“Azərbaycanın heç kimin məsləhətinə ehtiyacı yoxdur”
Müsahibə
Oxunub: 5070
30 May 2014 | 14:51
“Azərbaycanın heç kimin məsləhətinə ehtiyacı yoxdur”

Gövhər Baxşəliyeva: “Saytlara müsahibə verməkdən çəkinirəm”


Moderator.az-ın budəfəki müsahibi filologiya elmləri doktoru, professor, AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyevadır.

 

 

-Gövhər xanım, neçə ildir bu institutun direktorusunuz. Tələbələrinizdən neçə nəfər elmi dərəcə alıb?

 

- Mən 1997-ci ildə akademik Ziya Bünyadovun vəfatından sonra burada direktor əvəzi vəzifəsində çalışmışam. 2002-ci ildə isə direktor kimi təsdiq olundum. Hal-hazırda 18 tələbəm filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıblar. Digər tələbələrimin isə işləri müdafiə prosesindədir. Bir neçə elmlər doktoru dissertasiyası üzərində çalışan doktorantın elmi məsləhətçisiyəm. Elmlər namizədinin elmi rəhbəri, elmlər doktoru işini yazanın isə məsləhətçisi olur.

 

-Aidə”‰İmamquluyeva,”‰Ziya”‰Bünyadov”‰kimi”‰insanlardan”‰sonra”‰bu”‰postda”‰ olmaq sizə”‰diskomfort”‰yaratmır”‰ki?”‰


- Mən o insanlarla uzun müddət bir yerdə çalışmışam. Aida xanımın rəhbərlik etdiyi “Ərəb filologiyası” şöbəsində 15 il işləmişəm. Ziya Bünyadov da o zamanlar burda çalışırdı. O “Orta əsrlər Şərqi” şöbəsinin müdiri idi. Şöbəsi ayrı olsa da institutun ümumi yığıncaqlarında onu görürdüm, çıxışlarını diqqətlə dinləyirdim. Sonralar Ziya müəllim bizim direktor oldu. 1993-cü ildən onun müavini vəzifəsində çalışdım. Aida xanım və Ziya müəllimdən çox şey öyrənmişəm, məsələn, iş üslubunu. Sizin dediyiniz diskomfort məsələsinə gəldikdə isə məndə diskomfort yox, daha çox məsuliyyət hissi var idi. O cür böyük insanlardan sonra institutun direktoru olmaq çox məsuliyyətli iş idi və mən bunun öhdəsindən layiqincə gəlməyə çalışmışam.

 

-Bəziləri hesab edir ki, sizin”‰institut”‰beynəlxalq”‰elmi”‰institutlarla”‰müqayisədə”‰o”‰qədər”‰də”‰nəzərə”‰çarpmır.”‰Bu”‰iddialara”‰münasibətiniz”‰necədir?”‰

 

- Nəzərə çarpmır dedikdə, baxır kim üçün nəzərə çarpmır. Biz ciddi elmlə məşğuluq, bizim yazılarımız elmi dairələr üçün nəzərdə tutulub. Elmi dairələr arasında isə Azərbaycan Şərqşünaslıq Institutunun fəaliyyəti  həmişə yüksək qiymətləndirilib. Hələ sovetlər dönəmində Baş Şərqşünaslıq İnstitutu SSRİ Elmlər Akademiyasında yerləşirdi. Ondan sonra bizim institut ikinci yer tuturdu. Müasir dövrümüzdə isə bizim gördüyümüz işlər elmi ictimaiyyət arasında böyük maraqla qarşılanır. Akademik Fuad Qasımzadənin məşhur kəlamı var idi: “Azərbaycan öz elminin iki istiqamətinə görə dünyada tanınır: birincisi neft kimyasıdır, ikincisi isə şərqşünaslıq elmi”. Yəni Azərbaycan ilk öncə bu elmlərlə dünyaya çıxıbdır. Bizim, hər il 25-30 monoqrafiya və kitabımız, yüzlərlə məqalələrimiz dərc olunur. Onların böyük hissəsi xarici ölkələrdə nəşr olunur. Bunu elmi dairələr bilir. Bizim saytımızda nailiyyətlərimiz haqda  bütün məlumatlar yerləşdirilir, burdan da Şərqşünaslıq İnstitutu haqqında hər şeyi öyrənmək olar. Fundamental elm əslində geniş kütləyə hesablanaraq dərc olunmur, hərçənd ki, onun da gəldiyi nəticələr bu millətə xidmət üçündür. İki jurnalımız dərc olunur: “Azərbaycan” və “Elmi araşdırmalar”. Bizim kitablarımız elmi mübadilə üçün nəzərdə tutulur və əsasən kitabxanalara yayılır.

Maraqlananlar kitabxanalara müraciət edib bizim əsərlərlə tanış ola bilərlər.

Ümumiyyətlə, son zamanlar kitab oxucusu azalıb. Bu daha çox informasiya texnologiyalarının inkişafı ilə bağlıdır. Kompüter çox vaxt aparır. İnternet bağlılıq yaradır. İndi gənclər kompüter arxasında çox vaxt itirirlər, görünür, internetdən də səmərəli istifadənin yolların tapmalıyıq.

 

-Alimlərin”‰maaşı”‰nə”‰qədərdir?”‰

 

- Alimlərin maaşı 400 AZN dən çox olmur, elmlər doktoru və ya şöbə müdiridirsə 500 AZN-ə yaxınlaşır. Nəzərə alaq ki, akademiyada səkkiz mindən çox insan çalışır. Bu qədər insana da yüksək məvacib vermək asan iş deyil.

 

-Niyə ərəb ölkələri Azərbaycana qarşı müsəlman həmrəyliyi sərgiləmədi bu günədək? Əksini, bəzi ərəb ölkələri ermənilərə açıq-aşkar dəstək verdi. Şərqşünas mütəxəssis kimi bunu nə ilə əlaqələndirirsiniz?

 

-Dövlət səviyyəsində bütün ərəb dövlətləri Azərbaycanla həmrəydilər. İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqında mən də Azərbaycan Parlamentinin nümayəndə heyətinin rəhbəriyəm. Bu təşkilatın bütün sənədlərində Azərbaycanla həmrəy olduğu bildirilir. Ümumiyyətlə bu təşkilatın  fəaliyyətinin əsas prinsipi müsəlman həmrəyliyidir. Erməni əsilli diasporalar əsasən oradakı xristian ərəbləri, muzdlu döyüşçüləri cəlb edirlər. Amma kütləvi şəkildə mən ərəblərdə ermənilərə simpatiya, onların tərəflərini tutmaq, belə halların şahidi olmamışam. Buna qaldıqda bizim digər qonşumuz var ki, müsəlman olduğu halda erməniləri dəstəkləyirdi. Onlarla iqtisadi əlaqələr yaradırdı. Prezidentimizin bu ölkəyə son səfərindən sonra artıq vəziyyət yaxşılığa doğru dəyişir. İranın yeni rəhbərliyi daha çox anlayır ki, İranın köklü maraqları tələb edir ki, məhz müsəlman Azərbaycan xalqını dəstəkləsinlər.

 

-Azərbaycan-İran münasibətlərinin müsbət yöndə inkişafına bu səfərin rolu olacaqmı?

 

- Mən düşünürəm ki, bunun müsbət təsiri olacaq. Ümumiyyətlə, ulu öndər hakimiyyətə gəldikdən sonra digər sahələrdə olduğu kimi bu münasibətlərdə də sabitlik müşahidə olundu.

Müstəqilliyimizin ilk illərində populist, düşünülməmiş çağırışlar olurdu ki, bu da ölkələr arasında münasibətləri gərginləşdirdi.  Heydər Əliyev hakimiyyətə gəlməsi ilə bu gərginliyə son qoydu. Bir çox sazişlər imzalandı, normal münasibətlər quruldu. İran öz strateji maraqlarını nəzərə alaraq Ermənistanla istər açıq, istərsə də gizli şəkildə əməkdaşlıq edirdi. İranda yeni rəhbərlik seçiləndən sonra Azərbaycan-İran münasibətlərinə daha böyük önəm verilir. Ruhaninin atdığı addımlar, onun bəzi çıxışları məndə rəğbət yaradır. Mən sevinirəm ki, İran hakimiyyətinə çox praqmatik və mütərəqqi bir insan gəlib. Ruhani  belə düşünür ki, İran ilk növbədə Azərbaycanla münasibətləri qaydaya salmalıdır.

 

- Seçicilərinizə vaxt ayırmaqda çətinlik çəkmirsiniz ki? Bu qədər işlərlə bərabər seçicilərlə işləmək, onları dinləmək, problemlərini həll etmək çətin deyil ki?

 

- Mən rayonda tez-tez oluram. 2013-cü ildə Bərdənin xeyli kəndlərini gəzdim. Seçicilərimlə görüşdüm, onların problemlərin dinlədim. Bura gələnlər də olur ki, onları da mütləq qəbul edib dinləyirəm, problemlərinin həllində yardımçı oluram. Onların sayəsində mən deputat olmuşam, bu mənim borcumdur. Əlimdən gəldiyi qədər onlara köməklik etməyə çalışıram. İnsanlar müraciət edir və düşünürlər ki, bütün problemlərin həlli deputatın əlindədir. Ancaq elə məsələlər var ki, onların həlli bizdən asılı deyil. Hər bir deputat istəyər ki, onun seçiciləri ondan razı qalsın. Deputat məsələni qaldırmalıdır, qaz çəkilişi, su, işıq problemlərinin üzə çıxarılmasına köməklik etməlidir. Nəticədə aidiyyəti orqanlar öz vəzifələrini icra etməlidir. Ancaq əvvəlki illərlə müqayisədə şikayətçilərin sayı xeyli azalıb.

 

-Seçiciləriniz daha çox hansı problemlərlə sizə müraciət edirlər?

 

- Daha çox mənə işsizliklə bağlı müraciətlər olunur. Bilirsiniz, ta qədimdən kəndlinin dolanışığı torpaqdan çıxır. Mən belə hesab edirəm ki, vaxtında kolxozları tamamilə dağıtmaq səhv addım idi. Kolxozlar bağlandıqdan sonra insanlar pay torpaqlarını aldılar. Kasıb təbəqənin torpağı əkib becərməyə imkanı olmadı. Dolanışığı olmayan kəndli də öz torpaq payını satıb özü də günəmuzd işləyir. Kolxozların dağılması işsizliyi yaradan amillərin ilkin səbəblərindən oldu. Kasıb təbəqəyə kolxoz əl verirdi. İstəyənlər çıxardılar, istəməyənlər də qalardılar kolxozda. İndi kooperasiyalar haqqında qanun qəbul edildi. Bu kooperasiyalar da kolxozların müasir formasıdır. Sadəcə sovet dövründə kolxozlar  məcburi təşkil edilirdi, kooperasiyalar isə tam könüllü əsaslarla təşkil olunacaq. Kooperasiya işi genişlənərsə, işsizliyin qarşısını da almış olar. İşsizliyi yaradan digər səbəblərdən biri isə bizdə ixtisas dəyişmədə olan zəiflikdir. Yəni müəyyən ixtisas üzrə  iş yoxdursa, başqa ixtisas sahəsində işləmək problemdir.

 

- İş üçün müraciət edənləri işlə təmin edə bilirsiniz?

 

- Akademiyada işləmək, karyera qurmaq üçün tək bakalavr diplomu kifayət deyil. İş üçün müraciət edənləri xəbərdar edirik ki, burada elmi işçi kimi fəaliyyət göstərmək üçün magistraturanı bitirmək lazımdır. Kimin ki, magistr diplomu var, onu işə qəbul edirik. Əlbəttə ki, mən kor-koranə heç kimi işə qəbul etmirəm. İş üçün müraciət edən insan ilk öncə mütəxəssislər tərəfindən aidiyyəti olduğu sahə üzrə sorğu suallara cavab verir. Əgər onun verdiyi cavablar qaneedici olursa, o zaman işə qəbul olunur.

 

-2015-ci ildə keçiriləcək parlament seçkilərində iştirak etməyi planlaşdırırsınız?       

 

- Parlament seçkilərinə hələ çox zamanımız var, bu haqda danışmaq istəmirəm.

