“Aqrolizinq”lə fermerlər arasındakı münasibətlər düzgün qurulmayıb”
Oxunub: 3954
10 Jun 2014 | 12:59
“Aqrolizinq”lə fermerlər arasındakı münasibətlər düzgün qurulmayıb”

Millət vəkili, iqtisadçı ekspert Vahid Əhmədov gündəmin bir sıra aktual mövzularıyla bağlı Moderator.az-ın suallarını cavablandırıb, onu təqdim edirik:

 

-Az qala bütün filiallları haqqında korrupsiya cinayətləri üzə çıxan “Aqrolizinq”in bir yararsız qurum olduğu təəssüratı yaranıb...

 

-Mən bu qənaəti bölüşmürəm və hesab etmirəm ki, “Aqrolizinq” lazımsız bir qurumdur. Bu qurumu yaradanda cənab prezidentin əsas məqsədi də o idi ki, sahibkarlığa yardım edilsin. Yəni fermer təsərrüfatlarını inkişaf etdirmək, texnikadan istifadə etməklə məhsulu itkisiz yığımaq üçün bu addım hökumətin öz vətəndaşına, sahibkarına, fermerinə bir dəstəyi idi. Yəni bir ideya olaraq bu çox düzgün və yerində olan addım idi. Özü də fikir verin ki, “Aqrolizinq” filialları ölkə üzrə mövcud olan 9 iqtisadi bölgələr üzrə yaradılıb və belə demək mümkünsə bütün ölkə sahibkarları üçün əlşatandır. Amma həmin cəmiyyətin özünün və filiallarının necə formalaşması və fəaliyyət göstərməsi, yeyintilər, saxtakarlıq və korrupsiya əməlləri məsələnin başqa tərəfidir. Bir daha təkrar edirəm ki, öz-özlüyündə bu, çox gözəl ideya idi. Çünki bununla kənd təsərrüfatının inkişafına təkan verilmiş oldu və ölkənin ərzaq təhlükəsizliyi məsələsində xeyli irəli getmək mümkün oldu. Amma çox təəşşüflər olsun ki, “Aqrolizinq” yaradıldıqdan sonra gətirilən texnikanın əslində faktiki sahibinə çatdırılmasında ciddi bürokratik əngəllər yaradıldı. Bu barədə deputatlara, şəxsən mənim özümə də çoxsaylı yazılı və şifahi müraciətlər, şikayət məktubları gəlir. Şikayətçilərin bir qrupunu mən burda və yerlərdə qəbul edib dinləmişəm. Fermerlərin əsas şikayətləri də budur ki, gətirilən texnikanı elə qiymətə icarəyə verirlər ki, insanlar ondan imtina etməli olur və məhsulun tələf olmasıyla barışır. Yəni təklif edilən qiymətlər faktiki olaraq fermerlərə sərf eləmir. Çünki fermerlərin istehsal etdiyi məhsulun maya dəyərində həmin texnikanın da görüdüyü işin qiymətini otuzduranda qiymətlər kəllə-çarxa çıxır və fermer ziyana düşür. Deməyim odur ki, “Aqrolizinq”lə fermerlər arasındakı münasibətlər mexanizmi düzgün qurulmayıb. Korrupsiya ilə bağlı rəsmi məlumatların intensivləşməsinə gəldikdə isə deməliyəm ki, adətən mətbuat bu zaman Kənd Təsərrüfatı Nazirliyini qınayır. Amma bu “Aqrolizinq”in özünün rəhbərliyi var. Baş verənlərə görə “Aqrolizinq” rəhbərliyi birbaşa məsuliyyət daşımalıdır. Günahkarlar elə şəkildə cəzalandırılmalıdır ki, başqaları bir daha dövlətin malına bu cür talançılıqla yanaşmasınlar və elə etsinlər ki, hökumət də razı qalsın, fermerlər də. Texnikalardan əlavə də narahatedici məqamlar var. Fermerlərə verilən dotasiyalarda da ciddi pozuntular var. İstər həmin məbləğin fermerlərə çatdırılmasında, istərsə də əkin sahələrinin dəqiq sənədləşdirilməsində çoxsaylı pozuntularla bağlı biz çoxdan məlumatlıydıq. Yadınızdadırsa bir müddət öncə keçmiş kənd təsərrüfatı naziri İsmət Abasov və maliyyə naziri Samir Şərifov əkin sahələriylə bağlı saxta statistikaya qarşı birgə mübarizə apardılar və otlaq sahələrinin əkin yerləri kimi sənədləşdirərək dövlətə qarşı külli miqdarda zərər vurulmasının qarşısı alındı. Amma mən heç şübhə etmirəm ki, bu sahədə də hər şey qaydasında deyil və saxtakarlıq halları qalmaqdadır.

 

-Min hektarlarla otlaq sahələrinin yalandan əkin sahələri kimi tədim edərək milyonlarla manatın mənimsənilməsində iştirak edən fermerlərin özləri də cəzalandırlsa bəlkə kimsə bir daha belə riskə getməz...

