O qeyd edib ki, son zamanlar yer kürəsinə fəlakət gətirən təbiət hadisələrinin riski, bu hadisələrə hazırlıq səviyyəsinin ölkələr üzrə müzakirəsi böyük əhəmiyyətə malikdir. İ. Quliyevin sözlərinə görə, tədbirdə beynəlxalq təşkilatın 6 assosasiyasının milli nümayəndələri iştirak edir: “Dörd günlük iclas iyunun 13-də başa çatacaq. İclasda 2004-2013-cü illər ərzində Azərbaycan ərazisindəki seysmik proseslər, GPS məlumatların nəticələri əsasında yer təkinin dəyişməsi, kosmosda baş verən dəyişiklərin yer kürəsinin coğrafi enliyindəki texnoloji və bioloji sistemə təsiri müzakirə ediləcək”.
AMEA-nın vitse-prezidenti onu da qeyd edib ki, hazırda Qafqazın seysmik modelləri hazırlanır.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxışı zamanı bildirib ki, bu cür tədbir ölkəmizdə ilk dəfədir keçirilir. “Respublikamızda belə tədbirin keçirilməsi təbiidir. Çünki Azərbaycan seysmik ərazidə yerləşir”.
A. Əlizadə onu əlavə edib ki, ölkəmizdə hər gün zəlzələ baş verir. “Demək olar ki, biz Azərbaycanda hər gün zəlzələni hiss edirik. Sonuncu yeraltı təkan Xəzər dənizində, Azəri-Çıraq yatağı yerləşən ərazidə baş verib. Bu barədə Respublika Seysmoloji Xidməti Mərkəzinin direktoru Qurban Yetirmişli mənə məlumat verib”.