Moderator.az xəbər verir ki, hüquqşünas Fərhad Mehdiyev ölkə vətəndaşlarının vətəndaşlıqdan məhrum edilməsini nəzərdə tutan son qanun dəyişikliyini tənqid edib. Ekspertin fikrincə, qanun dəyişikliyində kifayət qədər boşluq və qeyri-müəyyənlik mövcuddur:
“Parlament yenə canfəşanlıq edib və siyasi hüquqları qeyri-müəyyən şəkildə məhdudlaşdıran qanun dəyişikliyi qəbul edib. Dəyişikliyin ən təhlükəli məqamı; "3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı;" olan bəndidir. Hansı əməllər dövlət təhlükəsizliyinə ciddi zərər vuran davranışdır? Məsələn, bir xarici diplomatla nahar yeməyi yeyib onunla siyasi söhbətlər aparmaq buna aitdirmi? Yaxud beynəlxalq konfransda çıxış etmək buna aitmi? Vətəndaşlıqdan məhrum et, sonra bu torpaqda doğulmuş adama de ki, sənə burada yaşama hüququ vermirik? Tay demirəm ki, bu cür qanun dəyişikliyi Konstitusiyanın vətəndaşlıq təminatına aid maddəsinə açıq şəkildə ziddir. Əcaba hüquqi dövlət deyilən anlayışın konstitusiyada olduğunu bilməyən varmı?”
Seymur Əliyev