Evakuatorların insanları soyaraq qazandığı milyonlar - Reportaj
Araşdırma
Oxunub: 2257
08 Jun 2014 | 13:03
Evakuatorların insanları soyaraq qazandığı milyonlar  - Reportaj

İnsanlardan yüz minlərlə manat pul qopardılır 

 

Əgər bu sətirlərin müəllifi iki günün içində iki dəfə yox, bir dəfə bu cür qanunsuzluq və özbaşınalıqla üzləşsəydi, bu yazı yazılmayacaqdı. Ancaq iş elə gətirdi ki, Dövlət Yol Polisinin nəzdində fəaliyyət göstərən evakuasiya xidməti bu yazının müəllifinin avtomobilini ard-arda iki gün cərimə meydançasına apardı.

 

Bu cür hallar bir jurnalistin öz başına gələndə, prosesdə özü iştirak edəndə müvafiq material hazırlamaq daha asan olur. Sadəcə, gördüklərini, müşahidə etdiklərini yazırsan, kiminsə əlavə şahidlik etməsinə, ifadə verməsinə ehtiyac qalmır.

 

Birinci hadisə

 

Birinci dəfə avtomobilimi həftənin ikinci günü Bakı Dövlət Universiteti ilə Memarlıq və İnşaat Universitetinin arasındakı küçədən götürdülər. Bu, birtərəfli küçədir və mənim maşını saxladığım yerdə heç bir qadağan (dayanma, durma) işarəsi, yasaqlayıcı xətt yoxdur. Bundan başqa, orada sırayla 30-40 maşın dayanmışd və beş-altı dəqiqəlik işim olduğuna görə, belə bir iş baş verəcəyini təxmin etmədim. Maşından 15-20 metr aralıda söhbət edirdim. İki dəqiqə əvvəl saxladığım avtomobilin kiməsə maneçilik törədib-törətmədiyini yoxlamaq üçün dönüb baxmışdım. Bir də onu gördüm ki, şəxsi əmlakım artıq evakuator maşınının banında cərimə meydançasına aparılır.

 

 

Yol polisinin və evakuasiya işini həyata keçirən mülki geyimli şəxslərin çevikliyinə heyrət etməmək mümkün deyildi. Onlar o boyda maşını 15-20 metr geri tərəfimdən evakuator maşınına necə sürətlə və sinsiyə-sinsiyə yükləmişdilər, hələ də təsəvvür edə bilmirəm.

 

Qanun pozuntusu göz önündəydi. Yol polisləri səsgücləndirici vasitəsi ilə təxliyyə olunası maşının nömrəsini səsləndirməli, onun sahibini çağırmalı idilər. Əgər maşının sahibi gəlmirsə, o zaman onlar maşını cərimə meydançasına apara bilərlər. Sözü gedən halda isə səsgücləndirici ilə anons edən olmadı. Onlar adicə “bu maşın kimindir” desəydilər də eşidəcəkdim. Hətta təxliyyəçilər işlərini bu qədər gecə qaranlığında oğurluğa gedənlər kimi barmaqlarının ucunda görməsəydilər, xəfifcə bir səs-küy etsəydilər, yenə dönüb onları görəcəkdim.

 

Fəqət, bunların heç biri olmadı və bir də təsadüfən yola baxanda avtomobilimi yolun hərəkət istiqamətinin əksinə irəliləyən evakuator maşınının yük yerində gördüm. Artıq gec idi, cərimə meydançasına getməli oldum.

 

Taksi sürücüsünün hekayəti

 

Təcili olaraq cərimə meydançasına gedəcəyimizi dediyim taksi sürücüsü yaşlı adam idi və məsələni dərhal anladı, söhbətinə “deyəsən, maşınını aparıblar, bunlar da lap ağ eləyiblər” deyə başladı:

 

- Beş-on gün qabaq sənin kimi bir adamın maşınını da “ştrafnoy”a aparmışdılar. Onu da maşınının dalınca mən apardım. O, səndən də bərk əsəbiləşmişdi. Demə, kişinin azyaşlı övladını da maşının içində evakuatora yükləyiblər, uşaq da möhkəm qorxub. Kişi də qorxurdu ki, birdən uşaq qapını açıb özünü yerə atar, əzilər. Çatdıq, “ştrafnoy”da bir qırğın saldı ki. Qohumları da gəldilər. Maşını götürənləri öldürürdülər, polislər köməkləşib birtəhər əllərindən aldılar. Olmaz axı. Tamam qanunsuzluqdur. Hər şey ola bilərdi. Görürsən, maşında uşaq var, hara aparırsan...

