Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarına qarşı həyata keçirlən təzyiq siyasəti uzun illərdir ki, ölkə gündəmində əsas müzakirə mövzusuna çevrilən, eləcə də beynəlxalq təşkilatların hesabatında əks olunan əsas problemlərdən biridir.
Bugünlərdə
Moderator.az-a hakimiyyət təmsilçiləri tərəfindən sıxışdırılan və nəhayətdə ölkədən
qaçaq düşən iş adamlarından biri - “MSD-Tikinti Quraşdırma” MMC-nin rəhbəri Azər
Kazımovla bağlı maraqlı informasiya daxil olub. A.Kazımovun Avropa Oyunları ərəfəsində
ölkə paytaxtında nəhəng idman komplekslərinin inşasına cəlb edildiyini bildirən mənbə,
bundan sora iş adamının sözün həqiqi mənasında “oyuna düşdüyünü” bildirib.
Dövlətə inandı, dövlətsiz qaldı...
Mənbənin sözlərinə görə,
Avropa Oyunları ərəfəsində idman komplekslərinin inşasında yer alan və bu
komplekslərin inşasına milyonlarla manat vəsait sərf edən A.Kazımov, daha sonra
ağlına belə gətirmədiyi mənzərə ilə qarşılaşıb:
“Avropa
Oyunları ilə bağlı çoxsaylı idman komplekslərinin inşasına cəlb edilən şirkət Avropa
oyunlarının keçiriləcəyi Olimpiya Stadionun inşa ediləcəyi ərazinin tikintiyə
hazırlanması işlərinə cəlb olunur.
“MSD-Tikinti Quraşdırma” MMC, qısa müdddətdə ciddi nəticələr ortaya qoyur. Stadionun tikintisi uçun ayrılmış sahə uzun illər ərzinde neft
mədənlərinin açıq neft anbarı
ve sonralar qazma və emal zamanı yaranan neft tullantılarının yığıldığı bataqlıq
bir ərazi
olmuşdur. Bu sahədə böyük təcrübəyə, xarici tərəfdaş və mütəxəssislərlə sıx əlaqəyə malik olan şirkət işlərin vaxtında və keyfiyyətlə
yerinə yetirilməsi üçün tələb olunan bütün resursları işə cəlb edir. Belə ki, “MSD-Tikinti
Quraşdırma” MMC-nin rəhbərliyi növbəli və fasiləsiz iş rejiminə keçməklə, işlərin
yerinə yetirilməsi üçün lazım olan bütün inşaat materiallarını və mütəxəssisləri
işə cəlb edərək öhdəsinə götürdüyü məsuliyyətli bir işi yüksək keyfiyyətlə
vaxtında təhvil verilməsini təmin edir. Məhz bütün bunlardan sonra ”“ çəkdikləri
zəhmətin müqabilində əmək haqqı gözləyən “MSD-Tikinti Quraşdırma” MMC-nin
kollektivi gözləmədiyi halda əcaib mənzərə ilə üzləşir. Belə ki, bütün tikinti
işlərinin əsas hissəsini öz büdcəsi hesabına həyata keçirən şirkət yerinə
yetirdikləri işin haqqının ödənilməsi məsələsində ağlasığmaz bir mənzərə ilə
rastlaşır. Yerinə yetirilmiş işlərin dəyərinin ödənilməsi süni şəkildə
yubadılmağa başlanır. Baş verənlərə haqlı etirazını bildirən şirkət rəhbərliyi
isə çox ciddi təzyiqlərlə üzləşir. Yaranmış problemin çözülməsi məqsədilə şirkətin
rəhbərliyi Avropa Oyunlarının Təşkilat Komitəsinin rəhbəri ilə görüşməyə cəhd
etməsi durumu daha da kritik həddə çatdırır. Belə ki, “MSD-Tikinti Quraşdırma”
MMC-nin rəbəri A.Kazımova bildirilir ki, onlara bir qəpik də olsun vəsait ödənilməyəcək.
Buna səbəb kimi iş adamına ölkədəki maliyyə və iqtisadi böhran göstərilir.
Bildirilir ki, dövlətin əsas maliyyə ehtiyatları Avropa Oyunlarının təkilatçılığına,
oyunların keçirilməsi üçün gərəkli olan idman komplekslərinin, infrastrukturun
formalaşdırılmasına sərf olunub. Buna görə də, büdcədə pul yoxdur və hər hansı
ödənişdən söhbət gedə bilməz”.
