Xəbər portallarından birinin verdiyi məlmata görə bir ər öz qadınını zina əsnasında yaxalayır. Aralarında mübahisə düşür və kişi arvadına bıçaqla bir neçə zərbə endirir. Qadın ölmür, amma iş məhkəməlik olur. Hakim, ərə 6 il yarım iş kəsir. Məhkum appelyasiya məhkəməsinə müraciət edir və məhkəmədəki çıxışı zamanı hakimdən azyaşlı uşaqlarının olduğunu, arvadıyla barışdığını, onu öldürmək niyyətilə bıçaqlamadığını nəzərə almasını xahiş edir, ən əsası isə BUNDAN SONRA EYNİ HADİSƏYLƏ ÜZLƏŞƏCƏYİ TƏQDİRDƏ AÄžILLI OLACAÄžINI, ƏSLA BELƏ BİR ƏMƏLƏ ƏL ATMAYACAÄžINI bildirir. Ümumiyyətlə bir kişin bu hala gətirilməsində qanunlarımızın rolu nə qədərdir?
Moderator.az saytının sualını cavablandıran DİPM İB ”“in həmsədri Elçin Qurbanov bunları bildirdi:
“Ümumiyyətlə hər bir orqanın, təşkilatın və qurumun "təşkilat mədəniyyəti" adlanan qaydaları olmalıdır. "Təşkilat Mədəniyyəti" anlayışı 19 -cu əsrdə alman feld-marşalı Malked tərəfindən irəli sürülüb və hərbi zabitlərinin davranış qaydaları üçün nəzərdə tutulub. Daha sonra bu qaydalar bütün sahələrə şamil olunub. Belə ki, bütün təşkilatlar və qurumlar unikaldırlar. Onların hər birinin özünəməxsus təşkilat mədəniyyəti olur. Amma bu mədəniyyət forması bir xalqın milli dəyərləri, adət və ənənələri əsasında uzun illər ərzində formalaşan etiket göstəricilərini əks etdirir. Baxmayaraq ki məhkəmələr yazılmış qanunlar əsasında hökm çıxarır, hakimlər qanunda birbaşa nəzərdə tutulmayan halları nəzərə almalı, hökmən ədalət və vicdan prinsipini rəhbər tutmalıdırlar.
Məhkəmə-hüquq sisteminin inzibati və cinayət hadisələrinə yanaşması ictimai əxlaqa, milli mənəvi dəyərlərlə ziddiyyət təşkil etməməlidir. Hesab edirəm ki, məhkəmə iclasında insan ləyaqətini alçaldan hər hansı ifadə üçün şərait yaradılmamalıdır. Çünki, alçalan təkcə alçaldılan deyil, həm də rəzalətdən zövq alan şəxslərin özləridir. Onu da yəqin bilirəm ki, özünə hörmət edən şəxsiyyət başqalarının da ləyaqətinə hörmətlə yanaşmalıdır