Əzilən qadınların son ümid yeri - sığınacaqlar...
Cəmiyyət
Oxunub: 2100
24 Jun 2014 | 09:28
Əzilən qadınların son ümid yeri - sığınacaqlar...

...Yan-yana iki kiçik otaqda ondan artıq qadın və bir neçə uşaq var. İkimərtəbəli çarpayılardan bəzisində yatan var, bir neçə qadın isə oturmağa başqa yer olmadığından, çarpayının üstündə oturub söhbət edirlər. Məktəb yaşı çatmayan balaca oğlan divar dibindəki köhnə televizorda cizgi filminə baxır. Deyir ki, anası işdən bir azdan gələcək və o vaxta qədər televizora baxmalıdır. Çarpayılardan birində isə kiçik bir körpə var. Doğulmasından cəmi qırx gün keçib, üç gündür ki, buraya gətirilib. Daha dəqiqi, anası ilə buraya sığınıb. Sözügedən məkan paytaxtda yerləşən sığınacaqdır. Sığınacaq məişət zorakılığı qurbanları üçün nəzərdə tutulub. 


Bura “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin nəzdində on iki il əvvəl açılıb. Hazırda sığınacağa pənah gətirənlər də əsasən qadınlardır. Qadınlarla söhbətləşib buraya düşmə səbəbləri ilə maraqlanırıq. Hər birinin çətinlik, problem dolu həyat hekayəsi var. 

Arzu adlı qadın (adlar şərtidir- red.) yeddi aydır ki, ailəsi tərəfindən evdən qovulub. Səbəb ailənin istəmədiyi oğlanla izdivacdır: “Elə o vaxtdan küçələrdəyəm, oğlan məni tez-tez döyürdü. İndi də ailəm qəbul etmir. Anam bir az kömək edib mənə kirayə tutdu, sonra pulunu verə bilmədikdə oradan da çıxmalı oldum”. Hazırda 21 yaşlı Arzunun iki aylıq qızı da var. Adını soruşuram,- “Zəhradır”,- deyir. Heç oğlan körpəyə soyadını vermək istəmir. “Doğum evindən çıxıb uşaqla küçədə oturmuşdum, soyuq idi, getməyə də yerim yoxdu. Hava qaralmışdı, uşaq da acından ağlayırdı... Yoldan keçən bir qadın niyə qaranlıqda oturduğumu soruşdu, getməyə yerim olmadığını dedim, məni bir aya yaxın evində saxladı. Sonra da gəldim bura”, - gənc qadın başını aşağı salaraq yaşadıqlarını astaca anladır. Sığınacağın işçiləri isə deyirlər ki, qızın ailəsini dəvət edib söhbət etmək istəsələr də, onlar gəlməyə və qızlarını evə aparmağa razı olmayıblar. 

Turanə xanımın isə cəmi 34 yaşı var. O, 13 və 4 yaşlı iki uşağı ilə bir ildən artıqdır ki, buradadır. Səbəb boşanma prosesi və sonradan yaranan əmlak bölgüsüdür: “Çox tez ailə qurmuşdum, təhsilim, işim yoxdur. Ancaq həyat yoldaşımın xəyanətinə sonadək dözə bilmədim, ayrıldım. Bir ildir ki, qızım məktəbə getmir, ərim uşağın sənədlərini götürüb. Şükür, burada pis deyil, azından küçədə deyilik. İndi işimiz məhkəmədədir, evimiz bölünür, burada hüquqşünaslar pulsuz yardım edirlər. İstəyirəm uşaqlarımı başıma yığıb yaşayım. Təzəlikcə dükanda satıcı işi də tapmışam”. 

Valeriya xanım isə 30 ilə yaxındır paytaxt məktəblərindən birində müəllimlik edir. O, buraya nə səbəbdən düşdüyünü demək istəmir. Sadəcə yaşayışdan şikayətlənir: “Müəllimlərə verilən əmək haqqı dilənçi puludur. Cəmi 200 manat maaş alıram, bu pula necə dolanım? On illər boyu müəllim işlədim, ev almaq nədir, heç kirayə pulunu verə bilmədim və gəldim bura. Üç aydır burada yaşayıram. Nə yeməyə çörəyim, nə geyməyə paltarım var. Ölkədə addımbaşı hüquqsuzluq, qanunsuzluqdur. Yaşanası ölkə deyil”. O, təhsil sistemindəki boşluqlardan, sistemsizlikdən də narazılıqla danışır və vəziyyətin düzəlməsi üçün heç bir tədbirin görülmədiyini acınacaqlı vəziyyət adlandırır.

