Yavər Camalov Xəzərə darvaza qoyub!!! -VİDEO+Fotolar
Oxunub: 4343
18 Jun 2014 | 08:59
Yavər Camalov Xəzərə darvaza qoyub!!! -VİDEO+Fotolar

Bir vaxtlar dənizə hasar çəkmək, darvaza qoymaq qeyri-adilik idi. Hətta ağılsızlıq kimi görünərdi. İndi isə bu ağılsızlıq dəb halını alıb. Xəzər sahilində hektarlarla torpaq sahələrini alan, zəbt edən məmurlar dənizə darvaza qoymaqda, hasar çəkməkdə bəhsə giriblər.


Bakının Türkan qəsəbəsində, dəniz sahilində belə darvazaların, hasarların sayı hər il artır. Artıq dənizə yol sadəcə yoxdur! Bu sarıdan şikayətləri eşidən dövlət qurumu, idarəsi də yox kimidir.

“...zəbt edən müdafiə sənayesi naziri Yavər Camalovdur”

Bir neçə gün əvvəl “Yeni Müsavat”a danışan Müsavat Partiyası Sabunçu rayon təşkilatının sədri Rafiq İsmayıl dəniz üzünə həsrət qaldığını demişdi: “Türkan qəsəbəsində dənizdən 220 metr məsafədə bağım var. Mən həmişə ailə üzlərimlə ora gedirdim. İndi oranı zəbt ediblər. Deyilənə görə, oranı zəbt edən müdafiə sənayesi naziri Yavər Camalovdur. Dənizə keçmək üçün yarım metr də olsa, yer qoymayıb, hər yeri hasarlayıblar. Bir metrə yer qoymayıblar ki, insanlar keçib dənizdən istifadə etsinlər. Bu çox biabırçı bir situasiyadır. Heydər Əliyevin vaxtında dənizin sahilinə 130 metr yaxınlaşmaq olmazdı. İlham Əliyevin zamanında isə bu məsafə 50 metrə çatdırıldı. Bunlar nə prezidentin fərmanını sayırlar, nə də ki, başqa bir şey. Bu da xuliqanlığın bir növüdür. Ya da bunu planlı şəkildə edirlər ki, camaatı ayağa qaldırsınlar. Təsəvvür  edin ki, sizdən 200 metr aralıda dəniz yerləşir və siz ondan istifadə edə bilmirsiz. 20 ildir ki, mənim orada bağ evim var və dənizdən istifadə etmişəm. İndi isə həsrətlə baxa-baxa qalmışam. Onlar öz maraqları üçün hektarlarla yer alıb, dənizi də zəbt ediblər. Bunlar heç kimi saymırlar”.

“1 milyon verib, 2 milyon verib özü bilər”

Türkana yollanıb Rafiq İsmayılın üzləşdiyi problemlə baş-başa qalan qəsəbə sakinləri ilə görüşdük. 

Kənd sakini Məhəmməd deyir ki, nazirlərin, komitə sədrlərinin Türkanda çoxsaylı bağları var: “Yavər Camalovun buradan bir başqa yerdə də bağı var. Bax bu 2 hektar torpağı elə qonşuluğunda vətəgəsi olan Balaqardaşdan alıb. 1 milyon verib, 2 milyon verib özü bilər. Biz kasıb camaatı onun kimə nə verməsi maraqlandırmır. Yavər Camalov buranı alanda qonşular  sevindi ki, yola asfalt çəkirlər. Bağa rahat gedib gələrik. Bir də baxdıq ki, fəhlə-ustaları töküb bura. Dərin bir özül qazdılar. Bax burdan düz dənizin içinə qədər. Beton töküb üstündə də 5 metr hündürlükdə hasar çəkdilər. Dənizə gedən yola da iri darvaza qoyub bağladılar. Bu acgözlük, görməmişlikdir. Belə də yazın - ay nazir, ay adam bu camaat dənizə haradan getsin? Adam kişi olar, yol bağlamaz. Belə harınsan, pulun var, get ermənidən 2 hektar al. Görək bacararsan?"

