ABŞ Dövlət Katibi John Kerry Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon danışığında Rusiyadan Ukraynaya göndərilən xüsusilə çeçenlər olmaqla xarici döyüşçülər barəsində narahatlığını bildirib.
Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Jean Psaki bildirib.
Oxşar bəyanatla Ağ Evin rəsmi nümayəndəsi Jay Carney də çıxış edib və bildirib ki, Ukraynanın şərqindəki qarışıqlıq xaricdən yardım alır.Kerry həmçinin vurğulayıb ki, Moskva Ukraynadakı separatçıları dəstəkləməkdən vaz keçməli və onları silahı yerə qoymağa çağırmalıdır.
"Bizi Ukraynanın şərqində zorakılığın davam etməsi, o cümlədən 14 nəfərin ölməsi ilə nəticələnən Ukrayna vertolyotunun vurulması xəbəri narahat edir. Bu məlumatın detallarına malik olmasaq da, bu separatçıların müasir silahlara və xarici yardıma malik olmasına işarə ola bilər".
Bundan əvvəl, qondarma Donetsk xalq Respublikasının baş naziri Aleksandr Boroday bəyan edib ki, Rusiyadan könüllülər göndərilib.
Bu arada isə Kavkazskiy uzel portalı yerli sakinlərə istinadən xəbər verir ki, Donetskdə ölən hərbçilərin meyitləri sutka ərzində Çeçenistana gətirilib. Məlumata görə Çeçenistana 35-45 arası meyid gətirilib. Lakin bu məlumat rəsmi məlumatlarda yoxdur.
Təsdiqlənməmiş məlumatlarda deyilir ki, Ukraynada döyüşlərdə iştirak üçün sabiq xüsusi hazırlıqla döyüşçüləri və könüllüləri göndərirlər.
Donetskə qafqazlı hərbçilərin göndərilməsi xəbəri bir neçə həftə öncə yayılıb, lakin sonradan çeçen lideri Ramzan Kadırov tərəfindən edilib.
BBC