Gəncə şəhərində məckunlaşan Kəlbəcərdən olan məcburi köçkün İlham Məmmədovun rayon prokuroru Ariz Əliyev barədə Moderator.az-a video mürciəti daxil olub.
Müraciət müəllifi Kəlbəcər rayon prokuroru Ariz Əliyevin cinayət faktlarını ört-basdır etməsindən şikayətlənir. İlham Məmmədov ölkənin təhsil sistemini xərçəng kimi bürümüş çoxsaylı saxta diplomların araşdırılıb üzə çıxarılmasında bir vətəndaş kimi hüquq-mühafizə orqanlarına yardımçı olub. Məhz bu video müraciətdə o da bildirlir ki, Kəlbəcər rayon prokuroru Ariz Əliyev saxta diplomların araşdırılmasında maraqlı olmayıb. Əksinə, bu cür cinayət faktlarını ört-basdır etməyə çalışıb. Kəlbəcər sakini İlham Məmmədov prokurorluq tərəfindən həmişə saxta qərarlar verildiyini bildirir. Məcburi köçkün Ariz Əliyev tərəfindən korrupsiya, saxta diplomlarla bağlı, eləcə də köçkün olmayanlara saxta “köçkün”lük statusların verilməsi ilə bağlı müraciətləri araşdırılmadan şəxsi maraqlar güdülərək saxta qərarların verilməsini söyləyir.
İlham Məmmədov müraciətində qeyd edir ki, rayon prokuroru ad-soyad və doğum tarixinin saxtalaşdırlması ilə bağlı və saxta diplomları araşdırılmayaraq 26.12.2013-cü il tarixli HK-1/09 saylı cinayət işinin rədd edilməsi barəsində qərar qəbul edib:
"Halbuki, bu qərar sonradan Kəlbəcər rayon Məhkəməsində ləğv edilərək həqiqət öz yerini tapdı. Kəlbəcər prokurorunun başından rədd etmə vermiş olduğu bu qərar sonradan Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində araşdırıldıqdan sonra sözügedən diplomların saxta olması öz təsdiqini tapdı. Hətta Ariz Əliyev 2003-cü ildə ad-soyadın və doğum tarixinin saxtalaşdırılması faktını da ört-basdır etmişdi. Həmin mübahisəli materialı başından etmək üçün Qəbələ rayon polis şöbəsinə göndərmişdi. Halbuki adı- soyadı və doğum tarixi saxtalaşdırılan şəxs Kəlbəcər rayon sakini olmuşdu."
Kəlbəcər rayon prokuroru Ariz Əliyev eyni zamanda Baş Prokuror yanında Korrupsiya qarşı Baş Mübarizə İdarəsinin istintaq şöbəsində cinayət işi qaldırılaraq istintaqı gedən Kəlbəcər Təhsil Şöbəsinin sabiq müdiri Məhəmməd Bağırovun korrupsiya faktlarını da ört-basdır edib. Bu belə olmasaydı sabiq müdirin işlədiyi dövrləri əhatə edən çoxsaylı saxta diplomların da üzə çıxmasında Ariz Əliyevində rolu olmuş olardı. Məhz həmin dövrlərdə İlham Məmmədovun Kəlbəcər rayon prokuorluğuna yazmış olduğu şikayət ərizəsində də saxta diplom alverindən söhbət gedirdi.
Sonda İlham Məmmədov baş prokuror Zakir Qaralovdan 20 iyunda Gəncədə vətəndaşların qəbulu siyahısına yazıldığına görə ona təzyiqlər edildiyini nəzarətdə saxlanılmasını xahiş edir.