər sahibi olan və şər qüvvələrə xidmət edən bir adam islamı əllərində bayraq edən inanclı sərkərdələri və orduları necə məğlub edə bilərdi. Etnik mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan əhalisi nə üçün bir atəşpərəst və dinsiz Babəkin ətrafında sıx birləşmişdilər? Axı müsəlmanların atəşpərəst Babək ətrafında birləşərək islamın əsasların məhv etmək üçün müsəlmanlarla qəti mübarizə aparmaları, müsəlman ordularını məhv etmələri heç bir məntiqə sığmayan sərsəm bir ideya olduğu gün kimi aydındır.
     Deməli Babək atəşpərəst deyildir, islamın əsasların məhv etmək uğrunda mübarizə aparmamışdır. Bəs onda Babək kimdir, hansı amallar uğrunda mübarizə aparmışdır? Pak, müqəddəs amallar uğrunda mübarizə aparmayan bir insan bütün xalqı öz ətrafında birləşdirə bilməzdi. Azərbaycanın müsəlman əhalisinin Babək ətrafında birləşməsi aydındır (ərəb əsarətindən qurtarmaq), bəs müsəlman ərəblərin Babək ordularında xilafətə qarşı döyüşmələrini necə izah etmək olar? Müsəlmanın kafirlə birləşərək bir səngərdə müsəlmana qarşı döyüşməsi o dövrdə mümkün deyildir.
     Aydın olur ki Babək pak və müqəddəs amallar uğrunda mübarizə aparırdı. Məhz buna görə də etnik mənsubiyyətindən asılı olmayaraq bütün əhalini öz ətrafında birləşdirə bilmişdir. Yalnız ürəyində tanrı sevgisi və islam imanı olan, tanrı həqiqətlərini əldə bayraq edən bir insan bu qədər böyük işlər görə bilərdi. Babək və xürrəmiləri nüfuzdan salmaq onlara qarşı nifrət oyatmaq üçün xilafətə xidmət edən tarixçilərin yazdıqları əsərlərin mahiyyəti buradan aydın görünür. Sovet tarixçilərinə gəlincə kommunist ideologiyasına xidmət edən bu alimlərin Babəki az qala kommunist etmələrinin səbəbi də aydındır. Babəkin dinə qarşı islam dininin əsaslarını məhv etmək uğrunda mübarizə apardığını sübut etmək üçün onu atəşpərəst, allahsız etmək  lazım idi. İstər qədim yazılı mənbələr, istərsədə sonrakı dövrdə yazılanların hamısı imperiya siyasətinə xidmət etdiyi üçün qərəzli və qeyri obyektivdirlər. Axı 1918-1920-ci illər AXC dövrünü, 1988-1991-ci illər xalq azadlıq hərəkatının imperiya rəhbərliyi və onlara xidmət edən mətbuat tərəfindən necə damğalandırıldığını biz yaxşı bilirik. Bütün xalqı bir qrup ekstremis narkoman və seperatist adlandırırdılar.
     Babək və xürrəmilər hərəkatının kökünü və ideya siyasi yönümünü öyrənmək üçün Ərəb xilafətində baş verən hadisələrə nəzər salaq.
     Məhəmməd peyğəmbərin ölümündən sonra imamlığın dini mahiyyət daşıdığını əsas tutan Əli tərəfdarları ilə xəlifənin qureyşilərdən seçilməsini irəli sürənlər arasında mübarizə başlandı. Beləliklə islam dinində iki təriqət meydana gəldi. 657-ci ildə xəlifə Əli ilə Şam valisi Müaviyyə arasında Siffin yaxınlığında döyüş baş verdi. Əli yeni qanlar tökülməsini istəmədiyi üçün üstün olsa da güzəştə getdi. Buna etiraz edən 12 min Əli tərəfdarları ondan ayrıldı. Onları xaricilər yəni çıxıb gedənlər (xaric olanlar) adlandırdılar. Xaricilər özlərini islamın saflığı uğrunda mübarizlər adlandıraraq həm xəlifənin yalnız qureyşilərdən seçilməsini iddia edən sünnilərə həm də hakimiyyətin irsən keçməsini və imamlığın dini mahiyyət daşımasını iddia edən şiyələrə qarşı çıxırdılar. Xəlifənin bütün müsəlmanlardan seçilməsini tələb edir, onun kimlərdən olmasına əhəmiyyət vermirdilər.
