NASA ABŞ-ı Yerə gələ biləcək bütün bəlaların
öncədən qarşısını almaq üçün yeganə qüdrətli dövlət kimi bütün dünyaya təqdim
edir. Yenə həmin NASA bu gün dünyanın bir sıra xəbərlər proqramlarında Yer kürəsi
üçün təhlükə törədən hələ atmosferdən kənarda bir neçə meteroitin kəşf
edildiyi, hətta onlardan ən kiçiyinin uzunluğunun 6 metr olması barədə məlumatlar
yayılmağa başladı.
Əlbəttə, Yer kürəsi müxtəlif dövrlərdə ayrı-ayrı
sivilizasiyaların yaşayış məkanı olmuş və müxtəlif səbəblərdən məhv edilmiş, daha
sonra yenisi ilə əvəzlənmişdir. Demək olar ki, belə dəyişikliklərə təkan verən fəlakət
hadisələlərinin hamısı yerin təkindən və kosmik fəzadan gəlmişdir. Bu gün isə fəlakətlərin
məngənəsində sıxılan ABŞ hökumətinin gələcək fəlakətləri qarşılama planı çox qəribə
görünür.
Hələ ötən əsrin birinci yarısında materializm
düşüncəsini kökündən baltalayan Kopenhagen konfransı bütün dünyanı mahiyyət
anlayışından uzaqlaşdıraraq materiya hesab etdiyimiz varlıqların əslində kölgədən
ibarət olduğunu subut etdi. Bu Kvant fizikasının nailiyyəti idi. Materiyanın
atom zərrəciklərinin müsbət yüklü protonlardan və yüksüz neytronlardan ibarət
nüvə elementi və onun ətrafında hərəkət edən mənfi yüklü elektronların ölçücə
milyon dəfələrlə fərqli forması, amma yüklərin nisbəti ilə tam bərabər olduğu
halda davamlılığı özünəməxsus möcüzədir. Atom nüvəsi elektronlarının hərdən
yüklü hissəciklər (zərrəciklər),hərdən isə dalğa xüsusiyyətləri maddənin
fizikasından daha çox metafizikaya yönəlməsi xüsusiyyətlərini özündə əks
etdirirdi. Onlar hərdən görünür, hərdən isə görünmürlər. Bu isə o deməkdir ki,
kosmik fəzada görünən meteorit yer üçün təhlükə törətməyə bilər.
Kosmosda nə görünən, nə də hiss edilən meteoritin
qəflətən atmosferdə peyda olması heç də təbiilikdən uzaq deyil. Çünki kosmik fəzada
dalğa, atmosferdə isə maneə ilə qarşılaşanda özünü materiya kimi aparan kometa gələcək bəlaların
qarşısının alınmaz olduğunu təsdiq edir. Əgər belə olmasaydı, kosmos sahəsində
özünəməxsus dünya şöhrətli Rusiyanın Çelyabinsk vilayətinə düşən meteoritin
qarşısı alınardı. Ona görə də qarşısı alınacaq fəlakət və bəlalar haqqında
yersiz iddialar cəfəngiyyatdan başqa bir şey deyil. Dünya bu gün böyük fitnələrin
məngənəsində üzülür. Zülm, haqsızlıqlar, qanlı qarşıdurmalar heç də təsadüfi
hadisələr deyil. Bütün olaylar böyük keçid dövrü üçün açıq aşikar əlamətlərdir.