“Könül istərdi ki, Qüdrət Həsənquliyev də Milli Şurada olsun”
Oxunub: 6891
30 May 2014 | 10:30
“Könül istərdi ki, Qüdrət Həsənquliyev də Milli Şurada olsun”

Tanınmış hüquqşünas Qurban Məmmədovun Moderator.az-a verdiyi müsahibəni təqdim edirik:

 

-Maliyyə amnistiyası ilə bağlı bir müddət öncəki məqaləniz ziddiyyətli fikirlər yaratdı cəmiyyətdə. Hansı şərtlərlə Siz belə bir amnistiyanın verilməsini məqbul hesab edirsiniz?

 

-02 aprel 2013-cü  ildə “Azadlıq” və “Yeni Musavat” qəzetlərində  dərc etdirdiyim  “XİLAS DÜSTURU” adlı yazımda mən bu amnistiya təklifini etmişdim. Ancaq bunun şərtlərini də ətraflı izah etmişdim. Bu amnistiya nəticəsində  bəzi adamlar dövlətdən ”“ bizdən oğurladıqları milyardları qanuniləşdirəcəklər. Bunun millətə nə faydası var? Oğru, rüşvətxor, korrupsioner cəzalandırılmalı halda, bu amnistiya  ilə mükafatlandırılacaq. Bu addımı  yalnız milli barışıq əldə etmək, tarixi bir mərhələni arxivə verib, yeni - keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı məqsədi ilə atmaq olar. Bəs millətin qazancı nə olacaq ?

 

Bu günədək, son 20 ildə qanunsuz həbs edilən bütün insanlara bəraət verilməsi və onlara vurulmuş maddi ziyanın ödənilməsi, vətəndaşların hər növ dövlət borclarının  ödənilməsi, tələbələrin təhsil borclarının dövlət və ya oliqarxlar tərəfindən ödənilməsi, əhalinin 10-15 il ərzində kommunal  xərclərdən azad edilməsi, bütün gənclərin  pulsuz mənzillərlə təmin edilməsi, aliment öhdəlikərinin dövlət tərəfindən ödənilməsi (reqress iddia ilə borcludan almaq şərti ilə), həddi-buluğa çatmamış bütün uşaqların dövlət bankında adlarına ən azı 10 min manat pul yatırılması, bütün sənədsiz evlərin sənədləşdirilməsi, bütün əlillərə maşın verilməsi, evdar qadınların müxtəlif növ məişət avadanlıqları ilə təmin edilməsi, bir sözlə, qanunlaşdırılacaq oğurlanmış milli sərvətin bir hissəsinin bu yollarla əhaliyə qaytarılması şərti ilə bu amnistiyanı qəbul etmək olar.

 

Yoxsa bu amnistiya nəticəsində bir oliqarxın ”“ oğrunun rüşvətxor və korrupsionerin 3000 mənzili, 10 zavod”“fabriki, on min hektarlarla torpağı, yüzlərlə bağ evi, xarici dövlətlərdə milyardlarla hesablanan daşınmaz əmlakı, xarici banklarda milyonlarla pulu və s. sərvəti qanuniləşəcək və millət də əvvəlki kimi dilənçi halda qalacaqsa, iqtisadi durumu yaxşılaşmayacaqsa, ölkədəki rüşvət, monopoliya və korrupsiya şəraiti davam edəcəksə, məhkəmələrdəki rüşvətxorluq, dövlət idarələrindəki indiki süründürməçilik və pul qoparma şəraiti tüğyan edəcəksə, bu amnistiyanın milli maraqlar və dövlətçilik baxımından xeyri nədir?

 

Oğru, rüşvətxor, korrupsioner, monopolist mütləq cəzalandırılmalı və sərvətləri dövlət nəfinə müsadirə edilməlidir. Bunu istəmirlərsə, amnistiya ilə özlərini və gələcək nəsillərini xilas etmək istəyirlərsə, buna yalnız ölkədə milli barış və qarşılıqlı güzəşt  şəraiti  yaratmaq niyyəti ilə etmək olar. Başqa heç bir halda bunu qəbul etmək mümkün deyil.

 

-Gülər Əhmədova haqqındakı son məhkəmə qərarını necə qarşıladınız?

