Bu günlərdə Tiflisdə yaşayan və özünü Bakı ermənisi kimi təqdim edən bir xanımın Bakıda təxminən üç il əvvəl bir azərbaycanlını öldürən, iki nəfərə də agır xəsarət yetirən erməni qohumunun həbsdən buraxılması üçün pul topladığı haqqında məlumat aldım. Qadın deyib ki, Azərbaycanda hər şey pulla həll edildiyindən bu işi əsasən avropalı ermənilərdən toplanılan 200 min avro müqabilində həll edəcək.
Əslində Azərbaycanda yaşayan ermənilər və onların digər dövlətlərdəki əqrəbaları ilə bağlı illərdi araşdırma aparırdım. Bu məlumatdan sonra həmin erməni haqqında bəzi bilgilər əldə etməyə çalşdım.
Yaxşı yadımdadı, son dəfə 1989-cu ildə Sabunçu rayonu Mənzil Təsərrüf İdarəsinin kadrlar şöbəsinin rəisi Ambarsumyan Sedanın məlum hadisələr vaxtı gözümüzün önündəcə Abdullayeva Sevda olması ilə bağlı Biləcəridə rəhmətlik Xəlil Rzanın iştirakı ilə keçirilən bir mitinqdə məlumat vermişdim. Onu da demişdim ki, həmin o Sedanın aşkarca Ermənistana yardım toplamasını idarənin rəisi və həmin xanımın “himayədarı” olan Vaqif Talışxanov yaxşı bilirdi. Erməni qadının bir günün içində “azərbaycanlı” olması da sevgili rəisinin sədaqət göstəricisi idi Sedaya...
Sonuncu dəfə o qadını 16 il öncə Bakının “beşmərtəbə” deyilən ərazisindəki doğum evində tibb işçilərinə xalat və digər malzəmələr satarkən görmüşdüm. Yanılmamışdım. Yaxınlaşıb, Seda xanım, sizsinizmi?-dediyimdə çaşqınlıqla oradan uzaqlaşmağa çalışmışdı. Tanış həkim mənə onun adının Sevda olduğunu deyəndə tam əmin oldum və arxasınca yüyürdüm. Maşına əyləşdiyində yerimdə donub qaldım. Sükan arxasında həmin Talışxanov idi. Lakin illər öncəki əzəmətindən əsər-əlamət qalmamışdı...
Baş həkimə o qadının erməni və sıradan biri olmadığını dedim. Həmin məlumatı o vaxtlar “xüsusi müxbiri” olduğum “Azərbaycan” qəzetinin baş redaktoru rəhmətlik Əmir Mustafayevə də çatdırdım və xahiş etdim ki, “üç nömrə” ilə lazımı orqanlara məlumat versin...
Kütləvi İnformasiya Vasitələrində Ermənistana casusluqda ittiham olunanlar haqqında xeyli məlumat var.
Hakimiyyət təmsilçilərinin və bəzi QHT-lərin məlmatlarında Bakı şəhərində 20 ”“30 min arası erməninin yaşadığı bildirilir.
Etnik mənsubiyyətlərinə görə heç bir problemlə üzləşməyən ermənilər hazırda hətta dövlət orqanlarında müxtəlif vəzifələr tutur və öz adamlarını istədikləri vəzifəyə təyin etdirirlər.
Bakının İcəri Şəhər Dövlət Qorugu hesab olunan bəzi ərazilərin Fərhad Bədəlbəylinin erməni qohumları tərəfindən ələ kecirildiyi, hətta bəzi yerlərdə Qala divarlarının onlar tərəfindən sökdürüldüyü haqda məlumatlar var.
Korrupsiya inkişaf etdiyindən ermənilərin əksəriyyəti milli mənsubiyyətlərini dəyişdikməklə ölkədə azərbaycanlı, rus, yəhudi, kürd və ya başqa millətlər kimi yaşamaqda davam edirlər.
Azərbaycanda yaşayan ermənilərin ictimai asayiş və milli təhlükəsizlik baxımından təhlükəli olub-olmamaları, onlara necə və hansı dövlət orqanlarının nəzarət etməsi, sənədsiz və qeydiyyatsız yaşadıqları halda həyatlarını necə keçirdirdikləri barədə çox düşünmüşəm.
Əldə etdiyim nəticələrərə ğörə Bakıda məskunlaşan ermənilərin imkanlı və zəngin qrupu yüksək vəzifə tutan şəxslər tərəfindən, digər kasıb təbəqəsi isə müvafiq beynəlxalq təşkilatlar və QHT-lər tərəfindən davamlı olaraq himayə olunur.
Əslində Azərbaycanda ermənilər çəkinmədən, milliyətlərini gizlətmədən, hətta Bakıda məhkəmələrdən öz xeyirlərinə qərarlar da çıxarılmasına nail olurlar.
Bakıda azərbaycanlıları qətlə yetirən və həbsdən buraxılmasına pul toplanan şəxsin kimliyini də müəyyən etdik. Bu 2011-ci il dekabrın 27-də Nərimanov rayonu ərazisində baş verən kütləvi dava zamanı Elman Hacıbalayevi və İbrahim Yəhyayevi bıçaqlayan Azər İsmayılovdu. Qəribədir ki, mətbuatda Azər İsmayılovun ata adına bir dəfə də olsun rast gəlinmir. (!) İbrahim Yəhyayev aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişmişdi.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə Azər İsmayılov 14 il müddətinə azadlıqdan məhrum edilib. Iki il sonra 11 mart 2013-cu ildə Bakı Apelliyasiya məhkəməsinin hakimi Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin edilməyib. Qərara əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb. Belə cıxır ki, bu pul Ali Məhkəmə üçün toplanılıb...
Hələlik bu yazı ilə mövcud vəziyyətə müvafiq orqanların diqqətini cəlb etməyə calışdm.
Mövzuyla bağlı araşdırmalarımız isə davam edir.