Mayın
21-də İmişli şəhər sakini Sadiq Abbasov ondan 1 yaşlı qardaşı qızı Tənzilə
Abbasovanın əməliyyatı üçün M.A.Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzində həkim
işləyən Elnur İmanov tərəfindən 4000 manat pul tələb edilməsi və imkansızlıq səbəbindən
həkim tərəfindən əməliyyatdan imtina olunması ilə bağlı avropa.info saytı məlumat
yayıb.
Bundan əlavə Sabirabad Rayon Perinetal Mərkəzin direktoru Vüsal Məmmədovun
xəstənin yaxınlarından rüşvət istəməsi ilə bağlı videogörüntülər mətbuatda yer
alıb.
Hər iki məsələ ilə əlaqədar Aktual.az-a açıqlama verən Səhiyyə Nazirliyinin mətbuat
xidmətinin rəhbəri Anar Qədirli bildirib ki, Elnur İmanov və Vüsal Məmmədovla
bağlı Səhiyyə Nazirliyi xüsusi komissiya yaradıb:
“Səhiyyə Nazirliyi artıq araşdırmaya başlayıb. Qanun pozuntuları
yaradılan xüsusi komissiya tərəfindən araşdırılacaq və yekunda hüquq mühafizə
orqanlarına müraciət olunacaq. Hər iki faktla bağlı xəstənin yaxın adamlarının
Səhiyyə Nazirliyinə rəsmi müraciət etmələrini xahiş edirik”.
Aktual.az