İsa Sadıkov Ayaz Mütəllibova Moderator.az vasitəsilə sual ünvanladı
Oxunub: 7014
23 May 2014 | 13:36
İsa Sadıkov Ayaz Mütəllibova Moderator.az vasitəsilə sual ünvanladı

Müsahibənin əvvəli burada-//moderator.az/?xeber=46558

Mühacirətdə olan polkovnik, müdafiə nazirinin keçmiş müavini İsa SadıkovModerator.az-a növbəti şok açıqlamalarını verib. Onunla çox geniş söhbətin ikinci hissəsini təqdim edirik:

Rusiyanın hər zaman imperiya xiffəti çəkdiyini nəzərə aldıqda bəlli idi ki, Kreml nəsə qopartmasa o asanlıqla bir ölkədən qoşunlarını çıxaran deyil. Rusiyanın Gürcüstanda,Moldovada və Azərbaycanda hansı hoqqadan çıxdıqlarını ötənlərdə gördük. Konkret Qarabağa gəldikdə isə Laçın dəhlizini işğal etməsəydilər Azərbaycanı təslimçi sülhə sürükləyə bilməyəcəkdilər və Şuşanın ardınca Laçının işğalı məhz bu müharibənin sonu görünməyən hərbi əməliyyatlara çevrilməsi üçün bir element idi. Gəlin bir suala cavab axtaraq. Mən bayaq dedim ki, hələ 91-ci ilin oktyabrından ermənilər Azərbaycan torpaqlarının işğalı üçün irimiqyaslı hərbi təlimlərə başlamışdılar. Gəlin görək həmin illərdə biz nə etdik? Etiraf edim ki, həmin periodda Azərbaycanda heç bir hərbi hazırlıq aparılmadı. Konkret Şuşanın işğalı da heç də bəzi şəxslərin iddia etdikləri kimi xəyanət nəticəsində təslim edilməyib. Bunu hərb sənətindən başı çıxmayanlara bağışlamaq olar bəlkə də. Çünki onlar ağızdan-ağıza eşitdiklərinə əsaslanıb fikir yürüdürlər. Amma peşəkar hərbçi olan şəxs həmin dövrün əılverişsiz şərtlərini götür-qoy edərək dərhal anlayar ki, nəinki Rəhim Qazıyev və ya Elburus Orucov, hətta Jukov və Rokosovski dirilib gəlsəydilər belə, ermənilərin bu həmləsini dəf etməkdə aciz qalacaqdılar. Çünki ermənilər Şuşanın işğalına minlərlə canlı qüvvə və texnika cəmləşdirə bilmişdi. Həmin dövrdə bizimkilərin əlində ancaq avtomat silah vardı və texnikadan, artilleriya qurğularından və aviasıyadan istifadə əmsalı isə sıfıra bərabər idi. Bilirsiniz, müasir dünyada müharibəni ağır silahlarla aparırlar və bu zaman avtomat silah əhəmiyyətsiz bir dəmir parçasına çevrilir. Sizə bircə fakt deyim. Mən döyüş bölgələrinin birində baxdım ki, bir “Qrad” qurğusundan atəş açırlar. Yaxınlaşıb soruşuram ki, neçə snaryad atmısan? Deyir ki, 23 mərmi atmışam. Deyirəm ki, o mərmiləri hara atırsan? Qayıdır ki, filan yerdəki səngərləri vururam. Dəhşətə gəlirəm ki, sən Qradın mərmilərinin məhvetmə trayektoriyasını bilirsənmi? Çiyinlərini çəkir. Başa salıram ki, həmin hədəfləri Qrdala vurmağın heç bir əhəmiyyəti yoxdur, onları minatanla və ya D-30, M-30 birlüləli artilleriya qurğuları ilə cəmisi iki mərmi ilə asanlıqla vurmaq olar. Qrad qurğuları geniş ərazilərdə 400 metr radiusda bütün hədəfləri sıradan çıxarmaq üçündür. Yəni deməyim odur ki, həmin vaxt bizimkilər heç silahdan da düzgün istifadə edə bilmədiklərindən bəlkə də erməni tərəfə atılan mərmilərin 80 faizi boş-boşuna gedirdi. Həmin dövrdə prezident Ayaz Mütəllibov da kitab yazaraq bəzi təhrif olunmuş məlumatlar bildirib. Onunla işim yoxdur, uzun illər mühacirətdə olub və oğlunu itirib. Mən özüm də mühacirətin nə olduğunu bilirəm deyə onu başa düşürəm. Amma saytınız vasitəsilə sadəcə ondan bir suala cavab istəyirəm: Görəsən onun bir prezident kimi məlumatı vardımı ki, 91-ci ilin oktyabr-noyabr ayından Şuşanın, Laçının işğal planı ermənilər tərəfindən geniş müzakirə olunurdu? Ermənilərin Rusiya bazalarında geniş miqyaslı hərbi təlimlər keçdiklərindən necə, onun doğrudanmı heç bir məlumatı olmayıb? Ona sual verirəm, əgər xəbəriniz olmayıbsa, siz necə prezident olmusunuz ki, təhlükəsizlik və xüsusi xidmət orqanlarınızda bu barədə məlumat olmayıb? Yox, əgər məlumatlı idinizsə bəs siz niyə anoloji hazırlıq keçirmirdiniz? Ukraynanı götürək.Uzun illər belə bir fikir formalaşmışdı ki, Ukraynada güclü ordu var. Amma gördünüzmü necə mağmın durumda imişlər, hətta əli silahlı beş-on separatçının əlində aciz qalmışdılar. Amma bizdən fərqli olaraq bu gün Ukraynada heç kim bir-birini ittiham etmir ki, sən filan yerdə xəyanət etdin, filan yeri verdin və s. Mən saytınız vasitəsilə bəyanatla çıxış etmək istəyirəm. O Siyavuş Novruzovları, Zahid Orucları qoyun bir kəınara, onlar ordudan nə anlayırlar ki, nə də danışalar. Mən peşəkar hərbçiləri debata çağırıram. Onlar Talıb Məmmədov, Kərim Vəliyev, Qalib Məmmədov, Rövşən Əkbərov kimi savadlı generallarl ola bilər və həmin generallarla qarşı-qarşıya oturaq diskusiya aparaq, o zaman görəcəksiniz ki, əslində real vəziyyət necə olub.

-Amma Elburus Orucovun günahkar olduğu istintaq materiallarında sübut olunduğu deyilir.

-Onlar 3 qardaşdırlar-Elburus, Elman və Elxan. Hər üçü də hərbçidirlər. Hər üç qardaş da nəzəri baxımdan çıx hazırlıqlı hərbçilərdi. Başqalarından fərqli olaraq bu 3 qardaş müharibə başlayan kimi hər şeyi atıb gəldilər, bunu qiymətləndirmək lazımdır və belə hərbçilərimizi ləkələməyə tələsməməliyik. Bir daha təkrar edirəm ki, ermənilər Şuşa və Laçının götürlməsinə çoxdan hazırlaşırdılar və həmin əməliyyatların planı da ruslar tərəfindən hazırlanmışdı. Buna kimsənin şübhəsi olmasın. Sizə bir maraqlı faktı da deyim. Birinci partiya ermənilər gəlib 4-5 ay hazırlaşıb qayıdandan sonra ikinci partiya gətiriləndə bunlar öyrəniblər ki, təlim keçirilən əsgərləri Qarabağa basacaqlar, ona görə də onların çoxu qaçmışdı geri. Mən həmin vaxt baş verənləri dəqiq bildiyimdən bu prosesi də izləyirdim. Məcbur oldular 3 həftə ərzində Ermənistanın yerli hakimiyyət orqanlarını və komissarlıqları təhkim etdilər ki, həmin fərarilik edənləri tutub gətirib təlim düşərgəsinə cəlb etsinlər. Nəticədə Ermənistanın hər bir rayonundan bir nəfər təhkim edildi ki, o əsgərləri qaçmağa qoymasınlar. Özü də qərar verildi ki, kim təlim düşərgəsini özbaşına tərk etsə 8-12 il azadlıqdan məhrum ediləcək. Yəni bu cür ciddi hazırlıq gedirdi.

-Rəhim Qazıyevsə Elburus Orucovun yeni təyinatına qarşı çıxaraq bunun silahlı qüvvələrin olan-qalan etibarına qəsd kimi qiymətləndirib.

-Bilirsiniz, Rəhim bəyə böyük hörmətim var və onun nazir olduğu vaxtda da xidmət etdim, sonra da. Mən onda gördüm əməliyyat planı nədir və necə həyata keçirilir. Özü də baxmayaraq ki, Rəhim Qazıyev peşəkar hərbçi deyildi, amma çox çevik idi və silah-sursat qıtlığı yaranan kimi operativ şəkildə onu tapıb gətirirdi, harda kiminsə köməyə ehtiyacı yaranaırdı, ora kömək göndərməyə tələsirdi. Amma mən bu məsələdə bayaq fikrimi dedim və Rəhim bəylə razı deyiləm. O dövrdə başqa cür etmək faktiki olaraq mümkün deyildi. 22 il öncəki hadisələrə indinin prizmasından yanaşmaq tarixə qara yaxmaq olardı.

-Zakir Həsənovun Moskva səfərini də şərh edərdiniz.

-Deyirlər Ermənistan Rusiyanın forpostudur. Amma nədənsə bizimkilər etiraf etmək istəmirlər ki, Azərbaycan da eynilə Rusiyanın forpostudur. Bədbəxtçiliyimiz ondadır ki, bir çoxları Rusiyanın necə bir bəla və Azərbaycanın müstəqilliyi üçün necə qorxunc təhlükə olduğunu ya anlamırlar, ya da Rusiyapərəst siyasətin iştirakçılarıdırlar. Mən tam əminliklə deyirəm ki, tezliklə Qərbə inteqrasiya məsələsində radikal addımlar atılmasa, Rusiya ordusu bir bəhanə ilə Azərbaycana gətiriləcək. Bununla da bütün dünyanın nifrəti bizə yönələcək və dünyada büsbütün biabır olacağıq, bir millət kimi hamı bizə həqarətlə yanaşacaq. İndi Zakir Həsənovun Moskvaya səfərinə nə ad vermək olar? Bu gün bütün dünya Rusiyanın gerçək sifətini gördü və hamı lənətləyir bu ölkəni. Belə olan halda insanlığa və suverneliyə qənim kəsilmiş bir imperiyanın paytaxtına getməyə nə ad vermək olar? Bu səfər Azərbaycanın beynəlxalq nüfuzuna və etibarına sarsılmaz zərbə vuracaq. Dünyanın Rusiyanı mühakimə etdiyi bir vaxtda Moskvaya səfər etmək özümüzü biabır etməkdir.

-Siz rus qoşunlarının tezliklə yenidən Azərbaycana qaytarılacağını iddia edirsiniz.

-Mən yüz faiz buna əminəm. Bizi qarşıda çətin günlər gözləyir və elliklə əl-ələ verib Rusiya buxovundan azad olmalı, Avropa ilə sıx əməkdaşlıq etməliyik.

-Axı bizi Avropa ilə bərabərsəviyyəli əməkdaşlıq etməyə də qoymurlar. Sabah istəsək belə NATO-ya üzv ola bilmərik axı.

-Yalnız bir çıxış yolu var-Rusiyapərəst siyasətin belini qırmaq və bu sistemi kökündən dəyişmək. Saakaşvilinin Gürcüstan qarşısındakı xidmətlərini çoxları düzgün qiymətləndirə bilmir. Amma o hakimiyyətə gəldi və qısa bir müdətdə gürcü cəmiyyətini anti-Rusiya ovqatında yumruq kimi birləşdirdi. Elə ona görə də bu gün Gürcüstanda Rusiyaya qarşı çox dərin nifrət formlaşıb. Gördünüz ki, İvanişvili də gəldi, bəlli idi ki, o Rusiyanın dəstəyi ilə gəlir. İvanişvilinin ən yaxın adamlarından biri Acariyanın keçmiş rəhbəri Aslan Abaşidze idi. Başqa bir yaxın dostu DTK generalı və qaçıb Moskvaya sığınan İqor Georqadze idi. İvanişvilinin bütün biznesi də Rusiya ilə bağlı idi. Amma İvanişvili nə illah elədisə Gürcüstanı yenidən Rusiyameylli edə bilmədi, nəticədə məcbur olub gürcü xalqının iradəsinə tabe olub mövqeyini dəyişdi. Mən tam əminəm ki, tezliklə Gürcüstana elə bir lider gələcək ki, o bu ölkəni Qərb ailəsinə qovuşduracaq. Bu gün biz nəyin bahasına olur-olsun kursumuzu ancaq və ancaq Qərbə, NATO-ya doğru istiqamətləndirməliyik. Bizim müstəqilliyimizin qarantı ancaq Qərb və NATO ola bilər. Gələcək onillikdə, yüzillikdə böyük fəlakətlərin qarşısını almaq üçün bunu etməliyik.  

Oxşar xəbərlər
23:47, Bu gün
Ermənistan Təhlükəsizlik Şurasının katibi Rusiyaya getməkdən imtina etdi
23:45, Bu gün
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
23:45, Bu gün
"İkinci dünya savaşında dayımın cəsədini kanniballar yeyib" - Bayden
23:44, Bu gün
Almaniya səfiri: Azərbaycan və Ermənistanı davamlı, ədalətli sülh səylərini davam etdirməyə çağırırıq
23:38, Bu gün
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır? - İDDİA + VİDEO
23:29, Bu gün
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23:14, Bu gün
Yerdən ən uzaqda olan kosmik gəmi uzun fasilədən sonra ilk mesajını göndərdi
23:12, Bu gün
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
23:09, Bu gün
76 pişiyi öldürdüyünə görə 14 ay həbs edildi
23:03, Bu gün
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
23:03, Bu gün
"Koronavirus Niderlandda kədərli rekord vurub" - "Bild"
23:02, Bu gün
Rusiya müdafiə nazirinin müavini azı 1 milyon rubl rüşvət almaqda şübhəli bilinir
22:58, Bu gün
2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb
22:51, Bu gün
Növbəti pandemiyaya səbəb ola biləcək virusun adı AÇIQLANDI
22:50, Bu gün
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
22:48, Bu gün
Mağazalardakı “kərə yağı” əslində… – MÜTƏXƏSSİS AÇIQLADI
22:47, Bu gün
DİQQƏT! Körpənin bu cür ağlamağı ciddi problemdən XƏBƏR VERİR
22:45, Bu gün
Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək
22:38, Bu gün
İmişlidə avtomobil marketə çırpıldı: Yeniyetmə son anda xilas oldu - ANBAAN VİDEO
22:31, Bu gün
Vatsapda böyük fayllar göndərmək mümkün olacaq
22:27, Bu gün
Ermənistan polisi Tavuşda yolu bağlayanları saxlayıb - VİDEO
22:18, Bu gün
Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur
22:10, Bu gün
"HƏMAS hələ də güclüdür və döyüşməkdə davam edir" - "The New York Times"
21:59, Bu gün
Qondarma soyqırım yürüşündə təxribat: Türkiyə və Azərbaycan bayraqları yandırılıb
21:49, Bu gün
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:29, Bu gün
Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO
21:25, Bu gün
Əri vurdu, gözünü itirdi - İndi eyni evdə yaşamağa məcburdur + FOTO
21:22, Bu gün
Milyonçu səhvi ucbatından evsiz qaldı
21:17, Bu gün
İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı
21:15, Bu gün
Azərbaycanın U-17 millisi Belarusa uduzub
21:12, Bu gün
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
20:56, Bu gün
“Rusiya sülhməramlıları Qarabağda hələ qalsaydı, Rusiya hərbi bazasına çevrilə bilərdi...”
20:55, Bu gün
Külli miqdarda dələduzluqda təqsirləndirilən qadının cinayət işinin BƏZİ DETALLARI
20:52, Bu gün
Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO
20:46, Bu gün
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
20:33, Bu gün
Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb
20:19, Bu gün
Böyük ümidlərlə getmişdilər: İlk şəhidimizin məzarı tapılmadı - FOTO
20:17, Bu gün
Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO
20:15, Bu gün
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
20:12, Bu gün
Plovu daha dadlı etmək üçün bunu tökün – Bilinməyən sirlər
20:10, Bu gün
Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO
20:04, Bu gün
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
19:54, Bu gün
Bu, sadəcə sərhəd dirəyi deyil, bu revanşist qüvvələr üzərində zəfər abidəsidir
19:52, Bu gün
Bakının 8 Noyabr prospektində velosiped zolaqları salınır - FOTO
19:50, Bu gün
Keçmiş işçisi “Akkord Nəqliyyat”ı məhkəməyə verdi
19:42, Bu gün
Zahid Oruc:” Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək”!
19:31, Bu gün
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
19:26, Bu gün
DİQQƏT: Qəfil ölümlər buna görə artıb - VİDEO
19:25, Bu gün
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:23, Bu gün
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
19:16, Bu gün
Milanda gecə yarısından sonra dondurma və pizza satışı qadağan edilə bilər
19:14, Bu gün
Xərçəngdən qorunmağın sadə yolu
19:11, Bu gün
"Google"un hələ təqdim edilməmiş smartfonu Afrikada satışa çıxarıldı-VİDEO
19:09, Bu gün
Çingiz Hüseynzadə: Bayram ab-havasında oyun izlədik
19:07, Bu gün
Bakıda məşhur həkim klinikasını satışa çıxardı-FOTO
19:05, Bu gün
Sumqayıtda kişi müalicə aldığı xəstəxananın beşinci mərtəbəsindən özünü atdı
19:02, Bu gün
"Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü qeyd edilib
19:01, Bu gün
Faiq Ağayev: “Biz sevgili olmamışıq”
19:00, Bu gün
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:58, Bu gün
Almaniyada məktəblilər kütləvi şəkildə İslamı qəbul etməyə başlayıblar
18:48, Bu gün
Pul, reytinq, əxlaq... - Bu verilişlər bağlanacaq?
18:43, Bu gün
Liviyanı güclü qum fırtınası bürüyüb - VİDEO
18:41, Bu gün
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:32, Bu gün
Prezident: “Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb”
18:31, Bu gün
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB
18:31, Bu gün
Prezident quru sərhədlərin bağlı qalmasından danışdı
18:00, Bu gün
İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq forumda iştirak edib - YENİLƏNİR + FOTO/VİDEO
17:54, Bu gün
BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar
17:51, Bu gün
Mühafizəçi işlədiyi idman zalının kassasını taladı - FOTO/VİDEO
17:48, Bu gün
İlham Əliyev: “Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur”
17:46, Bu gün
“Rusiya “sülhməramlı”larının bir qisminin Ermənistana aparılmasında məqsəd oradakı…”
17:45, Bu gün
“Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik”
17:43, Bu gün
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan REPORTAJ + FOTO
17:42, Bu gün
"Putinin böyük alman filosofu Kanta istinad etməyə zərrə qədər haqqı yoxdur" - Olaf Şolts
17:39, Bu gün
BDU-da hibrid enerji sistemlərinə dair tədqiqatlar aparılır - FOTO
17:35, Bu gün
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:28, Bu gün
Şamaxıda leysan fəsadlar yaradıb - FOTO
17:25, Bu gün
TBMM sədri: “Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır”
17:21, Bu gün
BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar keçirilib - FOTO
17:17, Bu gün
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
17:14, Bu gün
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” DƏYİŞDİ
17:11, Bu gün
Zülfiyyə Bayramovanın mədəsində yenidən ŞİŞ AŞKARLANDI - FOTO
17:08, Bu gün
Qazaxın geri qaytarılan kəndlərində Azərbaycan bayrağı dalğalanır – VİDEO
17:05, Bu gün
Albomunu bir gündə 300 milyon adam dinlədi - FOTO
17:04, Bu gün
“Laçın sərhəd-buraxılış məntəqəsi dövlətimizin qürur və mübarizə simvoludur”
17:00, Bu gün
Avtomatı gözübağlı söküb-yığan məktəbli təltif edilib
16:55, Bu gün
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
16:53, Bu gün
Xətai rayonunda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb - FOTO
16:50, Bu gün
BDU-nun şahmat komandası 1-ci yerdə - FOTO
16:48, Bu gün
Prezident: “Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərin həlli üçün istifadə edilib”
16:46, Bu gün
Prezident: “Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik”
16:45, Bu gün
"Azərbaycan-Rusiya münasibətləri dostluq, qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanır"
16:40, Bu gün
BDU komandası tələbələr arasında voleybol çempionatında III yeri qazanıb
16:35, Bu gün
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR
16:30, Bu gün
İlham Əliyev: “Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq”
16:25, Bu gün
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi - FOTO
16:20, Bu gün
Rəsmi Bakı Qazaxıstanda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünə razılıq verib
16:16, Bu gün
Ağdamda əmək yarmarkası keçiriləcək
16:15, Bu gün
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:12, Bu gün
Başlayan delimitasiya prosesi: “Stəkanda fırtına”nı xatırladan maneələr - ŞƏRH + FOTO
GÜNLÜK
11:00, Bu gün
“Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər” - FOTO + ÖZƏL
09:00, Bu gün
Toyuğun bu hissələrini yeməyin:  Xərçəng riskini artırır
08:00, Bu gün
Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə
01:16, Bu gün
Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu
06:00, Bu gün
DƏHŞƏT: Bir ərazidən 5 meyit tapıldı
05:26, Bu gün
Baş ağrılarını kəsən  5 ən effektiv üsul
11:30, Bu gün
Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...
06:56, Bu gün
Paşinyan "Niyə KTMT üzvü olmaqda davam edirsiz?" sualını belə cavablandırdı...
09:30, Bu gün
Elmlər Akademiyası Parkında oturacaqlar hansı səbəbə yoxa çıxıb?-“Uşaqlar orada futbol oynayırlar”-AÇIQLAMA+ÖZƏL
13:50, Bu gün
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
HƏFTƏLİK
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
AYLIQ
11:00, Bu gün
“Nə qədər səviyyəsiz, mənəviyyatsız, anasını-atasını tanımayan, kökündən xəbəri olmayan adamlar varsa hamısını reklam edirlər” - FOTO + ÖZƏL
09:00, Bu gün
Toyuğun bu hissələrini yeməyin:  Xərçəng riskini artırır
08:00, Bu gün
Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə
01:16, Bu gün
Azərbaycanın üç boksçusu Avropa çempionatında günü qələbə ilə başa vurdu
06:00, Bu gün
DƏHŞƏT: Bir ərazidən 5 meyit tapıldı
05:26, Bu gün
Baş ağrılarını kəsən  5 ən effektiv üsul
11:30, Bu gün
Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...
06:56, Bu gün
Paşinyan "Niyə KTMT üzvü olmaqda davam edirsiz?" sualını belə cavablandırdı...
09:30, Bu gün
Elmlər Akademiyası Parkında oturacaqlar hansı səbəbə yoxa çıxıb?-“Uşaqlar orada futbol oynayırlar”-AÇIQLAMA+ÖZƏL
13:50, Bu gün
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO