Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birgə təşkil etdiyi tədbirin iştirakçıları sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olublar. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi Cəmil Quliyev aktyorun sənət yolu haqqında fikirlərini bölüşüb, Məlik Dadaşovun teatr və kino tariximizdə böyük iz qoyduğunu vurğulayıb.
Məlik Dadaşovun ailə üzvləri adından xalq artisti Brilliant Dadaşova çıxış edərək yubiley gecəsinin təşkilatçılarına minnətdarlığını bildirib.
Qeyd edək ki, tədbirdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov, kinoşünas Aydın Kazımzadə, kinooperator Kənan Məmmədov, xalq artisti Hacı İsmayılov, əməkdar artist Elxan Qasımov və digər çıxış edənlər aktyorun ömür yolundan, sənət fəaliyyətindən danışıblar.