Bəhruz Bayramov: «Bu, kişiyə yaraşmayan hərəkətlərdir»
Oxunub: 4285
31 May 2014 | 01:16
Bəhruz Bayramov: «Bu, kişiyə yaraşmayan hərəkətlərdir»

Milli Şuranın Beynəlxalq Əlaqələr komissiyasınım sədri Gültəkin Hacıbəylini şərləyərək ona qarşı Yasamal rayon məhkəməsində xüsusi ittiham qaydasında iş qaldırmış keçmiş baldızı Aynur Lətif qızı Mehdiyevanın Bakı Ağır Cinayətlər məhkəməsinin 19 may 2014-cü il tarixli hökmü ilə insan alveri və əməyin istismarı cinayətlərini törətməkdə təqsirli bilinib ifşa olunması barədə oxucularımız məlumatlıdır.

Hakimiyyətin G.Hacıbəyliyə qarşı bir ildən artıq müddətdə apardığı siyasi təqib və şərləmə kampaniyasında əsas oyunçulardan biri olan Aynur Mehdiyeva 8 il 6 ay həbs cəzası alsa da, ona  qadın və himayəsində üç uşağı olmaq bəhanəsi ilə məsuliyyətdən yayındırılaraq Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə yalnız bir il şərti cəza verildi. Bununla da hakimiyyət Milli Şura üzvünə qarşı bu ləyaqətsiz kampaniyanın arxasında olduğunu Mehdiyevanı törətdiyi iki ağır cinayət və 12 il həbs qarşılığında faktiki olaraq cəzasız qoyması ilə növbəti dəfə etiraf etdi. Daha öncə hakimiyyət bunu Mehdiyevanın qardaşı, 2010-cu ildə Baş Prokuror Zakir Qaralovun əmri ilə hərbi xidmətdən yayınmağa və  prokurorluq orqanı əməkdaşına yaraşmayan hətəkətlərə görə bu orqandan qovulmuş Mahmud Mehdiyevi elə həmin Zakir Qaralovun əmri ilə Xətai rayon prokurorluğuna müstəntiq təyin etdirməklə etiraf etmişdi. Aynur Mehdiyevanın insan alverçisi kimi ifşasından sonra Yasamal rayon məhkəməsində hələ də davam edən prosesə aydınlıq gətirməyi G.Hacıbəylinin vəkili Bəhruz Bayramovdan xahiş etdik:

- Mayın 19-u Aynur Mehdiyeva ilə bağlı hökm elan olundu və o, dövlət tərəfindən Cinayət Məcəlləsinin 144.1.2.8 (ÿzərərçəkmiş şəxsə işgəncə verməklə və ya onunla qəddar, qeyri-insani, yaxud onun ləyaqətini alçaldan rəftar etməklə insan alveri) və 144.2.1-ci ( əməyin istismarı) maddələri ilə cinayət törətməkdə təqsirli bilindi. Mayın 30-u növbəti prosesdə bizim xüsusi ittiham qaydasında icraata xitam verilməsi ilə bağlı vəsatətimizə münasibət bildirilməli və o, birmənalı qaydada təmin edilməli idi. Çünki Mehdiyeva şikayətində heç vaxt cinayət törətmədiyini, Gültəkin xanımın KIV-lərə istnadən onun saxlanması xəbərini yaymaqla ona böhtan atdığını iddia edirdi. Aynur Mehdiyeva barəsində məhkəmə hökmündən sonra onun özünün Gültəkin xanıma qarşı böhtan atdığı bəlli oldu. Mehdiyeva yalnız ona görə həbs edilmədi ki, Gültəkin xanımın üzünə durmaqda davam etsin. Şəxsiyyətinə və ləyaqətinə dövlətin məhkəmə hökmü ilə, özü də məhz həmin faktla bağlı “insan alverçisi” kimi hüquqi qiymət verdiyi şəxs başqa bir məhkəmədə  hansı şərəf və ləyaqət davası apara bilər? Mehdiyevanın cinayətləri tək bununla bitmir. 

- Başqa hansı cinayətləri var?

- O, barəsində cinayət işi açılandan, təqsirləndirilən şəxs kimi cəlb ediləndən və başqa yerə getməmək haqqında iltizama imza edəndən iki həftə sonra məhkəmədə zərərçəkən kimi yalan ifadə vermiş və heç vaxt təqsirləndirilən şəxs qismində cəlb edilmədiyini bildirmişdir. Mahmud Mehdiyev həmçinin məhkəmədə zərərçəkən qismində iki dəfə yalan ifadə vermiş, təkidli suallarımıza və yalan danışdığına görə cinayət məsuliyyəti daşıdığı haqqında xəbərdarlığımıza baxmayaraq şəxsiyyətini səciyyələndirən hal kimi önəmli olan sonuncu həyat yoldaşından da rəsmən boşanması faktını və Baş Prokurorluğa yeni təyinatını danmışdır. Bununla da Mehdiyevlər Cinayət Məcəlləsinin 297.1-ci maddəsi ilə məsuliyyət daşımalıdırlar. Bundan əlavə Mehdiyevlər məhkəmədə dəfələrlə Gültəkin xanımı təhdid, təhqir etmişlər. Məsələn, filippinli qadına ağır işgəncələr verən, onunla insan ləyaqətini alçaldan şəkildə, qeyri-insanı davranan  Aynur Mehdiyeva Yasamal rayon məhkəməsində də özünü buna bənzər aparırdı. 24 yanvar 2014-cü il tarixli məhkəmə iclasında o, onlarla insanın və hakim Sərdar Mehrəliyevin gözü qarşısında Gültəkin xanımı açıq şəkildə təhdid və təhqir etdi, “gör sənin başına nə oyun açacağam, səni dizin-dizin süründürəcəyəm” dedi. 

- Bu barədə müvafiq qurumlara müraciətiniz olubmu?

-  Əlbəttə. Biz bu barədə polisə şikayət etmişik. Biz bu davranışı Mehdiyevaya bağışlamaq niyyətində deyilik və onun, eləcə də məhkəmədə oxşar davranış nümayiş etdirən qardaşının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə məsuliyyətə cəlb olunmasını tələb edirik. Bu barədə məhkəməyə altı vəsatət təqdim etmişik, lakin hakim Sərdar Mehrəliyev Cinayət-Prosessual Məcəlləsinin 121-ci maddəsinin tələblərini kobud şəkildə pozmaqla bugünədək bu vəsatətlərimizi baxılmamış saxlayıb. Paradoks ondadır ki, Mahmud Mehdiyev gülünc ifadələrə görə şərəf və ləyaqət davası açdığı məhkəmədə müvəkkilimi təhqir edir, onunla bağlı adını burada çəkmək istəmədiyim bir saytın ləyaqətsiz yazılarını oxuyur və biz Mehdiyevin bu təhqirlərə görə cəzalandırılmasını tələb edəndə o “bunu mən demirəm, jurnalist deyir, hakimiyyət deyir, mən hakimiyyətin sözlərini təkrar edirəm” deməklə məsuliyyəti özündən kənara atır, ancaq həmin məhkəmə həmin Mehdiyevlərlə bağlı onlarla KIV-də yayılmış məlumatların təkrarlanmasına görə saxta icraata başlayaraq Gültəkin xanımı on aydır təqib edir. Belə çıxır ki, Mehdiyevlər nə özlərinin səsləndirdikləri, nə də səviyyəsiz mətbuata istinadən yaydıqları ağır təhqirlərə görə məsuliyyət daşımadıqları halda, Gültəkin Hacıbəyli onlarla KIV-də yayılmış adi informasiya xarakterli və özündə heç bir təhqir elementi ehtiva etməyən məmulatların təkrar yayılmasına görə cinayət məsuliyyəti daşımnalıdır? Aynur Mehdiyevanın saxta və yalan şikayəti ilə ictaat başladılır, ancaq onun cinayət törətdiyi və məhkəməni aldatdığı sübut olunduqda hakim bunu görməzdən gəlir. Bu, sadəcə, biabırçılıqdır. Indi də hakim əsassız icraatı xətm etmək, əsaslı vəsatətlərimizi dəyərləndirmək və Mehdiyevlər barəsində cinayət işinin başlanması haqqında Baş Prokurorluq qarşısında məsələ qaldırmaq əvəzinə linqvistik ekspertiza təyin edib. 

- Hesab edirsiniz ki, bu addım sadəcə işi-ört-basdır etmək üçündür?

- Bəli. Əvvəla, hər birimiz Azərbaycan dilini bilirik və bu ekspertizaya ehtiyac yox idi. Digər tərəfdən, Gültəkin xanım filologiya üzrə fəlsəfə doktorudur və onun özü linqvistika sahəsində nüfuzlu ekspertdir, alimdir. Mahmud Mehdiyevin Gültəkin Hacıbəyliyə qarşı məhbuat konfransında səsləndirdiyi təhqirləri və böhtanları bütün ölkə eşitdi, gördü. Mehdiyev keçmiş xanımını açıq mətnlə Cinayət Məcəlləsinin 12 maddəsi ilə ağır və xüsusilə ağır cinayətlər törətməkdə ittiham edirdi və buna görə cinayət məsuliyyəti daşımalıdır. Mahmud Mehdiyevin böhtanları və təhqirləri o qədər açıq-aydın idi ki, onu cinayət məsuliyyətindən müvəqqəti də olsa xilas etmək üçün hakimlər Fuad Babayev və Vüqar Məmmədov şikayətimizi icraata götürməkdən imtina etdilər və buna görə saxta şikayət əsasında icraata başladan Sərdar Mehrəliyev kimi Cinayət Məcəlləsinin 295-ci maddəsi ilə məsuliyət daşıyırlar. Ekspert bunun qarşılığında Gültəkin xanımın dediyi “pis idimsə, niyə yalvarırdın ki, boşanma” sözlərində cinayət tərkibinin olub-olmamasını müəyyənləşdirəcək?  Bu, sadəcə, gülüncdür. Yaxud, Mehdiyev deyir ki, “məndən maddi cəhətdən asılı idi” ifadəsinə görə G.Hacıbəyli cinayət məsuliyyəti daşımalıdır. Gültəkin xanımın rəsmi gəlirləri evlilik dövründə M.Mehdiyevdən dörd dəfə çox olub. Bundan əlavə, Mehdiyevlərin anası Nəhayət Məmmədova Nəsimi rayon məhkəməsinə verdiyi iddia ərizəsində göstərir ki, Gültəkin xanım evlilikdən əvvəl ona məxsus olan öz mənzilini özü təmir etdirməli, mebellə və avadanlıqla təhciz etməli və oğlu ora köçüb yaşamalı idi. Bu maddi asılılığın etirafı deyilsə, bəs nədir? Əslində, Mahmudu Gültəkin xanım yox, bu iddia ərizəsi ilə anası təhqir edib. Təbii ki, bu ittihamlar absurddur. Lakin Aynur Mehdiyevanın məhkəmədə Gültəkin Hacıbəylinin ünvanına səsləndirdiyi  “gör sənin başına nə oyun açacağam, səni dizin-dizin süründürəcəyəm” ifadəsində, Mahmud Mehdiyevin digər ifadələrində təhqir və təhdid elementləri danılmazdır, qərəzsiz və obyektiv ekspertin bu barədə başqa rəyi ola bilməz. Linqvistik ekspertiza birtərəfli qaydada aparıla bilməz, Mehdiyevlərin məhkəmədə və mətbuat konfransında səsləndirdiyi bütün təhqir və təhdidlərə  də şamil olunmalıdır və bu barədə vəsatətimizi məhkəməyə təqdim etmişik. Mahmud Mehdiyevin Gültəkin xanıma qarşı xuliqanlıq hərəkəti törətməsi ilə bağlı aprel ayının dördündə verdiyimiş şikayət ərizəsinə iki ay keçməsinə baxmayaraq bügünədək Baş Prokurorluq cavab verməyib və bu ciddi qanun pozuntusudur. Eyni zamanda, Aynur Mehdiyevanın məhkəməsində Mahmud Mehdiyevin və polis zabiti olan qardaşı Allahverən Mehdiyevin ağır cinayətləri bilib nənki qarşısını almağa cəhd etməmələri, hətta bu cinayətləri himayə etdikləri ifşa olundu. Hərbi xidmətdən yayınmaq, prokurorluq orqanlarını aldatmaq, xuliqanlıq, məhkəmədə yalan ifadə vermək, ağır cinayətləri bilib xəbər verməmək və himayə etmək, eləcə də keçmiş həyat yoldaşı və oğlunun anasını şərləmək, ona ağır böhtanlar atmaq kimi kişi adına yaraşmayan hərəkətlərlə zəngin dosyesi olan Mahmud Mehdiyevin Xətai rayon prokurorluğunun müstəntiqi vəzifəsində cinayətkarlıla necə mübarizə aparacağı çox maraqlıdır. Istənilən az-çox normal hüquq sistemində özləri konkret cinayətlər törətdikləri halda məhkəməyə saxta şikayətlə müraciət edib Gültəkin xanıma, onun 10 yaşlı oğluna qarşı 10 aydır mənəvi terror aparan, böhtan atan, məhkəməni aldadan Aynur və Mahmud Mehdiyevlər cinayət məsuliyyətindən kənarda qala bilməz.   

 azadlıq.info

Oxşar xəbərlər
00:53, Bu gün
“Barselona” azarkeşləri səhvən öz klublarının avtobusuna hücum ediblər - VİDEO
00:50, Bu gün
Bakıda 7 yaşlı uşağı motosiklet vurub
00:19, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edir: Böyük PROSES BAŞLADI -VİDEO
00:06, Bu gün
Sarımsaq qoxusundan necə qurtulmaq olar?
00:06, Bu gün
"Dünya savaşı başlayıb, avtokratiyalar bunu anlayıb, Qərb isə xəyallar aləmindədir" - "The Telegraph"
00:04, Bu gün
“Flydubai” Dubaydan aprelin 17-dək bütün reysləri ləğv edib
00:03, Bu gün
Türkiyə şirkəti ABŞ-də artilleriya mərmilərinin istehsalı üzrə zavod inşa edəcək
16 Apr 2024 | 23:57
Üzünüzü bu qarışımla nəmləndirin
16 Apr 2024 | 23:49
Politoloq Ermənistanın Azərbaycana qarşı iddiası ilə bağlı BMT-nin mövqeyini açıqlayıb
16 Apr 2024 | 23:47
Qərbi Azərbaycan Xronikası: Quqarkda azərbaycanlılara tutulan divanın təşkilatçıları danışdı
16 Apr 2024 | 23:45
Brüsseldə Viktor Orbanın iştirakı ilə tədbirin keçirilməsi qadağan edilib
16 Apr 2024 | 23:44
Fransa Azərbaycandakı səfirini geri çağırıb
16 Apr 2024 | 23:42
Ancelina Coli bu dəfə yeni döyməsi ilə diqqət çəkdi - FOTO
16 Apr 2024 | 23:40
Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO
16 Apr 2024 | 23:33
Azərbaycanın futzal millisi Gürcüstana uduzub
16 Apr 2024 | 23:31
Qonşu ölkədə tikinti materialları kəskin bahalaşacaq
16 Apr 2024 | 23:29
Sevda bu dəfə fərqli tərzdə mesajını verdi – VİDEO
16 Apr 2024 | 23:28
İranın öz simasını qorumaq əməliyyatı - VİDEO
16 Apr 2024 | 23:25
Oksana səfirlə görüşdü - FOTO
16 Apr 2024 | 23:24
ABŞ London məhkəməsinə Culian Assancın işində tələb olunan zəmanəti verib
16 Apr 2024 | 23:20
İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş - FOTO 
16 Apr 2024 | 23:18
Sumqayıtlı məzun: “300 bal toplamaq mənim ilk böyük uğurumdur”
16 Apr 2024 | 23:06
Güzəştli şərtlərlə pensiya alanların NƏZƏRİNƏ!
16 Apr 2024 | 23:03
Qısqanc kişi dostu ilə yatan arvadını çarpayıda yandırdı
16 Apr 2024 | 23:01
Ceyhun Bayramov Aİ-nin xüsusi nümayəndəsini qəbul edib
16 Apr 2024 | 22:57
Dünyanın ən yaxşı məşqçilərinin siyahısı AÇIQLANDI: Qurban Qurbanov Roberto de Dzerbini keçib
16 Apr 2024 | 22:50
"Zaporojye AES qəzaya təhlükəli yaxın məsafədədir" - MAQATE
16 Apr 2024 | 22:44
ABŞ Rusiyanın dondurulan aktivlərini müsadirə edə bilər
16 Apr 2024 | 22:34
Nazirdən yeni təyinat
16 Apr 2024 | 22:27
Tbilisidə aksiya zamanı DİN-in bir əməkdaşı yaralanıb
16 Apr 2024 | 22:24
Fuad Hüseynəliyev: “Ermənistan hökumətinin siyasətini Fransadan aldığı illüziyalar müəyyənləşdirir” - VİDEO
16 Apr 2024 | 22:22
Amerikada ərə gedən aparıcı oğlan DANIŞDI – NİYƏ? / FOTO
16 Apr 2024 | 22:20
Damla şəxsi təyyarə alıb? – VİDEO
16 Apr 2024 | 22:15
Baba Pünhanın vəfatından iyirmi il ötür
16 Apr 2024 | 22:08
“60 yaşlı kişinin əlinə silah verib qoyublar səngərə...”
16 Apr 2024 | 22:04
Varlı kişiləri cəlb etməyi bacaran 4 BÜRC QADINI
16 Apr 2024 | 21:58
Gürcüstanda iğtişaşlar: Parlament qarşısında etirazlar davam edir - VİDEO
16 Apr 2024 | 21:55
ADNSU ilə Vorvik Universitetinin İkili Diplom Proqramının Rəhbər Komitəsinin Böyük Britaniyada iclası keçirilib - FOTOLAR
16 Apr 2024 | 21:51
Bakıda dar küçədə böyük dərd: Nə təcili tibbi yardım maşını gəlir, nə də taksi - VİDEO
16 Apr 2024 | 21:40
Xarıbülbülü Cəlilabada gətirən Xalq artisti DANIŞDI: “Belə bir gülün olduğunu bilmirdim” - VİDEO
16 Apr 2024 | 21:30
BDU-da IV Azərbaycan Astronomiya Olimpiadasının final turu keçiriləcək
16 Apr 2024 | 21:17
Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib
16 Apr 2024 | 21:15
"İsrail Baydenə böyük siyasi problemlər yaradıb" - "The Wall Street Journal"
16 Apr 2024 | 21:12
Brüsseldəki Ədliyyə Sarayında bomba təhlükəsi: İşçilər təxliyə edildilər
16 Apr 2024 | 21:06
Meyityuyan: “Heç biri yuxuma da girməyib” - VİDEO
16 Apr 2024 | 20:58
"Nədən İordaniyanın hava hücumundan müdafiə qüvvələri İran raketlərini vurub?.."
16 Apr 2024 | 20:51
Dubayda təyyarələr “gəmiyə” çevrildi, onlarla aviareys ləğv edildi - VİDEO
16 Apr 2024 | 20:48
2000-ci illərdə reperlərin geyindiyi cinslər qadınlar üçün dəbə çevrilib - FOTO
16 Apr 2024 | 20:36
Ərdoğan: Türkiyənin milli gəliri 1,1 trilyon dolları ötüb
16 Apr 2024 | 20:33
Sabah Astara və Yardımlının bəzi ərazilərində qaz olmayacaq
16 Apr 2024 | 20:24
Qazaxda sürücü sükan arxasında infarkt keçirib, avtomobil qəzaya düşüb
16 Apr 2024 | 20:19
Kakaonun qiyməti yeni tarixi maksimuma çatıb
16 Apr 2024 | 20:07
Səhər asanlıqla necə oyanmaq olar?
16 Apr 2024 | 20:04
Biləsuvarda əmək yarmarkası keçiriləcək
16 Apr 2024 | 19:56
Xəzərin suyunun duzsuzlaşdırılması Azərbaycanın su probleminə son qoya bilərmi?
16 Apr 2024 | 19:50
Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib
16 Apr 2024 | 19:45
Leyla Əliyevanın iştirakı ilə paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 19:35
Bakıda COP29 çərçivəsində Mərkəzi Asiya üçün İnvestisiya Forumu keçiriləcək
16 Apr 2024 | 19:34
Qırmızı Meydanın bağlanma səbəbi açıqlanıb
16 Apr 2024 | 19:27
5 yaşlı oğluna milyonluq maşın aldı, daha sonra təkzib etdi - FOTO/VİDEO
16 Apr 2024 | 19:24
Gəncədə şagird sinif yoldaşına xəsarət yetirib
16 Apr 2024 | 19:23
Bakının illər sonra ilk dəfə səki salınan küçəsi - FOTO
16 Apr 2024 | 19:20
Gündə 1 ovuc ərik tumu yemək görün nələrə faydalıdır - FOTO
16 Apr 2024 | 19:18
Səfir: Türkiyə 2024-cü ildə 60 milyon turist gözləyir
16 Apr 2024 | 19:14
60 yaşdan sonra bu qidalardan imtina edin, yoxsa...
16 Apr 2024 | 19:05
IMF Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını yaxşılaşdırıb
16 Apr 2024 | 18:57
Dövlətdən pul almaq istəyənlərin NƏZƏRİNƏ - Mütləq bunları edin - RƏSMİ AÇIQLAMA
16 Apr 2024 | 18:54
Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək
16 Apr 2024 | 18:49
Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar - VİDEO
16 Apr 2024 | 18:47
Bakıda külək elektrik stansiyası tikiləcək
16 Apr 2024 | 18:45
Şəxsi bank kart məlumatları ələ keçirilir - DİN-dən XƏBƏRDARLIQ
16 Apr 2024 | 18:38
İlahə İbadova: “Qızım 13 ildir ki, atasını görmür” - VİDEO
16 Apr 2024 | 18:33
Əsirlikdən azad olunan dini abidələrimiz və tikilən yeni məscidlər - VİDEO
16 Apr 2024 | 18:30
Zelenski Ukraynada səfərbərlik haqqında qanun imzalayıb
16 Apr 2024 | 18:24
Paytaxtda 19 yolda sıxlıq müşahidə olunur
16 Apr 2024 | 18:18
Bakıda yol qəzası sıxlığa səbəb olub
16 Apr 2024 | 18:16
Hazır qəhvə nədən hazırlanır? - İnsanların 90 faizi bilmir
16 Apr 2024 | 18:10
“Azəriqaz”ın baş direktoru Ağdamda vətəndaş qəbulu keçirəcək
16 Apr 2024 | 18:08
Nikol Paşinyanın həyat yoldaşının yeni oliqarxiya axtarışı - TƏHLİL + FOTO
16 Apr 2024 | 18:07
Azay Quliyev seçicilərinin məşğulluq problemi ilə bağlı görüş keçirib
16 Apr 2024 | 18:03
“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı təşkil olunub - FOTO
16 Apr 2024 | 17:57
Bakıda avtomobil dirəyə çırpıldı - VİDEO
16 Apr 2024 | 17:54
Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
16 Apr 2024 | 17:48
Rusiyalı məşhur bloqerlə bağlı protokol hazırlandı
16 Apr 2024 | 17:46
ASCO törəmə şirkətinin nizamnamə kapitalını cüzi artırıb
16 Apr 2024 | 17:45
Yılmaz Erdoğan şəxsi görüntülərini çəkərək paylaşan iki bacını məhkəməyə verdi - FOTO/VİDEO
16 Apr 2024 | 17:42
Gecikmiş və əhəmiyyətsiz: Tokayevin səfəri Ermənistanda ikitirəlik yaradıb - ŞƏRH + FOTO
16 Apr 2024 | 17:40
Qan laxtalanması riski kimlərdə olur?
16 Apr 2024 | 17:38
Qırmızı ətdən imtina hər il 750 min insanın həyatını xilas edə bilər
16 Apr 2024 | 17:35
“Əxlaqdan danışır, dönüb öz keçmişinə baxsın” - Xalq artisi
16 Apr 2024 | 17:30
"Bu, əbləhlikdir! Bu nə ölkədir belə?.."
16 Apr 2024 | 17:26
Nazim Bəydəmirlinin cinayət işi məhkəməyə göndərildi
16 Apr 2024 | 17:23
Nura Suri libası ilə diqqəti özünə çəkdi - FOTO
16 Apr 2024 | 17:19
KTMT baş katibi Ermənistandan qurumdakı fəaliyyətinə aydınlıq gətirilməsini tələb etdi...
16 Apr 2024 | 17:19
Bakıda qollarını doğrayıb uşaq evindən qaçan qızla bağlı daha bir MƏLUMAT - YENİLƏNİB
16 Apr 2024 | 17:15
Ucarda yük maşını mikroavtobus və avtomobillə toqquşub: Xəsarət alanlar var - FOTO
16 Apr 2024 | 17:10
Xəzərdə yeni platformadan neft hasilatı başlanıb
16 Apr 2024 | 17:05
AzTV komandasının sualtı çəkilişi: “Çöl adam”ı çayın dibində görün nələrlə rastlaşdı? - VİDEO
16 Apr 2024 | 17:00
Tehranın yaratdığı presedent, ABŞ-nin maraqları, İsrailin cavab zəngi - TƏHLİL
GÜNLÜK
16 Apr 2024 | 08:12
“Ermənistan və Azərbaycan texniki cəhətdən sülh müqaviləsinə çox yaxındırlar, yalnız...”
16 Apr 2024 | 09:34
 Xanım Qafarovanın qızı: "İnsanın ana-atasını kiçik yaşda itirməsi çox ağırdır, indi nənəm də..."
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
16 Apr 2024 | 09:29
Şəkərin yeni təhlükəsi aşkarlanıb
16 Apr 2024 | 07:25
Limon suyu və yumurtanın möcüzəvi təsiri - Mütləq sınayın
16 Apr 2024 | 07:14
Zibil sanıb atdığınız - Dərdlərə dərman
16 Apr 2024 | 07:03
"Hər ay isə 15 min manat paket alırdım" - Sabiq nazirin məhkəməsi 
16 Apr 2024 | 07:22
İran İsrailin hava hücumundan hansı müdafiə sistemləri ilə qoruna bilər?..-ARAŞDIRMA
16 Apr 2024 | 06:48
Smartfon istehsalçılarının reytinqində lider dəyişdi
16 Apr 2024 | 07:50
Çətir şimşəkdən qoruyurmu?
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
11 Apr 2024 | 11:18
Bakıda bu ərazidə metro stansiyası AÇILACAQ - VİDEO
12 Apr 2024 | 08:08
Misir Mərdanov dünyanın ilk üniversitetini təsis edən müsəlman qadın haqda danışdı...
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
11 Apr 2024 | 13:30
Eskpertdən xəbərdarlıq: Maşınlarınıza bunları ETMƏYİN
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
10 Apr 2024 | 10:59
DİQQƏT: Aprelin 15-dən sonra DOLLAR bu qiymətə SATILACAQ- Rəsmi
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
11 Apr 2024 | 09:42
Əhalini belə aldadırlar - Dəhşətli faktlar açıqlandı (VİDEO)
AYLIQ
16 Apr 2024 | 08:12
“Ermənistan və Azərbaycan texniki cəhətdən sülh müqaviləsinə çox yaxındırlar, yalnız...”
16 Apr 2024 | 09:34
 Xanım Qafarovanın qızı: "İnsanın ana-atasını kiçik yaşda itirməsi çox ağırdır, indi nənəm də..."
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
16 Apr 2024 | 09:29
Şəkərin yeni təhlükəsi aşkarlanıb
16 Apr 2024 | 07:25
Limon suyu və yumurtanın möcüzəvi təsiri - Mütləq sınayın
16 Apr 2024 | 07:14
Zibil sanıb atdığınız - Dərdlərə dərman
16 Apr 2024 | 07:03
"Hər ay isə 15 min manat paket alırdım" - Sabiq nazirin məhkəməsi 
16 Apr 2024 | 07:22
İran İsrailin hava hücumundan hansı müdafiə sistemləri ilə qoruna bilər?..-ARAŞDIRMA
16 Apr 2024 | 06:48
Smartfon istehsalçılarının reytinqində lider dəyişdi
16 Apr 2024 | 07:50
Çətir şimşəkdən qoruyurmu?