 

-Gülər Əhmədovanın dələduz kimi məsuliyyətə cəlb olunması tamamilə qanunsuz idi. E.Abdullayevin təqdim etdiyi təkzibedilməz sübutlardan görünür ki, söhbət dələduzluqdan getmir. Ancaq rejim özünün dövlət hakimiyyəti əleyhinə olan cinayətini ”“ hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama (CM-nin 278-ci maddəsi) və seçki sənədlərini saxtalaşdırma, bilə-bilə səsləri düzgün hesablamama, yaxud səsvermənin gizliliyini pozma (CM-nin 161-ci maddəsi) cinayətlərini ört-basdır etmək üçün  bu komediyanı uydurdu.

 

Uydurmağına uydurdu, ancaq uydurduğuna da elə hüquqi qiymət verdi ki, cəmiyyət uydu. G.Əhmədovanın dələduzluğu sübut edilmişdisə, ona 3 il azadlıqdan məhrum etmə kimi gülünc cəza verilməsi də, sonradan hansısa səbəblərdən bu cəzanın şərti hesab edilərək onun azadlığa buraxılması da, paralel olaraq NİDA-çı gənclər haqqında qanunsuz (sərt yox!!!)  hökmün çıxarılması da açıq həyasızlıqdır və “lotu davranışı”dır. Millətə meydan oxumaq, onu alçaltmaq, ələ salmaq, dövlətə və dövlətçiliyə, qanuna və qanunçuluğa tüpürməkdir.

 

Əks təqdirdə, hakimlərin indiki həyasızlığını heç cür izah etmək olmur. Doğurdanmı onlar bu adamların nakişi, qorxaq və biqeyrət olduqlarına belə inanırlar?! Başqasının gənc  övladı haqqında belə həyasızcasına açıq qanunsuz hökm çıxaran  hakim nəyə arxayındır görən? Şəxsən mən onlara görə narahatçılıq keçirirəm. Çünki belə davam etsə, kiminsə əsəblərinin anidən partlayış  verməyəcəyinə təminat yoxdur. Bütün hədlər aşıldı.

 

Nigar Yaqublu və Leyla Yunus işində qeyrət-namus-əxlaq səddi, NİDA-çılarda, Tale Bağırzadə və hicab məhbuslarında bütün insani və dini dəyərlər, G.Əhmədova da isə qanunçuluq anlayışları  tamamilə tapdalandı.

 

Azərbaycan hüquq müstəvisindən çıxıb. Olduğu müstəvinin qaydaları isə heç kimə məlum deyil. Bu çox qorxuludur. İlk öncə bu şəraiti yaradan  və idarə edənlərin özü üçün.

 

-Çingiz Qənizadə Leyla Yunusa qarşı qanunsuz və ədəbsiz hərəkət edən polis əməkdaşının mükafatlandırılması üçün DİN rəhbərinə müraciət edib. Eşitdinizmi? Nə baş verir bu məmləkətdə?

 

-Çingiz Qənizadənin fəaliyyəti hüquq müdafiəçiliyinə PARODİYADIR. Çox təəssüf! Ç.Qənizadə milli-azadlıq hərəkatımızda iştirak edib. Zəhməti var. Ancaq adamlar öz keçmişinin üstündən belə asanlıqla qara xətt çəkəndə, mən başa düşə bilmirəm bu yola düşməyə onları məcbur edən nədir? Niyə axı Çingiz Qənizadə kimi adamlar yaxınlarını, qohum-əqrəbasını, dostlarını, həmyerlilərini düşünmürlər? Açığı deyim, şəxsən Çingiz Qənizadənin hərəkətlərinə görə onun övladlarının keçirdikləri hissləri düşünəndə mənim ürəyim sıxılır. Axı biz meşədə yaşamırıq. Tək deyilik. Bizim ətrafımız var. Biz bir addım atanda təkcə özümüzü düşünməməliyik axı. O öz yolunu - zalımın yanında olmaq təyinatını könüllü seçib, indiki hərəkətlərində də qeyri-adi heç nə yoxdur. Mənim ona həqiqətən həm heyfim, həm də yazığım gəlir. Leyla Yunus “premyer-liqa”da oynayır. Çingiz isə “top gətirən” rolunda. Belələri indi yüz minlərlədir. Çingiz də onlardan biri - sıra nəfəri. Leyla xanımı isə xalqımız qorumalı və qiymətləndirməlidir.

 

-Sizin Penitensiar Sistem haqqında yazdığınız məqaləni bəziləri: “Q.Məmmədov mövqeyini dəyişir, deyəsən” - kimi qiymətləndirdi.

 

-Hərənin öz ölçmə arşını var. Hər kəs öz əxlaqı, mənəviyyatı, dünyagörüşü və səviyyəsinə uyğun da dəyərləndirmə edir. Mən düz bildiyimi deyəndə və edəndə kimin necə münasibət bəsləyəcəyini nəzərə almıram. Hesabat verməli olduğum məqam Allah və vicdanımdır. Mən penitensiar xidmətdə olan real vəziyyət barədə yazmışam. Və təkcə o barədə yox. Hər kəs görmək istədiyini görür, eşitmək istədiyini eşidir. Bu, insanın xislətindədir. Maraqlı olan başqa bir şeydir. Bir məsəl var: “Özü tülküyə müqavimət göstərməyən, başqalarını şirə müqavimət göstərməməkdə ittiham edəndə gülünc görsənir. Həm də vay o gündən ki, o başqaları həqiqətən də şirə qarşı döyüşələr”.

 

-Qüdrət Həsənquluyevin rus qoşunlarını Azərbaycana dəvət etmək və Gömrük İttifaqına, Avrasiya Birliyinə getmək kimi təklifləri cəmiyyətdə ziddiyyətli fikirlər yaratdı. Siz bu barədə nə düşünürsünüz?

 

-Q.Həsənquliyevin tutduğu siyasi mövqe kimlərinsə xoşuna gəlməyə bilər. Heç mənim də ürəyimcə deyil. Könül istərdi ki o da Milli Şurada olsun və bizimlə bir cəbhədə fəaliyyət göstərsin. Bu da onun seçimidir. Hörmətlə yanaşmaq borcumuzdur, bəyənməsək də. Ancaq mən inanmıram ki, Qüdrət bəy qeyd-şərtsiz rus qoşunlarının bura dəvət edilməsini təklif etsin. Qətiyyən. Bu, bütün şüurlu həyatının ən şərəfli səhifələrinin üstundən xətt çəkmək olardı. O da bizim kimi öz gəncliyini milli azadlıq hərakatında rus imperiyasına qarşı mübarizədə keçirmiş bir şəxsdir. Görünür onun fikirləri tam ifadə edilmir. Ancaq mən özüm hələ 1 ay bundan qabaq “Gömrük ittifaqı - nədən olmasın?” adlı bir yazı yazmışam.

 

Erməni problemi (Qarabağ yox) birdəfəlik həll edilə bilərsə, yəni Ermənistandan çıxarılmış yüz minlərlə türkün əvəzinə Qarabağda yaşayan ermənilər də son nəfərinə kimi Ermənistana köçürülərsə, Naxçıvana eni 300-800 metr olan neytral zona yaradılarsa, Avropa Birliyinin şərtlərinə uyğun şərtlərlə Rusiya ilə birlikdə Avrasiya Birliyində iştirak nədən olmasın? Belə çıxır ki, NATO qoşunları Azərbaycana gəlsə, biz müstəqilliyimizi itirmirik, rus qoşunu gəlsə itiririk? Bu nə məntiqdir? Əgər biz dilemma qarşısındayıqsa, ikisindən birini seçməyə məhkumuqsa, üçüncü variantımız yoxdursa, onda biz milli maraqlarımıza daha uyğun variantı seçməliyik. İndiki vaxtda bizim 1 nömrəli milli marağımız erməni problemini (Qarabağ yox) daimi və birdəfəlik həll etməkdir. Təbii ki, SSRİ-nin olduğu kimi bərpası Azərbaycanı yenidən tam olaraq itirməkdir. Ancaq dünya şərtləri dəyişib. Rusiya rəhbərliyi də bunu əla bilir. İndiki şəraitdə məncə Azərbaycan prezidenti Putinlə bu şərtlərlə danışıq apara bilər və əminəm ki, Rusiya öz əsas niyyətinə çatmaq üçün 100-150 min Qarabağ ermənisini bir gecədə Ermənistana köçürər. Köçürmə xərclərini Azərbaycan öz üzərinə götürə bilər.

 

Bu təklifi şərtləndirən reallıqlar var.

1. Rusiya Ukraynada qalib gəlsə, Qərbi üstələsə, Qafqazda da istədiyini edəcək və Azərbaycanda olan “5-ci kalon” öz işini görəcək.