 

-Bir müddət öncə Milli Məclisdəki çıxışınızda jurnalistləri ittiham etməniz media cameəsində təəccübə səbəb oldu. Əksəriyyət hesab edir ki, media cəmiyyətdə olan eybəcərliklərdən qaynaqlanaraq bu cür neqativ formada zühur edir.

 

- Jurnalistlərin indi qalmaqal tipli yazılara üstünlük verməsi məndə narazılıq doğurur.

Ciddi nailiyyətlər, mülahizələr qalıb kənarda, qeyri-ciddi məsələlər, dördüncü-beşinci dərəcəli, heç bir əhəmiyyəti olmayan  məsələlər işıqlandırılır. Mən istəyirəm ki, jurnalistlər ciddi işlərlə məşğul olsunlar, səviyyəli yazılar yazsınlar. Oxuyucuya gəldikdə isə bəzən onların da səviyyəsi aşağı olur. Ciddi yazını oxuyub anlamaq üçün insanda müəyyən hazırlıq olmalıdır. Yüngül xarakterli yazıları isə qavramaq üçün xüsusi qabiliyyət lazım olmur. Saytlarda bəzən qeybət xarakterli yazılar gedir. Geniş oxucu kütləsi qazanmaq istəyi bəzən yazıların səviyyəsinə xələl gətirir. Bu səbəbdən də çox zaman saytlara müsahibə verməkdən çəkinirəm.

 

- ABŞ səfirinin müsahibəsinin rəsmi Bakı tərəfindən süngü ilə qarşılanması cəmiyyətdə birmənalı qarşılanmadı. Maraqlıdır, bu barədə siz nə düşünürsünüz?

 

- Mən belə düşünürəm ki, Qərb insanlarının ən xarakterik cəhətləri individualizmdir. Onlar sümüklərinin iliyinəcən praqmatik insanlardır. Zahirən nə qədər dostcasına, mehriban görünsələr də, daxilən o qədər də praqmatikdirlər. Azərbaycan iqtidarı yalnız bu xalqın köklü mənafeyinə hesablanmış addımlar atır ki, mən də bunu dəstəkləyirəm. Biz mürəkkəb dövrdə yaşayırıq. Bu cəmiyyətin üzvləri olaraq hamımız öz vəzifəmizi dərk etməliyik. Bu vətəni inkişaf etdirmək, qoruyub yaşatmaq hər birimizin borcudur. Yüzilliklər, minilliklər boyu xalqımız müstəqilliyə can atıb, nəhayət ki, biz bunu əldə etmişik. ABŞ-ın səfiri çox şey deyə bilər. Mən Milli Məclisdə sədr müavini olduğum illərdə, onların bizim işlərimizə qarışmalarının daha çox şahidi olurdum. Hər zaman bizə nə isə öyrətmək istəyirlər. Bizim isə heç kimin məsləhətinə ehtiyacımız yoxdur.

 

Lalə Novruzlu

 

 

