Moderator.az“AzərTAc”a istinadən xəbər verir ki, bu fikri Rusiya İdman Jurnalistləri Federasiyasının vitse-prezidenti Lev Rossoşik iyunun 11-də Bakıda gənc jurnalistlər üçün treninqdə çıxışı zamanı səsləndirmişdir.
Qeyd edək ki, ikigünlük treninq-seminar “Müasir jurnalistika yeni geosiyasi reallıqlarda” mövzusunda Rusiya-Azərbaycan media-məktəbi çərçivəsində “Şimal-Cənub” Politologiya Mərkəzinin nümayəndəliyi tərəfindən təşkil edilib.
İdman jurnalistikasının ağsaqqalı, bu sahədə yarım əsrlik iş təcrübəsi olan L.Rossoşik idman infrastrukturu nöqteyi-nəzərindən son illər Azərbaycan paytaxtında baş vermiş dəyişiklikləri qabardaraq deyub: “2015-ci ildə Bakıda keçiriləcək Birinci Avropa Oyunları sözün əsl mənasında Olimpiadaya doğru atılmış ilk addımdır, çünki bu növ irimiqyaslı yarışlar keçirmək üçün şəhəri sınaqdan keçirməyə imkan verir. Bu da əhəmiyyətlidir ki, Azərbaycan idman qurğularını sadəcə Olimpiada üçün inşa etmir, istər oyunlardan əvvəl, istərsə də sonra həmin obyektlərdən istifadə etməyə ümid bəsləyir, halbuki keçmiş olimpiadaların paytaxtlarının çoxu məsələyə bu tərzdə yanaşmayıb”.
“Postsovet məkanında müasir geosiyasi vəziyyət. Geosiyasi dəyişikliklər dövründə jurnalistika” mövzusunda məruzə ilə çıxış edən politoloq, Rusiya-Ukrayna İnformasiya Mərkəzinin direktoru Oleq Bondarenko təcrübəsini Azərbaycan KİV-lərinin nümayəndələri ilə bölüşüb.