 

 

Cərimə meydançasında

 

Avtomobilimi daşıyan evakuator maşını ilə məni aparan taksi Badamdardakı cərimə meydançasına eyni vaxtda çatdı.

 

Yastı-yapalaq, köhnə kolxoz kontoruna oxşayan tikilidə məni iki mundirli YPX işçisi və bir mülki şəxs qarşıladı. Daha bir mülki şəxs darvazanı açıb-bağlamaq işinə baxırdı.

 

Öncə maşınımı gətirənlərə iradımı bildirdim, “nə haqla maşınımı saxladığım yerdən götürmüsünüz” dedim. Çavuş rütbəli polis əməkdaşı utanıb-qızarmadan mənə “sənin maşınını biz gətirməmişik” dedi. Mən dedim: “Necə siz gətirməmisiniz ki, maşınım hələ də sənin oturduğun evakuatorun üstündədir”.

 

Onlar əlavə heç bir izahat vermədən, tez-tələsik maşını endirdilər və sürətlə sürərək cərimə meydançasını tərk etdilər.

 

 

Qəzavü-qədər minnəti

 

Kontordakı YPX işçiləri və mülki şəxs guya ki, mənə, peşəmə hörmət etdiklərini bildirdilər və 20 manat cərimə ödəyərək avtomobilimi götürə biləcəyimi söylədilər. “10 ildə bir dəfə olan işdir, eybi yox”, - deyə düşünərək cəriməni ödədim. YPX işçiləri hələ mənə minnət də qoydular: “Yerdə qalan cəriməni özümüz ödəyərik”. Başqa biri isə məsələyə qəzavü-qədər prizmasından yanaşdı: “Bəlkə də xeyir bundaymış, müəllim. Hərəkətdə olardın, nəsə bir şey baş verərdi”.

 

Cərimə meydançasının həyətində olarkən fikir verdim ki, hər iki dəqiqədən bir darvaza açılır, hansısa avtomobil yüklənmiş evakuator maşını daxil olur, yükünü boşaldıb gedir. Daha sonra maşının sahibi gəlir, cəriməsini nağd şəkildə ödəyir və maşınını götürür. Bu zaman nə bir qəbz yazılır, nə bir əlavə sənədləşmə aparılır. Hamı yalnız sancaqla bərkidilmiş protokollar qalağının üstündəki bir sənədə avtomobili təhvil almasına dair qrafaya qol çəkib çıxır.

 

Sağollaşıb çıxanda yol polisləri məni əmin etdilər ki, avtomobilimi bir daha buraya gətirməyəcəklər, dedilər, tapşırdıq, nömrəni verdik, dedik, bu, bizim maşındır, ona dəyməyin.

 

Yenə də o fikirdəydim ki, olan şeydir, onların da işi budur, ta bu məsələni açıb bükməyim. Amma ertəsi gün ikinci bənzər hadisə baş verdi.

 

İkinci olay

 

Bu dəfə avtomobilimi “28 May” metrostansiyasının üzbəüzündə, hər tərəfi dayanacaq olan meydanın ən künc yerlərindən birində saxlamışdım. Mənimkindən başqa bu ətrafda azı 150 avtomobil vardı. Yenə də maşını saxladığım yerdə qadağan işarələri, xətt-filan yox idi. Hətta həmin yer həyət sayıla biləcək, geniş yer idi, nə piyadaların gəliş-gedişinə, nə də avtomobillərin manevrinə mane olmurdu.

 

Almalı olduğum şeyləri alıb avtomobilimin yanına qayıdanda gendən gördüm ki, qara maşınım ağarıb. Yaxınlaşıb diqqət elədim ki, bu mənimki deyil, sadəcə, mənim avtomobilimi götürüb aparıblar və yerində başqa bir maşın dayanıb. Soruşdum, öyrəndim və maşınımın aparıldığı cərimə meydançasına getdim.

 

 

Yenə cərimə, yeni minnət

 

Bir kəmfürsət taksi sürücüsünün ən çoxu 40 qəpiklik benzin işlədəcəyi məsafəyə 5 manat tələb etməsinə də hiddətlənmədən, Qaqarin körpüsünün altındakı cərimə meydançasına getdim.

 

Burda da eyni vəziyyət idi. Darvazanın ağzında mülki geyimli cavan oğlan girib-çıxan maşınlara qapı açırdı, daha bir mülki geyimli gənc isə əlində dəftər daxil olan maşınların nömrəsini yazırdı.

 

Yenə kolxoz kontoruna oxşayan tikilidə bir neçə yol polisi və mülki geyimli şəxslə söhbətləşəsi oldum. Onlara da təxliyyənin qanunsuz həyata keçirildiyini söylədim. Onlar da əksini dedilər, masanın üzərindəki kitabdan sitatlar gətirdilər.

 

Axırda yenə nağd olaraq 20 manatımı aldılar, yenə minnət qoydular. Belə çıxdı ki, mən daha artıq cərimələnməliymişəm, cərimənin yerdə qalanını Elmir Hüseynov özü ödəyəcək. 

 

Əcəb işdir. Vətəndaşın avtomobilini haradan gəldi, götür apar, cibindəki pulu son manatına qədər al, özünə də minnət qoy. Bu hansı dəftərə-kitaba sığa bilər?

 

Soyğun intervalı - 1 dəqiqə

 

Bu cərimə meydançasının Badamdardakı müvafiq qarətxanadan fərqi ondaydı ki, burada “klient”lər çox idi. Demək olar ki, hər dəqiqə meydançanın darvazası açılır, içəriyə yeni avtomobillər gətirilirdi. Onlardan dərhal sonra maşın sahibləri gəlir, bir neçə dəqiqənin içində pullarını verir, başlarını bulaya-bulaya, söylənə-söylənə gedirdilər.

 

Meydançaya gətirilmiş və gətirilən maşınların markası, vəziyyətləri də demək olar ki, eyni idi. Yalnız bir-iki bahalı maşın vardı. Qalanları 10-15 min manatlıq maşınlar idi. Sanki onları buraya seçib gətirmişdilər. Mən cərimə meydançasında apardığım ayırdetmə prosesi zamanı qarətxanaya 15 maşın gətirldi və təxminən 10 sürücü kontora baş çəkib nağd ödəniş etdi.

 

Təxliyə nə dərəcədə qanunidir?

 

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Kamran Əliyev bu yaxınlarda “Trend” agentliyinə təxliyyələr barədə danışaraq deyib ki, İnzibati Xətalar Məcəlləsinin 407-ci və “Yol hərəkəti haqqında” qanunun 85-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinin qanunvericiliklə müəyyən edilmiş dayanma və durma qaydalarının pozulduğu halda (əgər sürücü həmin nəqliyyat vasitəsinin yanında deyilsə), müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağında saxlanıla bilər.

 

Onun dediyinə görə, yolayrıcından 5 m-dən az kənarda, piyada keçidlərinin üzərində və digər yerlərdə nəqliyyat vasitəsinin dayanma və durmasını qadağan edən hallar olduqda, sürücü həmin nəqliyyat vasitələrinin yanında olmayanda avtomobillər evakuatorlar vasitəsilə təxliyyə olunurlar".

 

Öz nümunəmdə deyə bilərəm ki, iş gerçəkdən də belədirsə, hər iki halda avtomobilimin təxliyyəsi qanunsuz olub. K.Əliyev də deyir ki, yollarda quraşdırılmış qadağan nişanlarının qüvvədə olduğu ərazi var: “Heç kəs yol nişanlarının qüvvədə olmadığı ərazidən avtomobili təxliyyə edə, götürüb "cərimə meydançası"na apara bilməz". 

 

Amma onlar maşınımı aparmışdılar. Apardılar və bu yazının yazılmasına səbəb oldular.

 

Marka ayrı-seçkiliyi

 

Heç kəs demir və deyə bilməz ki, yol polisləri öz vəzifələrini icra etməsinlər, nəqliyyatın intensiv hərəkətinə mane olan, parkinq qaydalarını pozan avtomobilləri cərimə meydançasına aparmasınlar. Əksinə, onlar bu işi vicdanla, səylə yerinə yetirməlidirlər ki, şəhərdə hərkət etmək asan olsun.

 

Söhbət sui-istifadə hallarından, neqativ əməllərdən gedir. Hər gün bu soyğun aparatından keçən onlarla insanın şahidliyinə görə, evakuasiya işinə baxan DYP işçiləri bahalı maşınları, eləcə də tanıdıqları, vəzifəli şəxslərin avtomobillərini harada saxlamalarından asılı olmayaraq, heç vaxt cərimə meydançasına aparmırlar. Bu xüsusda onlar açıq-aşkar ayrı-seçkilik edirlər, gücləri vəzifəsiz, adamsız sürücülərə çatır, hər gün onları ovlayırlar.

 

İkincisi, araşdırınca bəlli olur ki, evakuasiya məmurları anons etmədən, sahibini arayıb-axtarmadan, sadəcə, avtomobilləri səssiz-səmirsiz oğurlayıb aparırlar.

 

Üçüncüsü, özüm də şahid olduğum kimi, cərimələnən sürücülərdən alınan pullar sənədləşdirilmir, nağd şəkildə cibdən-cibə keçirilir.

 

Maşınları yol kənarlarından, səkilərdən yığışdırıb aparanların məntiqinə görə, bu şəhərin heç bir yerində avtomobil saxlamaq olmaz, hər yer qadağandır. İstisna hal kimi parkinqləri nəzərdə tuturlar, amma onların avtomobil tutumu heç 10 min civarında deyil. Belə olan halda hər gün işə gedən yüz minlərlə insan öz avtomobilini harada saxlamalıdır ki, evakuatorlar gəlib onları aparmasınlar.

 

Belə çıxır ki, hər gün evakuatorların hesabına yüz minlərlə manat civarında pul toplanır. Yəqin ki, bu puldan dövlət büdcəsinə də keçirilir. Nəticədə minlərlə insan dövlətdən, onun bu sayaq qanun-qaydalarından, onlardakı boşluqlardan narazı qalır.

 

Bəs xaricdə necədir?

 

Məlum olduğuna görə, bir sıra Avropa ölkələrində nəinki evakuasiya xidməti, ümumiyyətlə, yol polisi yoxdur. Dövlətin polisi hər işə baxır, o cümlədən yolda hərəkətin təhlükəsizliyinə, qəzalara, filana.

 

Qaydaya uyğun olmayan parkinqlər zamanı isə əksər mədəni ölkələrdə avtomobili evakuator maşınının belinə şələləyib cərimə meydançasına aparmırlar, cəriməni yazıb avtomobilin ön şüşəsinə yapışdırırlar, sürücü də gedib bankda cəriməsini ödəyir.

 

Bu baxımdan bizim ölkəmizdə də bənzər standartlar tətbiq edilməlidir. Yalnız o hallarda evakuasiyaya ehtiyac var ki, sürücü avtomobilini yolun ortasında qaba şəkildə saxlayaraq yolu kəsib, yaxud elə daraldıb ki, tıxac əmələ gəlib. Yoxsa dalanlardan, həyətlərdən, enli səkilərdən avtomobilləri yığışdırıb aparmağın xalqın malının qəsdinə durmaqdan, soyğunçuluqdan başqa adı yoxdur. Müsavat.com

Oxşar xəbərlər
01:18, Bu gün
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir: Tarix açıqlandı - VİDEO
00:17, Bu gün
Muxtar Babayev Con Kerri ilə COP29-a hazırlığı müzakirə edib - FOTO
00:04, Bu gün
Limon və laym arasındakı fərq nədir?
18 Apr 2024 | 23:59
Kəlbəcər sakini: “Başlıbeldəki 113 günlük mühasirədən 29 nəfər sağ çıxdı” - VİDEO
18 Apr 2024 | 23:52
Kişi müəllimlərin sayı niyə azalıb? - AÇIQLAMA + VİDEO
18 Apr 2024 | 23:50
"Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu Qərbə sərfəli deyil" - "Yunge Welt"
18 Apr 2024 | 23:47
Keniyanın müdafiə naziri helikopter qəzasında öldü
18 Apr 2024 | 23:43
Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək
18 Apr 2024 | 23:41
“Gəncəm, artıq tək olmaq istəmirəm…”
18 Apr 2024 | 23:38
Putinin hədiyyə etdiyi avtomobillə gündəm oldu – VİDEO
18 Apr 2024 | 23:35
Ciddi istilər yaxınlaşır – XƏBƏRDARLIQ
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 23:30
Binə sakini: “Elə bil Somalidə yaşayırıq” - VİDEO
18 Apr 2024 | 23:23
Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - FOTO
18 Apr 2024 | 23:21
Əməkdar mədəniyyət işçisi: “Səhnəyə ədəbli geyimdə çıxmaq lazımdır” - FOTO
18 Apr 2024 | 23:17
Bakıda yarım milyon manata Quran satılır? - FOTO
18 Apr 2024 | 23:15
Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir
18 Apr 2024 | 23:14
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
18 Apr 2024 | 23:11
Əhaliyə BƏD XƏBƏR: Bahalaşacaq
18 Apr 2024 | 23:09
Konqoda hökumətyönlü silahlılarla üsyançılar arasında döyüşlər başlayıb
18 Apr 2024 | 23:08
Gürcüstan hadisələrində Qərb izi - “Gürcüstan üzərindən Azərbaycana da...”
18 Apr 2024 | 23:07
“TikTok”a qadağa qoyulur? – Deputat AÇIQLADI
18 Apr 2024 | 23:05
Məhsullarında palma yağı istifadə olunurmuş – ŞİKAYƏT / FOTO
18 Apr 2024 | 23:02
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 22:52
Rus qoşunları heç bir ölkədən qansız çıxmamışdı: Azərbaycan ilki necə bacardı? - DETALLAR
18 Apr 2024 | 22:24
Bayramda aldığınız çəkidən necə xilas olmalı?
18 Apr 2024 | 22:18
İlkin Həsəni xanımının gizli çəkdiyi VİDEOSUNU paylaşdı
18 Apr 2024 | 22:14
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
18 Apr 2024 | 22:07
Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
18 Apr 2024 | 22:03
UEFA “Barselona” klubunu cərimələyib
18 Apr 2024 | 22:00
İmişlidə DƏHŞƏT: Ailəsi 18 yaşlı qızın tövlədə asılmış meyitini tapdı
18 Apr 2024 | 21:42
Xaricdən aldığımız ətin qiyməti bahalaşıb - 1 ton üçün 488 dollar
18 Apr 2024 | 21:39
Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
18 Apr 2024 | 21:37
Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu
18 Apr 2024 | 21:35
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
18 Apr 2024 | 21:33
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 21:15
Abşeronda oğlan özünü yandırdı
18 Apr 2024 | 21:09
"Dünyanın ən nüfuzlu 100 adamı" - "Time" jurnalı
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 21:05
May ayında pul içində üzəcək 3 bürc
18 Apr 2024 | 21:02
İranın Rusiyadakı səfiri: İsrail yenidən hərəkətə keçsə, daha ciddi cavab veriləcək
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 20:52
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
18 Apr 2024 | 20:47
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
18 Apr 2024 | 20:33
Fransada uşaqları küçədə bıçaqladılar
18 Apr 2024 | 20:25
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib
18 Apr 2024 | 20:17
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:13
“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi - TƏFƏRRÜAT
18 Apr 2024 | 20:09
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
18 Apr 2024 | 20:01
Azərbaycanda yeni mərkəz yaradıldı və rəhbər təyin edildi - FOTO
18 Apr 2024 | 19:55
Düymələr niyə qadın paltarlarında solda, kişilərdə sağdadır?
18 Apr 2024 | 19:42
Sülhməramlıların regiondan çıxması, Azərbaycanın hədəflərə doğru uğurla getməsi - Deputat şərh etdi + FOTO
18 Apr 2024 | 19:26
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
18 Apr 2024 | 19:19
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
18 Apr 2024 | 19:03
Həddindən artıq duz olan QİDALAR
18 Apr 2024 | 19:01
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
18 Apr 2024 | 18:55
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
18 Apr 2024 | 18:53
İranlı narkotacirdən 12 kq narkotik alan narkokuryer Hacıqabulda saxlanılıb
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 18:15
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 18:10
Qızlarla müqayisədə oğlan abituriyentlərin buraxılış imtahanının nəticələri niyə zəifləyib? - VİDEO
18 Apr 2024 | 17:58
Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılacaq
18 Apr 2024 | 17:55
“Biz hər zaman ədalət axtarırmışıq, intiqam yox!”
18 Apr 2024 | 17:44
“Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”
18 Apr 2024 | 17:42
Başlıbel qətliamının şahidi: “Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər” - VİDEO
18 Apr 2024 | 17:37
Dron hücumları Rusiyanın dizel ixracını 25 faiz AZALDIB
18 Apr 2024 | 17:34
Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir
18 Apr 2024 | 17:32
“Rəsmi Paris öz maraqlarını beynəlxalq hüquq və ədaləti pozmaqla təmin etməyə çalışır”
18 Apr 2024 | 17:24
Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
18 Apr 2024 | 17:22
Sabiq nazir həbsdə qaldı
18 Apr 2024 | 17:21
Azay Quliyev Almaniyaya səfər edəcək
18 Apr 2024 | 16:58
Zülfüqar Hüseynzadənin Başlıbeldən yarımçıq qalan REPORTAJI
18 Apr 2024 | 16:36
ABŞ Konqresi Ukrayna, İsrail və Tayvana yardım üzrə səsvermə təyin edib
18 Apr 2024 | 16:33
"Məsləhətiniz üçün sağ olun, amma qərarları biz özümüz qəbul edirik" - Netanyahu
18 Apr 2024 | 16:31
Budanov Rusiya üçün yaxın aylarda "sürprizlər" vəd edib
18 Apr 2024 | 16:20
“İki dövlət, bir millət” anlayışı ilə birləşdiyimiz Azərbaycanı dəstəkləyirik - Türkiyə MN
18 Apr 2024 | 16:18
"Azəriqaz"ın baş direktoru Ağdamda vətəndaşları qəbul edib
18 Apr 2024 | 16:16
Bayden dayısının cəsədinin itkin düşməsində adamyeyənləri günahlandırıb
18 Apr 2024 | 16:06
Almaniya prezidenti Türkiyəyə özü ilə dönər gətirəcək - 60 kilo...
18 Apr 2024 | 16:02
Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı son dəqiqə açıqlaması - Günahkardır?
18 Apr 2024 | 15:56
Gürcüstan prezidenti qanun layihəsinə veto qoydu
18 Apr 2024 | 15:54
İran İsrailin nüvə mərkəzlərinə zərbə endirəcəyi ilə hədələyib
18 Apr 2024 | 15:52
Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib
18 Apr 2024 | 15:40
"Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"
18 Apr 2024 | 15:36
“Yaz xəstəlikləri” nəyə deyilir? - Professor ehtiyatı əldən verməməyi tövsiyə edir
18 Apr 2024 | 15:31
Zəngilanda silah-sursat aşkarlanıb
18 Apr 2024 | 15:23
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
18 Apr 2024 | 14:53
"Üzümdə əməliyyat etdirməmişəm"
18 Apr 2024 | 14:51
Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar
18 Apr 2024 | 14:19
AŞPA Rusiya prezidenti Vladimir Putini qeyri-legitim elan edib
18 Apr 2024 | 14:15
"Ermənistan Qərbin əlində Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması alətinə çevrilib" - Zaxarova
18 Apr 2024 | 14:11
Xalq artistindən həmkarlarına ağır sözlər: “Onların yiyəsi yoxdur, sırtıqlaşıblar”
18 Apr 2024 | 14:08
Müxalifətçiliklə vicdansızlığı səhv salanlar...
18 Apr 2024 | 14:07
Kahramanmaraşda ZƏLZƏLƏ
18 Apr 2024 | 13:54
Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı
GÜNLÜK
18 Apr 2024 | 06:05
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
18 Apr 2024 | 07:53
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
18 Apr 2024 | 08:00
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
18 Apr 2024 | 04:57
Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
18 Apr 2024 | 05:52
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 04:54
Fransada Putinin keçmiş həyat yoldaşının villası müsadirə edilib
18 Apr 2024 | 04:56
Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 08:48
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 06:05
Plazmanın köməyi ilə qırılan sümükləri tez bərpa edə biləcək üsul kəşf edildi...
18 Apr 2024 | 07:53
Rusiyada daha bir məscid söküldü...-FOTOLAR
18 Apr 2024 | 08:00
Məzarsız qalan nənəyə, dünyasını dəyişən ataya, şəhid əsgərə borclu qalmaq ƏZABI...
18 Apr 2024 | 04:57
Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
18 Apr 2024 | 05:52
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
18 Apr 2024 | 10:54
Xocalını 9 yaşında tərk edən Ləfxanımın qızının toyu oldu - VİDEO
18 Apr 2024 | 04:54
Fransada Putinin keçmiş həyat yoldaşının villası müsadirə edilib
18 Apr 2024 | 04:56
Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər
18 Apr 2024 | 10:51
Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək
18 Apr 2024 | 08:48
“Ermənilər heç kimi bir güllə ilə öldürməyiblər, işgəncə verib, diri-diri yandırıblar” - BAŞLIBEL SAKİNİ +FOTO