    661-ci ildə hakimiyyət Əməvilərin əlinə keçdikdən sonra təriqətlər arası mübarizə kəskinləşdi. I Yəzidin dövründə (680 -683) Kərbəla müsibəti baş verdi. Əli tərəfdarlarının təqib olunması onların imperiyanın ucqarlarına getməsinə  və şiyəliyin geniş ərazilərə yayılmasına səbəb oldu. Onlar ucqarlarda elmlə məşğul olur öz təbliğatların aparırdılar.
     Digər tərəfdən İslamı əllərində bayraq edən Əməvilərin apardığı işğalçılıq və soyğunçuluq siyasəti, artıq islami dəyərlərin tapdalanmasına səbəb olurdu. Bu da öz növbəsində narazılığın artmasına və yeni təriqətlərin yaranmasına gətirib çıxarırdı. Onların yeritdiyi vergi siyasəti nəinki sadə xalq kütlələrini həm də feodalları var yoxdan çıxarırdı. Feodalların imtiyazlarının alınması və onların sıxışdırılması, Əməvilərin köçürmə siyasəti Azərbaycanda vəziyyətin daha da ağırlaşmasına səbəb olmuşdur. Məhz buna görə də 740-750-ci illərdə xilafəti üsyanlar dalğası bürüdü. Əməvilərə qarşı yalnız peyğəmbər nəslinə mənsub Ələvilər və Abbasilər deyil bütün müxalif qüvvələr o, cümlədən xaricilər də çıxış edirdilər. 747-ci ildə Əbu Müslim Xorasaninin Mərvdə başladığı üsyan bütün xilafəti bürüdü. 750-ci ildə xəlifə II Mərvan öldürüldü və hakimiyyət Abbasilərin əlinə keçdi. I Abbas (750-754) xilafətdə baş verən bütün üsyanları yatırdı.
     Peyğəmbər nəslindən olan Abbasilərlə Ələvilər arasında dini ideoloji mübarizə kəskinləşdi. Xəlifə Əli Mənsurun dövründə (754-775) əli nəslinin nümayəndələri açıq-aşkar təqib edilir və hətta edam etdirilirdi. Xəlifə Əl-Mehdinin hakimiyyətə gəlməsi ilə (775-785) vəziyyət daha da gərginləşdi. Belə ki o,hakimiyyətin Əli övladlarına deyil peyğəmbərin əmisi Abbasın nəslinə keçməsinin qanuniliyini irəli sürərək özlərinin birbaşa qanuni varis olduqlarını sübut etməyə çalışması siyasi vəziyyəti son həddə çatdırdı. Əl-Mehdi bütün siyasi rəqiblərini zındıq (dönük) adlandıraraq onların təqib edilmələri üçün xüsusi vəzifə təsis etdi.
     Rəsmi ideologiya olan sünniliyə qarşı mübarizədə şiə (qrup, partiya) hərəkatı daha geniş vüsət almağa başladı. Bu zəmində bir sıra təriqətlər yarandı. Şiə dini ”“siyasi sistem formalaşmağa başladı. Abbasiləri devirmək üçün bütün müxalif qüvvələr birləşməyə başladılar. İdeya baxımdan yaxın olan bu təriqətləri müsəlman müəllifləri bir ”“ birinə qarışdırır onları gah xürrəmi gah da məzdəki adlandırır, bəzi hallarda isə ifrat şiə təriqətinə aid edirdilər. Əl-Bağdadi islam dövrü xürrəmiləri ümumi adları müxəmmirə (qırmızı geyimlilər ) olan babəkilərə və  məzyərilərə ayrıldıqlarını bildirirdi. Əş-Şəhrəstani ifrat şiəçi kimi xarakterizə etdiyi bu təriqətlərin müxtəlif yerlərdə fərqli tanındıqlarını yazmışdır. İ. P. Petruşovskinin fikrincə burada söhbət yaxın idiologiyası və sosial proqramı olan qohum təriqətlər qrupundan gedir.
     Xürrəmiləri və xürrəm dinləri ifrat şiə təriqətləri kimi qiymətləndirən müsəlman filosofları içərisində bu təriqətlərin ardıcıllarını batinilər-ismaillilər imam Cəfə Sadiqin oğlu İsmayılın ardıcılları təriqətinə aid edənlər də var.  Məhşur filosof Əbu Həmid Gəzalı batinilərin səkkiz ləqəbi içərisində ismaillilərlə yanaşı xürrəmiləri və babəkiləri də sadalayır. Batinilər Quranda və hədislərdə  bütün aşkar görünənlərin gizli (batini) mənasının dərk edənlərdir.
     Yuxarıda qeyd edilənlərdən aydın olur ki, mənbələrdə bu təriqət üzvüləri heç bir yerdə kafir adlandırılmır. Deməli xürrəmilər şiə təriqətli müsəlmanlar idilər.
Xilafətin yeritdiyi qəsbkarlıq və soyğunçuluq siyasəti onları İslam dininin müqəddəs amallarından uzaqlaşmalarına səbəb olmuşdur. Belə ki, İslam ən humanist, ədalətli, obyektiv, qardaşlıq, bərabərlik və paylaşmaq dini kimi meydana gəlib möhkəmlənmişdir. İlk xəlifələr dövründə bu belə də olmuşdur. Məhz ona görə də ilk dövrlərdə islam dini sürətlə yayılır bütöv şəhərlər xilafətə təslim olurdular. Sonrakı dövrlərdə xilafətin yeritdiyi siyasət xalqın var-yoxdan çıxmasına səbəb olmuşdur. Bundan istifadə edən şiələr bütün haqsızlıqların səbəbini hakim təbəqədə və hakim ideologiyada ”“ sünnilikdə görür, geniş təbliğat aparırdılar. Bununla da bütün narazı qüvvələri öz ətraflarına toplamağa başladılar. Yadımıza salaq ki, Azərbaycan Səfəvi dövləti də bu təbliğatın nəticəsində meydana gəlmişdir. Deməli qızılbaşlarla xürrəmiləri birləşdirən ideologiya məhz şiəlikdir. Babək hansı ideologiya ətrafında bütün Azərbaycanı öz ətrafında birləşdirə bilmişdirsə Şah İsmayıl Xətai də eyni yolla xalqı öz ətrafında birləşdirə bilmişdir. Xürrəmilər qırmızı geyinir və qırmızı bayraq qaldırırdılar, qızılbaşlar isə başlarına 12qırmızı zolaqlı çalma qoyurdular. Bu kimi simvollar təsadüfən seçilmirlər, köklü əsasları olur.
     Xilafət dövrünün tarixçiləri xürrəmiləri nüfuzdan salmaq üçün onlar haqqında iftira, böhtan yazdıqları kimi, o dövrün osmanlı tarixçiləri də qızılbaşlar haqqında iftira, böhtan yazırdılar. Deməli xürrəmilər hərəkatı ilə qızılbaşlar hərəkatı ideya-siyasi baxımdan bir ”“birinə çox yaxındır.