Fəhlə qiyamı və ya iş
adamı günahsız günahkar vəziyyətində
Mənbənin sözlərinə görə,
dövlətə, onun vədinə inanan, bu inamına görə sonda müflis vəziyyətinə salınan
A.Kazımov, baş verənlərdən sonra olduqca acınacaqlı durumla üzləşir. Belə ki,
xaricdən gətirilən texnika və avadanlıqlar ilə yanaşı,
“MSD-Tikinti Quraşdırma” MMC-nin nəzdində idman komplekslərinin tikintisində
çalışan yüzlərlə fəhlənin əmək haqqını verə bilməyən A.Kazımov, bütün
instansiyalara müraciət edərək üzləşdiyi problemin həllinə yardım göstərilməsini
tələb edir. Lakin bu müraciətlər heç bir səmərə vermir, tam əksinə olaraq bütün
dövlət orqanları Təşkilat Komitəsinin rəhbərliyinin göstərişi ilə müxtəlif bəhanələrlə
şirkətdə yoxlamalar aparmağa başlayır. Problemin həllinin uzanması və bütövlükdə
həlli perspektivi ilə bağlı yaranan ümidsizlik A.Kazımov tərəfindən idman
komplekslərindəki tikintiyə cəlb edilən fəhlələrin ciddi narazılğına səbəb
olur. Nəticədə “fəhlə qiyamı” baş verir ki, bu qiyam güc orqanları tərəfindən onların
dili ilə desək “qətiyyətlə” yatırılır. Şirkət rəhbərliyi isə qiyamın təşkilatçılığında
suçlandırılaraq hakimiyyət orqanlarının “qara siyahısı”na salınır. Daha bir
müddət öz haqqı uğurunda mübarizə aparan A.Kazımov sonda başa düşür ki, işin
icrasına sərf etdiyi vəsaiti geri ala bilməyəcək. Odur ki, bütün maddi gücünü səfərbərliyə
alan iş adamı bəzi obyektlərini satmaq hesabına fəhlələrin əmək haqqını ödəməyə
nail olur. Lakin xaricdən gətizdirdiyi texnika və avadanlıqların pulunu tam ödəyə
bilməyən A.Kazımov bu kəs son cəhd kimi ali məmurlara, yuxarı instansiyalara üz
tutur. Bu cəhd isə onu bütün mal varlığından məhrum edir. Çarəsiz qalan iş
adamı müflis olması və rəhbərlik etdiyi “MSD-Tikinti Quraşdırma” MMC-nin bu səbəblərdən
fəaliyyətinin dayandırılması haqqında Vergilər Nazirliyinə rəsmi bildiriş göndərir.
İş adamının əmlakı əlindən
alınır...
Mənbənin sözlərinə görə,
A.Kazımovun heç cür öz haqqı uğrunda mübarizədən imtina etməməsi hakimiyyətin
ciddi narazılığına səbəb olur və sonda hakimiyyət iş adamını anti-dövlət və
müxalifətçi mövqeyində ittiham edərək onun bütün əmlakına əl qoyur:
A.Kazımovun öz haqqını tələb
etməsini heç cür həzm edə bilməyən hakimiyyət sonda “MSD-Tikinti Quraşdırma”
MMC rəhbərinin bütün əmlakına əl qoymağı, özünü isə həbs etməyi qərara alır. Məlum
qərarın ardınca iş adamına məxsus bütün avtomobillərə əl qoyulur. A.Kazımova məxsus
evlər, obyektlər də qeyri-qanuni şəkildə müsadirə edilir. Bir anın içində illər
uzunu min bir zəhmətlə əldə etdiyi sərvətdən tamamilə məhrum edilən A.Kazımov,
məcburiyyət qarşısında bütün həyatının ən çətin qərarlarından birini qəbul
edir. Artıq bu ölkədə haqq-ədalət uğrunda mübarizə aparmağın qeyri-mümkün və
ölümcül olduğunu dərk edən iş adamı, ölkəni tərk etməyi qərara alır. Avropa
Oyunları zamanı öz malı və canı bahasına dövləti bütün dünya qarşısında üzüağ
çıxaran iş adamı hakimiyyətin əl qoyduğu milyonlarına vida edərək ölkəni tərk
edir.