2. Rusiya Ukraynada uduzsa da, biz Qarabağı itirəcəyik. Çünki son anda Rusiya öz niyyətinə çatmasa da, Qarabağın öz müttəfiqinə - Ermənistana verilməsi üçün əlindən gələni edəcək və Avropa da buna susmaqla dəstək verəcək. Avropa üçün Azərbaycanın maraqları önəmli deyil. Onlar da erməninin maraqlarını güdürlər. Xristian təəssübkeşliyi daimidir.

 

Azərbaycan prezidenti bu istiqamətdə səylər göstərməlidir. Bizim üçün önəmli olan torpaq bütövlüyümüz və ərazimizdə bir nəfər də olsa erməninin qalmamasıdır. Bunun müqabilində isə bütün köçürmə xərclərini və Ermənistanı iqtisadi bataqlıqdan çıxartmaq üçün müəyyən xərcləri Azərbaycan tərəfi öz üzərinə götürə bilər. Bu prosesdə isə “öncə problemin həlli, sonra isə Gömrük İttifaqı” əsas prinsip olmalıdır.

 

Putin buna gedəcəkmi? Gedərsə, Rusiyanı xilas edər, getməzsə, öz siyasi niyyətlərinə “əlvida” deyər, biz yenə öz Avropa yolumuzu davam edərik - Qarabağı müvəqqəti itirsək də.

 

Q.Həsənquluyevin bu təklifinin oxşarını 1945-ci ildə Mərhum Öndər, Ümummilli lider M.Ə.Rəsulzadə etmişdi. O vaxt Cənubi Azərbaycanın SSRİ tərkibində Şimali Azərbaycanla birləşməsi ideyasına o belə yanaşmışdı: “Önəmli olan Azərbaycanın birliyidir. Rusiya imperiyası onsuz da daimi deyil”. Ulu Öndərin bu dahiyanə fikri o vaxt reallaşsaydı, indi necə olardı? Məncə, elə bu məntiqlə də Q.Həsənquliyevin təklifinə yanaşmaq lazımdır.

 

-Sizi maraqlandıran bir sual varmı, cavab verə bilərsiniz...

 

-Var. 09 oktyabr prezident seçkisi öncəsi “Yeni Müsavat” hansısa mənbəyə istinadən belə bir məlumat yaymışdı ki, “İlham Əliyev Avropa və Rusiya ilə razılaşdıraraq 06 noyabr 2013-cü ildə müharibəyə başlayacaq və torpaqlarımızın xeyli hissəsini geri alacaq”.

 

Təbii ki bu məlumatı oxuyan hər bir adam İ.Əliyevə səs verməli idi. Bilmək istəyirəm: nə oldu, torpaqlar geri qayıtdımı? Artıq 2014-cü ilin may ayıdır. Yox əgər torpaqlar yenə də erməni əlindədirsə, onda o məlumatı nə məqsədlə yaymışdılar...?

Oxşar xəbərlər
15:25, Bu gün
Fuad Hüseynəliyev: “Azərbaycan və Ermənistan danışıqlar masasında daha çox məsələni həll etməyə qadirdir”
15:20, Bu gün
Azərbaycanın iştirakı ilə CAREC ölkələrilə tranzit daşımaları həyata keçirilməsi üzrə beynəlxalq saziş hazırlanır
15:15, Bu gün
Cavanşir Məmmədovun nəşinin ekspertizası bitib - YENİLƏNİR + FOTO/CANLI YAYIM
15:10, Bu gün
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi - FOTO
15:05, Bu gün
Azərbaycan ÜGT-də idxal-ixrac prosedurlarının sadələşdirilməsi üzrə müzakirələ qoşulub - FOTO
15:00, Bu gün
Əsas kapitalını Bakı nefti hesabına toplamış Nobel və separatçı erməni milyonçu - ŞƏRH + FOTO
14:55, Bu gün
Daha bir müntəzəm marşrut xətti "BakuBus"a verildi
14:50, Bu gün
“Ruslar Qarabağdan çıxmaq istəmirdilər, amma...” - Danielyan
14:45, Bu gün
Addım-addım sülhə doğru: Proses Qazaxdan başlandı - ŞƏRH + FOTO
14:40, Bu gün
Boşanmış qadın başqası ilə sevgili oldu, qardaşı biləndə... - "Onu yox, məni öldür..." – ŞOK
14:35, Bu gün
İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO
14:30, Bu gün
Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar etdilər
14:25, Bu gün
Azərbaycanlı iş adamı öldürüldü
14:20, Bu gün
Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”
14:14, Bu gün
Xətaidə “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
14:08, Bu gün
İran-İsrail gərginliyinin simvolik mesajları: Müharibədən qaçmaq mümkündürmü?  
14:03, Bu gün
Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq
13:54, Bu gün
Bakıda növbəti ümumşəhər iməcliyi keçirildi - FOTO
13:50, Bu gün
"Neftçi"nin iki futbolçusu "Zirə" ilə oyunu buraxacaq
13:48, Bu gün
“Bu etirazların Paşinyanın məlum 4 kənd haqda qərarını dəyişdirməsi mümkün deyil...”
13:45, Bu gün
Türkiyədə Osmanlı dövrünə aid tarixi bina yanır - FOTO
13:42, Bu gün
“Burada heç bir təhqir, heç bir alçaldılma yoxdur”
13:40, Bu gün
Biləsuvarda qadın yaylığı ilə özünü asdı
13:36, Bu gün
Parlament seçkilərinin anonsu verildi: Avqustda...
13:30, Bu gün
Dörd kəndin qaytarılması Aİ və ABŞ-nin prosesə müdaxilə cəhdinin iflasa uğramasıdır
13:25, Bu gün
"Ermənistanın “alimləri” və onlara dəstək verənlər elmin yox, siyasətin ardınca gedirlər" - Kamal Abdulla
13:20, Bu gün
AMB sədri Qafqaz və Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlıq perspektivlərini müzakirə edib - FOTO
13:12, Bu gün
IMF Azərbaycanın iqtisadi inkişaf və iqlim hədəflərinə dəstək verməyə hazırdır - FOTO
13:08, Bu gün
Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilib
13:07, Bu gün
Aşağı Əskipara sakini: “Qanadım olsa, ora uça-uça qayıdaram”
13:07, Bu gün
“Ürəyində 4 stent var idi, əsəb yıxdı onun evini” - Cavanşir Məmmədovun ölüm səbəbi - ÖZƏL
13:06, Bu gün
Müdafiə naziri Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıqlar verib
13:06, Bu gün
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib
13:05, Bu gün
Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib
13:00, Bu gün
Zakir Həsənov sülhməramlılarla bağlı tapşırıq verdi - FOTO/VİDEO
12:56, Bu gün
“Abzas Media” və “Toplum TV” işində yeni faktlar
12:54, Bu gün
Kəlbəcərin Başlıbel kəndi-Yandırılmış Məscidin qalıqları üzərində azan verildi- VİDEO
12:51, Bu gün
Antalyada avtobus aşdı: Çox sayda yaralı var - FOTO
12:48, Bu gün
FHN Lənkəranda qanunsuz tikililəri sökdü - FOTO
12:44, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
12:40, Bu gün
Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll etdi”
12:35, Bu gün
Azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı görülən işlər açıqlandı - FOTO
12:30, Bu gün
Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşdü
12:26, Bu gün
Oğuzda yoldakı çala-çuxuru çınqılla doldurdular: Asfalt da olacaq - FOTO/VİDEO
12:21, Bu gün
Ağlaşma bitir, anlaşma zamanıdır - Kənardan qaz verən olmasa, Qafqazda münaqişə az olar
12:15, Bu gün
Qərar verildi: Bu verilişlər bağlanır - Dəqiq tarix
12:13, Bu gün
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:10, Bu gün
Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı
12:05, Bu gün
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı - VİDEO
12:03, Bu gün
Talıbovları çətin suallar gözləyir - “baş kassir”in bildiyi sirlər
12:00, Bu gün
İstirahət gününün HAVA PROQNOZU açıqlandı
11:57, Bu gün
Koray Avcı Bakıda konsert verdi
11:55, Bu gün
Həsən Əblucun xanımına yazdığı məktub xəstəxanada hamını ağlatdı: “Əgər alınmırsa...” - FOTO
11:50, Bu gün