“Adam ol da, yolu kəsmə”

1942-ci il təvəllüdlü Vladimir Viktoroviç Kudelin Türkana ilk dəfə 1966-cı ildə gəlib. Elə o vaxtdan da burada bağ salıb: “Biz Aleksandra İvanovna ilə ”Kimyaneftmaş"da işləmişik. Mən 46,  həyat yoldaşım orada 40 ilə yaxın çalışıb. 66-cı ilin fevralında bizə buranı bağ sahəsi kimi vermişdilər. O dövrdə buralar çöllük idi. Canavar, çaqqal, dovşan dolu idi. İndi ancaq çaqqallar qalıb... 

Biz dövrün xoşbəxt adamları idik. Ər-arvad çimərlik paltarında dənizə gedirdik. İndi yaşlaşmışam, gözlərim tutulub, infarkt keçirmişəm. Bu səbəbdən də mənə dəniz vannası daha çox lazımdır. İndi də gəlib yolumuzu bağlayıblar. Pis bilirsiz nədir? Bu adamları hökumət görmək istəmir. O adamlar ki, bu işi görürlər heç yaxşı adamlar deyil. Axı bu dünyanın malını özünüzlə aparmayacaqsız. Onlar bu hasarı çəkməklə burada yaşayanları mənim kimi kor qoydular. Siz yüksək vəzifəli ola bilərsiz. Acgöz olmayın! Bir parça torpaq qoyun da bu camaat da getsin dənizə. Villa tik, imarət tik, malikanə tik biz prokurorluq deyilik ki, səndən hansı pula tikdiyinin hesabını soraq. Amma adam ol da, yolu kəsmə. Bu yolu mən şəxsən düzəltmişəm. Onu da götürüb hasar çəkirsən. Allahdan qorxun, övladlarınıza bu qədər insanın lənətini qazandırmayın".  

“Türkanda hakimiyyət orqanları yoxdur?”

V.Kudelin etiraz səslərinin prezidentə çatmadığını deyir: “Mən Aleksandr Kudelini kartof əkməyimin üstündə az qala həbs edirdilər. Deyirdilər ki, kartof əkib varlanmaq istəyirsən. Bu sovet dövrü idi. Telefon, yol yox idi. İndi bunlar var. Dünyanın o başında olandan bu başında xəbər tuturuq. Axı necə ola bilər ki, bu qədər insanın yolunu bağlayasan, sənin bəd əməlini də heç kim görməsin? Türkanda hakimiyyət orqanları yoxdur? Gözlərim tutulub deyə günümü radioya qulaq asmaqla keçirirəm.

“Krımda baş verənlər burada təkrarlana bilər”

İndi Krımda baş verənlər burada təkrarlana bilər. Orada da belə idi. Camaatın etirazlarını eşitmirdilər, görmürdülər. Yeni hakimiyyət gəldi və bütün harınların Qara dəniz sahilindəki yolu bağlayan malikanələrini buldozer qabağına verib başlarına uçurdu. Bizim yolumuzu bağlayan həmin o şəxsə deyirəm - vicdanınız olsun. Deməli siz insansız, biz isə insan deyilik? Sizin Allahınız var?" 

“Siz də ora getməyin, buraxmayacaqlar”

A.Kudelin deyir ki, yeni varlı qonşuları dənizə darvaza qoyub və heç kimi ərazidən keçməyə imkan vermir: “Siz də ora getməyin, buraxmayacaqlar. Mühafizəçiləri var, qoymurlar. Bizim üzümüzə də darvazaları bağlayıb qoymurlar”.

Türkandakı bağ evində yaşayan Taleh Hüseynli isə deyir ki, nazir dənizə hasar çəkib darvaza qoydurandan sonra çimərliyə getmək üçün 4-5 kilometr yol qət etməli olurlar: “Bağa gəldin, dənizə getmədinsə, bağda nə işin var? Elə otur şəhərdə də. Biz indi elə bir vəziyyətə düşmüşük ki, bilmirik şəhərin istisindən, his-pasından, toz-dumanından başımızı götürüb hara gedək? Əvvəllər 200-300 metr gedib dənizə çatırdıq. İndi gərək vertolyot alaq ki, bunların hasarlarını aşaq. Bu qədər acgözlük, harınlıq olmaz axı...”
“Bu acgözlərin əlindən dənizə də gedə bilmirik”

