Abxaziya parlamenti təcili yığıncağında
qəbul etdiyi qərara əsasən, öz üzərindən müddətindən tez səlahiyyətlərini atmaq
təklifilə prezidentə müraciət edib. Millət vəkilləri həmçinin respublika baş
naziri Leonid Lakardiaya etimadsızlıq votumu ifadə ediblər.
Abxaziya
parlamentində təmsil olunan 35 millət vəkilindən 20 nəfəri qərarın lehinə səs
verib, 1 nəfəri bitərəf qalıb.
Bunun
ərəfəsində Suxumiyə ezam edilən Rusiay prezidentinin köməkçisi Vladislav Surkov
ba. verənləri Abxaziyanın daxili işi adlandırıb.
Tanınmamış Abxaziya Respublikasının
konstitusiyasına əsasən, parlament prezidentin istefası məsələsini yalnız Ali
Məhkəmə tərəfindən onun öz andına əməl etmədiyi tanındıqdan sonra nəzərdən
keçirə bilər.
Hətta bu halda prezidenti vəzifədən
kənar etmək üçün parlament üzvlərinin azı üçdə ikisinin səsi tələb olunur.
Çərşənbə
axşamı Gürcüstandan ayrılmış bu respublikanın müxalifəti “ümumxalq toplanış”
keçirib və prezident Aleksandr Ankvabın istefasını tələb edib. Nümayiş
iştirakçıları Suxumidə prezident administrasiyasını tutub, Ankvab isə şəhəri
tərk etmişdi.
“Hüquq və ənənələr çərçivəsində”
Cümə
axşamı Abxaziya prezidenti Aleksandr Ankvab respublika böhranını müzakirə etmək
üçün Suxumiyə gəlmiş Rusiya prezidentinin köməkçisi Vladislav Surkovla görüşüb.
Abxaziya
və Cənubi Osetiya ilə əlaqələr üzrə Putinin köməkçisi Rusiyanın “qardaş
Abxaziyada qayda-qanunun bərpa olunmasında” və problemlərin dinc yolla və tez
həll olunmasında maraqlı olduğunu bəyan edib.
“Həm
prezident, həm müxalifət Rusiya ilə müttəfiqlik münasibətlərinin bundan sonra
da möhkəmlənməsi kursuna sadiq qaldıqlarını vurğulayıb, maliyyə sistemi və
müəssisələrin arasıkəsilmədən fəaliyyət göstərməsində maraqlı olduqlarını israr
ediblər”, - RİA Novosti Surkovu iqtibas edir.
“Siyasi
gərginlik hələ səngimir. Rusiya son günlərin hadisələrini suveren Abxaziyanın
daxili işi hesab edir. Abxaziya prezidenti və müxalifət bəyan ediblər ki,
böhrandan çıxış hüquq çərçivəsində, demokratik tədbirlər və abxaz xalqının
ənənələri hüdudunda tapılmalıdı”, - Surkov jurnalistlərə deyib.
Rusiya
prezidentinin köməkçisi səfərin məqsədi böyük siyasi gərginlik şəraitində
Abxaziyanın sosial-iqtisadi inkişafı üzrə kompleks planının yerinə yetirilməsi
məsələsini müzakirə etmək olduğunu qeyd edib.
“Plan
tam həcmdə Rusiya tərəfindən maliyyələşdirilir. Təbii ki, biz pullarımızın zay
olmamasında maraqlıyıq. Qeyd etmək lazımdır ki, hazırkı məqamda hər şey
normaldır”, - Surkov deyib.
Ekspertlər
etirazlara səbəb olan amillərdən biri kimi məhz kompleks planın tətbiq edilməsi
ilə bağlı korrupsiyanı qeyd edirlər.
Abxaziyada
pensiyalar 500 Rusiya rublu təşkil etdiyi halda, mühafizəçilərin saxlanması
xərcləri artırılıb və hal hazırda bəzi rayonların büdcə xərclərindən artıqdır,
BBC Rus xidmətinə abxaz qəzetinin redaktoru İzida Çaniya deyib.
BBC