Oxşar xəbərlər
10:13, Bu gün
İkardi bu paylaşımı ilə “Fənərbağça” azarkeşlərini qıcıqlandırdı - FOTO
10:12, Bu gün
Hər gün bir qaşıq zeytun yağı içmək üçün  6 səbəb
10:10, Bu gün
Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb
10:05, Bu gün
BDU-da Dövlət Vergi Xidmətinin Yay Təcrübə Proqramının təqdimatı olub - FOTO
10:04, Bu gün
Almaniya prezidenti Türkiyə səfərində dönər kəsərək ətrafdakıları qonaq edib - VİDEO
09:58, Bu gün
Əliyev tələb etdi, Ermənistan razılaşdı - 3 variantda delimitasiya ssenarisi
09:56, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
09:52, Bu gün
Azərbaycanda zəlzələ olub
09:51, Bu gün
Naxçıvanda müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər
09:47, Bu gün
Qırğızıstan prezidenti Ağdama gedəcək
09:34, Bu gün
Şəmkirdə mağaza yanıb - VİDEO
09:30, Bu gün
Elmlər Akademiyası Parkında oturacaqlar hansı səbəbə yoxa çıxıb?-“Uşaqlar orada futbol oynayırlar”-AÇIQLAMA+ÖZƏL
09:22, Bu gün
Rayonlarda hava yağıntılı olub, şimşək çaxıb - FAKTİKİ HAVA
09:18, Bu gün
Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO
09:18, Bu gün
Evdə sağlamlıq üçün bunları etmək vacibdir! – 5 TÖVSİYƏ
09:14, Bu gün
Zərərli qidaları neçə gündən bir yemək təhlükəsizdir? - Mütəxəssisdən AÇIQLAMA
09:11, Bu gün
Nizami rayonunda 41 yaşlı kişini avtomobil vurub
09:10, Bu gün
Azərbaycan nefti cüzi ucuzlaşıb
09:06, Bu gün
Məktəblərdə təhlükəsizlik problemi - iki şagirdin faciəsi kimin üzərindədir?
09:06, Bu gün
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır…
09:00, Bu gün
Toyuğun bu hissələrini yeməyin:  Xərçəng riskini artırır
08:47, Bu gün
Müğənni Şəbnəmin prodüseri vəfat etdi
08:29, Bu gün
Füzuli sakini: Doğma yurda qayıdış hissini yaşamaq möhtəşəmdir
08:19, Bu gün
Şimali Koreyada nüvə təlimləri keçirilib
08:02, Bu gün
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə...-FOTO 
08:00, Bu gün
Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə
07:57, Bu gün
“Wolt”un xanım sürücüsü qəzada xəsarət aldı - FOTO
07:23, Bu gün
Keçmiş məcburi köçkün: “Füzulidən çıxdığımız yadıma düşəndə saatlarla ağlayıram”
07:07, Bu gün
Füzuli sakini: “Qısa müddətdə torpaqlarımızda cənnət yaradıldı”
07:06, Bu gün
Növbəti köç karvanı Füzuli şəhərinə yola düşüb
07:00, Bu gün
Rusiya Odessanı atəşə tutub, yaralananlar var
06:56, Bu gün
Paşinyan "Niyə KTMT üzvü olmaqda davam edirsiz?" sualını belə cavablandırdı...
06:33, Bu gün
Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşüb
06:28, Bu gün
İranda iki ildə yoxsulların sayı səkkiz milyon nəfər artıb - FOTO
06:00, Bu gün
DƏHŞƏT: Bir ərazidən 5 meyit tapıldı
05:26, Bu gün
Baş ağrılarını kəsən  5 ən effektiv üsul
01:16, Bu gün
Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu
22 Apr 2024 | 23:22
Paşinyan Qarabağ ermənilərinin geri qayıtmasını real hesab etmir
22 Apr 2024 | 23:21
“Rusiya 9 may tarixinə qədər müharibənin taleyini həll etməyə çalışacaq, səbəb...”
22 Apr 2024 | 23:21
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
22 Apr 2024 | 23:19
Qarabağdan çıxan sülhməramlıların hara yollandığı bəlli oldu - VİDEO
22 Apr 2024 | 23:13
Xalq yazıçısı Elçin Əfəndiyev İstanbulda xəstəxanaya yerləşdirilib
22 Apr 2024 | 22:37
Tayvan sahillərində 24 saat ərzində üçüncü zəlzələ
22 Apr 2024 | 22:35
İlham Əliyev: “Heydər Əliyev amili iki ölkə münasibətlərində həmişə mühüm rol oynayıb və oynayacaq”
