Almaniyanın “Der Spiegel” jurnalının NATO-nun Baş
Katibi Rasmussenin bu ölkədə keçirdiyi mətbuatdan
konfransından hazırladığı bir xəbər dünyada getdikcə artan
müharibə xəbərlərinin əsas mahiyyətini ortaya qoyur. Diqqətli oxucu xəbərin
sətir aralarına baxınca Ukrayna hadisələrinin əsl səbəbini rahatlıqla anlaya bilər.
Jurnalın
yazdığına görə Rasmussen Ukrayna hadisələrinə toxunarkən belə deyib: “Rusiyanın
Ukraynada həyata keçirdiyi qanunsuz əsgəri fəaliyyət bizim üçün bir siqnal oldu
və Avropaya öz təhlükəsizliyi məsələsinə barmaqarası baxmamağı xatırlatdı”. Fikrinin
davamında o, bunun səbəbini ölkələrin hərbi xərcləririylə əlaqələndirərək
Rusiyanın son 5 ildə müdafiəyə ayırdığı kapitalı 50% artırdığını, Avropanın isə
əksinə bunu sürəkli olaraq azaldığını bildirib. Baş Katib bu məntiqdən çıxış
edərək Avropa ölkələrinə dövlət büdcələrində hərbi xərclərə faha artıq yer ayırmağı
məsləhət görüb.
Nəzərə
alanda ki, Rusiyanın hərbi xərclərini artırması onun özünü təhlükə altında hiss
etməsindən irəli gəlir, NATO-nun Baş Katibinin bu fikirləri xoruzun quyruğunu
ələ verir. Belə görünür ki, silah maqnatları əsas gəlir mənbələri olan
Avropanın getdikcə silaha az pul xərcləməsindən narahat olublar. Bunun üçün isə
öz müştərilərinin canına yenidən Rus xofu salmaq fikrinə düşüblər. Rusiyanı isə
yenidən ciddi təhdidə çevirməyin yolu olduqca asandır. Arı yuvasına çöp
uzadacaq qədər. Nədən ki, şimal qonşumuzun ağ ayı kimi tanınmasına baxmayın. O
bəzən yaxın ətrafına yuva olaraq baxan arı kimi özünü aparır.