ŞƏT-ə üzv ölkələrin müdafiə nazirləri Astanaya toplaşacaq
11:46, Bu gün
Sülhməramlıların Qarabağdan vaxtından əvvəl çıxarılması niyə ermənilərdən daha çox ermənipərəstləri pərt edib? - Sabiq səfir həqiqətləri açıqlayır.... 
11:46, Bu gün
Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi
11:43, Bu gün
Dörd kəndin qaytarılmasına dair razılıq Qərb dövlətlərinin qərəzli təbliğatını ifşa etdi – RƏY + FOTO
11:39, Bu gün
Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB
11:36, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:33, Bu gün
Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib - YENİLƏNİB + FOTO
11:32, Bu gün
Muxtar Mustafayev: “Azərbaycan vəkilliyində keçmiş hakimlər, prokurorlar, alimlər təmsil olunur” - VİDEO
11:29, Bu gün
Pərviz Şahbazov Nyu-Yorkda BMT Baş Assambleyasının prezidenti ilə görüşdü - YENİLƏNİB + FOTO
11:26, Bu gün
“Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək” - Kamaləddin Qafarov
11:23, Bu gün
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
11:20, Bu gün
Xankəndidə tapança, avtomat və qumbaralar tapıldı
11:18, Bu gün
Zidan baş məşqçiliyə qayıdır: İki klubdan biri!
11:15, Bu gün
Xatirə İslam: “Mənə belə suallar verməyin” - VİDEO
11:13, Bu gün
Fransanın insan sümüklərindən inşa etdiyi KİLSƏLƏR – SENSASİON FAKTLAR/FOTO  
11:12, Bu gün
Çay necə zəhərə çevrilir? - Bu içkini nə zaman içməlisiniz?
11:06, Bu gün
Azərbaycanda çörəyin qiyməti artacaq? - ARAŞDIRMA + VİDEO
11:05, Bu gün
Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni, “Zirə” “Neftçi”ni qəbul edəcək
11:05, Bu gün
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
11:05, Bu gün
Bakıda dava edən iki sürücü saxlanılıb - VİDEO
11:04, Bu gün
İnsanlar ilk dəfə marallar arasında yayılan “zombi” xəstəliyinin qurbanı oldular
11:02, Bu gün
Bakıda tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub
10:59, Bu gün
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
10:55, Bu gün
Şuşadan Cəlilabada gedən Xarıbülbül - Məşhur aktyorumuza onu Xalq artistinin anası verib - FOTO+ÖZƏL
10:52, Bu gün
“Hazırda Gürcüstan uğrunda ciddi bir mübarizə gedir...- Bundan sonra isə Azərbaycana...”
10:51, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi
10:44, Bu gün
Bakıda daha bir cinayət: 34 yaşlı kişi qətlə yetirildi
10:35, Bu gün
Ehtiyatda olan polkovnik-leytenant Qazaxın Azərbaycana qaytarılan kəndləri barədə: "Tarix yazılır"
10:24, Bu gün
Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir? - RƏSMİ MƏBLƏĞ
10:15, Bu gün
Hacı Nuran 1 milyon manatı haradan alıb? - Ağlasığmaz iddia
10:05, Bu gün
Xınalığa dolu düşüb - FAKTİKİ HAVA
09:58, Bu gün
42 yaşlı prokuror qəfil vəfat etdi
09:52, Bu gün
Azərbaycanda yumurta KƏSKİN UCUZLAŞDI  - SƏBƏB
09:46, Bu gün
Saakaşvili siyasi mübarizəyə başlayır: Sədr ola bilər
09:45, Bu gün
Palma yağı müəmması: biri deyir zərərsizdir, o biri...
09:35, Bu gün
Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ
09:33, Bu gün
Blinken Qazaxın kəndlərinin qaytarılması barədə: "Mühüm addımdır"
09:20, Bu gün
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:13, Bu gün
İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?
09:08, Bu gün
Qadın barmaq izlərinə görə həbs edildi
09:02, Bu gün
KİV: İsrail ABŞ-dan daha çox silah tələb edir
09:00, Bu gün
Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanıldı
08:57, Bu gün
Burada torpaq sürüşməsi oldu
08:43, Bu gün
ABŞ İraqı vurdu
08:29, Bu gün
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
08:23, Bu gün
“Rusların Qarabağdan çıxması mənim üçün sürpriz oldu...”- Şahramanyan  
08:18, Bu gün
Hər yerdə bitən bu bitki 1001 dərdin dərmanıdır
GÜNLÜK
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 15:40
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
19 Apr 2024 | 15:38
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 15:35
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
19 Apr 2024 | 16:14
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
19 Apr 2024 | 15:49
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
AYLIQ
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 15:40
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
19 Apr 2024 | 15:38
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 15:35
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
19 Apr 2024 | 16:14
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
19 Apr 2024 | 15:49
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO