Moderator.az-a Tovuz rayonun Qovular Qəsəbəsində baş vermiş bir əməliyyatla bağlı şok video daxil olub.Video materiala görə 03 iyun 2014-cü il tarixində İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşları Tovuz rayonun Qovular Qəsəbəsində yerləşən “Tatar” kafesində əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə kafeni işlədən Xankişiyeva Şəfiqə İsmayıl qızı İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə ( İAQMBİ) gətirilib. Adıçəkilən xanım isə 4 iyun 2014-cü ildə buraxılıb. Əməliyyatda İAQMBİ-nin baş əməliyyatçısı Orxan adlı əməkdaşın və Allahverdi adlı bir nəfərin də iştirak edildiyi bildirlir.Guya adıçəkilən xanım əxlaqsızlıq yuvası saxlamqda ittiham edilib. Məhz buna görə də 6 iyun 2014-cü ildə Ş.Xankişiyeva dost-tanışdan 2000 azn toplayaraq İAQBMİ-nin Faiq adlı əməkdaşına verib.Vətəndaşın təqdim etdiyi Video kadrlardan nəticə çıxarmaq aidiyyatı qrumların işi olduğundan araşdırılacağına ümid edirik. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası 2000-ci il dekabrın 12-də imzalanmış və 2003-cü il mayın 13-də Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş BMT-nin “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyasının və onu tamamlayan “İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması” haqqında Protokolun, habelə 20 sentyabr 2002-ci ildə qəbul edilən “İnsan alverinin qarşısının alınması və ona qarşı mübarizə haqqında” Brüssel Bəyannaməsinin müddəaları nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin 6 may 2004-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı” təsdiq edilib.