“Biznesmendənsə, qanun yaradıcılığını bilən adamlar parlamentə seçilsə, daha yaxşı olar”
Oxunub: 3592
26 May 2014 | 15:02
“Biznesmendənsə, qanun yaradıcılığını bilən adamlar parlamentə seçilsə, daha yaxşı olar”
“İnanmıram ki, 2015-ci ilin parlament seçkilərinə ərəfəsində və ya ondan sonra ölkəmizdə hansısa gərginlik, qarşıdurma yaşansın”

Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimovun Gün.Az-a müsahibəsi:

- Eldar müəllim, qarşıdan növbəti bələdiyyə və parlament seçkiləri gəlir. Bildiyiniz kimi, hər seçki-xüsusilə, parlament və prezident seçkiləri ərəfəsində Azərbaycanda gərginlik yaradılmağa cəhdlər göstərilir. Bu baxımdan, növbəti seçkilər, xüsusən də parlament seçkiləri ərəfəsində Azərbaycanda növbəti gərginlik yaşadıla , hansısa ssenarilərə cəhdlər baş verə bilərmi?

- Mən heç cür  inanmıram ki,  2015-ci ilin parlament seçkilərinə ərəfəsində və ya ondan sonra ölkəmizdə hansısa gərginlik, qarşıdurma yaşansın. Çünki bizim ölkədə əmin-amanlıq, sabitlik, dinamik inkişaf var. Bu əmin-amanlığı, sabitliyi də yaradan, onu qoruyub - saxlayan bizim möhtərəm Prezidentimizdir.  

Ölkə Prezidenti İlham Əliyev hakimiyyətdə olduğu 11 il ərzində ümummilli lider Heydər Əliyev siyasətini, siyasi kursunu çox yüksək səviyyədə və məharətlə həyata keçirir. Bu gün bizim  bütün ölkələrlə yaxşı  münasibətlərimiz var.

Əlbəttə, hərdən ani olaraq fikirləşəndə narahat olursan ki, məlum Ukrayna hadisələrinin və ya yaxın-uzaq digər ölkələrdə yaşanan olayların ola bilsin ki, sabah Azərbaycanda da yaşanmasına, təkrarlamasına cəhdlər olsun, biz də   hansısa  təsirlərə məruz qalaq. Ancaq ölkəmizin mövcud reallıqları, daxili ictimai-siyasi sabitlik bunları birmənalı olaraq mümkünsüz edir.

Başqa cür qəbul olunmasın, mən Prezidentimə çox inanıram. Onun savadına, qabiliyyətinə, apardığı müstəqil siyasətə inanıram. İnanıram  nə qədər ki, İlham Əliyev ölkə prezidentidir,  Azərbaycanda əmin-amanlıq, sabitlik olacaq və Azərbaycan öz müstəqilliyini daim saxlayacaq, öz müstəqilliyini heç vaxt əldən verməyəcək.

Ola bilsin ki, biz kimlərləsə əməkdaşlığı daha da genişləndirəcəyik, ona daha da yaxın olacağıq, ola bilsin ki, kimlərdənsə uzaqlaşacağıq, yəni, bunları zaman göstərəcək. Amma ümumilikdə götürəndə  proqnozum odur ki,  ən azı yaxın 5-6 il müddətində inanmıram ki, Azərbaycanda nəsə bir hadisə baş versin və o da parlament, yaxud, prezident seçkilərinə təsir edə bilsin. Mən ona inanmıram, onu görmürəm.

“Parlamentdə yeniləşmə olmalıdır”

- Necə hesab edirsiniz, hakim partiya qarşıdan gələn parlament seçkilərinə də  indiki deputat korpusu ilə  gedəcək, yoxsa, namizədlərin irəli sürülməsi və dəstəklənməsi məsələsində ciddi dəyişikliklər edəcək? Çünki artıq mətbuatda indidən  belə versiyalar, iddialar yer almaqdadır ki, indiki YAP-çı deputatların böyük əksəriyyəti 2015-ci ili seçkilərində kənarda qalacaq...

- Təbii ki, Yeni Azərbaycan Partiyasında bu gün  partiyamıza sadiq insanlar çoxdur və seçilən deputatlar da hamısı partiyamıza sadiq insanlardır. Amma belədir ki, hər parlament seçkilərində yeniləşmə olmalıdır. İstəsək də, istəməsək də, bu, olmalıdır. Amma mən eyni zamanda hesab edirəm ki, parlamentdə sırf peşəkarlar olmalıdır.

Nazir, məmur vəzifəsindən fərqli olaraq burada yazı işidir, burada qanunlar hazırlanır, qəbul olunur. Ölkəni də qanunlar idarə edir və həmin  qanunlardan da  irəli gələrək  icra strukturu öz işini qurur. O baxımdan nə qədər qanunvericilik işini yaxşı  bilən adam və  təbii ki, ölkədə hörməti , nüfuzu olan adamlar varsa, onlar parlament üzvü olmalıdır...

“Qanun yaradıcılığını bu gün yaxşı bilməyən adamdan daha da pisi sabah parlamentə gələcəksə, onda kimə lazımdır ki?”

 - Onu da qeyd edək ki, əvvəlki  seçkilərlə müqayisədə, sonuncu çağırış  parlament seçkilərində parlamentə seçilənlər arasında biznes nümayəndələri, iş adamları nisbətən üstünlük təşkil edir. Sizcə, parlamentdə biznesmenlərin, iş adamlarının olması yaxşıdır, yoxsa?...

- Bilirsiniz, bu suala birmənalı cavab vermək mümkün deyil. Hər şey seçicinin iradəsindən, seçimindən asılıdır və seçicinin də seçiminə hörmətlə yanaşmaq lazımdır. Buna heç cür  müdaxilə etmək olmaz. Eyni zamanda belə hesab edirəm ki, biznesmendənsə, iş adamındansa qanun yaradıcılığını bilən adamlar parlamentə seçilsə, daha yaxşı,  daha vacib olar.

O ki qaldı indiyə qədər Yeni Azərbaycan Partiyasının tərkibindən seçillənlərə, elə bilirəm ki,  onların hamısı yaxşıdır, öz işlərini bilən insanlardlır. Bununla belə, inanıram və hesab edirəm ki,  gələcək seçkilərdə də yenilik hökmən olacaq. İstəsək də, istəməsək də, inansaq da, inanmasaq da,  bu, olacaq , yenilik mütləq olacaq və olmalıdır.

Eyni zamanda, arzu edərdim ki, bu dəyişiklik, yeniləşmə daha yaxşı və daha müsbət tərəfə olsun. Yoxsa qanun yaradıcılığını bu gün yaxşı bilməyən adamdan daha da pisi parlamentə gələcəksə, onda kimə lazımdır ki?

Yəni, yaxşılarının yaxşısını seçməliyik. Qeyd edim ki, hər seçkidə də bu istiqamətdə işlər gedir və hər dəfə də  demək olar ki, yaxşıların yaxşısını seçə bilirik, seçirik.  Partiyamızın sədri başda olmaqla, Yeni Azərbaycan Partiyasının rəhbərliyi, İcra Katibliyi,  İdarə Heyəti hamılıqla çalışırıq ki,  yaxşı insanları namizəd irəli sürək və onların parlamentə üzv seçilməsinə nail olaq. Amma təbiidir, bəzən təsadüfi adamlar da olur və bəlkə yenə də olacaq. Bunu da təbii qəbul etmək, düzgün saymaq olar.

Amma yenə deyirəm, mən onun tərəfdarıyam ki, çalışıb sağlam insanlar seçək, savadlı insanlar seçək, heç olmasa bir qanunu oxuyan, başa düşən birisini seçək, yəni, elə adamlar olsun ki, qanunları, Konstitusiyamızı bilsinlər.  Lap biznesmen, iş adamı olsun, ancaq  savadlı olsun,  iş görə bilsin, yazı, qanun yaza bilsin, oxuya bilsin, bilsin ki, nə var, nə yox...

“İqtidarın ünvanına böhtanlar yağdırırlar, cavab vermirsən, parlamentdə danışmırsan, parlamentin  iclaslarına da bəzən heç gəlmirsən, onda həmin parlamentdə sənin nə işin var?”

- Bir  məsələ də  var ki, indiyə kimi keçirilən seçkilərdə YAP parlament çoxluğu əldə etsə də, ancaq fəal, aktiv, sabit millət vəkilləri təxminən eyni insanlardır, təxminən 30-35 nəfər...

- Tanıdığımız, belə demək mümkünsə, sabit deputatlar Yeni Azərbaycan Partiyasının ən önəmli elektoratıdır. Onlar, əlbəttə, dəyişilməməlidir. Çünki bizim partiyamız prezidentin partiyasıdır, iqtidar partiyasıdır. İqtidarın ünvanına danışan adamlara kim cavab verməlidir? O birisilər cavab vermir, özlərini çəkirlər kənara.

İqtidarı söyürlər cavab vermirsən, parlamentdə danışmırsan, parlamentin  iclaslarına da bəzən heç gəlmirsən, onda həmin parlamentdə sənin nə işin var? Fəal adam odur ki, iclaslara gəlir, oturur, qanunvericilik yaradıcılığı ilə məşğul olur, komitələrin iclaslarında fəaldır, əlbəttə, bu adamlar bizə lazımdır.

Bu adamlar parlamentə seçilməlidir. Eyni zamanda bunları kimisə ürəyimdə nəzərdə tutub onun ünvanına demirəm. Mən şəxsən Eldar İbrahimov kimi deyirəm ki,  parlamentdə, tutaq ki, az danışan və ya  danışmayan insanlar hamısı bir-birindən yaxşı insanlardır, tərbiyəli insanlardılar və ən başlıcası odur ki, onlar ölkəsini, xalqını, prezidentini sevən insanlardır.
Oxşar xəbərlər
12:14, Bu gün
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
12:12, Bu gün
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
12:11, Bu gün
Hərbi ekspert: Ruben Vardanyana Nobel sülh mükafatı vermək axmaqlıqdır
12:08, Bu gün
Qəhvədən tamamilə imtina etsəniz, orqanizminiz necə reaksiya verəcək?
12:00, Bu gün
Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilir
11:55, Bu gün
Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir
11:53, Bu gün
Qarabağda biznes qurmaq üçün macar şirkətlərindən 81 müraciət daxil olub
11:41, Bu gün
Paşinyanın xanımı tədbirdə təhqir olundu- VİDEO
11:39, Bu gün
Gədəbəydə dəhşət: Saxlanc otağında asılmış meyit tapılıb
11:36, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
11:27, Bu gün
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
11:22, Bu gün
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktor müavini “Vaxtanqov Teatr Menecerləri Festivalında Azərbaycanı təmsil edəcək
11:20, Bu gün
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
11:16, Bu gün
Azərbaycanda sahibkarlıq inkişaf edibmi?
11:15, Bu gün
Qırğızıstan Prezidenti Füzulidə səfərdədir
11:08, Bu gün
TikTok Yenilənmiş Platforma İcma Təlimatlarını açıqladı
11:05, Bu gün
Peter Siyarto: Azərbaycanla əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyinə töhfə verir
11:03, Bu gün
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
11:01, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
10:59, Bu gün
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
10:58, Bu gün
Bu il 39 minə yaxın şəxsə sosial müavinət və təqaüd təyin olunub
10:56, Bu gün
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür - VİDEO
10:53, Bu gün
“Türkiyə hətta Səddam Hüseynin vaxtında da İraqda terrorçulara qarşı əməliyyatlar aparırdı...”
10:53, Bu gün
Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular
10:53, Bu gün
Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək
10:52, Bu gün
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:49, Bu gün
Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO
10:48, Bu gün
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib
10:39, Bu gün
Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə biləcəklər
10:21, Bu gün
Müdirinin 720 min manatını oğurlayıb sevgilisinə verən Nelli Fabriçnaya Ali məhkəmədən bərəaət istəyir
10:15, Bu gün
“Deyirlər ki, bəlkə çayda öldün, meyitin tapılmadı”-sağ ikən mollaya beh verib, özünə məzar qazdırmaq olarmı?-ARAŞDIRMA
09:29, Bu gün
Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev
09:25, Bu gün
Prezident ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…
09:22, Bu gün
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
09:00, Bu gün
Süni spermatozoidlər yaradılacaq
09:00, Bu gün
Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri
08:58, Bu gün
Səhər yeməyində hansı qidalar zərərlidir?
08:56, Bu gün
İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI
08:55, Bu gün
İçməli suda təhlükəli bakteriyalar aşkarlanıb
08:36, Bu gün
Vardanyanın şairə bacısı qondarma “soyqırım” abidəsi önündə qardaşına azadlıq istədi...-FOTO
08:35, Bu gün
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
08:00, Bu gün
Dondurulmuş qidalar ən azı 4 xəstəliyə səbəb olur  – ARAŞDIRMA
07:58, Bu gün
Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb
07:33, Bu gün
“Laçın yolundan da Rusiya bayrağı götürüldü...- Sülhməramlılar çıxmaqda davam edir...”
07:26, Bu gün
Ayaqlarınız tərləyir, göbələk sizə əzab verir?  - Cəmi 15 qəpiklik çarə
07:13, Bu gün
Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir
06:42, Bu gün
Qarışqanın təvəkkülü və qənaəti...-İbrətamiz
06:39, Bu gün
Bir-birinə bənzəyən estetik əməliyyat keçirmiş ÜZLƏR  - Cəmiyyətin gözəllik anlayışı niyə DƏYİŞİB?
00:45, Bu gün
"Ya İsrail "Avroviziya"dan, ya da "Avroviziya" Malmödən xaric ediləcək..."
00:17, Bu gün
TikToker avtonom maşınları “aldatdı” – Gülməli, amma düşündürücü hadisə - VİDEO
24 Apr 2024 | 23:50
“Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO
24 Apr 2024 | 23:47
Macarıstan Çinin Ukrayna ilə bağlı sülh planını dəstəkləyib
24 Apr 2024 | 23:45
Qəzzada hərbi cinayətlərin sübutları aşkar edilib, BMT tədqiqat tələb edir
24 Apr 2024 | 23:42
Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO
24 Apr 2024 | 23:41
BMT-də Azərbaycanın növbəti məruzəsinin təqdimatı keçirilib
24 Apr 2024 | 23:39
Qurban Qurbanov: Ölkə kuboku əlavə prestijdir
24 Apr 2024 | 23:34
ABŞ Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
24 Apr 2024 | 23:31
Vaşinqtonda ermənilərin "qondarma soyqırımı" yalanlarına qarşı həmrəylik aksiyası keçirilib
24 Apr 2024 | 22:44
Vardanyan kampaniyasının pərdəarxası: Pul naminə qatili reklam edən məşhur şirkət - FOTO
24 Apr 2024 | 22:42
İntihara bərabər “xilas”, yaxud İrəvan militarizmdən niyə imtina etməlidir?
24 Apr 2024 | 22:23
PKK-nın Almaniyadakı lideri həbs edildi
24 Apr 2024 | 22:17
Şoyqunun müavini korrupsiya ittihamı ilə həbs edilib, əsl səbəb nədir?..
24 Apr 2024 | 22:14
Reuters: ABŞ Ukraynaya ATACMS raketlərini gizlin çatdırıb
24 Apr 2024 | 22:12
Türk Hava Yollarından Rusiya vətəndaşlarına qadağa: Bu ölkələrə birbaşa bilet almaq mümkün olmayacaq
24 Apr 2024 | 22:05
Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib
24 Apr 2024 | 22:01
Azərbaycan hədəf və məqsədlərini məhz Bakıdan dünyaya bəyan edir - Rəşad Mahmudovun yazısı
24 Apr 2024 | 21:57
Ermənilərin tarixi yalanının poetik ifşası: “Soykırım yalanı!”
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 21:43
Bakıda restoranda qutab bişirən qadının dişlərini oğurladı - 3 illik həbs edildi
24 Apr 2024 | 21:42
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub
24 Apr 2024 | 21:41
Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO
24 Apr 2024 | 21:40
Şuşada inşa olunan yeni yaşayış kompleksinin GÖRÜNTÜLƏRİ - VİDEO
24 Apr 2024 | 21:22
Rusiya oğurladığı Ukrayna uşaqlarının bir hissəsini geri qaytaracaq
24 Apr 2024 | 21:21
İraq Prezidenti COP29-a dəvət olunub
24 Apr 2024 | 21:12
İlham Əliyev: "Çingiz Aytmatovun Bakıdakı abidəsi birliyimizin, dostluğumuzun və qardaşlığımızın rəmzinə çevriləcək"
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 21:09
"Daha bir yanlışlıq edərsə, İsraildən əsər-əlamət qalmayacaq" - İran prezidenti
24 Apr 2024 | 21:07
Azay Quliyev Almaniyada mühüm görüşlər keçirdi
24 Apr 2024 | 20:56
Hülakilərlə davam etdirilən Azərbaycan dövlətçiliyi...-Akif Nağıdan tariximizə fərqli baxış
24 Apr 2024 | 20:47
Naxçıvan Ali Məclisinin təcili iclası çağırıldı - Gündəlikdə hansı məsələ var?
24 Apr 2024 | 20:45
İraq Prezidenti COP29-a dəvət olunub - FOTO/VİDEO
24 Apr 2024 | 20:42
Ermənistanda “erməni soyqırımı”nın 50 illiyinə necə hazırlaşırdılar?..-Azərbaycanlı şahid...
24 Apr 2024 | 20:38
Qazaxıstan Britaniya ilə strateji tərəfdaş oldu
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 20:32
İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir - YENİLƏNİB - CANLI
24 Apr 2024 | 20:30
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
24 Apr 2024 | 20:25
Macarıstanlı ekspert: “COP29 Azərbaycana öz nailiyyətlərini nümayiş etdirmək imkanı verir”
24 Apr 2024 | 20:20
Yüzbəyov “Alatava”nı tənqid edənlərə sərt cavab verdi - "Əsl tərbiyəsizlik..."
24 Apr 2024 | 20:14
Prezidentlər Çingiz Aytmatovun Bakıdakı abidəsinin AÇILIŞINDA - YENİLƏNİB
24 Apr 2024 | 20:08
Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlandı
24 Apr 2024 | 20:05
Güləş üzrə U-17 Azərbaycan çempionatında mükafatçılar müəyyənləşdi - FOTO
24 Apr 2024 | 20:02
Kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
24 Apr 2024 | 19:59
Bayden "TikTok"u qadağan edə biləcək qanun layihəsini imzalayıb
24 Apr 2024 | 19:54
Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”
24 Apr 2024 | 19:51
BDU-nun doktorantı türkdilli yazarların hekayələrini dilimizə uyğunlaşdıracaq - FOTO
24 Apr 2024 | 19:48
Əskiparaya gedən yol açıldı - VİDEO
24 Apr 2024 | 19:45
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
24 Apr 2024 | 19:43
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
24 Apr 2024 | 19:40
Arda Turan Messi ilə bağlı heç vaxt danışmadığı xatirəsini paylaşdı
24 Apr 2024 | 19:37
Azərbaycanda kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
GÜNLÜK
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 15:45
Həmidə Ömərova: “Mənə baxmayan yeganə kişi ilə ailə qurdum” - MÜSAHİBƏ + FOTO
24 Apr 2024 | 12:57
50 yaşdan sonra bu meyvələrdən imtina etməlisiniz: TƏHLÜKƏLİDİR
24 Apr 2024 | 14:34
Prezidentin və baş nazirin şəxsi həkiminin müəmmalı qətli – qapalı qalan cinayət işinin təfərrüatları...  
24 Apr 2024 | 12:51
Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO
24 Apr 2024 | 14:37
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - YENİLƏNİB + FOTO
24 Apr 2024 | 12:53
Günəşdə nadir HADİSƏ yaşanıb - 25-26-sı ilə bağlı CİDDİ XƏBƏRDARLIQ
24 Apr 2024 | 13:39
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 15:45
Həmidə Ömərova: “Mənə baxmayan yeganə kişi ilə ailə qurdum” - MÜSAHİBƏ + FOTO
24 Apr 2024 | 12:57
50 yaşdan sonra bu meyvələrdən imtina etməlisiniz: TƏHLÜKƏLİDİR
24 Apr 2024 | 14:34
Prezidentin və baş nazirin şəxsi həkiminin müəmmalı qətli – qapalı qalan cinayət işinin təfərrüatları...  
24 Apr 2024 | 12:51
Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO
24 Apr 2024 | 14:37
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - YENİLƏNİB + FOTO
24 Apr 2024 | 12:53
Günəşdə nadir HADİSƏ yaşanıb - 25-26-sı ilə bağlı CİDDİ XƏBƏRDARLIQ
24 Apr 2024 | 13:39
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB