Mərkəzləri Suriyada olan yeni terror təşkilatları yaranır.
Moderator.az xəbər verir ki, bu barədə
AKP-dən olan millət vəkili Əli Şahin “twitter”
səhifəsində yazıb.
"Yaxın günlərdə bölgədə Türkiyə də daxil fərqli hədəflərə
yönəlmiş Suriyadan idarə olunan yeni terror təşkilatları ilə qarşılaşa bilərik
"- Əli Şahin qeyd edib.
Millət vəkili bildirir ki, bəzi
seqmentlər “Əl-Qaidə” terror təşkilatını Suriyaya köçürərək, yeni Əfqanıstan yaratmağı qarşılarına
məqsəd qoyublar. Şərqdən və Avropadan şüurlu və planlı şəkildə terror təşkilatlarını Suriyaya köçürməklə, həmin
təşkilatlar Suriyanı bir terror laboratoriyasına çevirirlər. Yaxın vaxtlarda Türkiyə də daxil olmaqla bölgə
Suriyadan idarə olunan yeni terror təşkilatlarının hədəfinə çevrilə bilər.
Əli Şahin bunun ardından Mosulda Türkiyə Baş konsolluğun
konvoyuna və Moqadişidə THY xidmətinə təşkil edilən hücumları xatırladaraq, tədbir görülməsinin zəruri olduğunu bildirir.
Türkiyənin xalq hərəkətləri və terror təşkilatları ilə parçalamağa çalışıldığını bildirən Əli Şahin son olaraq bunları yazıb: "Dərin güclər bu günə qədər hədəf aldığı
hakimiyyətləri terror təşkilatları və xalq hərəkətləri ilə devirdi . Bu
postmodern bir döyüş üsuludur. İndi isə
hədəf Türkiyədir. Xüsusilə Suriya ilə olan sərhədlərimizdə terrorla mübarizə
sistemini gücləndirməliyik. Önləyici tədbirlər almaq məcburiyyətindəyik".
Elman