 

-Ümumiyyətlə, kənd təsərrüfatı ölkə iqtisadiyyatının ən yaralı yeridir və çoxsaylı problemlər içindədir. Bu gün ölkədəki işlək əhalinin 38-40 faizi kənd təsərrüfatı ilə məşğuldur. Amma təsəvvür edin ki, bu gün rayonlardakı icra hakimiyyətlərinin kənd təsərrüfatı üzrə müavin ştatı yoxdur. Cənab prezident son zamanlar bu haqda bir sərəncam da imzaladı ki, rayonlarda kənd təsərrüfatına cavabdeh olan bir müavin ştatı olsun və kənd təsərrüfatı idarələri də indiki kimi formal yox, işlək bir qurum olsun. Bir vacib məqamı da deyim. Birincisi, bizdə torpaq islahatı zamanı çox kobud səhvlərə yol verilib. Nəticədə ölkədəki əksər yararlı torpaqları o adamlar alıblar ki, heç onu təyinatı üzrə istifadə etmədilər. Ona görə də ilk növbədə torpaq islahatı ilə əlaqədar torpaqların inventarizasiyası aparılmalıdır. Öyrənilməlidir və bunun dəqiq xəritəsi hazırlanmalıdır ki, Azərbaycanda yararlı torpaqlar hansılardır və onların hansından səmərəli istifadə edilmir.

 

-Axı iki il öncə prezident bu barədə müşavirədə göstəriş verdi və ardından səhv etmirəmsə bununla bağlı xüsusi sərəncam da imzaladı.

 

-Bu günə qədər cənab prezidentin bu sərəncamına əməl edilməyib. Halbuki bu çox ciddi məsələdir və hökumət ölkənin ərzaq təhlükəsizliyi məsələsində ilk növbədə burdan başlamalıdır. İkincisi də sovet vaxtında olduğu kimi ölkə bölgələr üzrə qruplaşdırılmalıdr ki, hansı rayonlarda hansı kənd təsərrüfatı məhsulu daha yaxşı əkilə və ya istehsal oluna bilər. Yəni meyvəçilik harda ola bilər, tərəvəzçilik harda, yaxud əkinçilik və ya qoyunçuluq harda inkişaf edə bilərsə onu nizamlamaq lazımdır. Ən vacib məsələ taxılçılığın ciddi şəkildə inkişaf etdirilməsidir. Çox təəssüf ki, bu qədər vəsait ayrılmasına baxmayaraq bu günədək Azərbaycan ərzaq buğdasına olan tələbatını hələ də ödəyə bilmir və biz idxaldan asılıyıq. İldə ən azı 500-600 min ton ərzaq buğdası və bundan iki dəfə çox da yemçilik üçün taxıl idxal edirik. Mən bu barədə demişəm, yenə də deyim ki, İqtisadiyyat və Sənaye Nazirliyi Beyləqan-Ağcabədi zonasında iki iri fermer təsərrüfatı yaradıb və ildə də hər hektardan 50-55 sentner taxıl götürülür. Amma adi fermerlər min bir zəhmət hesabına 20 sentner taxılı zorla alırlar, onun da maya dəyəri gəlib bütün qazancı alır. Bununla bağlı nazir Şahin Mustafayevlə də aramızda söhbət olub. Bildiyim qədər artıq 8 bölgədə də iri fermer təsərrüfatları yaratmaq üzərində işləyirlər. Yəni bütün bunlar vaxt aparan məsələdir və əslində vaxtında bu istiqamətdə səhvlərə yol verildiyi üçün bu gün belə bir acınacaqlı mənzərə yaranıb.

 

-Etiraf edək ki, “Aqrolizinq”lərin işinin düzgün qurulmamasında həmin filialların yerləşdiyi rayonların icra başçılarının qanunsuz müdaxiləsi və həmin texnikanı öz dədəsinin malı kimi təsəvvür etməsidir. Hətta bəzən elə olur ki, icra başçısı öz rayonunda ciddi tələbat olduğu halda bir neçə kombaynı digər rayonun icra başçısının xahişi ilə ora göndərir, yaxud həmin qurumlara təzyiq edir, bu alınmayanda işlərinə əngəl yaradırlar...

 

-Son vaxtlar icra başçılarına böyük səlahiyyətlər verilib. Mən də cənab prezidentin bu qərarını alqışlayıram. Çünki səlahiyyətlər daha çox mərkəzi icra hakimiyyəti orqanlarında deyil, yerli icra hakimiyyəti orqanlarında olmalıdır. Amma icra başçılarına verilən səlahiyyətlərlə bərabər onlardan tələblər də olmalıdır ki, rayonun iqtisadi inkişafına cavabdehlik daşısın. Bu baxımdan müəyyən mənada sizinlə də razıyam ki, icra başçıları onlara verilmiş səlahiyyəti tez mənimsəsələr də cavabdehlik məsələsində sanki özlərini görməməzliiyə vururlar.

 

Ardı var...


Oxşar xəbərlər
11:13, Bu gün
Fransanın insan sümüklərindən inşa etdiyi KİLSƏLƏR – SENSASİON FAKTLAR/FOTO  
11:12, Bu gün
Çay necə zəhərə çevrilir? - Bu içkini nə zaman içməlisiniz?
11:06, Bu gün
Azərbaycanda çörəyin qiyməti artacaq? - ARAŞDIRMA + VİDEO
11:05, Bu gün
Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni, “Zirə” “Neftçi”ni qəbul edəcək
11:05, Bu gün
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
11:05, Bu gün
Bakıda dava edən iki sürücü saxlanılıb - VİDEO
11:04, Bu gün
İnsanlar ilk dəfə marallar arasında yayılan “zombi” xəstəliyinin qurbanı oldular
11:02, Bu gün
Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
10:59, Bu gün
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
10:55, Bu gün
Şuşadan Cəlilabada gedən Xarıbülbül - Məşhur aktyorumuza onu Xalq artistinin anası verib - FOTO+ÖZƏL
10:52, Bu gün
“Hazırda Gürcüstan uğrunda ciddi bir mübarizə gedir...- Bundan sonra isə Azərbaycana...”
10:51, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi
10:44, Bu gün
Bakıda daha bir cinayət: 34 yaşlı kişi qətlə yetirildi
10:35, Bu gün
Ehtiyatda olan polkovnik-leytenant Qazaxın Azərbaycana qaytarılan kəndləri barədə: "Tarix yazılır"
10:24, Bu gün
Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir? - RƏSMİ MƏBLƏĞ
10:15, Bu gün
Hacı Nuran 1 milyon manatı haradan alıb? - Ağlasığmaz iddia
10:05, Bu gün
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
09:58, Bu gün
42 yaşlı prokuror qəfil vəfat etdi
09:52, Bu gün
Azərbaycanda yumurta KƏSKİN UCUZLAŞDI  - SƏBƏB
09:46, Bu gün
Saakaşvili siyasi mübarizəyə başlayır: Sədr ola bilər
09:45, Bu gün
Palma yağı müəmması: biri deyir zərərsizdir, o biri...
09:35, Bu gün
Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ
09:33, Bu gün
Blinken Qazaxın kəndlərinin qaytarılması barədə: "Mühüm addımdır"
09:26, Bu gün
Bakıda 22 yaşlı qız qətlə yetirildi
09:20, Bu gün
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:13, Bu gün
İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?
09:08, Bu gün
Qadın barmaq izlərinə görə həbs edildi
09:02, Bu gün
KİV: İsrail ABŞ-dan daha çox silah tələb edir
09:00, Bu gün
Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanıldı
08:57, Bu gün
Burada torpaq sürüşməsi oldu
08:43, Bu gün
ABŞ İraqı vurdu
08:29, Bu gün
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
08:23, Bu gün
“Rusların Qarabağdan çıxması mənim üçün sürpriz oldu...”- Şahramanyan  
08:18, Bu gün
Hər yerdə bitən bu bitki 1001 dərdin dərmanıdır
07:27, Bu gün
Sabah Rusiyanın bu şəhərində “Erməni kimdir?” adlı dəyirmi masa keçiriləcək...-FOTO
04:33, Bu gün
Norveç İrandakı vətəndaşlarına xəbərdarlıq etdi
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 18:02
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
19 Apr 2024 | 18:00
Respublika məktəbləri arasında indiyədək görünməyən bir uğur
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
19 Apr 2024 | 17:54
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
19 Apr 2024 | 17:49
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 17:33
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:18
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
19 Apr 2024 | 17:13
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 17:03
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
19 Apr 2024 | 17:00
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
19 Apr 2024 | 16:58
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
19 Apr 2024 | 16:55
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 16:45
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
19 Apr 2024 | 16:38
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
19 Apr 2024 | 16:36
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
19 Apr 2024 | 16:25
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
19 Apr 2024 | 16:20
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
19 Apr 2024 | 16:19
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
19 Apr 2024 | 16:17
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
19 Apr 2024 | 16:14
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
GÜNLÜK
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 11:54
Onu şair kimi tanıyacaqlar...
19 Apr 2024 | 11:41
Məmləkətin dil pəhləvanları...
19 Apr 2024 | 11:46
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
19 Apr 2024 | 12:06
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
19 Apr 2024 | 11:15
BDU-da elmi seminar keçirilib - FOTO
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 11:28
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
AYLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 11:54
Onu şair kimi tanıyacaqlar...
19 Apr 2024 | 11:41
Məmləkətin dil pəhləvanları...
19 Apr 2024 | 11:46
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
19 Apr 2024 | 12:06
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
19 Apr 2024 | 11:15
BDU-da elmi seminar keçirilib - FOTO
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 11:28
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR