New
York Times qəzeti yazır ki, Ukraynada xarici döyüşçülərin
vuruşması haqda şayiələr bir-birindən qəribə səslənir. Bəziləri deyir ki,
Ukraynada Amerikanın yarım-hərbi şirkəti Blackwaterin döyüşçüləri
var. Digərləri Rusiyanın xüsusi xidmətlərinin əsgərlərinin, hətta çeçen
döyüşçülərin Ukraynada vuruşduğunu deyir.
Bunlardan birinə axır ki, aydınlıq gəldi. Donetsk xəstəxanasının qabağında əlində avtomat
silah olan çeçenlər xəstəxanada olan yaralı yoldaşlıarının keçiyini çəkirlər.
Qəzet yazır ki,
rus dilində güclü aksentlə danışan yaraqlı deyir: “Biz öz qardaşlarımıza
yardım etmək dəvətini aldıq”. Çeçen yaraqlısı deyir ki, o, Qroznıdandır və
1999-cu ildə Çeçen müharibəsində vuruşub. Ukraynaya keçən həftə gəlib. Onunla
birlikdə onlarla çeçen yaraqlısı gəlib.
Xarici yaraqlıların
olmasının rəsmi təsdiqi isə Donetsk meri Lukyanchenkodan gəldi. O deyib ki,
şəhər xəstəxansına yerləşdirilən yaraqlılardan 8-də Rusiya pasportu var.
Onlar Moskvadan və Çeçenistanın Qroznı və Qudermes şəhərlərindəndir.
Bu xəbərdən sonra
Çeçenistan prezidenti Kadırov bu yaraqlılarla hər hansı bir əlaqənin olmasını
inkar etdi.
Bəs başqa
haralardan yaraqlılar var?
Qəzet yazır ki,
Slavyansk şəhərinin 26 yaşlı sakini Yevgeni Matveychuk 2 xarici yaraqlı
ilə söhbət etdiyini bildirir. Onlardan biri Şimali Osetiyadan, digəri
Tacikistandan idi. Matveychuk deyir ki, onlar bura Rusiyadan gəldiklərini
deyirdilər.(Azadlıq Radiosu)