     İndi isə İslam dininin Azərbaycanda yayılıb möhkəmlənməsinə nəzər salaq. Biz islamın ədalətli, humanist, qardaşlıq, bərabərlik və paylaşmaq dini olduğunu bilirik. Bunun nəticəsi idi ki, ərəblər bir sıra ölkələri və şəhərləri asanlıqla özlərinə tabe edə bilirdilər. İlk dövrlərdə ərəblər əhalinin canına, malına, adət-ənənələrinə, dininə toxunmur, az miqdarda vergi alır və tabe olmalarını tələb edirdilər. Sasani zülmündən cana doymuş əhali ərəblərə ciddi müqavimət göstərmir, islamı qəbul etməyə başlayırdılar. Ərəblərin islamı qəbul edənləri can vergisindən azad etmələri onlara bəzi üstünlüklər vermələri bu dinin sürətlə yayılmasına səbəb olurdu. Sənətkarlar, tacirlər və kəndlilər vergilərdən xilas olmaq, yerli feodallar  öz imtiyazlarını və mülklərini qoruyub saxlamaq üçün İslamı həvəslə qəbul edirdilər. Azərbaycanda İslam dininin yayılmasının əsas səbəbi, vahid allaha inam burada yaşayan türk tayfalarının qədim dini olan tanrıçılıqla yaxınlıq təşkil etməsi olmuşdur.  Allah qarşısında bütün müsəlmanların bərabərliyini bildirən yeni ideologiya Azərbaycan əhalisi arasında sürətlə yayılırdı. Bəzi tarixçilər Cənubi Azərbaycan əhalisinin artıq xəlifə Əlinin dövründə islamı qəbul edərək, Quran oxuduqlarını bildirirdilər.  Artıq VII-VIII əsrlərdə Azərbaycanda İslam dini hökmran mövqe tuturdu. Azərbaycanın hər yerində kiçik və böyük məscidlər tikilirdi. İlk məscid Ərdəbildə xəlifə Əlinin vaxtında tikilmişdir. Azərbaycan əhalisi İslam dininə sidq ürəklə inanaraq onu qəbul etmişlər.
     Əgər Sovet və Avropa tarixçilərinə inanıb xürrəmiləri atəşpərəst kimi qəbul etsək belə onda xürrəmilərin kiçik  atəşpərəst icması olduğu aydın görünür. Çünki Azərbaycan əhalisi artıq müsəlman idi. Beləliklə kiçik bir atəşpərəst icmasının bütün Azərbaycanı ayağa qaldırması heç bir məntiqə sığmır. O dövrdə müsəlmanların atəşpərəstlərlə birləşərək müsəlmanlara qarşı vuruşmaları tamamilə cəfəngiyatdır. Digər tərəfdən xürrəmi icmasına rəhbərlik etmək üçün ərəb feodalı müsəlman Əbu İmranla Azərbaycan türkü atəşpərəst Cavidanın mübarizə aparmaları heç ağlabatan deyil. Çünki ərəblərdə bütpərəstlik olub, atəşpərəstlik olmayıb. Üstəlik IX əsrdə ərəblərin hamısı artıq çoxdan müsəlman idilər. Başqa bir misal xürrəmilər hərəkatında on minlərlə ərəbin iştirak etməsini, Babəkin sərkərdələrindən Əsrəkin ərəb olmasını necə başa düşək ?  Deməli xürrəmilər atəşpərəst icması deyil, şiə təriqətli müsəlman icması idi. Çox təəssüflər olsun ki, tarixçilər hər şeyibu sözün mənşəyində axtararaq sağlam məntiqi bir kənara atmışlar.
     Azərbaycanda yaşayan bütün müsəlmanlar birləşərək islamı əllərində bayraq edərək soyğunçuluq siyasəti yerindən Abbasilərə qarşı ayağa qalxmışlar. Onlar bütün haqsızlıqları, ədalətsizlikləri mövcud hakimiyyətdə görür, xalqı inandırırdılar ki,  hakimiyyətə şiələr gələrsə haqq ədalət bərpa olunacaqdır. Onunla belə hakimiyyətin irsən keçməsini tələb etməklə yerlərdə öz imtiyazlarını qoruyub saxlamaq istəyən yerli və ərəb feodallarını da öz tərəflərinə keçirtmişdilər. Cənub tayfalarına arxalanan Abbasilər Azərbaycanda möhkəmlənmiş şimal tayfalarının mülklərini alaraq cənub tayfalarına verirdilər. Bu da Azərbaycanda yerləşmiş ərəblərin xürrəmilərə qoşulmasına səbəb olan amillərdən biri idi.
     Əli nəslindən olanların Abbasilər tərəfindən təqib olunması onların imperiyanın ucqarlarına köçməsinə səbəb olmuşdur. Onlar gəldikləri yerlərdə İslamın elmi təməllərini geniş təbliğ edirdilər. Maraqlıdır ki, Kərbəla faciəsini çıxsaq imamlar heç vaxt mövcud hakimiyyətə qarşı silahlı müqavimət göstərməmiş, yalnız islamın ilahi mahiyyətini elm səviyyəsində müsəlmanlara anlatmaqla, kitablar yazmaqla məşğul olmuşlar. Geniş xalq kütlələri onların fikirləri ilə tanış olub qəbul etdikdən sonra haqqı və nahaqqı dərk edir, həqiqi İslam düşüncəsi yolunda mübarizəyə qoşulurdular.  Abbasi saray əyyanlarının həmçinin yerlərdəki məmurların özbaşınalığı xalqı qarət etməsi və bu əməlləri din adı altında görməsi xalqda qəzəb dalğası yaratmaya bilməzdi. Nəzərə almaq lazımdır ki, xilafətdə hakim təbəqənin məhz sünni məzhəbindən olması baş verən üsyanların şiə yönlü olmasına gətirib çıxarmışdır. Yuxarıda göstərilənlərdən aydın olur ki, Azərbaycanda fasilələrlə 60- ildən çox davam edən xürrəmilər hərəkatı islamın əsaslarını məhv etməyə yönəlməmiş, əksinə islamın saflığı uğrunda mövcud rejimə- sünniliyə qarşı yönəlmişdir.
     İndi isə Babəkin xürrəmilər hərəkatına rəhbər olduqdan sonra xürrəmilərin xilafəti lərzəyə salmasına diqqət  yetirək. Babək kim idi ki, onun vaxtında bu hərəkat tarixdə analoqu olmayan bir hərəkata çevrildi. Hər şeydən əvvəl Babək müsəlman ailəsində doğulmuş Azərbaycan türküdür. Onun əsl adı Həsən, atasının adı Abdullah, anasının adı Bərumənd olmuşdur. Qardaşlarının adı Abdullah və Müaviyyə idi. Babəkin valideynləri əgər müsəlman deyildirsə niyə öz uşaqlarına Hz.Əlinin böyük oğlu imam Həsənin adını vermişlər? Deməli onlar müsəlman idilər. Babək sözünün mənası nədir ki, Həsən özünü Babək adlandırmışdır. Babək adının müxtəlif yozumları içində Bab-qapı- vasitəçi sözü ilə bağlı olması daha inandırıcıdır. Sonrakı dönəmdə də bu addan istifadə edilmişdir. Babilər hərəkatının rəhbəri Seyid Əli Məhəmməd 1844-cü ildə özünü Bab adlandıraraq dindarlar tərəfindən zühuru gözlənilən Mehdinin fikir və istəklərini xalqa çatdıracaq vasitəçi elan etmişdir. Deməli Babək bu adı qəbul etməklə özünü Tanrı həqiqətlərini xalqa çatdıran vasitəçi elan etmişdir. Mənbələrdə də Babəkin adının Bab yaxud Baban şəklində çəkilməsinə tez-tez rast gəlinir. Xürrəmilər hərəkatının Babəkin dövründə belə vüsət almasının əsl səbəbi də məhz bu olmuşdur. Babək öz ideyalarını yaymaq üçün hər tərəfə təbliğatçılar göndərir.  Bunun nəticəsi idi ki, xürrəmilər hərəkatı böyüyərək tarixdə görünməmiş xalq azadlıq hərəkatına çevrilir. Deməli müqəddəs amallar uğrunda mübarizə apardığı üçün etnik mənsubiyyətindən asılı olmayaraq bütün müsəlmanlar onun ətrafında sıx birləşmişdilər.
     Babək Abbasilər sarayının islam dini adı altında yürütdüyü siyasəti və ideoloji xətti qəbul etməyərək şiəliyi Tanrı həqiqətlərinə daha uyğun hesab etmişdir. O, islamın elmi əsaslarını gizlin-batini tərəflərini peyğəmbər nəslinin nümayəndələrindən təqib və təzyiqlərdən qurtulmaq üçün Azərbaycana pənah gətirmiş elmli-zəkalı insanlardan öyrənə bilmişdir. İslam həqiqətlərinin öyrənilməsində o dövrün çox bilikli adamı olan imam Rzanın xəlifə Məmun tərəfindən (813-833) zorla Xorasana gətirilməsinin də böyük təsiri olmuşdur.
     Yuxarıda göstərilənlərə əsasən əminliklə demək olar ki,  Babək adlı tarixi şəxsiyyətimiz heç vaxt nə kafir, nə dinsiz, nə də qeyri türk olmamışdır.  İslam dininin Abbasilərdən fərqli məzhəbinə inanmışdır. Bu islami düşüncə tərzinin həm batiniliklə, həm şiəliklə, həm sonrakı dövr hürufiliklə, həm də qızılbaş inanc sistemi ilə əlaqəsi olmuşdur. Bütün bunlar əks qüvvələrin müxtəlif dövrlərdə bu inanclara qarşı eyni mövqedə durmalarına və eyni sözlərlə damğalamalarına səbəb olmuşdur.
     Təəssüflər olsun ki, bu gün də bəzi ziyalılarımız düşmənlərimizin Babək və xürrəmilər haqqında yazdıqları iftira və böhtanlara inanırlar.  Artıq biz 20 ildir ki, müstəqil dövlətik, öz tariximizi obyektiv yazmağa bizə heç kim mane olmur. Heç kim heç nə diktə etmir. Bircə qalır köhnə metodologiyadan, stereo tiplərdən, köhnə düşüncə tərzindən qurtulmaq və tariximizə obyektiv və sağlam məntiqlə yanaşmaq.
 Bu işdə allah tədqiqatçılarımıza və tarixçilərimizə yar olsun.
                                                                                    
311 saylı orta məktəbin tarix müəllimi
  Nəcəfalı Cahangirli.






Trolleybusa minə bilməyən qadın bu cür səyahət etdi - MARAQLI... + VİDEO
Etirazlara qatılan bələdiyyə sədrinin qızı həbs edildi - FOTO
ABŞ-lı polis məmuru heç kimin qaça bilmədiyi həbsxanaya göndərildi - FOTOLAR
Rusiyada inqilab havası...
“Səhərə kimi Neftçalada qız toyunda çıxış edirdim” - VİDEO
İdrak Liseyi - Keyfiyyətli təhsil
N.Tusi adına Klinika

Dünya
ABŞ bu dəfə Rusiyanın sayıqlığını belə yoxlayacaq: Qorxunc raketlər daşıyan səssiz təyyarələrlə...
Cəmiyyət
Xristian  döyüş ustası İslamı qəbul etdi  və müsəlman qızla evləndi…- FOTO
Dünya
ABŞ "Antifa"nı terrorçu təşkilat kimi tanıyacaq
Cəmiyyət
“Kişi fikirləşir ki, xanımın iqtisadi müstəqilliyi olarsa, o, bunun müqabilində hüquqlarını da müdafiə edəcək...”
Dünya
“Tramp mənə danışmağa imkan vermədi, sözümü kəsdi...” - Öldürülən qaradərilinin qardaşı...
Yazar
Seymur Verdizadə
"Donuza güllə atan adamın başını donuz kimi kola soxub, şalvarını əynindən çıxarırdılar..."
Sultan Laçın
"Bəlkə fiziki məsafə və sosial yaxınlıq?...  -Hə, cənab oliqarx vətəndaşlar?.."
Həftənin ən çox oxunanları
İranda pulun üzərinə Azərbaycan haqda görün nə yazıldı - FOTO
"Koçaryanı da axtarırdım ki, tikə-tikə etdirim, amma Pənah kimilər qoymadı..." - VİDEO
Azərbaycan Respublikasıının 20 faizində  təhlükəsizlik atası azərbaycanlı olan generala tapşırıldı... 
Valentina Tereşkova ilə Vilyam Hacıyevi nə bağlayır?
Ramil Səfərov kimin əmisi oğlunu öldürüb?
Rusiyanın yalanı üzə çıxdı...
Elçibəyin Klintona Kəlbəcərlə bağlı yazdığı məxfi məktub: Prezident amerikalı həmkarından nə istəyib?
ABŞ hər iki ölkəni “bombalayacaq”: Pentaqon sülhə “razı deyil”!
"Belə fikirlər var ki, guya Rusiya torpaqlarımızı işğaldan azad etməyə mane olacaq, ancaq..."
"Ay it uşaqları, Ramil Markaryanı yatdığı yerdə öldürməyib..."
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247