22 Apr 2024 | 22:33
"Tramp Konqresdə Ukrayna uğrunda döyüşü uduzub, seçkiləri də uduza bilər" - "The Atlantic"
22 Apr 2024 | 22:12
Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfərə yola düşüb
22 Apr 2024 | 22:02
“Forbes” jurnalı əsas varlanma sahələrini açıqlayıb
22 Apr 2024 | 21:44
Bayden Ukraynaya yardımla bağlı paketi tez bir zamanda imzalayacağını Zelenskiyə söz verib
22 Apr 2024 | 21:39
“Hizbullah” İsrailə raket yağdırdı
22 Apr 2024 | 21:36
“Moğollar xalqın müqaviməti ilə üzləşib geri döndülər...” -Akif Nağıdan tariximizə fərqli baxış
22 Apr 2024 | 21:17
“Son olaylar Azərbaycan-Rusiya münasibətlərinin inkişafından xəbər verir”
22 Apr 2024 | 21:15
"Biz türk xalqını yaxşı tanıyırıq, Türkiyə Fələstini müdafiə edir" - İsmayıl Haniyə 
22 Apr 2024 | 20:32
Astarada xarabalıqdan betər tibb məntəqəsi - VİDEO
22 Apr 2024 | 20:27
"Kadırov ağır xəstədir, onun ehtimal edilən varisi kim olacaq?" - "Novaya qazeta Yevropa"
22 Apr 2024 | 20:25
Erməni politoloq: “Etirazçılar Azərbaycana problemləri hərbi yolla həll etmək üçün qanuni hüquq verir”
22 Apr 2024 | 20:20
Rusiya mediası İlham Əliyevin bu ölkəyə səfərini geniş işıqlandırır - FOTO
22 Apr 2024 | 20:16
Gürcüstan-Türkiyə sərhədində külli miqdarda qızıl-zinət məmulatlarının qanunsuz idxalının qarşısı alınıb
22 Apr 2024 | 20:14
"Azərreyl"in baş məşqçisi: "Sonadək mübarizə apardıq və qalib gəldik"
22 Apr 2024 | 20:02
XİN: Gürcüstan Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır
22 Apr 2024 | 20:01
UNEC-də “Ulu Öndər Heydər Əliyev xatirələrdə” kitabının təqdimatı keçirilib - FOTO
22 Apr 2024 | 19:59
Xumar sevənlərini BELƏ COŞDURDU - VİDEO
22 Apr 2024 | 19:59
Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini AÇIQLADI
22 Apr 2024 | 19:56
"NATO-nun nüvə silahı getdikcə Rusiyanın sərhədlərinə yaxınlaşır" - Polşa prezidenti
22 Apr 2024 | 19:53
Aİ İranın raket və dron istehsalçılarına qarşı sanksiyaları genişləndirib
22 Apr 2024 | 19:37
Yaxın Şərqdə səngiməyən gərginlik: Türkiyə savaşdan yayına biləcək? - FOTO
22 Apr 2024 | 19:35
Kreml: Sülhməramlıların Qarabağ bölgəsindən çıxarılması regiondakı mövcud reallıqlara uyğundur
22 Apr 2024 | 19:30
KİV: İsrail İrana atdığı raketi özü məhv edib
22 Apr 2024 | 19:27
Taksi qiymətlərində artım var: Səbəb nədir? - VİDEO
22 Apr 2024 | 19:24
Qaribaşvili Azərbaycan səfiri ilə iki ölkə arasındakı münasibətləri müzakirə edib
22 Apr 2024 | 19:17
ADP hakimiyyətə çağırış etdi
22 Apr 2024 | 19:09
Bəzi rayonlarda şimşək çaxıb, leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA
22 Apr 2024 | 19:05
BDU-da icbari tibbi sığorta ilə bağlı infosessiya keçirilib - FOTO
22 Apr 2024 | 19:01
Sarvan Cəfərov: Şirkətlərlə 100,5 min hektar sahədə pambıq istehsalı üçün müqavilə bağlanılıb
22 Apr 2024 | 18:56
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
22 Apr 2024 | 18:50
Bakı Dövlət Universitetinin görmə məhdudiyyətli tələbəsi - VİDEO
22 Apr 2024 | 18:49
Ekspert: COP29 hidrogen yanacaq elementləri üzrə əməkdaşlıq platformasına çevrilə bilər
22 Apr 2024 | 18:43
Bu bürclər yazın sonuna qədər sevinəcək - Karyera yüksəlişi və böyük pul
22 Apr 2024 | 18:40
Mətbuat Şurası ilə Özbəkistan Jurnalistlər İttifaqı arasında əməkdaşlıq genişlənir - FOTO
22 Apr 2024 | 18:37
Qaradağ rayonunda içməli suyun verilməsi niyə dayandırılıb? - RƏSMİ AÇIQLAMA
22 Apr 2024 | 18:34
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir
22 Apr 2024 | 18:20
“Robotex Türkiyə”nin qalibi olan BDU komandaları böyük coşqu ilə qarşılanıb - FOTO
22 Apr 2024 | 18:15
Prezident İlham Əliyev: “Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq"
22 Apr 2024 | 18:12
“Meta”nın mətbuat katibi Rusiyada azadlıqdan məhrum edilib
22 Apr 2024 | 18:08
Ev telefonlarına olan tələbat niyə azalıb? - VİDEO
22 Apr 2024 | 18:04
Azərbaycanlı bankir Vyanada vəfat etdi - FOTO
22 Apr 2024 | 18:00
Politoloq Rusiyanın Azərbaycan və Ermənistanla münasibətlərini müqayisə etdi
22 Apr 2024 | 17:55
Azərbaycanda ictimai nəqliyyatla bağlı XOŞ XƏBƏR
22 Apr 2024 | 17:50
Yaxın Şərqdə səngiməyən gərginlik: Türkiyə savaşdan yayına biləcək? - ŞƏRH + FOTO
22 Apr 2024 | 17:48
Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - VİDEO
22 Apr 2024 | 17:45
Məktəblərdə laborant ştatı lazımdırmı? - Ekspertdən İLGİNC rəy
22 Apr 2024 | 17:40
BDU-da IFLA-nın fəaliyyətinə həsr olunmuş elmi seminar keçirilib
22 Apr 2024 | 17:35
Azərbaycanlı idmançı erməni rəqibini məğlub etdi
22 Apr 2024 | 17:30
Sloveniya Bakı ilə İrəvan arasında razılaşmanı alqışladı
22 Apr 2024 | 17:25
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri barəsində cərimə protokolu tərtib edilib - FOTO
22 Apr 2024 | 17:23
Daşnaklar Paşinyanı ömürlük həbslə hədələdi...-Qazaxın kəndlərinə görə... 
22 Apr 2024 | 17:22
MEDİA sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ ETDİ
22 Apr 2024 | 17:17
Fabio Kannavaro "Udineze"nin baş məşqçisi oldu
22 Apr 2024 | 17:12
Korrupsioner Okampo: muzdlu hakim erməni lobbi və kilsəsi ilə sülhə qarşı - ŞƏRH + FOTO
22 Apr 2024 | 17:07
Prezident: “Rusiya ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk”
22 Apr 2024 | 17:03
"ABŞ yardımı Ukraynaya möhlət verəcək, lakin müharibənin gedişini dəyişməyəcək" - "Bloomberg"
GÜNLÜK
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
22 Apr 2024 | 12:40
Vətəndaşla təcili yardım sürücüsü arasında qalmaqal: “Səs siqnalı qoşmağa icazə verilmir” - AÇIQLAMA + VİDEO
22 Apr 2024 | 13:48
Bu gün Füzuliyə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
22 Apr 2024 | 16:29
Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - FOTO
22 Apr 2024 | 11:14
Nimesil bu şəxslərin həyatı üçün təhlükəlidir - QƏTİ OLMAZ 
22 Apr 2024 | 11:30
8 yaşlı qızın beynindən  bir metr tük çıxarıldı
22 Apr 2024 | 13:13
"Ərəblər məni pulla almışdılar" - Samirə Yusifqızı
22 Apr 2024 | 15:17
Tanınmış aktrisanın qocalar evində yaşayan anası vəfat edib - FOTO + ÖZƏL
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
AYLIQ
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
22 Apr 2024 | 12:40
Vətəndaşla təcili yardım sürücüsü arasında qalmaqal: “Səs siqnalı qoşmağa icazə verilmir” - AÇIQLAMA + VİDEO
22 Apr 2024 | 13:48
Bu gün Füzuliyə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
22 Apr 2024 | 16:29
Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - FOTO
22 Apr 2024 | 11:14
Nimesil bu şəxslərin həyatı üçün təhlükəlidir - QƏTİ OLMAZ 
22 Apr 2024 | 11:30
8 yaşlı qızın beynindən  bir metr tük çıxarıldı
22 Apr 2024 | 13:13
"Ərəblər məni pulla almışdılar" - Samirə Yusifqızı
22 Apr 2024 | 15:17
Tanınmış aktrisanın qocalar evində yaşayan anası vəfat edib - FOTO + ÖZƏL