Səidənin isə cəmi 21 yaşı var. Hələ səkkiz aylıq olarkən valideynləri boşanan qızcığazı məhkəmə atasına verib. 13 yaşında isə bibisi pul qarşılığında satmağa başlayıb. Başına gələnlərə dözə bilməyən Səidə 15 yaşında evdən qaçıb. Bundan sonra fahişəliyə cəlb edilən qız uzun müddətdir ki, sığınacaqdadır. “Anam qonşu kənddə yaşayırdı, ancaq bu illər ərzində bir dəfə də olsun, məni görməyə gəlmədi. Qarşılaşmaq istəmərəm anamla, bu yaşdan sonra ana sevgisinə ehtiyacım yoxdur. Mənim çətinliklərimi, əzablarımı qarşılayacaq heç bir sözü olmayacağına əminəm. Özünü təmizə çıxarmaq üçün nə deyə bilər ki mənə?”, - Səidə gözlərini pəncərəyə zilləyib sual edir...

Qadınlar sığınacaqdakı mühitlə bağlı fikirlərini də bizimlə bölüşürlər. Bildirirlər ki, burada onlar yatacaqla, gündə üç dəfə yeməklə, həmçinin geyim və digər zəruri ləvazimatlarla təmin olunurlar. Sığınacağın işçiləri onların işlə təmin olunmasına da köməklik göstərirlər. 
Sığınacaq “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovaya məxsus evdə yerləşir. Mənzilin otaqlarından bir neçəsi sığınacaq, bir neçəsi isə ofis üçün hazırlanıb. Mehriban Zeynalova deyir ki, 2002-ci ildə sığınacaq açılandan indiyədək buraya üz tutanların sayı yüzlərlədir: “Burada müxtəlif kateqoriyalı insanlar yaşayıblar- insan alveri qurbanları, məişət zorakılığı qurbanları, HİV-ə yoluxmuş şəxslər, miqrantlar, əcnəbi vətəndaşlar və sair.

 İlk dövrlərdə sığınacağın idarə olunması ilə bağlı kifayət qədər biliyə malik olmasam da, sonradan dünya təcrübəsini öyrənməklə, eyni zamanda Azərbaycan reallığına, qanunvericiliyinə uyğun olaraq sığınacağın idarə olunması və sığınacaqda olan şəxslərin reabilitasiyası, reinteqrasiyası ilə bağlı sırf metodik vəsaitlər hazırlandı. Bu metodik vəsaitlər həm insan alveri, həm məişət zorakılığı qurbanları üçün nəzərdə tutulub və mənim tərəfimdən hazırlanıb”.

Mehriban xanımın sözlərinə görə, sığınacaqda qalma müddəti bir aydan bir ilədək davam edir, bu, daha çox müddəti də əhatə edə bilər: “Şəxsin düşdüyü vəziyyət və onun resursları, imkanları, özünün potensialı - bütün bunlar hamısı qiymətləndirilir. Ondan sonra həmin şəxslərlə bağlı reabilitasiya proqramları tutulur, işə başlanır. Burada eyni anda 15 nəfər qala bilər, ancaq daha çox insanın qaldığı vaxtlar da olub”.

Buranın maliyyələşməsi məsələsi isə illər uzunu sadəcə olaraq könüllü olub: “Özümüz tərəfindən müxtəlif layihələr olub ki, bir qismini hansısa formada, mütəxəssis cəlb etməklə buraya cəlb etmişik. 2012-ci ildə ATƏT-in Bakı ofisi tərəfindən ilk dəfə sığınacağın maliyyələşməsi prosesi baş verib. Hazırda da bir təşkilat tərəfindən altı aylıq maliyyələşmə təmin edilib. Bu, qısamüddətli layihədir. Başqa ölkələrlə müqayisə edəndə, bizdə sığınacaqlara çox cüzi vəsait ayrılır. Məsələn, Almaniyada sığınacaqda qida vermədən, digər xərclər göstərilmədən illik saxlanma xərci 300 min dollar idi, bizdə isə layihə cəmi 20-25 min manat olur, bu da çox azdır”.

Mehriban xanımın sözlərinə görə, sığınacaqda yaşayan şəxslərin həyatının dəyişməsinə komponentlərdən biri də əmək fəaliyyətinin, peşə bacarıqlarının artırılmasıdır: “Məişət zorakılığı ilə bağlı dövlət proqramından istifadə edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə insanları peşə kurslarına göndəririk. Amma bu, effektli deyil. Şəxs gedib hər hansı peşəni öyrənə bilər, ancaq yenə sonunda hansısa sahibkarın - kişinin yanında işləməyə məcbur qalır. Bu da problemdir, onlara az maaş verilir, müqavilə bağlanmır və sair, bəzən ən aşağı işə götürürlər. Çünki sığınacaqda qalan şəxslərin çoxunun kifayət qədər peşə bacarıqları, fəaliyyətləri və təhsili olmur. 

Statistika göstərir ki, qadın iqtisadi cəhətdən özü azad olmayınca, yəni kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olmayınca, yenə kimlərinsə himayəsində olacaq və bu, reabilitasiyanın tam başa çatmasına mane olacaq. Real vəziyyət bundan ibarətdir. Biz psixoloji yardım, hüquqi yardım göstəririk. Kifayət qədər güvənlik verilir şəxsə. Amma reabilitasiyadan sonra gələn cəmiyyətə inteqrasiya prosesi normal getmir, şəxsin cəmiyyətdə güvənli olması üçün kifayət qədər şərait yaratmır. Bu da qadının iqtisadi asılılığı ilə bağlıdır. Odur ki, başqa ölkələrdə sığınacaqlar açılanda mütləq onun yanında istehsal tipli müəssisələrin olması, qadının sahibkarlıq bacarıqlarını öyrənməsi, asan yolla əldə edə bilməsi, öz biznesini idarəetmə biliklərinə malik olmalıdır. Əks təqdirdə, bizim göstərdiyimiz yardımlar yarımçıq olur və yenə də şəxs asılı vəziyyətə düşür.

 Reabilitasiya prosesində bir çox insanlar düşünür ki, bu, hansısa təşkilatın onlara dayəliyidir. Bu düşüncələrdən azad olmaq lazımdır. Reabilitasiya prosesi şəxsin öz potensialını müəyyən etməsi, özgüvənliyinin artırılması, özü özünü müdafiə mexanizmlərinin öyrənilməsi və cəmiyyətə rahat şəkildə inteqrasiya olunmasıdır. Mikromühitdən makromühitə keçidi təmin etməkdir. Yaxud biz hərdən sığınacağa gələn qadınları ailəsinə qaytarırıq. Ancaq bu da hələ bütün problemlərdən azad olmaq demək deyil. Yenə də hansısa bir asılılıq, zorakılıq baş verə bilər. Bunu aradan qaldırmaq üçün normal strateji plan hazırlamaq lazımdır. Qadınlar üçün faizsiz kreditlər, sahibkarlıq fəaliyyətinin genişlənməsi üçün imkanlar lazımdır. Dövlət qurumları, səlahiyyətli orqanlar bu barədə ciddi düşünməlidir”.

Problemlərdən biri də ölkədəki sığınacaqlarla bağlı yer məsələsidir. Mehriban xanımın sözlərinə görə, müraciət etdikləri qurumlar onlara indiyədək müsbət cavab verməyiblər: “Baxmayaraq ki, Əmlak Komitəsinə müraciət etdik, bir çox qurumlara müraciətlər oldu, söhbətlər aparıldı, icra başçılarına məktublar yazıldı. Amma nəticə olmadı. Ölkədə bir neçə sığınacaq var ki, dövlət proqramlarının həyata keçirilməsində mühüm rol oynaya bilər, bunların saxlanması vacibdir. Məişət zorakılığı haqqında qanunun icrasında sığınacaqlar mühüm mərhələdir. Heç bir dövlət strukturu, icra hakimiyyəti bu bir neçə sığınacağa kifayət qədər dəstək verib yer vermir. Hətta biz torpaq istədik ki, özümüz sığınacaq tikək, ona da dəstək ala bilmədik. Bu məsələyə diqqət ayrılmalıdır”...
Musavat.com
Röya RƏFİYEVA
Fotolar müəllifindir 





Oxşar xəbərlər
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
11:59, Bu gün
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
11:54, Bu gün
Onu şair kimi tanıyacaqlar...
11:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
11:41, Bu gün
Məmləkətin dil pəhləvanları...
11:41, Bu gün
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
11:33, Bu gün
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir
11:28, Bu gün
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
11:20, Bu gün
Azərbaycan Hərbi Dəniz və Hərbi Hava qüvvələri Xəzər dənizində taktiki təlim keçirib
11:15, Bu gün
BDU-da elmi seminar keçirilib - FOTO
11:08, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 14 məsələ var
11:02, Bu gün
Bir dəfə brifinqdə - Zaxarovanın erməni jurnalistləri yola vermə diplomatlığı...
10:59, Bu gün
Mehdiyevlər haqda qalmaqal: Nazirlik 2 milyon verib...
10:51, Bu gün
Yaşıl dünya naminə həmrəy Azərbaycan
10:49, Bu gün
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
10:43, Bu gün
Ən ucuz market, ən keyfiyyətli qida, bir nömrəli restoran: onları külli miqdarda cərimə gözləyir – RƏSMİ
10:36, Bu gün
7 yaşında partlayış, 7 gün komada qalmaq, 20 illik mübarizə - Proqramçı qızın hekayəsi
10:30, Bu gün
Göyçayda vətəndaşlardan 20 odlu silah götürülüb - FOTOLAR
10:24, Bu gün
Kəlbəcərdə toz burulğanı qalxdı- ANBAAN VİDEO
10:20, Bu gün
İran Xarici İşlər Nazirliyi İsrailə hücumun məqsədini açıqlayıb
10:19, Bu gün
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
10:14, Bu gün
“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır
10:07, Bu gün
Gürcüstanda etirazlar gecə də davam edib - FOTO
09:55, Bu gün
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
09:52, Bu gün
Xankəndidə avtomat, qumbara və qumbaraatan tapılıb
09:40, Bu gün
Bakıda gecə intihara cəhd olub - VİDEO
09:30, Bu gün
Kolbasanın ürəyə təsiri sübut olundu
09:27, Bu gün
Rusiyada təyyarə qəzasının anbaan görüntüləri - VİDEO
09:21, Bu gün
İran səfirinin məqsədi nədir?
09:16, Bu gün
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO
09:11, Bu gün
F-16-lar Ukraynada müharibənin gedişatını dəyişəcəkmi?
09:06, Bu gün
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
08:58, Bu gün
İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş
08:58, Bu gün
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasına imkan vermədi
08:41, Bu gün
Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var
08:28, Bu gün
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
08:15, Bu gün
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
08:05, Bu gün
FHN: Kürdə batan 6 yaşlı uşağın axtarışları davam etdirilir
08:03, Bu gün
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
07:58, Bu gün
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
07:49, Bu gün
İranda partlayış baş verib
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
GÜNLÜK
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 13:23
Zülfüqar Hüseynzadənin məzarı ziyarət edildi - FOTO
18 Apr 2024 | 14:15
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
18 Apr 2024 | 13:54
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı
18 Apr 2024 | 13:23
Rəqsanənin əmlaklarına həbs qoyuldu
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 13:20
Paşinyan erməniləri razı saldı – Kəndlər bu tarixdə qaytarılır
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 13:39
Pensiyaların yubanması iddiaları ilə bağlı rəsmi - AÇIQLAMA
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 13:23
Zülfüqar Hüseynzadənin məzarı ziyarət edildi - FOTO
18 Apr 2024 | 14:15
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
18 Apr 2024 | 13:54
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı
18 Apr 2024 | 13:23
Rəqsanənin əmlaklarına həbs qoyuldu