Elçin Şıxlı:“Ya o tərəfə yıxılmalısan, ya da bu tərəfə”
Oxunub: 2915
03 Jun 2014 | 12:21
Elçin Şıxlı:“Ya o tərəfə yıxılmalısan, ya da bu tərəfə”

“Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlının “Qafqazinfo”ya müsahibəsi:

 - 2001- ci ildən qəzetin təsisçisi və baş redaktorusunuz. Bu 13 il müddətində heç belə çətin situasiya ilə qarşılaşmışdınızmı?

- Birinci onu deyim ki, mən qəzetin 1990- cı ildən təsisçisiyəm.  O zaman dörd nəfər təsisçi idi,  yəni həmtəsisçi olmuşam. Sadəcə 2001-ci ildən sonra ayrıldıq, hərə öz işiylə məşğul oldu. Bu 24 il ərzində istənilən vəziyyətə düşmüşük. Çox çətinliklər olub. Amma bir şeyi deyim ki, bircə gün də qəzeti dayandırmamışıq.  Ola bilsin, qar, çovğun hansısa fors-major hadisə olub və.s  Amma şüurlu şəkildə qəzeti dayandırmamışam.  Mən qəzetə həmişə biznes kimi yanaşmışam. Qəzet müstəqil fikir söyləyə bilməsi üçün  gərək özü-özünü təmin edə bilsin. Yox əgər təmin edə bilmirsənsə, seçim etməlisən. Ya o tərəfə yıxılmalısan,  ya da bu tərəfə. Amma iş orasındadır ki, müstəqil qalmaq üçün biznes müstəqil olmalıdır. Gəlirlər çıxarları üstələməlidir. İndi elə vəziyyət yaranıb  ki, xərclər gəlirlərdən üstündür.  Ona görə də normal bizneslə məşğul olan adam daha dərin borc uçurumuna yuvarlanmamaq üçün vaxtında qərar  verib o işi dayandırmalıdır.

- Vəziyyət son aylarda daha da gərginləşdi?

- Yox, bu proses son bir ayın söhbəti deyil. Ən azından son üç-dörd ildir ki, bu proseslər gedir. Bunun  obyektiv və subyektiv tərəfləri var. Təəssüf ki, bizdə bunun subyektiv tərəfləri obyektivliyi üstələyir. Ümumi qəzet bazarında iqtisadi landşaftda dəyişikliklər ona gətirib çıxarır ki, reklam bazarı kasadlaşır. Reklam demək olar ki, yoxdur. Təmərküzləşmə gedir. Nəticədə inhisar güclənir. Rəqabət olmayan yerdə də təbii ki, reklama ehtiyac olmur. Adama gəlir ki, mən hamıdan güclüyəm, kim nə deyir desin, mən varam. Bu tendensiya daha çox Azərbaycanda müşahidə olunur. Yəni reklam nöqteyi-nəzərindən mənim reklama  ehtiyacım yoxdur.

- Siz özünüz də qeyd edirsiniz ki Azərbaycana mediasında reklam bazarı bir o qədər inkişaf etməyib. Nə qədər media var, bunların yaşamı reklamdan asılı deyil. Bu durumu tək reklam bazarı ilə bağlamaq nə dərəcədə doğrudur?

-Suala elə özünüz cavab verdiniz. Normal medianın iki gəlir mərkəzi  var. Mən çap mediasını nəzərdə tuturam. Biri satış, digəri isə reklamdır.  İndi də maşallah nə satış var, nə reklam. Əksər hallarda indinin özündə yaxşı olmayan vəziyyət yaranıb. Reklam yox, satışın da problemlərini bilirik. Neçə illərdir ki, müzakirə olunur. Əl yayımı qadağan olunub, metro satışı da o cümlədən. Bir yayım şirkəti Qasid çökür, digər köşklər var , amma şirkət yoxdur. Bunlar qadağan olunmuş yerlərin yerini vermir. Həmin köşklər qəzet satışında maraqlı deyillər.

- Oxucu problemi bəs necə?

- Əgər internet saytlardan giriş pullu olsaydı, mən keyfdə olardım. Çünki girişlər çapdan dörd-beş dəfə artıqdır.

- Mətbuat Şurası bu aşamada sizə dəstək vermirmi?

- Əslində, bu məsələ Mətbuat Şurasının funksiyasına da daxil deyil.  Mən sadəcə MŞ-nın qəzet olaraq təsisçisi, həm də üzvüyəm.  Adətən heç vaxt kimdənsə kömək istəməmişəm. Bunlar da görünür elə biliblər ki, səsim çıxmırsa, deməli hər şey yaxşıdır.  Sonra bir balaca səsimi çıxartdım, maraqlandılar.

- Nəylə maraqlandılar?

- Müzakirələr hələ də gedir.

- Ümid varmı?

- Ümid həmişə var. Təbii ki, müəyyən mənada mənim üçün çətindir.  Mənən çox çətindir, amma nikbinliyimi itirməməyə çalışıram.

- Elçin bəy, müsahibələrinizdə qeyd edirsiniz ki, qəzetin bu çətin duruma düşməsi Rauf Mirqədirovun  həbsi ilə bağlı deyil. Amma gəlin açıq danışaq ki, biz qəzetdəki problemlərin bu dərəcədə olmasından onun  həbsindən sonra xəbər tutduq...

- Mən yenə də deyirəm ki, Rauf Mirqədirovun həbsi ilə heç bir əlaqəsi yoxdur.  Çünki mən bu addımı artıq yanvar ayında atmaq istəyirdim. Sonra müəyyən işartılar göründü. Düşündüm ki, vəziyyət yaxşılığa doğru dəyişməkdədir. Amma heç nə dəyişmədi. Bir məsələni də qeyd edim ki, Raufun həbsi və belə ağır  cinayət maddəsi ilə ittiham olunması mənən çox ağırdır. Həm mənə, həm də yaradıcı kollektivə ağırdır. Çünki Raufun belə bir iş görməyinə heç kim inanmır və təsəvvürünə də gətirmir. Və mən əminəm ki, onun heç bir günahı yoxdur. Sağlıq olsun araşdırmalar da bunu göstərməlidir.  Mən hər halda buna ümidvaram.

- Rauf bəyin yazılarının qəzetdə çap olunmaması üçün sizə təhdidlər gəlirdimi?

- 24 il ərzində çox mesajlar alınıb. Bir neçə hakimiyyət dəyişikliyi zamanı bizi döyüblər, mesajlar da gəlib. Döyülmüşük, söyülmüşük, qəzet yoxlamalardan, təzyiqlərdən də keçib. Amma ümidimizi itirmədən işləmişik. Tək biz yox, bir çoxları belə işləyib. Amma indi vəziyyət elə gətirib ki, tutalım ki, təzyiq olanda qəzetin tirajı 150 min idi. Mənə necə təzyiq edə bilərlər? İndi 3000 -5000 tirajın olanda daha da təzyiq etmək imkanları yaranır. O zaman qəzetlərin sayı 20-30 olardı. İndi 4000-dən çox qəzet qeydiyyatdan keçib.  Saytların sayını heç bilmirəm.  Belə olan şəraitdə dayanmağa ehtiyac var. Mən həmişə deyirdim ki, kəmiyyətin keyfiyyətə keçmək qanunu var. Amma yaman uzun çəkdi.  24 ildir ki, bunu deyirəm, amma keyfiyyət yoxdur. Kəmiyyət getdikcə artır. Bilmirəm, nə qədər də artmalıdır ki, keyfiyyət tərəfə dönüş olsun.

- Rauf bəy özü hər hansı narahatçılıq olduğunu sizə demişdi?

- Yox. Bu çox gözlənilməz bir şey oldu.  Ã–zünün də, mənim də ağlıma gəlmirdi.

- Həbsdən bir neçə vaxt keçib. İndi baş verənlərə daha soyuqqanlı baxaraq qiymət vermək olar. Sizcə əslində nə baş verir?

- Bir şey söyləmək çətindir.  Çünki burada məntiqə uyğun heç nə yoxdur.  Sağlam məntiqə uyğun bir şey tapa bilmirəm deyim ki, bu baş verib.

- Mətanət Əzizovanı Rauf Mirqədirov işi ilə bağlı dindiriblər. Amma özünün dediyinə görə istintaqda ona Leyla Yunusla bağlı suallar veriblər. Ola bilərmi ki Rauf Mirqədirovun həbsi əslində Leyla Yunusun həbsinə hesablanmış bir addımdır?

- Bilirsiz, mən Raufun həbsini Leyla Yunusla bağlamazdım.  Leyla Yunusu həbs etmək istəsəydilər, birbaşa onu həbs edərdilər və konkret deyərdilər ki, filan epizoda görə biz sizi həbs edirik. Raufun həbsi Raufun həbsidir.  Leyla Yunusun sıxışdırılması Leyla Yunusa aiddir.  Mətanət Əzizovanın özündən xoflanıb harasa qaçması ona aiddir.

- Heç əlaqə görmürsünüzmü?

- Layihə üzərində işləyiblər. Yenə deyirəm, Leyla Yunusu həbs etmək istəsəydilər onu edərdilər, Raufun buna heç bir aidiyyatı yoxdur.

- Atasının dəfnində iştirak edərkən Rauf bəylə görüşdünüz. Nə danışdı sizə? Ona münasibət necədir?

- Ona iş barədə danışmağa icazə yoxdur.  Necəsən, nə var , nə yox, hansı kitabları oxuyursan ? O dedi ki, bədii əsərlər çox oxuyur.  Vaxtı da var. Kitabxana da babatdır.  Deyir ki, indi rus xarakterinin təbiətini yenidən öyrənir.

- Onun həbsinin Rusiya ilə bağlı olduğunu da deyənlər var...

- Təbii əlaqəsi var, amma təkcə Rusiya ilə yox.

- Başqa?

- Türkiyə, Ərdoğanın şəxsən münasibəti.

- Rauf Mirəqədirov məsələsində Türkiyənin bu mövqədə dayanması suallar doğurur...

- Ərdoğanı çox adam bəyənir. Millət ona səs verir. Şəxsən mən Ərdoğanı bəyənmirəm.  Son zamanlarda bu adam normal demokratik təsisatların əleyhinə gedir və mənə elə gəlir ki, bir qədər normal məntiqdən də kənara çıxır. Mən ümumiyyətlə Türkiyədən belə münasibət gözləmirdim.

- Ərdoğanın Azərbaycan səfərində artıq bu məsələ barədə razılığa gəlindiyini ehtimal edənlər də var...

- İndi bilmirəm nə danışıblar. Bu yuxarıların işidir.  Ã–zlərinin dövlət başçıları səviyyəsində söhbətləri olub.

- Rauf Mirqədirovun həbsində Türkiyəmi, Azərbaycanmı kimlər daha  maraqlı ola bilər?

- Əslində onun həbsi Rusiya və Ermənistanın marağındadır. Çünki Raufun bütün yazıları Rusiya və Ermənistanın Dağlıq Qarabağ siyasətini ifşa edirdi. Daşını daş üstündə qoymurdu.  Rauf bu məsələni çox gözəl, incəliklərinə qədər bilir.  Rauf Ermənistanda konfranslarda iştirak edirdi və bizim mövqeyimizi çox savadlı şəkildə müdafiə edirək onları borclu çıxarırdı. O ermənilərə bu nöqteyi-nəzərdən sərf etmirdi. Təbii ki Rusiyanın da həm Dağlıq Qarabağ məsələsində, həm də Azərbaycana təzyiqlər baxəmından və son zamanlar qlobal şəkildə baş verən siyasi hadisələrə çox gözəl qiymət verirdi və Putinin siyasətini ifşa edirdi. Raufun yazı yazmağı Rusiyanın marağında deyildi.

- Rauf bəyi atasının dəfnində iştirak etməyə icazə verdilər. İstintaq dövrü başa çatmamış belə bir hala qanunla icazə verilmir. Ona olan bu yumşaq münasibət azad olunacağınamı işarədir?

- Mənim bildiyim qədər və hüquqdan başı çıxan adamlarla söhbətim zamanı söylədilər ki, belə bir ittihamla insanın müvəqqəti olsa belə dəfn mərasimində iştirak etməsi üçün buraxılması qeyri-mümkündür.  Amma Raufu buraxdılar. Mənim üçün bu xeyli müsbət məqamdır. Ehtimallar irəli sürmək istəmirəm. Amma ümidvaram ki, bu yaxşı bir təzahürdür. Bildiyim qədəri ilə o ittihamla insan heç yerə çıxmamamlı idi. Ümidvaram ki, araşdırmalar nəticəsində Raufun günahsızlığını istintaq orqanları sübut edəcəklər.

- Onunla görüşə icazə verilirmi?

- Xeyr. Vəkillərlə görüşür. Adətən qohum-əqrəbalara həftədə bir dəfə görüşə icazə verilməlidir. Amma hələ ki icazə vermirlər. Mən cəh etdim görməyə. Dedilər ki, qanunvericilikdə belə bir şey yoxdur. Çünki hələ istintaq gedir.

- Rauf bəydən danışdıq. Qəzetin durumu arxa plana keçdi. Bilmək istəyirəm ki, bu çətin məqamda həmkarlarınızdan sizə dəstək olanlar varmı?

- Dəstək mənəvidir.  Sağolsunlar. Hətta yayım şirkətlərindən dəstək olur. İllərdir işlədiyim “Qaya” şirkətininin rəhbəri Xanhüseyn müəllim də zəng etmişdi. Dedi neyniyək? Dedim ki, siz bizim qəzeti ancaq satmaqla kömək edə bilərsiniz. Deyir onda qəzeti buraxın.  Mənən dəstək verirlər, daha ondan artıq neynəməlidirlər ki?

- Necə düşünürsünüz, qəzet nə vaxt satışa buraxılacaq?

- Vallah bilsəydim bu saat çox rahat qapını bağlayıb gedərdim dincəlməyə. Bilmirəm hələ.  Amma ümidvaram ki tez bir zamanda buna aydınlıq gələcək.

Oxşar xəbərlər
19:59, Bu gün
Bağanis Ayrımın müdafiə zonası minalardan təmizlənir
19:56, Bu gün
Oğlu Cavanşir Məmmədovun məzarı önündə göz yaşı tökdü - VİDEO
19:50, Bu gün
Bakıda hoteldə yanğın olub - YENİLƏNİB
19:41, Bu gün
Niyə yazda günəş eynəyi taxılmalıdır? - MARAQLI FAKT
19:35, Bu gün
Bakıda taxta bazarındakı yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB-4
19:30, Bu gün
Mərkəzi Afrika Respublikasında gəminin batması nəticəsində azı 60 nəfər ölüb
19:27, Bu gün
İsrail “Hizbullah” döyüşçülərinin yerləşdiyi binaya zərbə endirib, ölənlər var
19:23, Bu gün
Bağanis Ayrımdan olan 85 yaşlı neftçi: Kəndimizin qaytarılacağı xəbərinin sevincini sözlə ifadə etmək çətindir
19:22, Bu gün
Ermənistan KİV: Bağanis Ayrım kəndinin ərazisində artıq minatəmizləmə işləri aparılır
19:05, Bu gün
Sakinlərin bağladığı Ermənistan – Gürcüstan dövlətlərarası avtomobil yolu açılıb
19:00, Bu gün
Xidmət rəisi: Taxta bazarındakı yanğında 1000 m²-ə yaxın taxta yanıb
18:56, Bu gün
Niyə hər gün darçın istehlak edilməlidir?
18:52, Bu gün
Bu yağlarla qızartma etməyin - ZƏRƏRLİDİR
18:48, Bu gün
Türkiyə XİN: “Azərbaycanla Ermənistan arasında əldə olunan razılaşma sülh sazişi üçün mühüm addımdır”
18:42, Bu gün
Aktrisa illər sonra etiraf etdi: "Yoxsa saçsız qalacaqdım" - FOTO
18:24, Bu gün
Bu bürclər üçün ilin ən xoşbəxt dövrü başlayır
18:21, Bu gün
Azərbaycanda ictimai iaşə dövriyyəsi 7 %-ə yaxın artıb
18:11, Bu gün
Xatirə İslam: "Mənə belə suallar verməyin!" - VİDEO
18:07, Bu gün
11 milyard dollarlıq “El-Klassiko”
18:05, Bu gün
Xeyrimli kənd sakinləri: Qayıdacağımız günü səbirsizliklə gözləyirik
17:58, Bu gün
Xərçəngdən qorunmağın SADƏ YOLU
17:56, Bu gün
"Bakcell"dən 25 Apreldə 100 000 GB kütləvi HƏDİYYƏ
17:54, Bu gün
Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO
17:51, Bu gün
Bakıda növbəti ümumşəhər iməciliyi keçirildi, 551 küçə yuyuldu - YENİLƏNİB + FOTO
17:48, Bu gün
Bir neçə saatdan sonra ən qədim tarixə malik ulduz yağışını izləmək olacaq - FOTO
17:45, Bu gün
Ərdoğan HƏMAS lideri ilə görüşdü
17:40, Bu gün
Ceyranbatan su kanalında batan şəxsin kimliyi məlum olub - YENİLƏNİB
17:31, Bu gün
Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır
17:27, Bu gün
Paşinyanın Qərbə kabab iyinə getməsi hakim partiyada “soyuq duş” effekti yaradıb - TƏHLİL + FOTO
17:22, Bu gün
Rusiyadan iddia: “Sülhməramlılar yaxınlarda yenidən qayıdacaq”
17:17, Bu gün
Basketbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşdi
17:15, Bu gün
“Mir Cəfər Bağırov kinayə ilə mənə dedi: ”Sultan bəy! Sən məni hələ pis tanıyırsan...”
17:12, Bu gün
Ruhəngiz Musəvi: “ Cavanşirin şəkər xəstəsi olduğunu bilirdim”
17:08, Bu gün
PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda saxlanıldı
17:03, Bu gün
Gürcüstanda xarici agentlər haqqında qanuna yenidən baxıla bilər
16:53, Bu gün
Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım - FOTO
16:47, Bu gün
BDU-nun Qazax filialında inklüziv təhsilə dair II Beynəlxalq elmi-praktiki konfransın regional bölməsinin iclası olub - FOTO
16:40, Bu gün
Aşağı Əskipara kənd sakini: "Niyyət etmişəm ki, kəndimizə piyada gedib, torpağından öpəcəyəm"
16:36, Bu gün
Azərbaycanda qadın qardaşının məzarında özünü bıçaqladı
16:31, Bu gün
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib - FOTO
16:25, Bu gün
Möhtəşəm hərbi qələbədən yeni diplomatik zəfərlərə...
16:23, Bu gün
Əməkdar artist Cavanşir Məmmədov dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO
16:20, Bu gün
"Ölümü 1 saniyə çəkdi" - Cavanşir Məmmədovun həyat yoldaşından AÇIQLAMA
16:15, Bu gün
Türkiyə XİN Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı BƏYANAT YAYDI
16:13, Bu gün
Aybəniz Haşımova: “Bir gün eşidəcəksiniz ki, mən də yoxam”
16:10, Bu gün
Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayıb
16:07, Bu gün
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
16:02, Bu gün
Ceyhun Bayramov İran səfirini qəbul etdi
15:58, Bu gün
“O, dəhşətli dərəcədə öldürüləcəyindən qorxurdu” – SSRİ dəmiryolu nazirinin Stalinlə bağlı xatirələri...
15:52, Bu gün
Bakının pozduğu ssenarilər – Qərbə ümid edən “şamsız” yatar, Azərbaycana - yox!
15:47, Bu gün
Zemfira Nərimanova: “Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm” - FOTO + ÖZƏL
15:42, Bu gün
İlham Əliyevin yeni qələbəsi - ŞƏRH
15:36, Bu gün
Azərbaycan və Ermənistan vasitəçi olmadan razılaşdı - Sülh müqaviləsi və Zəngəzur dəhlizinə gedən yol qısaldı
15:30, Bu gün
"Qafqaz Albaniyası irsinin daha sistemli şəkildə araşdırılmasına ehtiyac var"
15:25, Bu gün
Fuad Hüseynəliyev: “Azərbaycan və Ermənistan danışıqlar masasında daha çox məsələni həll etməyə qadirdir”
15:20, Bu gün
Azərbaycanın iştirakı ilə CAREC ölkələrilə tranzit daşımaları həyata keçirilməsi üzrə beynəlxalq saziş hazırlanır
15:15, Bu gün
Sabiq türkiyəli diplomat: "Ay erməni xalqı, bu fürsətdən sən də yararlan..."
15:14, Bu gün
Kahalarda cəmi 18 gün gizlənə bilmişdilər... - Başlıbel faciəsinin şahidləri ilə Başlıbeldə - REPORTAJ
15:10, Bu gün
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi - FOTO
15:05, Bu gün
Azərbaycan ÜGT-də idxal-ixrac prosedurlarının sadələşdirilməsi üzrə müzakirələ qoşulub - FOTO
15:00, Bu gün
Əsas kapitalını Bakı nefti hesabına toplamış Nobel və separatçı erməni milyonçu - ŞƏRH + FOTO
14:55, Bu gün
Daha bir müntəzəm marşrut xətti "BakuBus"a verildi
14:50, Bu gün
“Ruslar Qarabağdan çıxmaq istəmirdilər, amma...” - Danielyan
14:45, Bu gün
Addım-addım sülhə doğru: Proses Qazaxdan başlandı - ŞƏRH + FOTO
14:40, Bu gün
Boşanmış qadın başqası ilə sevgili oldu, qardaşı biləndə... - "Onu yox, məni öldür..." – ŞOK
14:35, Bu gün
İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO
14:30, Bu gün
Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar etdilər
14:25, Bu gün
Azərbaycanlı iş adamı öldürüldü
14:20, Bu gün
Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”
14:14, Bu gün
Xətaidə “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
14:08, Bu gün
İran-İsrail gərginliyinin simvolik mesajları: Müharibədən qaçmaq mümkündürmü?  
14:03, Bu gün
Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq
13:50, Bu gün
"Neftçi"nin iki futbolçusu "Zirə" ilə oyunu buraxacaq
13:48, Bu gün
“Bu etirazların Paşinyanın məlum 4 kənd haqda qərarını dəyişdirməsi mümkün deyil...”
13:45, Bu gün
Türkiyədə Osmanlı dövrünə aid tarixi bina yanır - FOTO
13:42, Bu gün
“Burada heç bir təhqir, heç bir alçaldılma yoxdur”
13:40, Bu gün
Biləsuvarda qadın yaylığı ilə özünü asdı
13:36, Bu gün
Parlament seçkilərinin anonsu verildi: Avqustda...
13:30, Bu gün
Dörd kəndin qaytarılması Aİ və ABŞ-nin prosesə müdaxilə cəhdinin iflasa uğramasıdır
13:25, Bu gün
"Ermənistanın “alimləri” və onlara dəstək verənlər elmin yox, siyasətin ardınca gedirlər" - Kamal Abdulla
13:20, Bu gün
AMB sədri Qafqaz və Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlıq perspektivlərini müzakirə edib - FOTO
13:12, Bu gün
IMF Azərbaycanın iqtisadi inkişaf və iqlim hədəflərinə dəstək verməyə hazırdır - FOTO
13:08, Bu gün
Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilib
13:07, Bu gün
Aşağı Əskipara sakini: “Qanadım olsa, ora uça-uça qayıdaram”
13:07, Bu gün
“Ürəyində 4 stent var idi, əsəb yıxdı onun evini” - Cavanşir Məmmədovun ölüm səbəbi - ÖZƏL
13:06, Bu gün
Müdafiə naziri Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıqlar verib
13:06, Bu gün
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib
13:05, Bu gün
Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib
13:00, Bu gün
Zakir Həsənov sülhməramlılarla bağlı tapşırıq verdi - FOTO/VİDEO
12:56, Bu gün
“Abzas Media” və “Toplum TV” işində yeni faktlar
12:54, Bu gün
Kəlbəcərin Başlıbel kəndi-Yandırılmış Məscidin qalıqları üzərində azan verildi- VİDEO
12:51, Bu gün
Antalyada avtobus aşdı: Çox sayda yaralı var - FOTO
12:48, Bu gün
FHN Lənkəranda qanunsuz tikililəri sökdü - FOTO
12:44, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
12:40, Bu gün
Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll etdi”
12:35, Bu gün
Azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı görülən işlər açıqlandı - FOTO
12:30, Bu gün
Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşdü
12:26, Bu gün
Oğuzda yoldakı çala-çuxuru çınqılla doldurdular: Asfalt da olacaq - FOTO/VİDEO
12:21, Bu gün
Ağlaşma bitir, anlaşma zamanıdır - Kənardan qaz verən olmasa, Qafqazda münaqişə az olar
12:15, Bu gün
Qərar verildi: Bu verilişlər bağlanır - Dəqiq tarix
GÜNLÜK
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
AYLIQ
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı