İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu Rusiya və Çinin öz aralarındakı ticarət zamanı ABŞ dollarından istifadə etməmək qərarının doğura biləcəyi nəticələrlə bağlı maraqlı fikirlər səsləndirib. Moderator.az-a açıqlamasında bu qərarın yalnız Amerika üçün deyil, Rusiya və Çin üçün də mənfi fəsadlar törədə biləcəyini qeyd edən ekspert, Birləşmiş Ştatlar valyutasının baş verənlərdən daha çox ziyan görəcəyi qənaətindədir:
“Təbii ki, bu addımın hər iki tərəf üçün təhlükəli, zərərli tərəfləri olacaq. Amma düşünürəm ki, bu qərar faktiti olaraq reallaşrsa, o zaman bundan daha çoz ziyan çəkən ABŞ valyutası olacaq. Çünki ABŞ-ın ticarət dövriyyəsində Çinin əhəmiyyətli rolu var. ABŞ-Rusiya ticarətinin proseslərə o qədər də təsir imkanı yoxdur. ABŞ idxalatının önəmli hissəsi Çinin payına düşür. Bu baxımdan ABŞ valyutasının həm dünya valyuta vahidi kimi, həm də beynəlxalq ticarətdə ödəniş vasitəsi kimi rolu azala bilər”.
Seymur Əliyev