“Ukrayna MDB məkanının demokratiya mərkəzinə çevriləcək”
Oxunub: 3838
31 May 2014 | 12:58
“Ukrayna MDB məkanının demokratiya mərkəzinə çevriləcək”

Ukraynada Avromaydan mübarizəsi siyasi hakimiyyəti demokratik yolla yenidən formalaşdırmaq şansı yaratsa da ölkə son dərəcə ciddi problemlərlə üz-üzədir. Krımın işğalı, ölkənin doğusundakı separatizm, aylardır yığılıb qalan sosial-iqtisadi problemlər yeni iqtidarın heç də asan şərtlər altında işləməyəcəyinin xəbərçisidir. Bir neçə ildir Ukraynada yaşayan Azərbaycan Daxili Qoşunlarının keçmiş komandanı Fəhmin Hacıyevlə Kiyevdəki görüşümüzdə ölkənin bu günündən danışdıq. 


- Poroşenkonun Ukraynasını necə təsəvvür edirsiniz ?

- Ukrayna xalqı və siyasi ekspertlər Yanukoviçi əvəzləyəcək şəxsi bir neçə il öncədən axtarmağa başlamışdılar. Daha doğrusu, əsas müzakirə mövzusu siyasi liderlər deyil, Ukraynanın hüquqi və demokratik dövlət kimi formalaşması üçün Yanukoviç dövrünün idarəetmə sistemindən imtina edilərək yeni, şəffaf idarəetmə sisteminə keçilməsi idi. Yeni sistemdə avropa dəyərlərinə üstünlük verilməli və hakimiyyətin bir əldə cəmləşməsinə son qoyulmalı idi. Sovet dövründən miras qalmış, hətta müstəqillik qazanıldıqdan sonra belə getdikcə avtoritarlaşan idarəetmə sistemindən radikal islahatlarla yeni sistemə keçilməsini təmin edəcək möhkəm iradəli liderə ehtiyac yaranmışdı. Ukrayna siyasiləri içərisində Petro Poroşenko bu modelə ən uyğun şəxslərdən biri kimi gündəmdə idi. 2004-cü il narıncı inqilabından sonra Viktor Yuşşenko müasir idarəetmə sistemini tətbiq etməyə çox ciddi cəhdlər etmişdi. Bir çox sahələrdə buna qismən də olsa nail olmuşdu. Ancaq Yuliya  Timoşenkonun siyasi leksikondan uzaq ifadələrlə desək, ərköyün, cığal, bir çox hallarda aranı qarışdırmağa yönələn gedişləri nəticəsində Viktor Yanukoviç hakimiyyətə gəldi. Yanukoviçin hakimiyyətə gəlişi ilə Yuşşenko dönəmində  başlanmış bütün islahatları dayandırıldı, yeni siyasi hakimiyyət özünün korrupsiya imperiyasını yaratmağa başladı. İş o həddə çatmışdı ki, yüksək dövlət və hökumət vəzifələrinə Yanukoviçin oğlunun istədiyi şəxslər təyin olunurdu. Maydan hərəkatı başlanmasının əsas səbəblərindən biri bu idi. İnsanlar ümid edirdilər ki, Viktor Yanukoviç Avropaya inteqrasiya qərarı versə, ölkə tədricən korrupsiyadan və Rusiyanın təsirindən xilas ola bilər. Ancaq Yanukoviç xalqının deyil, Rusiyanın yanında olmağı seçdi, bu səhv strateji seçimin sonucunda xalq ayağa qalxaraq inqilab etdi. Maydan hərəkatı zamanı Müsavat Partiyasının başqanı İsa Qəmbər Kiyevə gələrək Azərbaycanın Ukrayna xalqının mübarizəsinə dəstək verdiyini bəyan etdiyi günlərdə Petro Poroşenko ilə görüşmüşdü. Artıq o zaman bəlli idi ki, Ukraynanın yeni prezidenti Poroşenko seçiləcək. Qərbin dəstəyi ilə yanaşı ona xalqın böyük etimadı var idi. Poroşenkonin siyasi keyfiyyətlərinə gəlincə, o, qətiyyətlidir, avrointeqrasiyanın tərəfdarıdır. Üstəlik, son illərin daxili siyasi çəkişmələrində iştirak etməyib, intellektual səviyyəsi çox yüksəkdir, dövlət idarəetməsini, beynəlxalq münasibətləri, biznes idarəetməsini, ictimai rəylə hesablaşmanı mükəmməl bilir. Adı korrupsiya qalmaqallarında bir dəfə də olsun  hallanmayıb. Ən əsası isə Ukraynanı sevir. Fikrimcə, Petro Poroşenkonun prezidentliyi dövründə Ukraynada ciddi siyasi və iqtisadi islahatlar aparılacaq, iqtisadiyyatın inkişafı sürətlənəcək. Qərbin indiyə qədərki davranışlarından bəlli olur ki, Ukrayna məhsullarının reallaşdırılması üçün Avropa məkanında yeni imkanlar açılacaq, ölkəyə Qərb investorlarının axını sürətlənəcək. Heç şübhəsiz Ukraynanın ən ciddi problemi olan ərazi bütövlüyü məsələsidir. Poroşenkonun bu sahədə də bir çox uğurlara imza ataçağı gözləniləndir. Separatçı meyllərin azaldılması, terrorun kökünün kəsilməsi üçün ən önəmli olan siyasi iradə Poroşenkoda artıqlaması ilədir.   
- Ukrayna leqal hakimiyyətini qurduğu bir dönəmdə Rusiya prezidenti Vladimir Putin MDB ilə bağlı planlarını gerçəkləşdirmək üçün önəmli addımlar atıb ”“ Rusiya, Qazaxıstan, Belorus mini-sovetlər birliyi modeli kimi təqdim edilən Avrasiya Birliyini yaradıb. Siz keçmiş sovetlər birliyi məkanındakı siyasi proseslərin hansı yöndə irəliləyəcəyini proqnozlaşdırırsınız?

- Göründüyü kimi bir sıra MDB ölkələri, o sıradan Azərbaycan bu proses ehtiyatla yanaşır. Fikrimcə, Rusiya bu birliyi təsəvvür etdiyi formatda yarada bilməyəcək. Əksinə, Ukraynadakı demokratik dəyişikliklər MDB məkanındakı ölkələrin, o sıradan Rusiyanın siyasi sistemlərinin dəyişməsi prosesini sürətlənəcək. Ukrayna MDB məkanını həqiqi mənada demokratiya mərkəzinə çevriləcək. Maydanın siyasi məkanda görmək istədiyi bütün dəyərlər reallaşmağa başlayacaq. Mən buna inanıram.

- Ukraynanın siyasi səhnəsindəki durumu bu gün o qədər də sadə deyil. Timoşenko faktoru ortadadır. Poroşenko Timoşenko başda olmaqla siyasi rəqiblərini siyasi səhnədən sıxışdıra biləcəkmi?   

- Maydan hərəkatı və prezident seçkilərin nəticələri göstərdi ki, korrupsiyalaşmış və hay-küyçü “demokratlara” çağdaş Ukraynada yer yoxdur. Fikrimcə, Poroşenko ən qısa zamanda parlament seçkiləri təyin edilməsinə nail olmalıdır. Yeni parlamentin tərkibinin tamamilə fərqli olacağını isə president seçkilərində vətəndaşların tutduğu mövqe təsdiq edib. Ukraynada sabitliyin pozulmasının qaynağı Rusiya faktoru, bu faktora dəstək verən Kommunist Partiyası, Yanukoviçin yaratdığı və rəhbərlik etdiyi “Regionlar” Partiyasıdır. İndi Ukraynada Kommunist Partiyasının siyasi səhnədən ümumiyyətlə çıxarılması prosesi gedir. Ukrayna Təhlükəsizlik Xidməti kommunistlərin Rusiya ilə əlbir olaraq Ukraynanın milli təhlükəsizliyinə qarşı atdığını addımlarla bağlı faktları ölkə prokurorluğuna təqdim edim, istintaq gedir. Böyük ehtimallar Rusiyanın Ukrayna siyasi səhnəsinə birbaşa təsirlərini, təmaslarını kəsmək üçün Kommunist Partiyasını Ukraynada yasaqlayacaqlar. Eyni zamanda “Regionlar” Partiyası üzərində nəzarət gücləndiriləcək. Yeni parlamentdə “Regionlar” təmsil oluna bilər, ancaq eks-prezidenti partiyasının ölkədəki siyasi proseslərə önəmli təsiri ehtimalı təxminən yoxdur. Növbədənkənar prezident seçkilərində ikinci yer tutmasına baxmayaraq Yuliya Timoşenkonun ölkədə ciddi dəstəyi olduğunu demək olmaz. Poroşenkonun 54 faizinin qarşılığında Timoşenkonun cəmi 13 faizə yaxın səsi var. Böyük ehtimalla bu tendensiya parlament seçkilərində də davam edəcək. Növbədənkənar parlament seçkiləri isə Ukrayna üçün hava, su qədər vacibdir. Yeni parlament seçkilərini keçirilməsə, sabitliyin əldə olunması çox çətin başa gələr və qurbanların sayı ehtimallardan daha yüksək olar.  

- Separatizmlə mübarizə aparmaq üçün Ukrayna hökumətinin resursları yetərincədirmi? 

- Heç şübhəsiz Krımın işğalı və Ukraynadakı separatizmin arxasında Kreml, Putin iqtidarı dayanır. Vladimir Putin Rusiya dövlətinin bütün potensialını Ukraynaya qarşı yönləndirilib. Yəni Ukraynanın qarşısında son dərəcə çətin vəzifə dayanır ”“ ölkə yaxın gələcəkdə onu parçalamağı əsas məqsədi sayan Rusiya ilə sözün bütün mənalarından savaşmalıdır. Aydındır ki,  Ukrayna dövləti üçün çətin olacaq. Yanukoviç dönəmindən qalaqlanan problemlər, Avromaydan zamanı hakimiyyət boşluğunun yaratdığı böhranlı durum, hökumətinin maliyyə resurslarının məhdudluğu bir fərmanla aradan qaldırılacaq məsələlər deyir. Ukraynanın dünya birliyinin ciddi dəstəyinə ehtiyacı var. Ukrayna demokratiya yolunu seçdiyi üçün beynəlxalq aləmdəki nüfuzu Rusiyanın nüfuzundan qat-qat güclüdür. Dünya nüvə dövləti olduğu, beynəlxalq siyasət qaydalarını istədiyi zaman istədiyi formada çeynədiyi üçün Rusiya ilə ehtiyatlı münasibətlərin tərəfdarıdır. Yəni dünya birliyinin Rusiya ilə ehtiyatlı münasibətinin səbəbi Rusiyanın nüfuzu deyil, sivil münasibətlər sistemindən kənarda olmasıdır. Heç şübhəsiz Rusiya-Ukrayna mübarizəsində dünya birliyi Ukraynanın mövqeyini aktiv şəkildə müdafiə edəcək. Ona gərə də Ukraynanın bu mübarizəni qazanacağı ehtimalının daha yüksək olduğu düşüncəsindəyəm. Sonda Ukrayna mütləq qalib gələcək.

- Krımın geri qaytarılmasını bir sıra siyasilər mümkünsüz sayır. Krımın Rusiyaya ciddi yük olduğu gün kimi aşkardır. Rusiya hansı halda Krımdan əl götürə bilər? Sizcə, Poroşenko iqtidarı Krımın geri qaytarılması prosesini başlada bilərmi? 

- Krım məsələsi son dərəcə mürəkkəbdir. Krımı saxlamaq Rusiyadan böyük vəsaitlər tələb edir. İqtisadi durumu o qədər də yaxşı olmayan Rusiya üçün Krım çox böyük maliyyə itkisidir. Bununla belə Rusiyanın dövlət maraqları Krımdan əl çəkməməyi diktə edir. Krımın işğaldan azad edilməsi son dərəcə çətin mərhələlərdən keçməlidir. Petro Poroşenkonun Krım məsələsində prinsipial davranacağı şübhəsizdir. Prezident seçkilərindən sonra ilk bəyanatlarında Poroşenko deyib ki, Krım məsələsinin çözümü Ukrayna dövləti üçün prioritetdir. Yeni prezident Krımla bağlı ayrıca nazirlik yaradılacağını, Krımın yenidən Ukraynaya qaytarılması üçün beynəlxalq müstəvidə fəaliyyətin bir an belə dayanmayacağını, Rusiyanın Krımda keçirdiyi saxta referendumla bağlı beynəlxalq məhkəməyə müraciət ediləcəyini bəyan edib. Ancaq Krımın işğaldan azad edilməsinin əsas yolu Ukrayna dövlətinin öz hərbi potensialını gücləndirməsindən keçir. Ordu içərisindəki Rusiyayanlı zabit heyətinin ləğv edilməsi, ordunun çağdaş texnoloji avadanlıqlarla təchiz edilməsi Krımın işğal edilməsini yaxınlaşdıran faktorlardır. Bir çox siyasilər Krımın qaytarılmasının tamamilə mümkünsüz olduğunu bildirsələr də, mən bu məsələdə nikbinəm. İnanıram ki, Krım Ukrayna dövlətinin tərkibinə qayıdacaq.
Musavat.com
Oxşar xəbərlər
16:00, Bu gün
“Bakı Fond Birjası”nın nümayəndə heyəti Özbəkistana səfər edib - FOTO
15:50, Bu gün
Azərbaycanda vəzifəli şəxs cərimə olundu
15:45, Bu gün
"Qərb nüvə dövlətlərinin birbaşa toqquşması həddində ləngər vurur" - Lavrov
15:40, Bu gün
İranda əxlaq polisləri qadınlardan rüşvət almağa başladılar: Həbs etməmək üçün nə qədər pul istəyirlər? - FOTO
15:35, Bu gün
Azərbaycanda 51 kiloqram narkotik aşkarlandı, həbs olunan var - FOTO/VİDEO
15:30, Bu gün
Hikmət Hacıyev: “Azərbaycan tərəfi İlham Əliyevin Rusiyaya səfərinin nəticələrini çox müsbət qiymətləndirir”
15:25, Bu gün
“Avro-2024”: Oyunları idarə edəcək hakimlər bəlli olub, siyahıda türkiyəli referi də var - FOTO
15:20, Bu gün
“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO/VİDEO
15:15, Bu gün
İlham Əliyev: “Ermənistan istisna olmaqla, AİB-ə üzv ölkələrlə sıx tərəfdaşlıq münasibətlərimiz var”
15:10, Bu gün
Prezident: “COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür”
15:07, Bu gün
Ceyhun Bayramov Çexiyanın Baş naziri ilə görüşdü - FOTO
15:05, Bu gün
Ukraynanın yeni səfiri Azərbaycana gəlib - FOTO
15:00, Bu gün
Cavanşir Məmmədovun ölümü ilə bağlı tükürpədici detal: "Yuxuda görüb ki..." - VİDEO
14:55, Bu gün
QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə "Bakı Bəyannaməsi" qəbul edilib
14:50, Bu gün
DSMF daha iki beynəlxalq mükafata layiq görüldü
14:45, Bu gün
"Qızlarıma cehiz vermək üçün bağımı satdım"
14:40, Bu gün
Qüdrət Həsənquliyev: Milli Məclisdə “Büdcəyə nəzarət komitəsi” yaradılmalıdır
14:36, Bu gün
"Mayın ortalarından bizi cəbhədə ağır vəziyyət gözləyir" - Budanov
14:30, Bu gün
BDU və RİİB-in birgə təşkilatçılığı ilə ekoloji seminar və təmizlik aksiyası keçirilib - FOTO
14:25, Bu gün
Finlandiyada yeganə Lenin muzeyi bağlanacaq – Stalinin “əsər”iymiş
14:20, Bu gün
Şimali Koreya tarixində ilk: Nüvə zərbəsinin imitasiyası təlimi keçirildi - FOTO
14:15, Bu gün
Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxundu
14:12, Bu gün
İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda iştirak edir - FOTO/CANLI YAYIM
14:10, Bu gün
Azərbaycanla AYİB COP29-la bağlı fikir mübadiləsi aparıb
14:06, Bu gün
Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi, sonra isə... – ŞOK TƏFƏRRÜAT
14:00, Bu gün
Sabah 30 dərəcə isti olacaq - PROQNOZ
13:54, Bu gün
ATƏT-in tədbirində erməni diplomatın təxribatı baş tutmadı - VİDEO
13:50, Bu gün
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
13:45, Bu gün
"Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar" - Ərdoğan
13:40, Bu gün
Rəsmi Bakı Malayziyaya başsağlığı verdi
13:35, Bu gün
52 ildən sonra oxuduqları məktəbdə görüşdülər - VİDEO
13:30, Bu gün
Kseniya Sobçakın qatil nazirin məhkəməsində iştirakı qalmaqal doğurub
13:25, Bu gün
Azərbaycan Ordusunun tank bölmələrində yarış keçirildi - VİDEO
13:20, Bu gün
Son zamanlar artan qəfil ölümlərin səbəbi nədir? - Tibb elmləri doktoru ilə MÜSAHİBƏ
13:15, Bu gün
Bu gömrük işçilərinə birdəfəlik kompensasiya ödəniləcək
13:10, Bu gün
Ailəli olan sevgilisini ərinin yanına gətirdi, onunla evlənmədiyi üçün bıçaqladı - TƏFƏRRÜAT
13:06, Bu gün
Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir
13:02, Bu gün
Gəncədə qanunsuz tikili söküldü - FOTO/VİDEO
12:57, Bu gün
Elnur Məmmədov: “Azərbaycan BƏM-də Ermənistanın iddialarının rədd ediləcəyinə əmindir”
12:52, Bu gün
Türkiyə Milli Suverenlik və Uşaq Bayramı Gününü qeyd edir - VİDEO
12:48, Bu gün
Körpələr evində mənimsəmə: Cinayət işi başlandı
12:44, Bu gün
Bərdədə "Ailə münasibətləri" mövzusunda növbəti tədbir keçirildi - FOTO
12:38, Bu gün
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı ilkin etirazlar əsasında dinləmələr keçirilib
12:36, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum oldu
12:33, Bu gün
Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır
12:31, Bu gün
Gəncədə avtomobillərə “silah” tuşlayan şəxsin kimliyi bilindi - VİDEO
12:30, Bu gün
"İran Azərbaycana münasibətdə siyasətini dəyişməlidir" - Qüdrət Həsənquliyev
12:28, Bu gün
Azərbaycandan turist axını 32 % ARTIB
12:25, Bu gün
Bakıda UEFA fitnes məşqçilik kursunun I modulu başlayıb
12:22, Bu gün
Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşdü - FOTO
12:21, Bu gün
Prezident Zelenskini COP29-a dəvət etdi - FOTO
12:18, Bu gün
Oyanmış ayı kəndə gəldi – FOTO + VİDEO
12:17, Bu gün
Əməkdar artist Faiq Sadıqovun son durumu ilə bağlı RƏSMİ AÇIQLAMA
12:14, Bu gün
Qadın 19 yaşlı ögey oğlu ilə qaçdı - FOTO
12:12, Bu gün
Xalq yazıçısı Elçin Əfəndiyevin son durumu AÇIQLANDI
12:08, Bu gün
Qərbi Azərbaycan İcması Ermənistanın söz azadlığını məhdudlaşdırmaq cəhdlərini qınayıb
12:05, Bu gün
Moskva görüşündə 3 əsas istiqamət müzakirə olundu – strateji müttəfiqlik qurulmadı
12:03, Bu gün
"İlham Əliyev son 3 əsrin qəhrəmanıdır" - Zahid Oruc
12:01, Bu gün
18 il ticarət naziri işləyən Struyev yalnız Brejnevlə hesablaşıb - İLGİNC FAKTLAR
11:58, Bu gün
DYP avtobus sürücülərinə xəbərdarlıq etdi - FOTO/VİDEO
11:58, Bu gün
Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq verib
11:55, Bu gün
Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək
11:52, Bu gün
İnfarktın qulaqda üzə çıxan əlaməti – Həkim açıqladı
11:49, Bu gün
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğvinə dair saziş ratifikasiya olunub
11:45, Bu gün
BDU-da təlim: “Yaşıl enerjiyə keçid dövründə gənclərin rolu” - FOTO
11:41, Bu gün
Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsi başlayıb
11:31, Bu gün
İcma sədri: Qərbi Azərbaycana qayıdış Ermənistanın 30 illik talançılığını üzə çıxaracaq
11:30, Bu gün
Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...
11:28, Bu gün
Siyavuş Novruzov Əli Kərimlini debata dəvət edib: Nə vaxt istəyir, biz hazırıq
11:27, Bu gün
Neftçalada narkotik satmaq istəyən şəxs saxlanılıb
11:25, Bu gün
UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri gənc tədqiqatçılarla görüşdü - FOTO
11:21, Bu gün
Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnib
11:20, Bu gün
Məhkəmə Əvəz Zeynallının apellyasiya şikayətini təmin etməyib
11:15, Bu gün
Bakıda məktəblilərə siqaret satanlar cərimələndi - VİDEO
11:14, Bu gün
Bu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ
11:12, Bu gün
Əhaliyə ŞAD XƏBƏR - Bu tarixdə...
11:10, Bu gün
Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var
11:00, Bu gün
“Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər” - FOTO + ÖZƏL
10:57, Bu gün
Sumqayıtda müəllimin ölüm səbəbi bilindi - YENİLƏNİB
10:50, Bu gün
Culfada ağır yol qəzası olub, ölənlər var
10:45, Bu gün
Pendirdən imtina etməyin 4 əsas səbəbi
10:40, Bu gün
“RSK-nın humanitar minatəmizləmə mərkəzi Qarabağda qalacaqmı?”-Rusiyalı ekspert
10:37, Bu gün
Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıb
10:36, Bu gün
Bakıda ağır qəza: “Prius” betona çırpıldı - VİDEO
10:26, Bu gün
İran XİN: Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq
10:21, Bu gün
Kişi azyaşlı övladını danlayan bacısını döydü - MƏHKƏMƏ
10:17, Bu gün
Azərbaycanda tükürpədən QƏTL: Vergi borclarına görə dostunu öldürüb yandırdı - FOTO
10:15, Bu gün
Azərbaycanda zəlzələ oldu
10:13, Bu gün
İkardi bu paylaşımı ilə “Fənərbağça” azarkeşlərini qıcıqlandırdı - FOTO
10:12, Bu gün
Hər gün bir qaşıq zeytun yağı içmək üçün  6 səbəb
10:10, Bu gün
Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb
10:05, Bu gün
BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub - FOTO
10:04, Bu gün
Almaniya prezidenti Türkiyə səfərində dönər kəsərək ətrafdakıları qonaq edib - VİDEO
09:58, Bu gün
Əliyev tələb etdi, Ermənistan razılaşdı - 3 variantda delimitasiya ssenarisi
09:56, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
09:52, Bu gün
Azərbaycanda zəlzələ olub
09:51, Bu gün
Naxçıvanda müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər
09:47, Bu gün
Qırğızıstan prezidenti Ağdama gedəcək
09:34, Bu gün
Şəmkirdə mağaza yanıb - VİDEO
09:30, Bu gün
Elmlər Akademiyası Parkında oturacaqlar hansı səbəbə yoxa çıxıb?-“Uşaqlar orada futbol oynayırlar”-AÇIQLAMA+ÖZƏL
GÜNLÜK
22 Apr 2024 | 16:29
Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - FOTO
22 Apr 2024 | 18:50
Bakı Dövlət Universitetinin görmə məhdudiyyətli tələbəsi - VİDEO
22 Apr 2024 | 19:27
Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO
22 Apr 2024 | 18:56
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
22 Apr 2024 | 16:20
Azərbaycan əsgərinin 4 kəndə qaytarılması o demək olacaq ki... - İLGİNC AÇIQLAMA
22 Apr 2024 | 16:18
İrana məxsus qayıq Azərbaycan sərhədini pozdu: Saxlanılanlar var - FOTO/VİDEO
22 Apr 2024 | 16:16
Sumqayıt sakinləri şəhid xanımından niyə narazıdır? – Qanunsuz tikinti ilə bağlı ARAŞDIRMA + FOTO
22 Apr 2024 | 16:24
Mələkxanım Eyubovanın qızının toyundan ilk görüntülər - VİDEO
22 Apr 2024 | 16:08
Dələduzluğa görə həbs edilmişdi: Cəzaçəkmə müəssisəsində öldü
22 Apr 2024 | 16:45
Komitə sədri Tərtərdə vətəndaşları qəbul edib - FOTOLAR
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
AYLIQ
22 Apr 2024 | 16:29
Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - FOTO
22 Apr 2024 | 18:50
Bakı Dövlət Universitetinin görmə məhdudiyyətli tələbəsi - VİDEO
22 Apr 2024 | 19:27
Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO
22 Apr 2024 | 18:56
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
22 Apr 2024 | 16:20
Azərbaycan əsgərinin 4 kəndə qaytarılması o demək olacaq ki... - İLGİNC AÇIQLAMA
22 Apr 2024 | 16:18
İrana məxsus qayıq Azərbaycan sərhədini pozdu: Saxlanılanlar var - FOTO/VİDEO
22 Apr 2024 | 16:16
Sumqayıt sakinləri şəhid xanımından niyə narazıdır? – Qanunsuz tikinti ilə bağlı ARAŞDIRMA + FOTO
22 Apr 2024 | 16:24
Mələkxanım Eyubovanın qızının toyundan ilk görüntülər - VİDEO
22 Apr 2024 | 16:08
Dələduzluğa görə həbs edilmişdi: Cəzaçəkmə müəssisəsində öldü
22 Apr 2024 | 16:45
Komitə sədri Tərtərdə vətəndaşları qəbul edib - FOTOLAR