“Zeynəb Xanlarova çıxdı parlamentdə danışdı. Dedi ki, Nardaranda dənizə getmək olmur. Harınlamış, qudurğan, büdcədən xalqın milyonlarını oğurlayanlar dənizə hasar çəkiblər. Türkanda da belədir. Yay gəldi, dəniz mövsümü başladı, bu acgözlərin əlindən dənizə də gedə bilmirik. Allah bəlalarını versin...”.  3 uşaq anası olan Hüsniyyə Məmmədova belə deyir. 

“Mehriban Əliyevaya yazılan məktublar itir!”

Onun sözlərinə görə məsələ ilə bağlı Xəzər rayonun deputatı Mehriban Əliyevaya bir neçə məktub yazıblar: “Məktublarımız ünvana çatmır. Yolda itir. Əlacımız ona qalıb ki, Heydər Əliyev fonduna gedək, şikayətimizi əlbəl verək. Həkim uşağa dəniz qumu yazıb. Biz də köçümüzü götürüb gəlmişik bağa ki, uşağı dənizə aparaq, xəstəliyi keçsin. Gəlib görürük ki, yolu kəsib böyük bir hasar çəkiblər, bir yekə darvazanı da qoyublar yolun ortasına. Bunu görən yoxdur?” 

Dinlədiyimiz həmsöhbətlərimiz bizə 2 hektarlıq əraziyə getməməyi məsləhət görürlər. Deyirlər ki, jurnalist olduğumuzu bilib döyərlər: “Bura Türkandır, torpaq üstündə olan davalarda polis qaçır gizlənir. Kriminalların sözü keçir burda. Ora getməyin...” 

“Təğyiri-libas olub nazirin bağına giririk...”

Onu da öyrənirik ki, əraziyə hər gün “İkarus” markalı avtobusla işçilər gətirilir. Nazirin malikanəsini inşa etmək üçün gecə-gündüz əraziyə ağır tonnajlı yük maşınları ilə daş-qum daşınır. Sakinlər fəhlə-ustaları daşıyan “İkarus”un nömrə nişanını da verdilər - Az 10 GT 146. Sakinlərin dediklərini seyr etmək üçün təğyiri-libas olub dənizə qoyulan darvazanın əks tərəfinə keçdik. Ərazidə bir neçə traktor yer hamarlayır, usta-fəhlələr gözə dəyir. Darvazadan 10-15 metr dəniz istiqamətinə addımlayandan sonra qarşıma qaçaraq bir şəxs gəlir. Uzaqdan əlinin işarəsi ilə geri qayıtmağımı istəyir. Əhəmiyyət verməyib yola davam edirəm.

“Qardaş keç get, bizi çörəkdən eləmə”

Həmin şəxs yaxınlaşandan sonra aramızda belə bir dialoq oldu:

- Bura şəxsi ərazidir, geri qayıt.

- Ayda-ildə 1 dəfə dənizə gəlirik, onda da imkan vermirsiz...

- Geri qayıt!

- Bəs haradan gedim?

- Mən buraları tanımıram. Bir başqa yolla get...

-Kasıb adamıq, imkan ver yolumuzu gedək də...

- Vallah qoymurlar.

- Kim qoymur?

- Qoymurlar də.

- Adı nədir?

- Heç özüm bilmirəm, bizə deyiblər ki, bura heç kimi buraxma, şəxsi ərazidir.

- Dəniz də şəxsi ərazidir? 

- Qardaş keç get, bizi çörəkdən eləmə.

Beləcə, mühafizəçi səddini aşıb dəniz sahilinə çatıram. Ərazini “qucaqlayan” daş hasarın hər iki ucu dənizin içinə qədər uzanır. Dənizin içinə tökülən iri daş parçalarının üzərində də, hasarın iç hissəsində olan torpaqdakı kimi tikinti aparmaq üçün hazırlıq işləri görülür. Dəniz sahilinin 200-300 metrini sadə türkanlıların üzünə bağlayan bu ərazidən Xəzər sahilinin qarış-qarış hasarlandığını daha aydın sezmək olur...

Musavat.com
Oxşar xəbərlər
13:30, Bu gün
Dörd kəndin qaytarılması Aİ və ABŞ-nin prosesə müdaxilə cəhdinin iflasa uğramasıdır
13:25, Bu gün
"Ermənistanın “alimləri” və onlara dəstək verənlər elmin yox, siyasətin ardınca gedirlər" - Kamal Abdulla
13:20, Bu gün
AMB sədri Qafqaz və Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlıq perspektivlərini müzakirə edib - FOTO
13:16, Bu gün
TƏBİB-dən Cavanşir Məmmədovun ölüm xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
13:12, Bu gün
IMF Azərbaycanın iqtisadi inkişaf və iqlim hədəflərinə dəstək verməyə hazırdır - FOTO
13:08, Bu gün
Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilib
13:07, Bu gün
Aşağı Əskipara sakini: “Qanadım olsa, ora uça-uça qayıdaram”
13:07, Bu gün
“Ürəyində 4 stend var idi, əsəb yıxdı onun evini” - Cavanşir Məmmədovun ölüm səbəbi - ÖZƏL
13:06, Bu gün
Müdafiə naziri Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıqlar verib
13:06, Bu gün
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib
13:05, Bu gün
Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib
13:00, Bu gün
Zakir Həsənov sülhməramlılarla bağlı tapşırıq verdi - FOTO/VİDEO
12:56, Bu gün
“Abzas Media” və “Toplum TV” işində yeni faktlar
12:54, Bu gün
Kəlbəcərin Başlıbel kəndi-Yandırılmış Məscidin qalıqları üzərində azan verildi- VİDEO
12:51, Bu gün
Antalyada avtobus aşdı: Çox sayda yaralı var - FOTO
12:48, Bu gün
FHN Lənkəranda qanunsuz tikililəri sökdü - FOTO
12:44, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
12:40, Bu gün
Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll etdi”
12:35, Bu gün
Azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı görülən işlər açıqlandı - FOTO
12:30, Bu gün
Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşdü
12:26, Bu gün
Oğuzda yoldakı çala-çuxuru çınqılla doldurdular: Asfalt da olacaq - FOTO/VİDEO
12:21, Bu gün
Ağlaşma bitir, anlaşma zamanıdır - Kənardan qaz verən olmasa, Qafqazda münaqişə az olar
12:15, Bu gün
Qərar verildi: Bu verilişlər bağlanır - Dəqiq tarix
12:13, Bu gün
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:10, Bu gün
Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı
12:05, Bu gün
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı - VİDEO
12:03, Bu gün
Talıbovları çətin suallar gözləyir - “baş kassir”in bildiyi sirlər
12:00, Bu gün
İstirahət gününün HAVA PROQNOZU açıqlandı
11:57, Bu gün
Koray Avcı Bakıda konsert verdi
11:55, Bu gün
Həsən Əblucun xanımına yazdığı məktub xəstəxanada hamını ağlatdı: “Əgər alınmırsa...” - FOTO
11:50, Bu gün
ŞƏT-ə üzv ölkələrin müdafiə nazirləri Astanaya toplaşacaq
11:46, Bu gün
Sülhməramlıların Qarabağdan vaxtından əvvəl çıxarılması niyə ermənilərdən daha çox ermənipərəstləri pərt edib? - Sabiq səfir həqiqətləri açıqlayır.... 
11:46, Bu gün
Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi
11:43, Bu gün
Dörd kəndin qaytarılmasına dair razılıq Qərb dövlətlərinin qərəzli təbliğatını ifşa etdi – RƏY + FOTO
11:39, Bu gün
Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB
11:36, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:33, Bu gün
Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib - YENİLƏNİB + FOTO
11:32, Bu gün
Muxtar Mustafayev: “Azərbaycan vəkilliyində keçmiş hakimlər, prokurorlar, alimlər təmsil olunur” - VİDEO
11:29, Bu gün
Pərviz Şahbazov Nyu-Yorkda BMT Baş Assambleyasının prezidenti ilə görüşdü - YENİLƏNİB + FOTO
11:26, Bu gün
“Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək” - Kamaləddin Qafarov
11:23, Bu gün
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
11:20, Bu gün
Xankəndidə tapança, avtomat və qumbaralar tapıldı
11:18, Bu gün
Zidan baş məşqçiliyə qayıdır: İki klubdan biri!
11:15, Bu gün
Xatirə İslam: “Mənə belə suallar verməyin” - VİDEO
11:13, Bu gün
Fransanın insan sümüklərindən inşa etdiyi KİLSƏLƏR – SENSASİON FAKTLAR/FOTO  
11:12, Bu gün
Çay necə zəhərə çevrilir? - Bu içkini nə zaman içməlisiniz?
11:06, Bu gün
Azərbaycanda çörəyin qiyməti artacaq? - ARAŞDIRMA + VİDEO
11:05, Bu gün
Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni, “Zirə” “Neftçi”ni qəbul edəcək
11:05, Bu gün
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
11:05, Bu gün
Bakıda dava edən iki sürücü saxlanılıb - VİDEO
11:04, Bu gün
İnsanlar ilk dəfə marallar arasında yayılan “zombi” xəstəliyinin qurbanı oldular
11:02, Bu gün
Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
10:59, Bu gün
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
10:55, Bu gün
Şuşadan Cəlilabada gedən Xarıbülbül - Məşhur aktyorumuza onu Xalq artistinin anası verib - FOTO+ÖZƏL
10:52, Bu gün
“Hazırda Gürcüstan uğrunda ciddi bir mübarizə gedir...- Bundan sonra isə Azərbaycana...”
10:51, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi
10:44, Bu gün
Bakıda daha bir cinayət: 34 yaşlı kişi qətlə yetirildi
10:35, Bu gün
Ehtiyatda olan polkovnik-leytenant Qazaxın Azərbaycana qaytarılan kəndləri barədə: "Tarix yazılır"
10:24, Bu gün
Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir? - RƏSMİ MƏBLƏĞ
10:15, Bu gün
Hacı Nuran 1 milyon manatı haradan alıb? - Ağlasığmaz iddia
10:05, Bu gün
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
09:58, Bu gün
42 yaşlı prokuror qəfil vəfat etdi
09:52, Bu gün
Azərbaycanda yumurta KƏSKİN UCUZLAŞDI  - SƏBƏB
09:46, Bu gün
Saakaşvili siyasi mübarizəyə başlayır: Sədr ola bilər
09:45, Bu gün
Palma yağı müəmması: biri deyir zərərsizdir, o biri...
09:35, Bu gün
Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ
09:33, Bu gün
Blinken Qazaxın kəndlərinin qaytarılması barədə: "Mühüm addımdır"
09:20, Bu gün
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:13, Bu gün
İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?
09:08, Bu gün
Qadın barmaq izlərinə görə həbs edildi
09:02, Bu gün
KİV: İsrail ABŞ-dan daha çox silah tələb edir
09:00, Bu gün
Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanıldı
08:57, Bu gün
Burada torpaq sürüşməsi oldu
08:43, Bu gün
ABŞ İraqı vurdu
08:29, Bu gün
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
08:23, Bu gün
“Rusların Qarabağdan çıxması mənim üçün sürpriz oldu...”- Şahramanyan  
08:18, Bu gün
Hər yerdə bitən bu bitki 1001 dərdin dərmanıdır
07:27, Bu gün
Sabah Rusiyanın bu şəhərində “Erməni kimdir?” adlı dəyirmi masa keçiriləcək...-FOTO
04:33, Bu gün
Norveç İrandakı vətəndaşlarına xəbərdarlıq etdi
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
GÜNLÜK
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 13:58
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
19 Apr 2024 | 14:01
Bərdədə ağır yol qəzası baş verib
19 Apr 2024 | 13:51
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
19 Apr 2024 | 13:43
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
19 Apr 2024 | 13:50
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
AYLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 13:58
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
19 Apr 2024 | 14:01
Bərdədə ağır yol qəzası baş verib
19 Apr 2024 | 13:51
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
19 Apr 2024 | 13:43
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
19 Apr 2024 | 13:50
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib