Bu gün Muasir Musavat Partiyasında 28 May-Respublika gününə həsr olunan toplantı keçirilib. Tədbirdə MMP İdarə Heyətinin üzvləri,Siyasi Şura və rayon təşkilat sədrləri iştirak ediblər. Toplantıda çıxış edənlər Azərbaycan Xalq Cumhiriyyətinin yaranma tarixinə və fəaliyyətinə tarixi ekskursiya ediblər. Onlar qeyd ediblər ki, Xalq Cumhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə 23 ay fəaliyyət göstərsə də,xalqımızın tarixində ən parlaq səhifələrdən biri kimi yaddaşlarda qalıb. MMP-çilər ölkəmizin 2-ci dəfə 1991-ci ildə özünün dövlət müstəqilliyini bərpa edkdən sonra ,çətinliklə əldə edilən bu müstəqilliliyin qorunub saxlanmasında Azərbaycan xalqının keçdiyi əzablı yolları və itirdiklərini yad ediblər. Tədbirdə çıxış edən MMP sədri Hafiz Hacıyev də Azərbaycan Respublikasının 2-ci dəfə dövlət müstəqilliyini élan etməsi , Sovet İttifaqının çöküşü və qlabal geosiyasi proseslər fonunda baş verənlər haqqında öz fikirlərini söyləyib:”Azərbaycan üçün müstəqilliyə qovuşmaq asan olay deyildi.Azərbaycan illər uzunu istiqlal ideyasını özündə yaşatmışdı.1918-1920-ci illərdəki Xalq Cumhiriyyəti bu ideyanın gerçəkləşdiyi qısa ,lakin tarixi əhəmiyyətli zaman kəsiyi idi. 71 illik sovet rejimi də Azərbaycan xalqının müstəqillilik arzularını tükəndirə bilmədi. Azərbaycanın dövlət müstəqilliyi yolunda mücadiləsi faktiki olaraq 1988-ci ilin xalq hərəkatı ilə başlansa da, bu istiqamətdə həlledici proseslər 1990-1991-ci illərdə cərəyan etdi. Qanlı Yanvar hadisələrindən sonra xalqı ilə bir olmaq, onun azadlıq və suverenlik arzularının gerçəkləşməsində iştirak etmək istəyən vətənpərvər insanlar Azərbaycana qayıtmağa başladılar. Mücadilələr effekt verdi. Ölkəmizin 2-ci dəfə müstəqililik qazandı ,istiqlaliyyətə qovuşmuş xalqımız vətəndaş müharibəsindən ,milli dövlətçiliyimiz isə məhvolma təhlükəsindən xilas oldu.Hesab edirəm ki,Azərbaycan Respublikası əbədi müstəqililik yoluna çıxıb.”
Hafiz Hacıyevin çıxışından sonra digər tədbir
iştirakçıları da çıxış ediblər.Onlar da 20-cii əsrin tarixə təkcə elm və texnika
əsri kimi deyil ,həm də milli dirçəliş ,müstəmləkə imperiyasının dağılması əsri
kimi düşdüyünü diqqətə çatdırıblar. Bununla da tədbir sona çatıb.