Dünən Gəncənin Kəpəz Rayon Pois İdarəsində marşurut sürücüsünü döyülməsi barəsində Moderator.az saytında “Gəncə polisində özbaşınalıqla bağlı şok iddia” sərlövhəli yazı dərc edilib. Bu gün səhər saatlarından etibarən əməkdaşımıza yazının sayıtdan götürülməsi üçün çoxsaylı zənglər olunub. Həmin şəxslərdən bir isə 0502259727 nömrəli mobil telfonla zəng edib özünü Kəlbəcər Rayon Çəlikdar İcra Nümayəndəliyinin müavini kimi təqdim edib. İcra nümayəndəsinin birinci müavini Əhliman Əliyev Kəpəz Rayon Polis İdarəsinin rəisi polis polkovnki Ağahüseyin Məmmədovla qohum olduğunu, eləcə də kəlbəcərlilərə həmişə hörmət etdiyini bildirərək görüşməyi təklif edib. Kənd icra nümayəndəsi bildirir ki, Kəpəz Rayon Polis İdarəsinə gətirilən Samux rayon Qarayeri kənd sakini Adil adlı şəxs də onun yanımdadır. Adıçəkilən şəxs təklif edib ki, danışaq, bir müsahibə də versin. Bir sözlə, “ məsələni yoluna qoyaq”.
Görünür, hələ də polis rəisi Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin olduğunu, ya unudub, yaxud da ona xeyir gətirməyəcəyini düşünərək bu addımı atır. Habelə, əldə etdiyimiz məlumata görə polis polkovniki A.Məmmədov təqaüd yaşına çatsa da, Gəncə Şəhər Polis İdarəsinin rəisi ilə qohum olduğu üçün xidməti fəaliyətini davam etdirmək “hüququ” qazanıb.